PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə26/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   22   23   24   25   26   27   28   29   ...   76

 
101 
informasiya  vasitələri  və  reklam  daşıyıcıları)      əməl 
etməli olduğu etik davranış standartlarını müəyyən edir. 
Məsələnin  tərkibinin  əsasını  ədalətlilik,  doğruluq 
və s kimi ən mühüm reklam normaları qoyulmuşdur. 
Cinayət 
məcəlləsində 
yalan 
reklama 
görə 
məsuliyyət  nəzərdə  tutulmuşdur.  Xüsusilə,  reklamda 
əmtəələrə, 
iş 
və 
xidmətlərə, 
habelə 
onların 
istehsalçılarına    (icraçılar  və  satıcılar)  münasibətdə 
nəfskar  maraq  üzündən  qəsdən  yalan  informasiyadan 
istifadə  olunaraq  əhəmiyyətli  dərəcədə  vurulmuş  ziyana 
görə  minimum  əmək  haqqının  200  –  dən  500  mislinə 
qədər  ölçüsündə  cərimə  ödənilir,  və  ya  2  aydan  5  aya 
qədər  əmək  haqqının  tutulması,  180  saatdan  240  saata 
qədər icbari iş, ya 3 aydan 6 aya qədər həbs, ya da iki ilə 
qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
2.  Malların  sahibkar-  satıcıdan    istehlakçı-alıcıya 
doğru yeridilməsi üçün bir sıra vasitələrdən, o cümlədən: 
-  reklamdan, 
-  satışın həvəsləndirilməsindən, 
Bu vasitələrdən ən vacibi reklamdır. 
Reklam  –  malın  mənfəətli  satışının  təmin 
olunması  məqsədilə  satıcıdan  istehlakçıya  yönəldilən 
informasiyadır. 
Reklam aşağıdakı növlərdə tətbiq oluna bilər: 
-
 
İnformasiya xarakterli(rubrika formasında); 
-
 
Təbliğat izahedici; 


 
102 
-
 
Malın nişanı (markası); 
-
 
Nüfuzlu (prestijli); 
-
 
Satış. 
İnformasiya  xarakterli  (rubrika  formasında), 
reklam  potensial  alıcılar  arasında  satışa  təklif    olunan 
mallar  və  yaxud  xidmətlər  haqqında  məlumatların 
yayılması üçün nəzərdə tutulub. 
Təbliğat-izahedici   reklam, müəyyən bir istehlakçı 
üçün  nəzərdə  tutulan  malın  və  yaxud  xidmətin  konkret 
üstünlüklərinin dərindən təsvirinə xidmət göstərir. 
Mal  nişanının  reklamı alıcını  konkret  mala  deyil, 
malı (xidməti) istehsal edən firmanın nişanına yönəldir. 
Prestijli reklam uzun müddət üçün nəzərdə tutulub 
və  malın  və  onu  buraxan  firmanın  cəlbedici  surətinin 
formalaşdırılmasına xidmət edir. 
Satış  reklamı  malın  endirimlə  satışı  haqqında 
məlumat verir. 
Reklam aşağıdakı formalara malik olur: 
-
 
Tanışedici; 
-
 
Təbliğedici; 
-
 
Müqayisəedici; 
-
 
Xatırladıcı; 
-
 
Möhkəmləndirici. 


 
103 
Tanışedici  reklam    potensial  alıcının  tanış  olması 
üçün  kifayət  edən  malın  və  yaxud  xidmətin  təsvirindən 
ibarətdir.  Bu  forma  reklam  kampaniyasının  başlanğıcı 
üçün  xarakterikdir.  O,  malın  bazara  çıxarılması 
mərhələsində  ilkin  tələbin  formalaşdırılması  üçün  tətbiq 
olunur.  Reklamın bu formasının əsas məqsədi –alıcılara 
yeni mal haqqında, onun fəaliyyət prinsipi və ya mövcud 
mallar üçün açılan imkanlar haqqında, alıcılarda yeni mal 
ilə  bağlı  olan  çəkinmənin,  ehtiyat  etmənin  aradan 
götürülməsi,  istehsalçı  -  firmanın    və  satıcının  cəlbedici 
surətinin  formalaşdırılması,  malın  əlverişli  qiyməti 
haqqında təsəvvürün yaradılmasından ibarətdir. 
Təbliğedici  reklam    malın  bazarda  satışının  artımı  
mərhələsində  tətbiq  olunur.  O,  alıcını  təbliğ  etməli,  onu 
inandırmalıdır  ki,  bu  məhz  ona  lazım  olan  maldır.  Bu 
reklamın  əsas  məqsədi  alıcıda  seçimli  tələbin 
formalaşdırılmasından, məhz bu mal nişanına üstünlüyün 
verilməsindən  ibarətdir.  Burada  alışın  təxirə  salınmadan 
edilməsi    motivi,  firmanın  nümayəndələri  ilə  dərhal 
əlaqəyə girməsi və s. iştirak edir. 
Təbliğedici 
reklam 
müqayisəedici 
reklam 
formasını  da ala bilər ki,  burada  əsas fikir məhz həmin 
malın  bu  qəbildən  olan  digər  mallarla  müqayisədə 
mövcud  üstünlüklərin  müəyyən  olunmasından  ibarətdir. 
Biz  bu  forma  ilə  diş  məcununun,  şampunun,  yuyucu 
tozun  və  digər  gündəlik  tələbat  mallarının  reklamı 
zamanı rastlaşırıq. 
Xatırladıcı  reklam  malın  yetkinlik  mərhələsində 
onun  üçün  tətbiq  olunur  ki,  alıcı  həmin  malın  bazarda 
mövcudluğunu  yadından  çıxarmasın,  bu  mal  daim 
lazımdır, o, alıcı üçün əlverişli  yerdə satılır. 


 
104 
 Reklamın bu forması möhkəmləndirici  reklamla 
əlaqələndirilir  ki,  onun  da  əsas  məqsədi  alıcının  malı 
seçməkdə  düzgün  hərəkət  etdirməyə  inandırmaqdır.  Bu 
isə  malın  alışından  razı  qalan  və  edilən  alışdan  olan 
sevinclərini  bölüşdürən  alıcıların  çıxışlarının  nümayişi 
yolu ilə əldə olunur. 
Reklam vasitələri haqqında qərar qəbul edilərkən, 
reklam  üzrə  mütəxəssis  aşağıdakı  üç  suala  cavab 
tapmalıdır: 
-
 
Reklamın görünmə tezliyi necə olmalıdır? 
-
 
Reklam  auditoriyasının  əhatə  olunma  dərinliyi 
necə olmalıdır? 
-
 
 Reklamın auditoriyaya təsiri necə olmalıdır? 
Bu  suallara  cavab  ilk  növbədə,  nəyin  reklam 
olunmasından,  reklam  olunan  malın  mümkün  ola  bilən 
istehlakçısı kimi hansı auditoriyanın çıxış etməsindən və 
reklam olunan malı almağa auditoriyanı inandırmaq üçün 
hansı səylərin göstərilməsindən asılıdır. 
Göstərilən  suallara  cavabdan  asılı  olaraq  reklam 
vasitələri də seçilir:  
-
 
Mətbuat (qəzet jurnallar); 
-
 
Radio; 
-
 
Televiziya; 
-
 
Ünvanlı poçt; 
Xarici reklam; (lövhəli, metroda, vağzallarda və s.) 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə