PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə31/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   27   28   29   30   31   32   33   34   ...   76

 
121 
üçün ilk növbədə müəssisənin resurs təminatını xammal, 
maliyyə,texniki,  kadr  və  s  təhlil  etmək  lazımdır.  Bu 
zaman nəzərə almaq lazımdır ki, iqtisadi cəhətdən  sərfəli 
xarici  ticarət  fəaliyyəti  yalnız  iri  partiyalı  əmtəə  satışı 
zamanı mümkündür. 
Xarici 
ticarət 
əməliyyatlarının 
təşkili 
üzrə 
kommersiya  işinin  mühüm  elementi  kontragentlərin 
xarici firmaların əmtəə alıcılarının, satıcılarının seçilməsi 
hesab olunur. 
Xarici  ticarət  əməliyyatlarının  tərtibat  texnikası 
bunları nəzərdə tutur: 
-
 
Oferta (təkliflərin)  göndərilməsi; 
-
 
Alıcı (satıcı) tərəfindən sifarişin təsdiq olunması; 
-
 
Danışıqlarda iştirak etmək; 
-
 
 Müqavilələrin tərtib olunması və imzalanması.və s. 
 
Ədəbiyyat 
1.
 
Ağamalıyev M.Q. Kommersiya fəaliyyətinin 
təşkili. Bakı, 2004. 
2.
 
Коммерческое дело. М.: Экономика. Учебник, 
1992. 
3.
 
İ.Ə.feyzullabəyli. Biznes, bazar, ticarət, 
marketinq, plan nədir. Bakı. “Azərnəşr”, 1993. 
4.
 
Azərbaycan Respublikasının gömrük məcəlləsi. 
Bakı, 2003. 
5.
 
Хруцкий В.Е. Современный маркетинг. М. 
Финансы и статистика. 1991. 
 
 


 
122 
MÖVZU 8.  
MARKETİNQ  KOMMUNİKASİYA  
SİSTEMİNDƏ SATIŞIN HƏVƏSLƏNDİRİLMƏSİ 
Açar sözlər 
 
Kommunikasiya,  reklam,  kommersiya  təbliğatı, 
informasiya,  stimullaşma,  kupon,  şəxsi  satış,  ticarət 
agenti,  firma  stili,  brendinq,  mal  nişanı,  loqotip,  firma 
bloku, firma şüarı, firma rəngi, firmanın şifri, komplekti. 
 
Mövzunun proqram sualları 
 
Marketinq kommunikasiyalarının bir forması kimi 
satışın  həvəsləndirilməsi  sisteminin  əsas  xüsusiyyətləri. 
Marketinq kompleksində marketinq kommunikasiyasının 
rolu.  Satışın  həvəsləndirilməsi  üsulları.  Vasitəçilərin 
həvəsləndirilməsi. 
Marketinq 
kommunikasiyası 
sistemində  reklam.  Kommersiya  təbliğatı.  Satışın 
stimullaşdırılması. Şəxsi satış. Firma stili və onun tərkib 
elementləri. 
 
Bilməli 
-
 
Marketinq  kommunikasiya  sistemi  vo  onun 
marketinq kompleksində rolunu
-
 
Marketinq 
kommunikasiyasının 
əsas 
elementlərini; 
-
 
Marketinq  kommunikasiya  sistemində  reklamın 
rolunu; 
-
 
Marketinq 
kommunikasiya 
sistemində 
kommersiya təbliğatının rolunun mahiyyətini; 


 
123 
-
 
Marketinq 
kommunikasiya 
sistemində 
satış 
stimullaşmasının  rolunun  və  onun  mahiyyətinin 
əhəmiyyətini, əsas üsullarını; 
-
 
İstehlakçıya    yönələn  satışın  stimullaşması 
tədbirlərini
-
 
Ticarət 
vasitəçilərinə 
yönələn 
satışın 
stimullaşması tədbirlərini; 
-
 
Özünün  ticarət  heyətinə  yönələn  stimullaşma 
tədbirlərini; 
-
 
Şəxsi satış, onun xüsusiyyətlərini; 
-
 
Firma stili anlayışının mahiyyətini və onun tərkib 
elementlərini; 
-
 
Mal nişanı, loqotip, sloqon firmanın rəngi və s. 
anlayışları. 
 
Bacarmalı 
1)
 
Marketinq kompleks  elementləri, onları  bir  – biri 
ilə 
əlaqələndirməyi, 
əhəmiyyətinə 
görə 
qiymətləndirməyi. 
2)
 
Marketinq kommunikasiya sisteminin 4 ünsürünü 
izah 
etməyi. 
Marketinq 
kompleksi 
ilə 
əlaqələndirməyi. 
3)
 
Reklamı təbliğatdan fərqləndirməyi.  
4)
 
Firmanın  stili  anlayışını  (brendinq),  onun  tərkib 
elementlərinin 
mənasını 
açıqlaması  və  s. 
bacarmalı. 
5)
 
Şəxsi 
satışın 
digər 
kommunikasiya 
elementlərindən  üstün  və  çatışmayan  cəhətlərini 
göstərməyi.  
6)
 
Satış  stimullaşmasının  digər  stimullaşmalardan 
fərqini ayırmaq və s.  
 


 
124 
Test  sualları 
1)
 
Marketinq kommunikasiyasının əsas elementləri
2)
 
Reklam marketinq kommunikasiya vasitəsi kimi; 
3)
 
Təbliğatın mahiyyəti və kommunikasiya 
sistemində əhəmiyyətinə görə yeri; 
4)
 
Şəxsi satış və satışın stimullaşmasının təhlili; 
5)
 
Firmanın stili və onun tərkib elementləri; 
6)Marketinq kompleksinə daxil olan elementlər 
hansılardır; 
7)Reklam tərifi hansıdır; 
8)Reklam və təbliğatın fərqi nədədir; 
9)Şəxsi satış nədir; 
10)Loqotip nədir; 
11)Brendinq nədir; 
12)Firma nişanı nədir? 
 
 
MÜHAZİRƏ MƏTİNLƏRİ  
MARKETİNQ  KOMMUNİKASİYA  
SİSTEMİNDƏ SATIŞIN HƏVƏSLƏNDİRİLMƏSİ 
P L A N 
1.  Marketinq  kommunikasiya  sistemində  satışın 
həvəsləndirilməsinin yeri və rolu 
2.  Satışın  həvəsləndirilməsinin  məqsədləri,  forma  və 
metodları.  
1.Müasir  dövrdə  əmtəə  bazarlarında  rəqabətin 
güclənməsi  marketinqin  kommunikasiya  sisteminin  əsas 
elementlərindən  biri  olan  satışın  həvəsləndirilməsinin 


 
125 
rolunu  xeyli  artırmışdır.  Əmtəənin  irəlilədilməsinin  bu 
vasitəsi  reklamla  yanaşı  satışın  həvəsləndirilməsi 
məqsədilə 
həyata 
keçirilən 
tədbirlər 
kompleksini 
xarakterizə  edir.  Firmaların  reklam  fəaliyyəti  həm  vaxt 
baxımından, həm də həyata keçirilən reklam tədbirlərinin 
xarakterindən asılı olaraq xeyli məhduddur. Bu da reklam 
fəaliyyəti 
ilə 
yanaşı 
satışın 
stimullaşdırılması 
tədbirlərinin də həyata keçirilməsini tələb edir. 
Satışın həvəsləndirilməsi – bu və ya digər məhsulun 
alınmasının  stimullaşdırılmasını  nəzərdə  tutur.  Satışın 
həvəsləndirilməsi    marketinq  fəaliyyətinin  ən  mühüm 
vəzifələrindən  və  funksiyalarından  biridir.  Bu,  yeni 
məhsulun  bazara  çıxarılmasında  özünü  daha  qabarıq 
şəkildə  göstərir.  İstehlakçılar  bazara  çıxarılan  məhsul 
haqqında  demək  olar  ki,  heç  bir  məlumata  malik 
olmurlar.  Bu  baxımdan  yeni  məhsul  istehsal  edən  və 
bazara  çıxaran    müəssisələr  məhsul  haqqında,  onun 
istehlak  xüsusiyyətləri,  hansı  tələbatı  ödəyə  bilməsi, 
tətbiq  sahələri  və  s.  haqqında  istehlakçılara  geniş 
məlumat  verməyə  çalışırlar.  Bu  mənada  satışın 
həvəsləndirilməsi 
istehlakçılara  zəruri  məlumatlar 
çatdırmaqla  onlarda  məhsula  tələbatın  yaradılmasını,  bu 
və  ya  digər  məhsulun  alışını  maraqlandırmağı  nəzərdə 
tutur.Satışın  həvəsləndirilməsi  üzrə  həyata  keçirilən 
tədbirlər  təsir  etmə  xüsusiyyətinə  görə  3  səciyəvi 
xarakterə malik olurlar: 
1.
 
Cazibədarlıq və məlumatlılıq. Onları təmin edən 
tədbirlər 
nəzər-diqqəti 
cəlb 
etməyə 
və 
istehlakçıları  əmtəyə  yaxınlaşdırmağa  xidmət  
edir. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə