265
MÖVZU 3.
KOMMERSİYA FƏALİYYƏTİNİN
İNFORMASİYA TƏMİNATI
1. Bazarın əmtəəyə qarşı tələbləri haqqında
informasiya ticarət müəssisələrinin alıcılara təklif
edəcəkləri əmtəə və xidmətlər üzrə düzgün seçim
etmələri üçün zəruridir. Buna görə də kommersiya
xidməti idarələri əmtəələrin xüsusiyyət və cəhətlərini,
habelə onların alıcıların tələblərinə nə dərəcədə cavab
verdiklərini yaxşı bilməlidir. Həmçinin, əmtəələrin
“həyat dövrünə”, yəni əmtəənin bazarda qaldığı dövrə də
diqqət
yetirmək
lazımdır.
Əmtəənin
rəqabətqabiliyyətliliyi haqqındakı införmasiya da mühüm
əhəmiyyət kəsb edir. O, əmtəəni anoloji əmtəələrdən
konkret istehlakçının tələbatlarını təmin etmə dərəcəsinə
görə fərqləndirən xüsusiyyətlər məcmusu kimi müəyyən
olunur. Yəni, əmtəənin bu qabiliyyəti rəqabət şəraitində
uğuru təmin edəcəkdir.
Nəzərə almaq lazımdır ki, əmtəə üzrə qiymət onun
keyfiyyəti ilə birbaşa əlaqədədir. Tez-tez istehlakçılar
düşünürlər ki, yüksək qiymətlər əmtəənin yüksək
keyfiyyətindən və əksinə, aşağı qiymətlər – aşağı
keyfiyyətdən
xəbər
verir.
Buna
görə
ticarət
müəssisəsinin kommersiya bölmələri əmtəələr üzrə
qiymətlərin ən qiymətlərin ən layiqli formada onların
keyfiyyətini əks etdirdiyi haqqında informasiya sahib
olmalıdır. Bu zaman əmtəənin bazarda qəbulolunma
dərəcəsini,onun haqqında müsbət ictimai rəylə müəyyən
olunan nüfuzluğunu da nəzərə almaq lazımdır. Bununla
əlaqədar, nüfuzlu qiymətlər anlayışın da mövcuddur.
Yəni, elə kateqoriyalı alıcılar, var ki, onlar qiymətləri
aşağı olan əmtəələri keyfiyyətsiz hesab edərək almırlar.
266
Buna görə də, əmtəə və xidmətlər üzrə qiymətləri təyin
edərkən müəssisə qiymətlərin konkret alıcı qrupları
tərəfindən təyin olunan yuxarı və aşağı hədləri haqqında
informasiyaya malik olmalıdır.
2. Qüvvədə olan qanunvericilik hüquqi şəxsə
aşağıdakı kimi tərif verir.
Təsərrüfat yoldaşlığı bir neçə şəxsin onlar
arasındakı razılıq əsasında sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsi üçün birləşməsidir. Təsərrüfat
yoldaşlığı tam yoldaşlıq və ya inam əsasında yoldaşlıq
(kommandit) formasında yaradılır. Tam yoldaşlığın
iştirakçıları və inam əsasında yaradılan yoldaşlığın
yoldaşları fərdi sahibkarlar və ya kommersiya təşkilatları
ola bilər.
Təsərrüfat cəmiyyətləri bir və ya bir neçə şəxs
tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi
üçün cəmiyyətin mülkiyyətinə verilən əmlak (mülki
hüquqlar) əsasında yaradılan cəmiyyətdir. Təsərrüfat
cəmiyyətləri məhdud məsuliyyətli cəmiyyətlər, əlavə
məsuliyyətli
cəmiyyətlər,
qapalı
tipli
səhmdar
cəmiyyətlər və açıq tipli səhmdar cəmiyyətlər
formasında yaradılır.
Təsərrüfat
cəmiyyətlərinin
iştirakçıları vətəndaşlar və hüquqi şəxslər ola bilərlər.
Hüquqi şəxslərin yuxarıda adı çəkilən təşkilati-
hüquqi formalarını daha yaxından nəzərdən keçirək.
İştirakçıları onlar arasında bağlanmış müqaviləyə
uyğun olaraq yoldaşlıq adından sahibkarlıq fəaliyyəti ilə
məşğul olan yoldaşlıq tam yoldaşlıq hesab olunur. Tam
yoldaşlığın
əsas
fərqləndirici
xüsusiyyəti
onun
iştirakçılarının yoldaşlığın öhdəlikləri üzrə bütün
əmlakları ilə qeyri-məhdud birgə məsuliyyətidir. Bundan
267
başqa, tam yoldaşlıq onun üzvlərinin təsərrüfat
fəaliyyətində şəxsən iştirakını nəzərdə tutur, yəni konkret
şəxs yalnız bir tam yoldaşlığın iştirakçısı ola bilər.
Tam yoldaşlıqda işlərin idarə edilməsi və həyata
keçirilməsi əhəmiyyətli dərəcədə onun təsisat razılaşması
ilə müəyyən olunur. Tam yoldaşlığın hər bir iştirakçısı
əmanətin ölçüsündən asılı olmayaraq bir səsə malik olur.
Tam yoldaşlığın mənfəət və zərəri, əgər təsisat
razılaşması və başqa müqavilə üzrə digər qayda nəzərdə
tutulmayıbsa, onun iştirakçıları arasında onların əmanət
kapitalındakı payına proporsional formada bölüşdürülür.
İştirakçıların
mənfəət
və
zərərdə
iştirakdan
kənarlaşdırılmasına yol verilimir.
Qanun
təsərrüfat
yoldaşlıqlarında
əmanət
kapitalının mütləq minimumunun olmasını tələb etmir.
Buna
görə
də,
verilmiş
təşkilati
-
hüquqi
forma fəaliyyət miqyaslarının yoldaşlıq iştirakçılarının
xüsusi kapitalını üstələdiyi zaman istifadə oluna bilər.
MÖVZU 4.
KOMMERSİYA FƏALİYYƏTİNİN
PİSXALOGİYASI VƏ ETİKASI
Kommersiya etikası- müasir biznesin mövcud ola
bimədiyi elə bir kateqoriyadır ki, onsuz kommersiyanın
nəhəng potensialından effektiv istifadə etmək qeyri-
realdır. Kommersiya etikası ictimai həyatın əsas
məsələlərindən birinə çevrilmiş anlayışdır və o,
sahibkarlığın etika və mədəniyyəti adını almışdır.
268
Kommersiya etikası- düzgünlüyə, açıqlığa,
verilmiş sözə sadiqliyə, qüvvədə olan qanunvericiliyə
uyğun olaraq, bazarda effektiv fəaliyyət göstərmək
qabliyyətinə əsaslanan işgüzar etikadır.
Bizim ölkədə hazırda sahibkar təbəqəsinin fəal şəkildə
formalaşması prosesi gedir. Sabiq partiya-təsərrüfat
rəhbərliyinin
yerinə
ənənə
və
avtoritetindən,
düşüncələrində ətalətdən uzaq olan yeni insanlar
gəlmişdir.
Məhz
onlar
iqtisadiyyat
sferasında
yenidənqurma prosesində ortaya çıxan yeni imkanları
reallaşdırmağa başlamışlar. Azərbaycan sahibkarının
sosial portreti ziddiyyətli, çoxsimalı, mürəkkəb və
çoxmənalıdır. Bu yeni sinif müxtəlif sosial təbəqələrdən
formalaşmışdır: əsas etibarilə “kölgə” strukturlarında
fəaliyyət göstərmiş keçmiş illərin sahibkarlarından; sosial
konversiyanı keçmiş və yeni iqtisadi məkanda öz yerini
tapmış nomenklatur nümayəndələrindən; yaşları artıq 30-
dan yuxarı olan və öz sənətlərində layiqli yer tutmaq
niyyətində olan istehsalçılar və ziyalılardan; hələ özlərinə
sənət seçə bilməyən, lakin artıq biznesin əlifbasını
öyrənmiş
gənc
insanlardan
və
s.
Bu
yeni
azərbaycanlıların, demək olar ki, hamısı biznesin etika və
mədəniyyətini təsəvvürlərinə belə gətirmirlər. Bir çox
yeni yaranmış biznesmenlər nüfuzdan çox, öz cibləri
haqqında düşünürlər. Buna görə də öhdəliklərin vicdanla
yerinə yetirilməməsi, partnyorun maraqlarına laqeydlik
göstərilməsi, hətta səmimi olaraq onu aldatmağa çalışma
halları da olur.
2. İqtisadi pisxalogiyanın vacib vəzifələrindən biri
kommersant sahibkarın şəxsiyyətinin təsvirinin, pisxoloji
portretinin verilməsi, onun müxtəlif sosial-mədəni
mühitlərə və iqtisadiyyatın müxtəlif səviyyələrinə nə
dərəcədə uyğun olması məsələsidir. Aydınlaşdırmaq
Dostları ilə paylaş: |