PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə67/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   63   64   65   66   67   68   69   70   ...   76

 
269 
lazımdır ki, ölkədə baş verən dəyişikliklər kommersantın 
portretinə  nə  dərəcədə  təsir  göstərir  və  bu  dəyişikliklər 
əsasən hansılardır.Kommersantın pisxoloji portretinin ilk 
yaradıcılarından biri olan Verner Zombart qeyd edirdi ik, 
sahibkarlıq  ruhu  –  bürokratiya  ilə  birlikdə  kapitalist 
ruhunun tərkib hissələrindən biridir. 
 
Kommersant  aşağıdakı  keyfiyyətlərə  malik 
olmalıdır: 
-
 
Nailolma,  əldəetmə  (mənəvi  azadlıq,  iradə  və 
qətiyyət, inadlılıq və daimlilik); 
-
 
Təşkilatçılıq  (insanları  düzgün  qiymətləndirmək, 
onların  hərəkətlərini  əlaqələndirməklə  işləməyə 
məcbur etmə qabliyyəti); 
-
 
Tacirlik  (məcbur  etmədən  insanları  bir  yerə 
toplama,  onlarda  öz  məhsuluna  maraq  oyatma, 
inam hissini yaratma qabliyyəti); 
-
 
İşlərin  səmərəli  aparılması,  dərrakəli,  qənaətçilik 
ilə bağlı olan təsərrüfatçılıq; 
-
 
Kommersiya  nüfuzluluğu  və  etibarlılığı  olan 
igüzar mənəviyyat, müqaviləyə sadiqlilik və ciddi 
hesabatın aparılması. 
 
Kapitalist  ruhunun  tərkib  hissələrindən  biri  –
bürokratiyadır  (rəsmiyyətçilikdir).  Bürokratın  cəhətləri: 
şirkətə  sadiqlik,  onun  mənfəəti  hesabına  işləmə  -  şəxsi 
karyera  və  rifahlıq  naminə  irəliləmə,  maraq,  nizam-
intizam,  dəqiq  təlimatın  olması  tələbatı,  həvalə  olunmuş 
funksiyaların düzgün yerinə yetirilməsidir. 
 
Sosial-  psixoloji  nəzəriyyə  olan  deprivasiya 
nəzəriyyəsi (derivasiya – fərdilərin və ya qrupların həyati 


 
270 
tələbatlarının  azaldılması  və  yaxud  onlardan  məhrum 
edilmə  prosesi  deməkdir  ).  çərçivəsi  daxilində  müəyyən 
olunmuşdur  ki,  əhalinin  sosial  cəhətdən  sıxışdırılan 
təbəqələri  və  milli  azlıqların  nümayəndələri  hakim 
təbəqələrə  nisbətən daha  yüksək sahibkarlıq  potensialına 
malik olurlar. 
 
MÖVZU 5. 
 KOMMERSİYA FƏALİYYƏTİ 
SFERASI 
1.Təsərrüfatçılığın bazar şərtləri malgöndərənlərlə 
əmtəə  alıcıları  arasında  kommersiya  münasibətlərinin 
yeni  tipinin  yaranmasına  səbəb  olmuş,  ticarət  işçilərinin 
təşəbbüskarlığı  və  müstəqilliyi  üçün  geniş  imkanlar 
açmışdır. Müasir şəraitdə bu keyfiyyətlərsiz kommersiya 
işini  müvəffəqiyyətlə həyata keçirmək mümkün deyil.  
     İnkişaf  etmiş  bazar  iqtisadiyyatı  ölkələrində 
kommersiya 
fəaliyyətində 
təşəbbüskarlıq, 
əmtəəni 
satmaq bacarığı çox yüksək qiymətləndirilir. 
     Mürəkkəb  və  çox  şaxəli  bazar  münasibətləri 
şəraitində  kommersiya  fəaliyyətini  yalnız  yaxşı 
hazırlanmış    yüksək  ixtisaslı  və  kommersiya  işinin  
müasir  təşkili  və  texnologiyası,  marketinq,  mencment 
sahəsində  dərin  hazırlıq  keçmiş  kadrlar  həyata  keçirə 
bilərlər. 
Ticarət 
müəssisələrinin, 
kommersiya 
xidmətlərinin  başında  kommersiya  işini  yaxşı  bilən 
ixtisaslı  kommersant  –  təşkilatçılar,  kommersant 
əmtəəşünaslar,  kommersant  menecerlər  durmalıdırlar. 
Topdan    bazarlarda,  ticarət  müəssisə  və  təşkilatlarında 


 
271 
kommersiya 
xidməti 
və 
ya 
şöbəsi 
yaratmaq 
məqsədəuyğun  hesab  olunur  və  onlara  rəhbərliyi,  bir 
qayda  olaraq,  direktorun  birinci  müavini  və  ya 
kommersiya direktoru həyata keçirir. 
     Kommersiya  xidmətinin  tərkibinə  ticarət  və  ya 
əmtəə  şöbələri,  tələbatın  və  ya  ticarət  konyukturunun 
öyrənilməsi  şöbəsi,  topdan  bazarların  kommersiya 
köşkləri, əmtəə nümunələri zalları və müəssisələrin digər 
ticarət bölmələri daxil edilir. 
     Ticarət    müəssisə  və  təşkilatlarının  kommersiya 
işçilərinn 
akyual 
vəzifəsi 
milli 
istehsalçıların 
məhsullarının  mal  dövriyyəsinə  cəlb  edilməsindən 
ibarətdir.  
 
Bununla  əlaqədar,  əmtəə  istehsalçıları  və  mal 
göndərənlərlə  müqavilə  münasibətlərinin  səmərəliliyinin 
və  təsirini    artırmaq  lazımdır.  Malgöndərilməsi 
müqavilələri  milli  istehsala  aktiv  təsir  göstərməlidir,  bu 
da  öz  növbəsində,  xalq  istehlakı  mallarının  buraxılışının 
artırılmasına,  onların  ucuz  alternativ  xammaldan 
hazırlanmasına,  əhali  üçün  optimal  əmtəə  çeşidinin 
formalaşdırılmasına gətirib çıxarmalıdır. 
2.  Ticarət  müəssisəsi  tərəfindən  malların  alışını 
hərəsi  öz  mal  qrupuna  təhkim  edilmiş  operativ 
əmtəəşünaslar  aparırlar.  Bu  işdə  həm  də  öz  təklif  və 
arzularını  verən  və  malın  satışını  həyata  keçirən  ticarət 
zalının işçiləri də iştirak edir. 
Malların alışı zamanı mal göndərişi, alqı-satqısı və 
yaxud  komissiya  müqaviləsi  bağlanılır.  Müqavilələr 
ölkədə 
fəaliyyət 
göstərən 
qanunvericiliyə 
uyğun 
gəlməlidir.  Müqavilələr  o  zaman  bağlanmış  hesab  edilir 


 
272 
ki,  tərəflər  bütün  əhəmiyyətli  mövqelər  üzrə  razılığa 
gəlmiş olsunlar. 
Müqavilələr, bir qayda olaraq, iştirakçı müəssisənin 
birinci  şəxsləri  və  yaxud  onların  səlahiyyətli  müavinləri 
tərəfindən imzalanır. 
Mal 
göndərişi 
müqaviləsində, 
sahibkarlıq 
fəaliyyətini həyata keçirən malgöndərən, özünün istehsal 
etdiyi  və  yaxud aldığı  malı  müəyyən olunmuş  müddətdə 
sonradan  satış  üçün  və  yaxud  sahibkarlıq  fəaliyyətində 
digər  istifadə  üçün  alıcının  sərəncamına  verməyi  öz 
öhdəsinə götürür. 
Mal  göndərişi  müqaviləsində  aşağıdakı  məsələlər 
öz əksini tapmalıdır: 
-
 
Malların göndərilmə müddəti
-
 
Göndərilməsi qaydası; 
-
 
Göndərişin təşkili; 
-
 
Tam göndərilməmənin yerinin doldurulması; 
-
 
Malın alıcı tərəfindən qəbul olunması; 
-
 
alıcı  tərəfindən  qəbul  olunmayan  malın  məsul 
saxlanılmaya qəbul edilməsi
-
 
tara və qablaşdırma , hesablaşma qaydası; 
-
 
lazımi  keyfiyyətdə  və  tam  dəstləşdirilməmiş 
malların 
göndərişi 
zamanı 
iddiaların 
nizamlanması; 
-
 
malların göndərilməsinin  gecikdirilməsi və yaxud 
göndərilməsi zamanı dəbbələmə pulu (cərimə); 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə