97
göstərməlidir. Reklamın köməyi ilə alıcılar az vaxt və
əmək sərf etməklə özlərinə lazım olan malları ala bilirlər.
Bu zaman mal satışı sürətlənir, xərclər aşağı düşür
(azalır) və ticarət heytinin faydalı iş əmsalı çıxalır.
Reklam fəaliyyəti ən müxtəlif sosoal sferalara
( iqtisadiyyat, ticarət, məişət xidmətləri, siyasət, tamaşa
və s) toxunur.
Reklam fəaliyyətinin ən geniş yayılmış sferası
ticarət reklamıdır, reklam təsirinin predmeti isə ticarət
müəssisələrinin əmtəə və xidmətləri və müəssisənin
özüdür. Ticarət reklamının köməyilə əmtəələrin istehlak
xassələri və bu əmtəələrin satışını müşayiət edən
xidmətlər haqqında informasiyalar məqsədyönlü şəkildə
yayılır. Bu əmtəə və xidmətlər, habelə onları reallaşdıran
müəssisələrə qarşı istehlakçıların diqqətini cəlb etmək
məqsədilə onlara məşhurluq yaratmaq üçün zəruridir.
Reklam fəaliyyətinin son məqsədi satış həcminin
artırılması və mənfəətin əldə edilməsidir.
Reklam bazar marketinqinin bir hissəsidir. O,
istehlakçının
əmtəə
və
xidmətlərin
keyfiyyəti,
xüsusiyyətləri, çeşidi, istismar üsulları haqqında və başqa
məlumatlarla
dəqiq
və
düzgün
şəkildə
məlumatlandırmalıdır. Onun tərtibatı müasir estetik
tələblərə cavab verməli və ona sərf olunan xərclər
nöqteyi-nəzərindən rasional olmalıdır. Onun köməyi ilə
alıcılar əmtəə və xidmətlərin əldə edilməsinə daha az
vaxt sərf etməlidirlər. O, ticarət işçilərinin əməyinin
məhsuldarlığının artırılmasına yol açmalıdır.
Ayrı-ayrı ticarət müəssisələri, təklif edilən
xidmətlər, iş vaxtı satış forma və üsulları, onların iş
xüsusiyyətləri və s. haqqında verilən məlumatlar mühüm
əhəmiyyətə malikdir. Ona görə də ticarət reklamına:
98
düzgünlük, məqsədyönlülük, konkretlilik, humanistlik və
s. cəhətlər xas olmalıdır.
-
Düzgünlük (doğruluq, gerçəklik) – malların
keyfiyyəti, dəyəri üstün cəhətləri və s. haqqındakı
məlumat.
-
Konkretlik (dəqiqlik) – reklam məlumatlarında
göstərilən dəlillər və sübutlar, cədvəllərinə və s.
rəqəmlərin həqiqətə uyğunluğu.
-
Məqsədəyönlülük – onun yükgöndərəni bazar
konyukturasını və malları reklam edəndir, obyekti
isə istehlakçıdır. Reklam zamanı bu prinsiplərə
riayət edilməsi, səmərəsiz xərcləri aradan qaldırır,
ticatər müəssisəsinin mal dövriyyəsini yüksəldir.
-
Humanistlik – ticarət reklamını humanistlik
şəxsiyyətin harmonik inkişafına, adamların
mənəvi inkişafına, onun dünya görüşünün
genişlənməsinə,
sağlamlığının
möhkəmlənməsinə,
xidmətin
və
istehsalın
səviyyəsinin yüksəldilməsinə təsir göstərməsi
aiddir.
-
Etibarlılıq – bu ticarət reklamının müasir və
müxtəlif elm v texniki tərəqqinin inkişafına
əsaslanmasıdır
(incəsənət,
sosiologiya,
psixologiya, tibbi, iqtisadiyyat, dizayn və s.).
Hazırda geniş istifadə edilən reklam termini latın
sözü olan –reklamera sözündən götürülmüş və mənası
yüksəkdən çığırmaq və ya məlumat vermək deməkdir.
Öz mahiyyət etibarı ilə reklam malların istehlak xassələri
və müxtəlif xidmət növləri haqqında məlumat verməklə
onların siatışını təşkil etmək və onlara alıcılıq qabliyyəti
99
yaratmaqdır. Bundan başqa, reklam vasitəsilə təşkilati,
ədəbi əsərləri, incəsənəti və s tanıtmaq, məhşurlaşdırmaq
məqsədilə məlumatlar yaymaq olar.
Azərbaycan Respublikasının “Reklam haqqında” 3
oktyabr 1997-ci il 376 -1 QD saylı qanununda göstərilir
ki, Reklam fiziki və hüquqi şəxslər, əmtəə, ideya və
yenliklər haqqında maraq formalaşdırmaq və ya bu
marağı saxlamaq, əmtəənin satılmasına, ideya və
yenliklərin həyata keçirilməsinə kömək göstərmək
məqsədilə yayılan informasiyadır.
“Reklam haqqında” qanun reklama qarşı ümumi
və xüsusi tələbləri müəyyən edir. Onda ədalətsiz, qeyri-
düzgün, qeyri-etik, yalan və gizli reklamın başlıca
əlamətləri ifadə edilmişdir. Reklamın bir sıra növlərinə,
ayrı-ayrı əmtəə növlərinin reklamının sponsorluqla,
habelə həddi- buluğa çatmamış şəxslərin istehsalda
hüquqlarının müdafiəsi, reklamın yerləşdirilməsi və
yayılması ilə bağlı xüsusiyyətlərinə diqqət ayrılmışdır.
Qanunun xüsusi fəsli reklam verənlərin, reklam
istehsalçılarının və reklam yayanların hüquq və
öhdəliklərinə həsr olunmuşdur. Belə ki, reklam
istehsalçısı və reklam yayan reklam informasiyasını tələb
etmək hüququ var, reklamverən isə həmin informasiyanı
təqdim etməyə borcludur. Əgər reklam verənin fəaliyyəti
liseziyalaşdırılmalıdırsa,
onda
müvafiq
əmtəənin
reklamlaşdırılması, habelə reklam verənin özünün
reklamlaşdırılması zamanı sonuncu müvafiq lisenziyanı
və ya onun təsdiq olunmuş sürətini təqdim etməyə
borcludur, reklam istehsalçısı və reklam yayanın isə
bunu tələb etməyə hüququ vardır. Burada reklam
prosesində iştirak edən tərəflərin başqa hüquq və
öhdəlikləri də ifadə edilmişdir.
100
“Reklam haqqında” qanunda reklam sahəsində
dövlət
nəzarəti
üzrə
orqanın federal antiinhsar
səlahiyyətləri,
habelə
reklam haqqında qanunun
pozilması faktınınmüəyyən olunması halında əks
reklamın verilməsi qaydası və müvafiq reklama görə
məsuliyyəti də müəyyən olunmuşdur.
Bir sıra reklamla bağlı məsələlər “Kütləvi
informasiya vasitələri haqqınd,” “Qiymətli kağızlar
bazarı haqqında,” “Narkotik vasitələr və psixotop
maddələr haqqınd” və b. Qanunları, habelə müxtəlif
dövlət və regional orqanların normativ sənədləri ilə
tənzimlənir.
Beynəlxalq Ticarət Palatası reklam fəaliyyəti
məsələlərini tənzimləmək üçün reklam təcrübəsinin
beynəlxalq kodeksini tənzimləyir. O, istənilən əmtəə və
Xidmətlərin bütün növ reklamlarına, o cümlədən
imic reklamına şamil edilir. O, hər şeydən əvvəl, özü
intizamın aləti kimi çıxış edir və Beynəlxalq Ticarət
Palatasının marketinq fəaliyyəti haqqındakı başqa
məsəllləri ilə müştərək tətbiq olunur:
Marketinq tədqiqatları məsələsi;
Satışın stimullaşdırılması üzrə fəaliyyət məsələləri;
Birbaşa poçt göndərişləri və kataloqlar üzrə ticarət
məcəlləsi;
Birbaşa satışlar məcəlləsi.
Reklam təcrübəsinin beynəlxalq məcəlləsi reklam
fəaliyyətinə
münasibəti
olan
bütün
tərəflərin
(reklamverənlər,
reklam
istehsalçıları,
kütləvi
Dostları ilə paylaş: |