PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə30/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   26   27   28   29   30   31   32   33   ...   76

 
117 
Xarici  investorlar  tərəfindən  ölkə  ərazisində 
sərmayə qoyuluşu aşağıdakı yollarla həyata keçirilir: 
-  bütünlükdə  onlara  məxsus  olan  müəssisələrin  və 
filialların yaradılması yolu ilə
-  yerli  hüquqi  və  fiziki  şəxslərlə  yaradılan 
müəssisələrdə pay hesabı iştirak etməklə; 
         -    müəssisələrin,  əmlak  komplekslərinin,  qiymətli 
kağızların əldə edilməsi yolu ilə; 
         -  torpaqdan    və  digər  təbii  resurslardan  istifadə 
hüququnun əldə edilməsi yolu ilə; 
         -   digər  fəaliyyət  növləri,  o  cümlədən,  kreditlərin, 
borcların və əmlakların təqdim edilməsi yolu ilə. 
 
Xarici 
tərəf-müqabillərlə 
birgə 
sahibkarlıq 
fəaliyyəti 
əsasında  həyata  keçirilən  beynəlxalq 
kommersiya aşağıdakı formalarda olur: 
-
 
istehsalat kooperasiyası; 
-
 
kontrakt üzrə istehsal
-
 
idarəetmə kontraktı; 
-
 
lisenziyaların satışı; 
-
 
françayzinq. 
İstehsalat  kooperasiyası  hər  hansı  mürəkkəb 
məhsulun 
birgə 
istehsalı  üzrə  yerli  və  xarici 
müəssisələrin 
səylərinin 
birləşdirilməsi 
və 
əlaqələndirilməsi məqsədini daşıyır. 


 
118 
  İstehsalat  kooperasiyası  xüsusi  uzunmüddətli 
sazişlə 
möhkəmləndirilir 
ki, 
burada 
istehsalat 
proqramlarının 
razılaşdırılması, 
məmulatın 
tərkib 
hissələri,  məhsulun  hazırlanması  üçün  lazım  olan 
materiallar və xammal ilə mübadilə öz əksini tapır. 
Lisenziyalaşdırma 
əmtəələrin 
çıxarılması 
(gətirilməsi) qaydasıdır ki. bu zaman dövlətin səlahiyyətli 
idarəsi  müəyyən  əmtəələrlə  (ixrac  və  idxal  üzrə 
lisenziyalaşdırma  siyahısına  daxil  edilmiş)  xarici  ticarət 
əməliyyatları  aparılmasına  icazə-lisenziya  verir.  Xarici 
ticarət  əməliyyatlarının  lisenziyalaşdırılması  ayrı-ayrı 
əmtəələrin  ixracına  və  idxalına  miqdar  məhdudiyyətinin  
- kvotaların tətbiqi ilə sıx əlaqəlidir.  
Lisenziyaların  satışı    malların  və  xidmətlərin 
istehsalçısının  beynəlxalq  kommersiya  fəaliyyətinə  cəlb 
edilməsinin ən əlverişli üsullarından biridir. 
Satıcı ( lisenziar) xarici alıcı (lisenziat) ilə müəyyən 
muzdla  (qonorar  və  yaxud  lisenzia  ödənişi)  istehsal 
texnologiyasının,  patentin,  əmtəə  nişanının  və  digər  əqli 
mülkiyyətin istifadə olunması barəsində saziş bağlayır. 
Beynəlxalq  kommersiyanın  bu  cür  formasının 
üstünlüyü  ondan  ibarətdir  ki,  lisenziar  özünün  əqli 
əməyinin dünya bazarına heç bir xərc və risk  çəkmədən 
çıxarılması  imkanına  malik  olur  və  bu  zaman  müəyyən 
mükafat  da  əldə  edir.  Lisenziata  gəldikdə  isə,  o, 
başqasının 
hazır 
ixtirasından, 
istehsalat 
texnologiyasından,  firmanın  malından  və  adından  öz 
maraqları  üçün  istifadə  imkanını  qazanır  və  bu  zaman 
elmi tədqiqatlara və öşləmələrə heç bir böyük vəsait sərf 
etmir. 


 
119 
Lisenziyaların  satışının  adi  praktikasından  fərqli 
olaraq,  françayzinq  firmaya,  lisenziya  alana  və  onun 
fəaliyyətinə nəzarətə daha çox təsir etmək imkanı verir. 
Son 
zamanlar 
xarici 
ticarət 
fəaliyyətində 
nizamlanmanın qeyri tarif üsulları daha geniş tətbiq edilir 
ki,  bura  da  dövlətin  xarici  ticarət  və  iqtisadi  siyasət 
sahəsində  tətbiq  etdiyi  və  xarici  ticarətə  əhmiyyətli 
dərəcədə  təsir  göstərən  müasir  vasitələrin  geniş  yığımı 
aiddir.  Bura  bilavasitə,  idxalın  bəzən  isə  ixracın  da 
lisenziyalaşdırılmasını  və  kvotasını,  texniki  standartlara 
uyğunluğu, ixracın könüllü məhdudlaşdırılması və s tipli 
gizli 
tədbirləri, 
xüsusi 
maliyyə 
və 
valyuta  
məhdudiyyətlərini və s aid etmək olar. 
 
Kvota  (və  ya  kontragentlər)  müəyyən  dövr 
ərzində  (məsələn,  rüb  )  əmtənin  ixracına  və  idxalına 
verilmiş icazənin maksimal həcmidir. (dəyər və ya fiziki 
ölçüdə). 
 
Ticarət  təşkilatları  və  müəssisələri  xarici  ticarət 
əməliyyatlarını  öz  şəxsi  təşəbbüsü  ilə  və  ya  xarici  
firmalarla  müqavilələr  bağlamaq  yolu  ilə  xarici  ticarət 
əməliyyatlarının təşkili ilə məşğul olan yuxarı orqanların 
və  digər  müəssisələrin  təşəbbüsü  ilə  həyata  keçirə 
bilərlər. 
Əksər hallarda, xarici ticarət sövdələşməsini həyata 
keçirmək üçün öz xüsusi ixrac resursllarına  malik olmaq 
zəruridir,  yəni  əvvəlcə  əmtəəni  satıb,  sonra  isə    lazımi 
məmulatları  almaq.  Xarici  ticarət  əməliyyatlarının  
təcrübəsində  əmtəə  ixracatçıları  və  idxalçıları    arasında 
iqtisadi  maliyyə  əlaqələrinin  barter,  sərbəst  dönərli 
valyuta  ilə  hesablaşmalar  və  s  bu  kimi  formaları  tətbiq 
olunur. 


 
120 
 
Barter  –  müəyyən  sayda  əmtəənin  şərtləşdirilmiş 
sayda    digər  bir  əmtəəyə  dəyişdirilməsini  nəzərdə  tutan 
sövdələşmədir.  Bir  qayda  olaraq,  barter  sövdələşməsi 
alıcının  hesabından  satıcının  hesabına  pul  vəsaitlərinin 
köçürülməsi ilə müşaiət olunmur. 
 
Kilirinq  –  qarşılıqlı  tələblərin  və  öhdəliklərin 
nəzərə 
alınmasına  əsaslanan  nəqdsiz  hesablaşma 
sistemidir. 
Maliyyə  hesablaşmalarının  ən  təkmilləşdirilmiş  forması 
sərbəst dönərli valyuta ilə hesablaşmalar hesab olunur ki, 
bu da ixracatçıya əldə etdiyi valyuta gəlirindən digər hər 
hansı  bir  dövlətlə  ikitərəfli  xarici  ticarət  əlaqələrində 
hesablaşmalarda istifadə etməyə imkan verir. 
Xarici  ticarət  əməliyyatlarının  təşkili  aşağıdakı 
mərhələləri nəzərdə tutur: 
-
 
xarici 
bazarın 
və 
onun 
konyukturunun 
öyrənilməsi; 
-
 
xarici  bazarda  reallaşdırmaq  məqsədi  ilə  ixrac 
resurslarının formalaşdırılması; 
-
 
müqavilələr 
bağlamaq  üçün  kontragentlərin 
axtarışı və seçilməsi; 
-
 
müqavilələrin bağlanması və yerinə yetirilməsi 
Xarici  bazarın  öyrənilməsi  əmtəələrin  mənfəətli 
satışının  və  ya  adekvat  məbləğli  digər  bir  əmtəəyə 
dəyişdirilməsinin  mümkünlüyünü  müəyyən  etməyə 
kömək  etməlidir.  Bunun  üçün  bazarın  vəziyyətinin  onun 
tutumunun,  qurluşunun,  satış  üçün  kommersiya 
şəraitinin, əsas rəqiblərin və s öyrənilməsi vacibdir. 
Müəssisənin  ixrac  resursları  hər  şeydən  əvvəl  xarici 
bazarda,  rəqabət  qabliyyətli  məhsulun  mövcudluğu  ilə 
müəyyənləşdirilir.  Məhsulu  rəqabət  qabliyyətli  etmək 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə