PüSTƏ oruc qizi fərhadi


Mövzunun proqram sualları



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə23/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   19   20   21   22   23   24   25   26   ...   76

 
90 
Mövzunun proqram sualları 
 
Reklamın  mahiyyəti,  məzmunu  və  əsas  məsələləri. 
Reklamın  sosial  –  psixoloji  əsasları.  Reklam  insanları 
idarəetmə  metodu  kimi.  Alıcı  davranışında  reklamın 
psixoloji rolu. Xaricdə reklam biznesinin inkişafının əsas 
təyinatı.  Reklam  vasitələrinin  növləri  və  onların  tətbiqi. 
Vitrinlər  reklam  vasitələri  kimi.  Vitrinin  əhəmiyyəti. 
Vitrinlərin  avadanlıqları  və  quraşdırılması.  Vitrin  üçün 
mal  seçimi. 
Vitrin 
sərgilərinin 
tərtibi. 
Malların 
dequstasiyası,  nümayişi,  açıq  yığılması.  Reklam  – 
məlumat agentliklərinin işinin təşkili. Reklam elanlarının 
mətnlərinin  işlənməsinin  əsasları.  Reklam  fəaliyyətinin 
işlənməsinin əsasları. 
 
Bilməli 
-
 
Reklam 
mahiyyətini, 
reklam 
vəzifələrini, 
ümumiyyətlə, reklam anlayışı haqqında; 
-
 
Reklam psixologiyası; 
-
 
Reklam marketinqini; 
-
 
Reklam 
vasitələrinin 
növlərini, 
onların 
xüsusiyyətlərini,  birinin  digərindən  üstün  və  zəif 
cəhətlərini; 
-
 
1000 nəfər hesabı ilə konkret reklam daşıyıcısının 
dəyərinin hesablanmasını; 
-
 
Reklam  vasitələri,  əhatə  dairəsi,  təsir  gücü 
görünmə tezliyinə görə təsnifləşdirilməsini; 
-
 
Reklam  proqramının  və  onun  səmərəliliyinin 
qiymətləndirilməsini; 
-
 
Ticarət 
reklamının 
vacib 
xüsusiyyətlərini 
(düzgünlük, 
konkretlilik, 
məqsədyönlülük, 
humanistlik, kompitentlik); 


 
91 
-
 
Reklamın 
sosial-psixoloji 
əsaslarını, 
yəni 
reklamın  insanları  idarəetmə  vasitəsi  kimi 
xüsusiyyətlərini,  alıcı  davranışına,  yəni  alıcının 
nail olmaq istəyinə reklamın təsirini; 
-
 
Beynəlxalq reklamın xüsusiyyətləri, çətinliklərini; 
-
 
Beynəlxalq  reklam  kodeksinin  əsas  prinsipləri, 
normaları. 
 
 Bacarmalı 
-
 
Reklamın 
xüsusiyyətlərini 
respublikada 
inkişafının müasir vəziyyətini, reklamın vəzifələri 
və məqsədlərini əlaqələndirməyi; 
-
 
Ticarət  reklamının  digər  reklam  növlərindən 
fərqləndirmək; 
-
 
Alıcı  davranışına  reklamın  psixoloji  təsirini  izah 
etməyi; 
-
 
Reklamın insanları idarə etməsi fikrinə münasibət 
bildirməyi; 
-
 
Beynəlxalq  reklamın  yaranmasını,  inkişafını, 
problemlərini təhlil etməyi; 
-
 
Dünyanın  ən  iri  reklam  şirkətləri  haqqında 
məlumat verməyi; 
-
 
Beynəlxalq  reklam  kodeksinin  əsas  prinsiplərini, 
normalarını təhlil etməyi; 
-
 
Azərbaycan  Respublikasının  reklam  haqqında 
qanunun  madələrini,  reklama  verilən  ümumi  və 
xüsusi tələbləri izah etməyi
-
 
Reklam  vasitələrinin  növlərini,  onların  tətbiqinin 
xüsusiyyətlərini, ayrı-ayrılıqda təhlil etməyi; 
-
 
Vitrinlərin  əhəmiyyətini,  qurulmasını,  vitrinlərin 
inventarları,  tərtibatını,  vitrin  üçün  mal  seçilməsi 


 
92 
xüsusiyyətlərini, vitrin sərgilərinin tərtibatını və s. 
məsələlərin mahiyyətini çatdırmağı; 
-
 
Reklam  məlumat  agentliklərində  işin  təşkili 
xüsusiyyətlərini açıqlamağı; 
 
Test  sualları 
1)
 
Reklam anlayışı, mahiyyəti və əsas məsələləri; 
2)
 
Reklamın sosial, psixoloji əsasları; 
3)
 
Xaricidə  reklam  biznesinin  inkişaf  istiqamətləri. 
Reklam vasitələrinin növləri və onların tətbiqi; 
4)
 
Reklam vasitələrinin növləri və onların tətbiqi; 
5)
 
Vitrin  reklam  vasitəsi  kimi,  onun  əhəmiyyəti, 
qurulması,  inventarları  onun  tərtibatı,  mal 
seçilməsi və s. 
6)
 
Reklam  mətnləri  və  elanlarının  hazırlanmasının 
əsasları; 
7)
 
Reklam  fəaliyyətinin  effektivliyinin  müəyyən 
edilməsi;  
8)Reklam nədir; 
9)Reklamın təbliğatdan əsas fərqi nədir; 
10)Reklam vasitələrinin əsas təşkilat əlamətləri 
hansıdır; 
11)Xaricdə reklam biznesinin inkişafının əsas 
istiqaməti; 
12)Vitirinlərin digər reklam vasitələrindən fərqi 
nədədir; 
13)Ticarət reklamının, sahibkarlıq reklamından fərqi 
nədədir; 
14)Respublikada reklam fəaliyyətinin 
tənzimlənməsinin əsas vasitəsi nədir; 
 


 
93 
MÜHAZİRƏ MƏTİNLƏRİ 
KOMMERSİYA FƏALİYYƏTİNDƏ REKLAM   
P L A N 
1.  Kommersiya  fəaliyyətində  reklam,  onun    hüququ  
tənzimlənməsi və dövlət nəzarəti 
2. Reklam vasitələri və formaları 
1.  Əmtəə  və  xidmətlərin  istehlakçısı  onları  əldə 
edərkən  alqı-satqı  prosesinin  həyata  keçirilməsinə  hazır 
olmalıdır, yəni o, onu belə zərurətə inandıracaq müvafiq 
informasiyanı  əldə  etməlidir.  Bu  rolu  reklam    yerinə 
yetirir. 
“Reklam  haqqında”  qanunda  reklam  anlayışına 
aşağıdakı  kimi  tərif  verilir.  “Reklam  istənilən  formada, 
istənilən  informasiya  vasitələrinin  köməyilə  fiziki  və  ya 
hüquqi şəxslər, əmtəələr, ideyalar və təşəbbüslər (reklam 
informasiyası)  haqqında  qeyri-müəyyən  şəxslər  dairəsi 
üçün  nəzərdə  tutulan  informasiyanın  yayılmasıdır, 
həmçinin  o,  bu  fiziki  və  ya  hüquqi  şəxsə,  əmtəələrə, 
ideyalara  və  təşəbbüslərə  qarşı  maraq  formalaşdırmalı 
olan  və  bu  marağı  saxlamalı,  əmtəə,  ideya  və 
təşəbbüslərin  reallaşdırılmasına şərait yaratmalıdır”. 
Beləliklə,  reklam,  hər  şeydən  əvvəl,  konkret  fiziki 
və ya hüquqi şəxsə qarşı maraq formalaşdırmaq və ya bu 
marağı  dəstəkləmək  məqsədilə      fiziki  və  ya  hüquqi 
şəxslər, 
əmtəələr, 
ideyalar 
və 
təşəbbüslərin 
reallaşdırılmasına yol açan informasiyaların yayılmasıdır. 
Bu  informasiyalar  istənilən  formada,  istənilən 
vasitələrin köməyilə yayıla bilər. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə