Yerli brendlərin yaradılması, inkişaf etdirilməsi və hədəf bazarlarda dəstəklənməsi



Yüklə 158,75 Kb.
Pdf görüntüsü
tarix26.01.2018
ölçüsü158,75 Kb.
#22554


 

AZƏRBAYCAN RESPUBLİKASI  

İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRLİYİ 

 

 

Yerli brendlərin yaradılması, inkişaf etdirilməsi və hədəf 

bazarlarda dəstəklənməsinə dair 

 

ARAYIŞ 



 

Hazırladı: 

Sənaye şöbəsinin Sənaye layihələri sektorunun  

baş məsləhətçisi Dilşad Şirinova

 

 

 

 

 

 

 

BAKI - 2015 

 

 




 

 



 

MÜNDƏRİCAT

 

 



I.    Ümumi müddəalar ..............................................................................................   3 

II.  Brendləşmə sahəsində dünya təcrübəsi .............................................................   9 

III. Azərbaycanda brendləşmə sahəsində ümumi vəziyyət .................................... 16 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

I. Ümumi müddəalar 

Brend – bir satıcı və ya bir qrup satıcıların məhsul və xidmətlərini müəyyən etmək 

və rəqiblərini özlərindən fərqləndirmək məqsədilə istifadə olunan ad, rəmz, simvol və ya 

dizayn  və  yaxud  bunların  hamısının  hər  hansı  bir  kombinasiyasıdır.  Brend  həmçinin 

məhsulun  adı,  qablaşması,  qiyməti,  tarixi,  reputasiyası,  tanıtım  üsulu,  keyfiyyəti,  eləcə 

də istehlakçılarda yaratdığı təəssüratdır.

 

 

Milli  brend  –  əmtəə  istehsalı  və  xidmətlərin  göstərilməsi  sahəsində  elmi 

potensiala,  mədəni  ənənələrə,  təbii-rekreasiya  resurslarına  əsaslanan  unikal  səriştələrə 

malik  dövlət  brendidir.  Milli  brend  milli  rəqabətqabiliyyətliliyi  artırmaqla,  millətin 

özünəməxsus  xüsusiyyətlərini,  tarixi  və  mədəni  köklərini  özündə  cəmləşdirir.  

Brendləşmə  (brendinq)  -  vahid  ideyalı  vizual  görünüş,  qablaşdırma,  reklam,  keyfiyyət 

standartları, emosiyalar vasitəsilə istehlakçının şüuruna təsir edərək məhsula (xidmətə) 

uzunmüddətli  seçim  üstünlüyünün  qazandırılması  üzrə  marketinq  araşdırmasının 

nəticəsidir.    

Yerli brendin yaradılması və ona müsbət imicin qazandırılması ölkə məhsullarının 

cəlbediciliyinin  yüksəldilməsinin  ən  güclü  alətlərindən  hesab  edilir.  Belə  ki,  brend 

yüksək gəlirin əldə edilməsinə səbəb olur və ölkənin uzunmüddətli inkişafını təmin edir. 

Brendin  əsas  xüsusiyyətlərindən  biri  də  davamlı  müvcud  olan  böyük  miqdarda  sadiq 

istehlakçıların  olmasıdır.  Bunun  nəticəsidir  ki,  brendləri  olan  ölkələr  nəinki  xarici 

turistləri  cəlb  edir,  həmçinin  onun  məhsulları  rəqabət  mübarizəsində  güclü  dəstək  əldə 

etmiş olur. Eyni zamanda, ölkənin brendləşməsi xarici investisiyaların cəlb edilməsinə 

və  daxili  bazarın  stimullaşdırılmasına,  ixrac  həcminin  artmasına,  valyutanın 

möhkəmlənməsinə, yüksək ixtisaslı və istedadlı işçilərin ölkəyə axınına şərait yaradır.  

Düzgün  brendin  qurulması  və  brendləşmə  siyasətinin  həyata  keçirilməsi  üçün 

növbəti prinsip və qaydalara əməl olunması vacibdir: 




 

-  Əhatə  qanunu:    brendin  gücü  onun  əhatə  dairəsi  ilə  tərs  mütənasibdir. 



İstehlakçının brend haqqında təsəvvürü nə qədər genişdirsə, o qədər onun yaddaşında az 

yer tutur və o məhsul daha az uğur qazanır. 

- Şöhrət qanunu: Brendin yaranması hədəf auditoriyasında maraq yaratdığı andan 

başlayır.  Bunun  ən  yaxşı  üsulu  yeni  məhsul  yaratmaq  yox,  yeni  məhsul  kateqoriyası 

yaratmaqdır. 

- Reklam qanunu: ilk dəfə yaranan brendin yaşaması üçün reklama ehtiyac vardır. 

Belə  ki,  brendin  yenilikləri  bitdikdə,  qazandığı  mövqeni  saxlamaq  və  genişləndirmək 

üçün reklama müraciət olunur. 

-  Vəd  qanunu:  brend  verdiyi  vədi  tutmalı,  istehlakçıların  şüurunda  tutduğu  yeri 

qorumalıdır. Məhz bu vəd onu digərlərindən fərqləndirərək mahiyyətini təşkil edir. 

- İnam qanunu: istənilən uğur qazanmaq istəyən brendin bəyanatları həqiqəti əks 

etdirməli, istehlakçıların inamını qazanmalıdır. 

- Keyfiyyət qanunu: keyfiyyət vacibdir, amma brend həmişə eyni keyfiyyətdə qala 

bilmir.  Uğurlu  brendin  yaradılması  üçün  istehlakçıların  şüurunda  keyfiyyət 

təsəvvürünün yaradılması vacibdir. 

-  Kateqoriya  qanunu:  lider  brend  təkcə  özünü  deyil,  mənsub  olduğu  bütün 

kateqoriyanı  irəli çəkməlidir. Bütünlükdə məhsul kateqoriyasını inkişaf etdirərək, lider 

brend bazar payını artırmış olur. 

- Ad qanunu: son nəticədə brend addan başqa bir məfhum deyil. Brendinqdə qəbul 

olunan ən mühüm qərar məhsul və ya xidmətin adlandırılmasıdır. 

-  Yoldaşlıq  qanunu:  məhsul  kateqoriyasının  yaradılması  üçün  brend  digər 

brendləri  də  bazara  cəlb  etməlidir.  Bazarda  rəqib  brendlərin  olması  lider-brendin 

mövqeyini möhkəmləndirir ki, bu da istehlakçı seçimlərini daha mənalı edir. 

- Şirkət qanunu: Brendin adı ilə onu istehsal edən şirkətin adı eyni ola bilər, amma 

bu vəziyyət heç də hər zaman brendin xeyrinə olmur. 



 

-  Daimilik qanunu: Uğurlu brend  illərlə yox, onilliklərlə  yaradılır. Bazar dəyişsə 



də, brend mənasının mahiyyəti dəyişməməlidir. 

- Subbrend qanunu: brendin qazandıqlarını subbrend məhv edə bilər. Məhsulların 

daha  kütləvi  və  ucuz  növlərinin  –  subbrendlərin  yaradılması  brend  haqqında 

istehlakçıların şüurunda formalaşmış  dayanıqlı təsəvvürü dağıda bilər.  

-  Forma  qanunu:  Brendin  loqotipi  gözə  xoş  görünməli,  oxunaqlı  və  dinamik 

olmalıdır.  

-  Ölüm  qanunu:  Heç  bir  brend  daima  mövcud  olmur.  Yeni  bazarların  yaranması 

ilə  modernləşdirilmiş  köhnə  markalar  deyil,  yeni  brendlər  qalib  gəlir.  Bu  halda  köhnə 

brendin ömrünü uzatmaqdansa, yeni brendin yaradılması daha məqsədəuyğundur.  

Brendlərin  yaradılması  və  pozisiyalaşdırılması  (mövqeləndirilməsi)  brendləşmə 

fəaliyyətinin  əsas  məqsədini  təşkil  edir.  Brendin  mövqeləndirilməsi  onun  alıcılar 

tərəfindən 

necə 

qəbul 


edilməsinin 

və 


şüurlarda  necə  əks  olunmasının 

müəyyənləşdirilməsidir.  Mövqeləndirilmənin  əsas  vəzifəsi  istehlakçıya  müəyyən 

rasional (məhsulun mahiyyəti, qiyməti) və emosional (dəyərlər, həyat tərzi, imic, status, 

mentalitet  və  s.)  üstünlüklərin  ötürülməsi  və  marketinq  kommunikasiya  vasitələrinin 

qurulmasıdır. Bu strategiya müxtəlif istiqamətlərdə, o cümlədən istehlakçı stereotipləri, 

emosional  dəyərlər,  rasional  dəyərlər,  zəmanə,  istehsal  ölkəsi,  hədəf  auditoriyası 

üzərində qurulur.   

Uğurlu  brendin  yaradılması  ətraflı  bazar  araşdırması,  yeni  ideya  və  məhsulların 

üzə  çıxarılması,  tələbatın    öyrənilməsi,  düzgün  sloqan  və  loqotipin  seçilməsi,  yüksək 

reputasiyanın  təmin  olunmasını  tələb  edir.  Brendlərin  yaradılması  mexanizmi  növbəti 

mərhələlərdən ibarətdir: 

▪ Strateji planlaşdırma 

Bu  mərhələ  bir  sıra  submərhələlərdən  ibarətdirki,  bunlara  da  aiddir:  ölkənin 

inkişaf  strategiyasının  təhlili;  regionun  strateji  məqsəd  və  vəzifələrinin 

müəyyənləşdirilməsi;  brendin  gözlənilən  vəziyyətinin  müəyyənləşməsi;  brendin 



 

qiymətləndirmə  parametrlərinin  işlənməsi.  Bu  mərhələ  nəticəsində  ərazinin  strateji 



məqsəd  və  vəzifələri,  gözlənilən  brend  dəyərləri  və  üstünlükləri,  brend  səmərəliliyinin 

əsas göstəriciləri, monitorinqin nəticələrini nəzərdə tutan təsviri sənəd hazırlanır.  

▪ Tədqiqatın aparılması 

Göstərilən 

mərhələnin 

submərhələlərinə 

aiddir: 

hədəf 


auditoriyasının 

nümayəndələrinin  seqmentasiyası;  keyfiyyət  araşdırmasının  aparılması;  KİV-nin  aktual 

reytinqinin  ölçülməsi,  çoxsaylı  tədqiqatlarla  fərziyyə  testinin  aparılması;  yerli  KİV-nin 

monitorinqi;  əldə  olunan  məlumatların  təhlili,  texniki  tapşırığa  uyğun  hesabatın 

hazırlanması. Tədqiqat nəticəsində əldə olunan məlumatlar brendin inkişaf səviyyəsini, 

hədəf 


qrupları,  onların  motiv  və  gözləntilərini,  yerli  KİV-in  reytinqini 

müəyyənləşdirməyə imkan verəcək.   

▪ Brend platformasının hazırlanması 

Bu mərhələnin submərhələlərinə aiddir: brendin real qavrayışının təhlil olunması, 

brendə  xas  atributların,  dəyərlərin,  şəxsiyyətlərin  təsbit  olunması;  brendin  real 

vəziyyətinin  planlanan  vəziyyətinə  uyğunluğunun  təhlili;  brendin  mahiyyətinin 

formalaşdırılması;  brendin  atributları,  faydaları,  dəyərləri,  şəxsiyyətləri  və 

mahiyyətindən  ibarət  kombinasiyanın  təsvir  olunması.  Göstərilənlərin  nəticəsində 

brendin  hədəf  audoriyasının  kim  olduğu,  onun  marağını  cəlb  etməyin  üsulları,  hansı 

təəssüratı yaratmaq lazım olduğunu nəzərdə tutan təsviri sənəd hazırlanacaqdır. 

▪ Brend fərdiyyətinin (identikliyinin) yaradılması 

Dördüncü  mərhələ  loqotipin  hazırlanması,  brend  identlikliyinin  elementlərinin 

yaradılması, vizual kommunikasiya vasitələrinin monitorinqi və yerləşdirilməsinin əsas 

qaydalarının  hazırlanmasından  ibarətdir.  Bu  mərhələnin  nəticəsində  brendin 

mahiyyətini,  onun  dəyərlərini  və  üstünlüklərini  əks  etdirən  vizual  obrazı  yaradılır. 

Həmçinin,  bu  mərhələ  nəticəsində  brend  identikliyinin  əsas  elementləri  və  loqotipin 

istifadə  qaydaları  da  işlənib  hazırlanırki,  bunun  sayəsində  brendin  dəyərləri  və  əsas 

idayası hədəf audoriyasına uğurla çatdırılır.  




 

▪ Kreativ brend strategiyasının işlənib hazırlanması 



Adıçəkilən  mərhələ  növbəti  submərhələlərdən  ibarətdir:  kreativ  strategiya 

sayəsində  nail  olunacaq  məqsədlərin  müəyyənləşdirilməsi;  brendin  təşviqində  mövcud 

olan  maneələrin  təhlilini  nəzərə  alaraq  kreativ  strategiyanın  işlənməsi  üçün  texniki 

tapşırıqların hazırlanması; əsas təşviqat ideyalarının yaradılması; kommunikativ mesajın 

hazırlanması;  əsas  vizual  obrazın  yaradılması.  Beşinci  mərhələnin  nəticəsində  brendin 

strateji  məqsədlərinə  nail  olmaq  üçün  kommunikasiya  vasitəsilə  hansı  ideyaların  və 

hansı  ardıcıllıqda  istehlakçılara  çatdırılması  suallarına  cavab  verən  təsviri  sənəd 

hazırlanır.  Məhz  bu  mərhələdə  brendin  gələcəkdə  müxtəlif  media  kanallar  vasitəsilə 

təbliğ olunacaq yekun obrazı əldə olunur. 

▪ Media strategiyanın tərtib olunması 

Altıncı  mərhlədə  növbəti  vəzifələrin  icrası  həyata  keçirilir:  əsas  hədəf  qruplarla 

kommunikasiyanın ilkin planının işlənməsi; kommunikativ aktivliyin reallaşdırılmasının 

müvafiq  maliyyə  planının  tərtib  olunması;  büdcənin  nəzərə  alınması  ilə  xüsusi  qruplar 

üçün  daha  səmərəli  media  daşıyıcılarının  müəyyənləşdirilməsi;  yekun  media  planın 

formalaşdırılması;  marketinq  tədbirlərinin  səmərəliliyinin  qiymətləndirilməsi  və  brend 

monitorinqi  üzrə  prosedurların  işlənib  hazırlanması.  Bu  mərhələ  nəticəsində  əhatə 

olunacaq  auditoriyanın  zəruri  həcmi,  medianın  seçilməsi,  reklam  kampaniyasının 

keçirilmə  müddəti,  reklam  mesajlarının  formatı  kimi  məlumatları  ehtiva  edən  media 

plan hazırlanır. 

▪ Brend təşviqi və monitorinqi 

Son  mərhələ  növbəti  submərhələrdən  ibarətdir:  brendin  təşviqat  planının  həyata 

keçirilməsi  üçün  əsas  vizual  obrazın  adaptasiyası;  reklam  məhsullarının  və 

materiallarının hazırlanması; brendin müəyyən olunmuş qiymətləndirmə parametrlərinin 

monitorinqi;  brendin cari vəziyyətinin  gözlənilən  vəziyyətlə  müqayisəsi. Bu  mərhələdə 

əvvəlcə  planlaşdırılan  bütün  fəaliyyətlər  həyata  keçirilir.  Bu  mərhələnin  nəticəsində 



 

media-strategiyaya  uyğun  olan  reklam  hazırlanaraq  yerləşdirilir.  Bununla  da  brendin 



seçilmiş bazarda təşviqatı başlanılır.  

Brendin yaradılması və üzə çıxarılması üzrə bütün proqram həyata keçirildikdən 

sonra  brendin  vəziyyətinin  təhlil  olunması  və  nəticələrə  uğun  olaraq  brendin  inkişaf 

taktikası və strategiyasına lazımi düzəlişlərin edilməsi tələb olunur.   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

II. Brendləşmə sahəsində dünya təcrübəsi 

Güclü  brend  uzunmüddətli  tarixi,  mədəni,  siyasi  və  iqtisadi  inkişafın  nəticəsidir. 

Məhsulların  brendləşməsi  siyasəti,  istehlakçı  seçimlərinin  təmin  olunmasının  səmərəli 

mexanizmi kimi xarici şirkətlər tərəfindən uzun illərdir ki aparılır.  

Hazırda  uğurlu  brendlərin  böyük  hissəsi  bir  neçə  meqabrend  ölkələrdən,  o 

cümlədən  ABŞ,  Almaniya,  Yaponiya,  İsveçrə,  Böyük  Britaniya,  Fransa,  İtaliyadan 

bazara daxil olur. Artıq istehlakçılar bu ölkələrdə istehsal olunan məhsullardan müəyyən 

səviyyədə keyfiyyət gözləyir və bunun müqabilində istənilən məbləği verməyə hazırdır. 

Güclü  brendləri  ilə  dünyada  müsbət  imic  yaradan  bu  ölkələrin  adları  artıq  bir  sıra 

xüsusiyyətlərlə assosiasiya olunur. Belə ki, Fransa şık və yüksək həyat tərzi, İtaliya stil 

və cazibədarlıq, Almaniya əzəmətli maşınqayırma və avadanlıq istehsalı, İsveçrə yüksək 

nüfuz,  dəbdəbə,  zənginlik,  dəqiqlik,  Yaponiya  yüksək  texnologiyalar,  əyləncə,  dizayn 

kimi xüsusiyyətləri xatırladır. 

 

Beynəlxalq  konsaltinq  qrupu  Interbrand  və  BusinessWeek  jurnalının  birlikdə 



hazırladığı  ən  yaxşı qlobal brendlər 2014  (Best  Global  Brands  2014)  reytinqinə  əsasən 

dünyanın  100  ən  yaxşı  brendi  təqdim  olunmuşdur.  Reytinqə  əsasən,  "Apple"  brendi 

118,8 mlrd dollar məbləğində dəyəri ilə ilk pillədə qərarlaşıb. Reytinq siyahısında ikinci 

yerdə  brendi  107,4  mlrd.  dollar  məbləğində  qiymətləndirilən  "Google"  şirkətidir.  81,6 

milyard  dollar  göstəriciyə  malik  "Coca-Cola"  brendi  üçüncü,  "IBM"  (72,2  mlrd  $) 

dördüncü,  "Microsoft"  (61,2  mlrd.$)  isə  beşinci  yerdədir.  Ən  yaxşı  brendlərin  ilk 

onluğunu  “General  Electric”  (45,5  mlrd.$),  “Samsung”  (45,4  mlrd.$),  “Toyota”  (42,4 

mlrd.$),  “McDonalds”  (42,2  mlrd.$)  və  “Mercedes-Benz”  (34,3  mlrd.$)  kimi  şirkətlər 

davam etdirir.  

Brendlərin qiymətləndirilməsi üzrə İnterbrand metodikası brend dəyərləndirilməsi 

üzrə beynəlxalq İSO 10668 standartının tələblərinə uyğun aparılır və maliyyə nəticələri, 

tələb/bazar  təhlili  və  brendin  gücü  göstəriciləri  daxil  olmaqla  üç  qrup  göstəricidən 

istifadə edir. Bu göstəricilər müvafiq olaraq, iqtisadi mənfəətin, Brendin Rolu İndeksinin 



10 

 

(Brand  Role  İndex-RBİ)  və  Brend  Gücü  İndeksinin  (Brand  Strength  Index-BSI) 



ölçülməsi  vasitəsilə  hesablanır.  Həmçinin,  bu  metodologiya  ilə  qiymətləndirilən 

brendlərin  məhsul  satışından  gələn  gəlirinin  ən  azı  30%-i  xarici  ölkələrin,  xüsusilə  də 

Asiya,  Avropa,  Şimali  Amerika  materiklərində  yerləşən  ölkələrin  payına  düşməli, 

müsbət ictimai profili olmalı, maliyyə vəziyyəti ictimaiyyətə açıq olmalıdır. 

Eyni zamanda, beynəlxalq məsləhət şirkəti Future Brand dünyanın 118 ölkəsinin 

istehlakçıları ilə apardığı sorğu nəticəsində brendləri unikallıq, keyfiyyətlilik, daimilik, 

innovasiyaya  yönümlülük  və  digər  göstəricilərə  görə təhlil  edərək  Ölkə  Brendi  İndeksi 

(Country  Brand  İndex)  hesablayır  və  nəticələrə  dair  illik  reytinq  siyahısı  tərtib  edir. 

Şirkətin  2014-2015-ci  il  hesabatına  əsasən,  Yaponiya  “Toyota”,  “Toshiba”,  “Sony”, 

“Panasonic”,  “Honda”,  “Hitachi”,  “Nintendo”  brendləri  ilə  birinci  yerdə,  İsveçrə 

“Rolex”,  “Nestle”,  “Tissot”,  “Toblerone”,  “Lindt”,  “Swatch”,  “Patek  Philippe 

Geneve”,  “Tag  Heuer”  brendləri  ilə  ikinci  yerdə,  Almaniya  “Audı”,  “Porsche”, 

“Mersedes-Benz”,  “Siemens”,  “Adidas”,  “BMW”,  “Bayer”,  “Wolksvagen”, 

“Lufthansa”  brendləri  ilə  üçüncü  yerdə,  İsveç  “Ikea”,  “H&M”,  “Scania”,  “Volvo”, 

“Electrolux”,  “SAAB”,  “Absolut  Vodka”  brendləri  ilə  dördüncü  yerdə,  Kanada  isə 

“BlackBerry”, “RBC”, “Scotiabank”, “CanadaDry”, “AirCanada”, “Canadian Club” 

brendləri  ilə  beşinci  yerdə  qərarlaşıb.  Siyahını  Norveç,  ABŞ,  Avstraliya,  Danimarka, 

Avstriya, Yeni Zelandiya, İngiltərə, Finlandiya, Sinqapur, İslandiya, Niderland, Fransa, 

İtaliya və digər ölkələr davam etdirir. Future Brand hesabatında o da qeyd edilir ki, son 

illərdə  işgüzar  potensialını  fasiləsiz  olaraq  artırdığından  Çin,  BƏƏ,  Cənubi  Koreya, 

İsrail, Qatar brendləri də yaxın beş ildə bu siyahıya daxil olacaqdır. 

Dövlətin  uğurlu  qlobal  brendinin  mövcudluğu  ölkənin  tanınması  və  iqtisadi 

inkişafına  böyük  töhfələr  verdiyindən  bir  çox  dövlətlər  brendlərin  inkişafına  dəstək 

verərək  onların  maraqlarını  qoruyurlar.  Bu  səbəbdən  dövlətlər  ilk  növbədə  müxtəlif 

devizlər  altında  təşviqat  kampaniyaları  başlayaraq  beynəlxalq  aləmdə  ölkənin  imicini 

yüksəltmə tədbirləri keçirirlər. Belə ki, Almaniya  “İdeyalar ölkəsi” (Germany: Land of 



11 

 

Ideas),  İngiltərə  “Elit  Britaniya”  (The  Cool  Britannia),  Fransa  “İnnovasiyalar  ölkəsi” 



(France: Land of innovation), ABŞ “Brend Amerika” (Brand America), İtaliya “İtalyan 

mükəmməlliyi” (Italian excellence), Hindistan “İnanılmaz Hindistan” (Incredible India), 

Estoniya  “Estoniya  brendi:  Müsbətə  dəyişərək”  (Brand  Estonia  -  Positively 

Transforming)  təşviqat  kompaniyaları  ilə  məhsullarını  tanıdaraq  ölkənin  turistik 

imkanlarını genişləndirməyə çalışırlar. 

Eyni  zamanda,  Avropanın  21  ölkəsindən  1800  üzv  şirkəti  birləşdirən  Avropa 

Brendlər  Assosiasiyası  (European  Brands  Association)  fəaliyyət  göstərir  ki,  onun  da 

əsas  məqsədi  brendlər  üçün  ədalətli  və  rəqabət  mühitinin  yaradılması,  innovasiyanın 

dəstəklənməsi,  istehlakçılar  və  gələcək  nəsillər  üçün  yüksək  dəyərlərin  təmin 

olunmasıdır.    Assosiasiyanın  prioritet  istiqamətlərinə  ədalətli  və  səmərəli  bazarın 

yaradılması, istehlakçı kommunikasiyalarının yaxşılaşdırılması, Vahid Avropa Bazarının 

yaradılması, innovasiya və intlektual mülkiyyətin dəstəklənməsi, elektron satış bazarına 

etimadın yüksəldilməsi və brendlərin fasiləsiz inkişafının təmin olunması aiddir. 

 

Yaponiya 



Hazırda Yaponiya məişət elektrotexnikası, informasiya texnologiyaları, avtomobil 

sektorunda dünyanın ən məşhur brendlərini istehsal edir. Yaponiyanın ən yaxşı Qlobal 

Brendləri 2015 (Interbrand) reytinqinə əsasən, ilk onluqda Toyota (42,4 mlrd.$), Honda 

(21,7  mlrd.$),  Canon  (11,7  mlrd.$),  Sony  (8,1  mlrd.$),  Nissan  (7,6  mlrd.$),  Panasonic 

(6,3 mlrd.$), UNİQLO (4,8 mlrd.$), Nintendo (4,1 mlrd.$), Lexus (3,3 mlrd.$), Toshiba 

(2,5  mlrd.$)  brendləri  qərarlaşıb.  Siyahını  Bridgestone,  Komatsu,  Subaru,  Suzuki, 

Shiseido,  Nikon,  Mazda,  Hitachi,  Ricoh,  Unicharm,  Shimano,  Epson,  Fujitsu,  Yamaha 

kimi brendlər davam etdirir.  

Yaponiyanın  dünyada  imicinin  yüksəldilməsi  və  yerli  brendlərin  dəstəklənməsi 

fəaliyyətlərinə bir sıra nazirliklər və dövlət orqanları, diplomatik nümayəndəliklər, eləcə 

də  dövlət  tərəfindən  maliyyələşən  qeyri-hökumət  təşkilatları  cəlb  olunublar.  Yaponiya 

dövlətinin  qarşısına  qoyulmuş  vəzifələrdən  biri  ölkənin  yüksək  mədəni  potensialından 




12 

 

istifadə  etməklə  yerli  brendlərin  cəlbediciliyini  artırmaqdır.  Bu  məqsədlə  həyata 



keçirilən  “Yaponiya  brendi”  (Japan  Brand)  və  “Yaponiyanı  səyahət  et”  (Visit  Japan) 

dövlət proqramları büdcə vəsaitləri hesabına maliyyələşir.  

“Japan  Brand”  yardım  proqramının  reallaşdırılması  2004-cü  ildən  etibarən 

Yaponiyanın İqtisadiyyat, Əmək və Sənaye Nazirliyi tərəfindən başladılmışdır. Proqram 

çərçivəsində  Yaponiya  Xarici  Ticarət  Təşkilatı  (JETRO)  vasitəsilə  şirkətlərin  sərgi-

yarmarka,  tanıtım  fəaliyyətlərinin,  marketinq  araşdırmalarının  aparılmasına  maliyyə 

yardımı göstərilir. Eyni zamanda, proqramın davamı olaraq yaradılmış Yapon brendləri 

üzrə  İşçi  Qrupunun  (The  Japan  Brand  Working  Group)  əsas  məqsədləri  milli 

mədəniyyəti təbliğ etmək, çeşidli və dayanıqlı yerli brendlərin yaranmasını dəstəkləmək 

və qlobal brend kimi Yapon Dəbi (Japanese Fashion) yaratmaqdan ibarətdir.   

Yaponiyanın  Dövlət  Torpaqları,  İnfrastruktur  və  Nəqliyyat  Nazirliyi  tərəfindən 

2003-ci  ildən  etibarən  həyata  keçiriən  “Visit  Japan”  proqramı  çərçivəsində  yapon 

xalqının  həyatı,  mədəniyyəti,  mətbəxi,  məhsulları  geniş  təbliğ  olunaraq  ölkəyə  gələn 

xarici turistlərin cəlb olunması təmin edilir. 

 

 

İsveçrə 



 

Hazırda  İsveçrə  bir  sıra  məhsul  və  xidmətlər  üzrə  -  qol  saatı,  zinət  əşyaları, 

şokalad,  əczaçılıq  məhsulları,  bank  -  dünyanın  ən  yaxşı  brendlərinin  ixracatçısı  kimi 

tanınır.  İsveçrənin  ən  yaxşı  Qlobal  Brendləri  2015  (Interbrand)  reytinqinə  əsasən,  ilk 

onluqda  Nescafe  (10,6  mlrd.₣),  Roche  (8,5  mlrd.₣),  Nestle  (7,5  mlrd.₣),  Rolex  (7,2 

mlrd.₣), Novartis (6,8 mlrd.₣), Swisscom (5,1 mlrd.₣), ABB (4,9 mlrd.₣), Credit Suisse 

(3,6  mlrd.₣),  UBS  (3,6  mlrd.₣),  Zurich  (3,5  mlrd.₣)  brendləri  qərarlaşıb.  Siyahını 

Omega,  Nespresso,  Lindt,  Schindler,  Patek  Philippe,  Syngenta,  Geberit,  Holcim, 

Chopard, Tissot, PostFinance, TagHeuer, Swatch, IWS, Phonak, Hublot, Logitech kimi 

brendlər davam etdirir.  

İsveçrədə yerli brendlərə dövlət dəstəyi qanunvericilik vasitəsilə həyata keçirilir. 

Belə  ki,  “Əmtəə  nişanlarının  və  coğrafi  göstəricilərin  qorunması  haqqında”  Federal 




13 

 

Qanun  və  saatlara,  yeyinti  məhsullarına  “İsveçrə”  adının  verilməsinin  tənzimlənməsi, 



məhsulların  üzərində  İsveçrə  gerbinin  istifadəsinin  tənzimlənməsi  haqqında  Qərarlarla 

bir sıra minimal standartlar müəyyənləşdirilir.  

Dövlət  tərəfindən  yerli  məhsulların  keyfiyyət  və  standartlara  uyğunluğuna  ciddi 

nəzarətinin nəticəsidir ki, hazırda məhsulun “Swiss” markası ilə satılması qiyməti 20%-

50% daha yüksək müəyyən etməyə imkan verir. İsveçrə qanunvericiliyi ilə tənzimlənən 

“Swissness” konsepsiyasına əsasən, yeyinti məhsullarının xammalının minimum 80%-i 

(süd  məhsulları  üçün  100%)  yerli  məhsullar  olduqda,  sənaye  məhsullarının  istehsal 

xərclərinin  dəyərinin  minimum  60  %-nin  İsveçrədə  yarandığı  təqdirdə  İsveçrə  brendi 

kimi  satıla  bilər.  İsveçrə  brendi  ilə  xidmət  göstərmək  istəyən  şirkətlərin  qarşısına 

qoyulan  əsas  tələb  isə  qərargahın  və  əsas  inzibati  ofisin  İsveçrədə  yerləşməsinin 

labüdlüyüdür. 

 

Türkiyə 



Türkiyə  hazırda  aktiv  brendləşmə  siyasəti  aparan  ölkələr  sırasındadır  və  tekstil, 

qida,  inşaat,  turizm,  xidmət  sahələrində  bir  çox  məşhur  brendləri  ilə  fərqlənir. 

Türkiyənin  ən  dəyərli  Markaları  2013  reytinqinə  əsasən,  ilk  onluqda  qərarlaşan 

brendlərə  TürkTelekom  (2,4  mlrd.$),  AkBank  (2,1  mlrd.  $),  İş  Bankası  (2,01mlrd.$), 

Türk  Hava  Yolları  (1,8  mlrd.$),  Garanti  Bankası  (1,6  mrd.  $),  Türkcell  (1,5  mlrd.$), 

Arçelik (1,4 mlrd. $), BİM (1,3 mlrd. $), Anadolu (1,2 mlrd. $), YapıKredi Bankası (1,1 

mlrd. $) aiddir. Siyahını VakıfBank, Migros, Opet, Ülker Bisküvi, Vestel, Aygaz, Sütaş, 

Teknosa, Pınar Süt, Kent Gida, Otokar, Tofaş kimi brendlər davam etdirir.     

Türkiyədə  ixracın  simullaşdırılması  və  yerli  brendlərin  xarici  bazarlarda  rəqabət 

gücünün artırılması məqsədilə dövlət tərəfindən bir sıra dəstək tədbirləri həyata keçirilir. 

Belə  ki,  Türkiyənin  İqtisadiyyat  Nazirliyi,  İnkişaf  Nazirliyi  və  Türkiyə  İxracatçılar 

Məclisinin  (TİM)  birgə  əməkdaşlığı  ilə  reallaşdırılan  “Türkiyə  İxracat  Strategiyası 

2023”  Fəaliyyət  Planına  əsasən,  hədəf  bazarlara  yönəlmiş  ticari  proqramların  həyata 

keçirilməsi, yerli şirkətlərin xarici sərgilərdə iştirakının dəstəklənməsi, şirkətlərin xarici 




14 

 

bazarlara giriş prosedurlarına köməyin göstərilməsi, türk malı imicinin yaxşılaşdırılması, 



yüksək  dizaynlı  brendlərin  ixrac  imkanlarının  artırılması,  İstanbulun  beynəlxalq  alış-

veriş,  dəb,  sərgi  mərkəzinə  çevrilməsi,  ixracatçıların  ətraf  mühit  standartlarına  riayət 

etməsi və eko-etiketləmə  mövzusunda maarifləndirilməsi kimi tədbirlər əsas məqsədlər 

kimi qarşıya qoyulmuşdur. 

Həmçinin,  Türkiyənin  İqtisadiyyat  Nazirliyi  tərəfindən  yerli  brendlərin 

gücləndirilməsi və təbliği məqsədilə bir sıra dəstək tədbirləri həyata keçirilirki, bunlara 

da aiddir: 

 



Brendləşmə və Turquality Dəstəyi (Markalaşma və Turquality Desteği):  

Türkiyənin  İqtisadiyyat  Nazirliyi  tərəfindən  2004-cü  ildən  başlanan  “Turquality” 

layihəsinin  əsas  məqsədlərinə  şirkətlərin  brend  gücünü  və  korporativ  strukturunu 

gücləndirmək,  ölkə  daxilində  brend  şüurunun  yaradılması,  brend  potensialı  olan 

şirkətlərin qlobal brendə çevrilməsi üçün maliyyə yardımının və məsləhət xidmətlərinin 

göstərilməsi,  yerli  şirkətlərin  brend  məlumatlılığının  artırılması,  ölkə  xaricində  müsbət 

Türk  malı  imicinin  formalaşdırılması  və  digərləri  aiddir.  Layihə  çərçivəsində  həyata 

keçirilən patent, faydalı model qeydiyyatı, tanıtım, reklam, marketinq, ofis, depo, kirayə 

mağaza,  sertifikatlaşdırma  kimi  dəstəklərə  maksimum  50%  maliyyələşdirmə  ilə  illik 

100.000-600.000 ABŞ dolları məbəğində maliyyə yardımları edilir.  

 

Ölkə xaricində Bölmə, Brend və Reklam Dəstəyi (Yurtdışı Birim, Marka və 



Tanıtım Desteği): 

Dəstək çərçivəsində şirkətlərin ölkə xaricində bölməsinin açılması, brend qeydiyyatı, 

reklamı  və  marketinq  xərclərinin  ödənməsinə  maksimum  4  il  müddətinə  maliyyə 

yardımı  göstərilir.  Belə  ki,  şirkətin  açılacağı  bölmə  mağaza  olduğu  halda  illik 

maksimum 120.000 ABŞ dolları olmaqla xərclərin 60 %-i, ofis, showroom, depo olduğu 

halda maksimum 100.000 ABŞ dolları olmaqla xərclərin 60 %-i ödənilir. Eyni zamanda, 

brendin  xaricdə  reklam,  tanıtım  və  marketinq  xərclərinin  maks.  150.000  ABŞ  dolları 



15 

 

olmaqla 60 %-i, brendin xaricdə qeydiyyatı və qorunması xərclərinin maks. 50.000 ABŞ 



dolları olmaqla 50 %-i ödənilir.   

 



Sərgilərdə iştirak Dəstəyi (Fuar Katılım Desteği): 

Bu dəstək çərçivəsində ölkə xaricində keçirilən Türk ixrac malları sərgilərində iştirak 

üçün  maksimum  10.000  ABŞ  dolları,  sektoral  xarakterli  beynəlxalq  sərgilərdə  iştirak 

üçün  isə  maksimum  15.000  ABŞ  dolları  olmaqla  xərcin  50  %-i  həcmində  maliyyə 

yardımı göstərilir. 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




16 

 

III. Azərbaycanda brendləşmə sahəsində ümumi vəziyyət 



 

Uğurlu  yerli  brendin  yaradılması  və  inkişaf  etdirilməsi  yolu  ilə  dövlətin  müsbət 

imicinin  formalaşdırılması  konseptual  yanaşma,  yüksək  koordinasiya  və  monitorinq 

tələb edən uzunmüddətli, sistemli fəaliyyətin nəticəsidir.  



Qanunvericilik  bazası:  Hazırda  Azərbaycanda  əmtəə  nişanları,  onların  hüquqi 

təminatı,  keyfiyyət  standartlarına  uyğunluğu,  reklamı,  ixracı  bir  sıra  qanunvericilik 

aktları  ilə,  o  cümlədən  “Əmtəə  nişanları  və  coğrafi  göstəricilər  haqqında”,  “Patent 

haqqında”, “Standartlaşdırma haqqında”, “Reklam haqqında”, “İxrac nəzarəti haqqında” 

Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.  

Bununla  yanaşı,  əmtəə  nişanlarının  rəsmiləşdirilməsi  prosedurları  “Əmtəə 

nişanlarının  qeydə  alınması  barədə  iddia  sənədinin  verilməsi  və  ekspertizası 

Qaydaları”nın, “Əmtəə nişanlarına dair müqavilələrin qeydiyyatı Qaydaları”nın, “Əmtəə 

nişanlarının  Dövlət  reyestrinin  aparılma  Qaydasının  və  coğrafi  göstəricilərin  Dövlət 

reyestrinin  aparılma  Qaydası”nın,  “Azərbaycan  Respublikasında  əmtəə  nişanlarının 

geniş  tanınması  Qaydaları”nın  təsdiq  edilməsi  haqqında,  eləcə  də  “Əmtəə  nişanı 

haqqında  şəhadətnamə  və  coğrafi  göstərici  haqqında  Şəhadətnamə  formalarının 

müəyyən  edilməsi  barədə”  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  qərarları 

ilə tənzimlənir. 

Eyni  zamanda,  dövlət  nəzarətində  olan  bir  sıra  məhsulların  istehsalı,  emalı, 

istifadəsi, dövriyyəsi, keyfiyyətinin  idarə edilməsi  məsələləri bir  sıra  adlı qanunlarla, o 

cümlədən  “Balıqçılıq  haqqında”,  “Taxıl  haqqında”,  “Tütün  və  tütün  məmulatları 

haqqında”,  “Pambıqçılıq  haqqında”,  “Üzümçülük  və  şərabçılıq  haqqında”,  “Çayçılıq 

haqqında”,  “Arıçılıq  haqqında”,  “Qiymətli  metallar  və  qiymətli  daşlar  haqqında”, 

“Dərman  vasitələri  haqqında”,  “Əczaçılıq  fəaliyyəti  haqqında”  Azərbaycan 

Respublikasının qanunları ilə tənzimlənir.  

Məhsulların  sertifikatlaşdırılması  və  standartlara  uyğunluğu:

 

Məhsulların 



keyfiyyətinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət 


17 

 

nəzarətini  Azərbaycan  Respublikası  Standartlaşdırma,  Metrologiya  və  Patent  üzrə 



Dövlət  Komitəsi  həyata  keçirir.  Komitə  mövcud  qanunvericiliyə  uyğun  olaraq  neft-

kimya,  tikinti,  aqrar  sənaye  kompleksində,  yüngül,  mebel,  maşınqayırma, 

elektrotexnika, cihazqayırma, energetika, rabitə, metallurgiya, ümumi texnika, nəqliyyat 

sənayesi sahələrində standartların tələblərini təmin etmək üçün dövlət nəzarətini həyata 

keçirir.  

Komitə  AZS  Milli  sertifikatlaşdırma  sistemi  əsasında  fəaliyyət  gösətərir  və 

Uyğunluq sertifikatı, Tanınma sertifikatı, Əmtəə nişanlarının qeydiyyat şəhadətnaməsi, 

Sənaye  mülkiyyəti  obyekti  üçün  patent  kimi  icazə  sənədlərini  verir.  AZS  Milli 

sertifikatlaşdırma  sistemi  Respublikada  istehsal  edilən  və  həmçinin  ixrac  olunan 

məhsulların  (proseslərin,  xidmətlərin)  sertifikatlaşmasının  əsasını  qoyur  və  İSO-BEK 

sənədlərinə, beynəlxalq İSO 9000 seriyalı standartlara və standartlaşmanın əsasını təşkil 

edən  hökümətlərarası  sənədlərə  istinad  edərək  mövcud  olan  beynəlxalq  norma  və 

qanunlar əsasında qurulur. Azərbaycan Respublikası dövlət standartlaşdırma sisteminin 

əsasını təşkil  edən  6  Dövlət standartına  -  AZS  1.0-96,  AZS  1.2-96,  AZS  1.3-96,  AZS 

1.4-96, AZS 1.5-96, AZS 1.6-96  standartları aiddir.  

Bundan  əlavə,  hüquqi  və  fiziki  şəxslər  üçün  Azərbaycan  Respublikasından  ixrac 

olunan malların mənşəyini təyin edən Mənşə sertifikatının verilməsi və Avropa İttifaqı 

ölkələrinə ixrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən 

Keyfiyyət  sertifikatının  verilməsi  İqtisadiyyat  və  Sənaye  Nazirliyi  tərəfindən, 

telekommunikasiya  vasitə  və  qurğularının  (TVQ)  texniki  səviyyəsini  və  keyfiyyət 

göstəricilərini  təyin  edən  TVQ  Uyğunluq  sertifikatının  verilməsi  Rabitə  və  Yüksək 

texnologiyaları  Nazirliyi  tərəfindən,  daxili  istehsal  məhsullarına  Gigiyenik  sertifikatın 

verilməsi  Səhiyyə  Nazirliyi  tərəfindən,  bitki  və  bitkiçilik  məhsullarının  fitosanitar 

vəziyyətini təyin edən Fitosanitar sertifikatının verilməsi isə Kənd Təsərrüfatı Nazirliyi 

tərəfindən həyata keçirilir.  



18 

 

Azərbaycan  brendləri:  Dünya  bazarında  Azərbaycan  məhsulu  haqqında 

məlumatlılığının  artırılması,  keyfiyyətli  yerli  məhsulların  ixracının  stimullaşdırılması, 

yerli  brendlərin  beynəlxalq  standartlara  cavab  verməsinin  təmin  olunması  bugün 

prioritet istiqamətlər sırasındadır.  

 

Hazırda  yerli  şirkətlərin  getdikcə  artması  onları  rəqiblərdən  fərqlənmək, 



istehlakçıların diqqətini çəkmək və şüurlarında yer qazanmaq üçün çalışmağa vadar edir. 

Nəticədə  şirkətlər  brend  siyasəti  yürütməklə  bazarda  daha  çox  paya  sahib  olmaq  üçün 

mübarizə aparırlar. Məhsul istehsalı və xidmət sahəsində uğurlu və uzunmüddətli brend 

siyasətini aparan və beləliklə artıq yaddaşlara həkk olunan bir çox Azərbaycan brendləri 

formalaşmışdır ki, bunların da sırasında Asan Xidmət, Bakcell, Kapital Bank, Unibank, 

İdeal,  Romantic,  Kontakt  Home,  Embawood,  Azərçay,  Bizim  Tarla,  Fab  Boya  və 

digərlərinin adlarını çəkmək olar.  

 

Eyni  zamanda,  brendinq  həyata  keçirilməyən  brendlər  formalaşmışdır  ki,  bu 



brendlər də milli brendlərin yaradılması zamanı geniş istifadə oluna bilər. Azərbaycanın 

brendinqsiz  brendləri  sırasında  “Göyçay  narı”,  “Masallı  mebeli”,  “Quba  alması”, 

“Lənkəran çayı” və digərlərini qeyd etmək olar.  

Əsas  məqsədi  xarici  investorlar,  yerli  istehsalçılar  və  hökumət  arasında  körpü 

funksiyasını  həyata  keçirmək  olan 

Azərbaycanda  İxracın  və  İnvestisiyaların  Təşviqi 

Fondu  (AZPROMO)  2003-cü  ildən  bəri  yerli  şirkətlərin  marketinq  sahəsində 

maariflənməsi,  ixracın  stimullaşdırılması,  eləcə  də  dünyada  Azərbaycan  məhsulu 

imicinin yüksəldilməsi üçün bir sıra fəaliyyətlər həyata keçirirki, bunlara da aiddir:  

 



Marketinq 

 



Yerli və xarici investorlara müxtəlif xidmətlər 

 



İnvestisiyalar və ixracat imkanları üzrə məlumat bazasının yaradılması 

 



Azərbaycan biznesi üçün regional ticarət (ixrac) imkanlarının araşdırılması 

 



İxraca yönəlmiş şirkətlərə məsləhət xidmətləri 

 



Bazar araşdırmaları 


19 

 



 

"Azərbaycanda istehsal olunub" ("Made in Azerbaijan") ticarət nişanının 

beynəlxalq səviyyədə təbliği 

Azərbaycandan  müxtəlif  brendlərlə  qonşu  ölkələrə  ixrac  olunan  məhsulların 

tərkibini əsasən, yeyinti, içki və tikinti sənayesi məhsulları təşkil edir. Növbəti cədvəldə 

müxtəlif brendlərlə məhsulları ixrac olunan yerli şirkətlərin siyahısı verilmişdir:   

 

Sıra 

№ 

Mal ixrac edən hüquqi 

şəxsin adı 

İxrac olunan ölkə 

İxrac olunan malın adı 

Brendin adı 

"Az FP Co LTD" MMC 



Əfqanıstan, Sudan, 

Qətər, BƏƏ 

Süd və süd məhsulları 

"Milla" 


"Daimoni" MMC 

Rusiya 

Kişi ayaqqabıları 



"Daimoni" 

"Gazelli Group" MMC 



Rusiya 

Kosmetik vasitələr 

"Gazelli Group" 

"EMBAWOOD" MMC 



Gürcüstan

Qazaxıstan, Rusiya 

Mebel 

"Madeyra", 



"EMBAWOOD" 

"Asena Ko" MMC 



Rusiya, Qazaxıstan, 

Gürcüstan, 

Özbəkistan, Ukrayna, 

Moldova 


Quşçuluq fabrikası üçün 

avadanlıq 

"Asena Ko" 

"Azalsan" MMC 



Rusiya, Qazaxıstan 

Alüminium profillər 

"AZALSAN"  

"NB Group" ASC 



Gürcüstan 

Boyalar 


"Azpol" 

"Corella" 

"Muflon" 

Təmizləyici vasitələr 

"Avel" 

"Bermuda" 



Yapışdırıcı 

"Azpol" 


"Senta-Az" MMC 

Rusiya 

Boyalar 


"Elite" 


20 

 



"Caspian Coast Vinery 

And Vineyards" MMC 

Rusiya 

Şərablar 



"Золото 

Азербайджана 

Баку" 

"Золото 


Азербайджана 

Ленкорань" 

"Золото 

Азербайджана 

Нахичевань" 

"Каспиан Коуст 

Матраса"  

"Солнечный Баку 

Матраса" 

"Солнечный Баку 

Чинар" 

"Солнечный Баку 



Шемаха" 

"Солнечный Баку 

Золотой Шербет" 

10 


"Gəmiqaya Holdinq"  

Rusiya 


Mineral sular 

"Badamlı" 

11 

"Avrora" firması 



Rusiya 

Taxıl məhsulları 

"LaFarella" 

12 


AZƏRSUN HOLDİNG 

Gürcüstan, 

Qazaxıstan, Rusiya, 

İraq, İran, 

Türkmənistan, 

Qırğızıstan, 

Özbəkistan, 

Almaniya, Çin, ABŞ, 

Tacikistan 

Yağlar 


"Teksun" 

"Final" 


"Zeytun Bağları" 

"Mocuze" 

"Sultan" 

"Zolotoe" 

Çaylar 

"Azərçay" 



"Final" 

Konservləşdirilmış 

"Bizim Tarla" 



21 

 

məhsullar 



"Saville" 

"Blendo" 

Salfet 

"AURA" 


"SUN" 

Duz 


"Salute" 

Qənd 


"Final" 

13 


"Gilan Holdinq" 

Pakistan, Malaziya, 

Türkmənistan, 

Tacikistan, Rusiya, 

Ukrayna, Almaniya, 

Polşa, İtaliya, Fransa, 

Çexiya, Çin, 

Yaponiya, İngiltərə, 

BƏƏ 

Meyvə şirələri 



"Jalə" 

"Zolotoy sad" 

"Natura" 

"Bağdan" 

"Cipsim" 

14 


"Göyçay-Süd" ASC 

Estoniya, Polşa, 

Belarus, Rusiya 

Nar şirəsi 

"Qarnet" 

"4U" 


"Souti" 

15 


"Arzuna" MMC 

Türkmənistan, 

Gürcüstan 

Kartof çipsi, taxıl 

məhsulları 

"3 Koroçki"  

 "List" 

16 


"Veysəloğlu-Yaycılı 

Qardaşları" MMC 

Rusiya 

Qənnadı məmulatları 



"Ulduz" 

17 


"AzNar" QSC 

Rusiya 


Meyvə şirələri və 

konsentratları 

"Qrante" ,  

 "Qranat" 

18 

"A+Co" MMC 



Çin 

Şərab 


"Sarvan" 

19 


"Aspi Aqro" MMC 

Rusiya 


Şərab 

"Savalan" 

20 

"Ayan" MMC 



Rusiya, Türkmənistan 

Günəbaxan tumu 

"Çiko" 

Limonad 


"Qızıl Quyu" 

21 


"Babək Sirab" MMC 

Rusiya, Ukrayna 

Mineral sular 

"Sirab" 



22 

 

22 



"Şirin" MMC  

Qazaxıstan, 

Özbəkistan, 

Tacikistan, 

Qənnadı məmulatları 

"Şirin", "Şirin 

Tokay", "Sweety" 

23 


İsmayıllı Şərab-2 ASC 

Rusiya 


Spirtli içkilər 

Джейран 


«Азербайджан»  

Джейран 


«Матраса»  

Джейран «Тауз»  

Джейран 

«Гёкгель» 

Джейран 

«Шахдаг»  

Джейран «Чинар» 

Джейран 


«Садыллы» 

Джейран «Ахсу» 

24 

"Az-Granata" MMC 



ABŞ, Gürcüstan, 

Rusiya, Almaniya, 

Polşa, Kanada, 

Yunanıstan 

Meyvə şirələri və 

konsentratları 

"Leyli"  

25 


"Delta Qrup C.O." 

MMC 


İsrail, Gürcüstan 

Peçenye, Vafli 

"Bismak" 

26 


"Bolluq Ltd" MMC 

Gürcüstan, 

Qazaxıstan 

Şokoladlı konfetlər, 

Peçenye, Vafli 

"Bolluq" 

27 

 "Gəncə-Şərab-2" ASC 



Rusiya 

Spirtli içkilər 

«Букет 

Азербайджана»  



«Девичья башня»    

«Огни Баку»    

«Гянджа»    

«Каспийский 




23 

 

берег»   



«Караван Сарай»  

«Ивановка»  

«Матраса»  

«Семь красавиц»  

«Чинар»  

«Севгилим» 

«Садыллы» 

«Ширван»  

«Апшерон»  

«Старый Баку» 

28 

"Naiqin Ko Tovuz-



Baltiya" MMC 

Rusiya 


Spirtli içkilər 

«АГДАМ»  

«Товуз&А» 

«Chablis Dry wine»  

«Лейли Меджнун» 

«Товуз&N» 

«МЕРЛОТ» 

«Бакы-Джейхан» 

«Товуз&R» 

«Tovuz» 


«Babeck» 

«Evrovision» 

«TOVUZ ARBUZ 

ALKUHLU» 

«TOVUZ ALMA 

ALKUHLU» 

«TOVUZ AZƏRİ 

ALKUHLU». 

29 

"Şərq Ulduzu" MMC 



Rusiya 

Spirtli içkilər 

Sierra Land of Fire 

Bayan Shira 




24 

 

Sierra Land of Fire 



Saperavi  

Sierra Land of Fire 

Shishtapa 

Sierra Land of Fire 

Caspian Waves  

Sierra Land of Fire 

Eastern Fairy Tale 

Шамкир «Баян 

Шира»  

Шамкир 


«Ркацители»  

Шамкир 


«Шардоне»  

Шамкир 


«Саперави»  

Шамкир «Шираз»  

Шамкир «Каберне-

Совиньон»  

Шамкир «Мерлот» 

Шамкир «Кагор» 

Шамкир 

«Каспийские 



волны»  

Шамкир «Сказка 

востока»  

Шамкир 


«Шиштапа»  

Шамкир  


«Шемкирская 

крепость»  




25 

 

30 



"Göy-Göl şərab" ASC 

Rusiya 


Spirli içkilər 

«Матраса» 

«Ахсу» 

«Чинар» 


«Шахдаг» 

«Семь красавиц» 

«Ширван» 

«Гёкгёль» 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 158,75 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə