PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə47/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   43   44   45   46   47   48   49   50   ...   76

 
185 
11)Kommersiya  hesablarının  açılmasının  xarici 
valyuta əməliyyatlarında tətbiqi sxemi hansıdır. 
 
MÜHAZİRƏ MƏTİNLƏRİ 
KOMMERSİYA HESABLAŞMALARININ  
 FORMA VƏ METODLARI   
P L A N  
1. Hesablaşmaların nəğd  forması. 
2. Hesablaşmaların nəğdsiz forması. 
         3. Hesablaşmaların akkreditiv forması. 
  
1.  
Hesablaşmaların    müəssisələr  tərəfindən 
ya  nəqd  pulla,  ya  da  nəqdsiz  ödəmələr  yolu  ilə  həyata 
keçirilir. 
Öz  təşkilati-hüquqi  formalarından  və  fəaliyyət 
sferalarından  asılı  olmayaraq  müəssisələr  sərbəst  pul 
vəsaitlərinin banklarda saxlamağa borcludurlar. 
Təşkilatlar  digər  müəssisələrlə  öhdəliklər  üzrə 
hesablaşmaları,  bir qayda olaraq, bank vasitəsilə nəqdsiz 
qaydada 
həyata 
keçirirlər 
və 
ya 
Azərbaycan 
Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  Milli 
Bank 
tərəfindən 
müəyyən 
edilmiş 
nəqdsiz 
hesablaşmaların digər formalarını tətbiq edirlər. 
Hesablaşmaları nəqd pulla həyata keçirmək üçün 
hər  bir  təşkilatın  kassası  olmalı  və  müəyyən  edilmiş 
formada kassa kitabı açılmalıdır. 


 
186 
Əhali  ilə  hesablaşmaların  həyata  keçirildiyi 
zaman  təşkilatlar  tərəfindən  nəqd  pulun  qəbulu  mütləq 
qaydada nəzarət-kassa aparatının tətbiqi ilə aparılmalıdır. 
Təşkilatların  banklardan  aldıqları  nəqd  pullar 
çekdə göstərilən məqsədlərə sərf edilməlidir. 
Kassa  əməliyyatlarının  aparılması  kassirə  həvalə 
olunur  və  o  qəbul  etdiyi  dəyərlərin  saxlanmasına  görə 
tam maddi məsuliyyət daşıyır. 
Kiçik  təsərrüfat  xərclərini  ödəmək,  ezamiyyət 
üçün  avans  vermək  və  digər  xırda  ödəmələri  həyata  
keçirmək  üçün  kassada  bankın  müəyyən  etdiyi  limit 
daxilində  kiçik  pul  məbləğləri  saxlamaq  olar.  Yalnız 
müəssisənin  işçilərinə  əmək  haqqı,  müvəqqəti  işsizlik 
üzrə  müavinətlər,  təqaüdlər  və  pul  mükafatları  verildiyi 
dövrdə  3  iş  günü  müddətində  kassada  müəyyən  edilmiş 
limitdən artıq pul saxlamağa icazə verilir. 
Pulların  kassaya  daxil  olması  və  kassadan 
verilməsi  mədaxil  və  məxaric  kassa  orderləri  vasitəsilə 
tərtib  olunur.  Əməliyyatlaın  məbləği  örderlərdə  rəqəmlə 
və  yazılı  göstərilir.  Mədaxil  ordeni  baş  mühasib  və  ya 
onun müvəkkil etdiyi şəxs, məxaric orderini isə təşkilatın 
rəhbəri və baş mühasib  və  ya onun müvəkkil etdiyi şəxs 
imzalayırlar. 
Mədaxi kassa orderləri və əlavə olunmuş qəbzlər, 
məxaric  kassa  orderləri  və  onları  əvəz  edən  sənədlər 
dəqiq  və  aydın  əl  yazısı  ilə  doldurulmalıdır  və  ya  çap 
olunmalıdır.  Bu  sənədlərdə  düzəlişlərə,  qaralamalara, 
pozmalara  icazə  verilmir.  Kassa  orderləri  üzrə  pulun 
qəbulu  və  ya  verilməsi  yalnız  onların  tərtib  olunduğu 
gündə həyata keçirilə bilər. 


 
187 
Əgər pullar etibarnamə ilə verilərsə, onda məxaric 
kassa  orderinin  mətnində  pul  alanın  soyadı,  adı  və 
atasının adından sonra etibarnamə verilmiş şəxsin soyadı, 
adı  atasının  adı  göstərilməlidir.  Pullar  etibarnamə  üzrə 
verildikdə  imza  yerinin  qarşısından  kassir  “Etibarnamə 
ilə”  sözünü əlavə etməlidir. Etibarnamə kassirdə qalır və 
məxaric kassa orderinə və ya ödəmə cədvəlinə bərkidilir. 
Mədaxil  və  məxaric  kassa  orderləri  kassaya 
verilməmişdən öncə, mühasibatlıqda mədaxil və məxaric 
kassa sənədlərinin qeydiyyatı jurnalında uçota alınır. 
Baş  kassir  iş  gününün  başlanğıcında  digər 
kassirlərə  avans  şəklində  məxaric  əməliyyatlarını 
aparmaq üçün nəqd pul məbləğini verir və kassirin qəbul 
etdiyi  və  verdiyi  pulların  uçotu  kitabında  onlara  imza 
etdirir. 
İş gününün sonunda kassirlər baş kassir qarşısında 
alınmış  avans  və  mədaxil  sənədləri  üzrə  qəbul  edilmiş 
pullar  haqqında  hesabat  verməli,  həmçinin  nəqd  pulun 
qalığını və aparılmış  əməliyyatlar üzrə kassa sənədlərini 
baş  mühasibə  kassirin  qəbul  etdiyi  və  verdiyi  pulların 
uçotu kitabında imza etməklə qaytarmalıdırlar. 
Pul vəsaitlərinin daxil olması və xərclənməsi üzrə 
bütün  əməliyyatları  kassir  kassa  kitabına  yazmalıdır  və 
bu  kitab  nömrələnməli,  tikilməli  və  surğuclu  möhürlə 
möhürlənməlidir.  Kitabdakı  səhifələrin  sayı  təşkilatın 
rəhbərinin və baş mühasibin imzaları ilə təsdiqlənməlidir. 
İş  gününün  sonunda  kassir  kitabında  gün  ərzində 
aparılmış əməliyyatların yekununu  hesablayır və növbəti 
gün üçün kassadakı  pul  qalığını  çıxarır. Kassa kitabında 
qeydlər  diyircəkli  və  ya  çernilli  qələmlə  sürətçıxaran 
kağız  vasitəsilə  iki  vərəqdə  aparılır.  Kitabın  bir  vərəqi 
qoparılır  və  onu  günün  sonunda  digər  mədaxil  və 


 
188 
məxaric  sənədləri  ilə  birlikdə  kassa  əməliyyatları  üzrə 
hesabat kimi kassa kitabında imzalamaqla təhvil verirlər. 
Kassa  kitabında  pozuntular  və  razılaşdırılmamış 
düzəlişlər  kassirin  və  təşkilatın  baş  mühasibinin  imzası 
ilə təsdiqlənir. 
Kassa 
sənədlərinin 
tam  qorunması  təmin 
olunduğu  şəraitdə  kassa  kitabını  avtomatlaşdırılmış 
üsulla aparmaq olar.  
Kassa  kitabının  düzgün  aparılmasına  nəzarət 
təşkilatın baş mühasibinə həvalə olunur. 
Təşkilat rəhbərləri kassa otağını avadanlıqla təmin 
etməli  və  pulların  kassada  saxlandığı  zaman  və  bankdan 
gətirildiyi və banka qaytarıldığı zaman onun qorunmasını 
təmin etməlidirlər. 
Əgər  təşkilat  rəhbərlərinin  günahı  ucundan  pul 
vəsaitlərinin  saxlanması  və  nəqliyyatlaşdırılması  zamanı 
onların  qorunmasını  təmin  edən  zəruri  şərait 
yaradılmayıbsa, 
onda 
rəhbərlik 
qanunvericilikdə 
müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 
Kassa otağı təcrid olunmalı, kassanın qapıları isə 
əməliyyatlar  aparılan  zaman  daxildən  kilidlənməlidir. 
Aidiyyatı  olmayan  şəxslərin  kassa  otağına  daxil  olması 
qadağan edilir. 
Təşkilatların  kassaları  mövcud  qanunvericiliyə 
uyğun olaraq sığortalana bilərlər. 
Metal  şkafların  və  mahirlərin  açarları  kassirlərdə 
olur  və  onlara  açarları  hardasa  qoymaq,  kənar  şəxslərə 
vermək  və  uçota  alınmamış  dublikatlar  hazırlamaq 
qadağan  edilir.  Açarların  uçota  alınmış  dublikatların 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə