PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə29/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   25   26   27   28   29   30   31   32   ...   76

 
113 
şəbəkəli  aparatın  olmasını,  böyük  təcrübə  tələb  edir. 
Buna  görə  də  onlar  adətən  əhəmiyyətli  resurslara  malik 
olan iri müəssisələr tərəfindən aparılır. 
Dolayı  əməliyyatlar  beynəlxalq  kommersiya 
fəaliyyətinə təzə başlayan və onun üçün xas olan riskdən 
yaxa  qutarmağa  can  atan  nisbətən  böyük  olmayan 
müəssisələr üçün  xarakterikdir. 
Fəal  və  passiv  ixracat  –idxalat  əməliyyatlarını 
fərqləndirmək lazımdır. 
Fəal  əməliyyatlar  malın  yeridilməsi  strategiyasının 
xarici  və  yerli  bazarlarda  reallaşdırılması  ilə  bağlıdır, 
passivlər  –  gündəlik  məsələlərin  həll  olunması  məqsədi 
daşıyırlar, məsələn, müəyyən malın müvəqqəti qıtlığının 
ləğv edilməsi, artıq olan mövsümi malların satışı və s. 
İxracat-idxalat  əməliyyatlarının  həyata  keçirilmə 
texnologiyası bir sıra dövrələri nəzərdə tutur: 
Sıfır  dövrəsi:  ixracat  və  yaxud  idxalat  üçün  ilkin 
şərtlərin  yaradılması; burada söhbət ixracat imkanlarının 
və idxalat tələbatlarının aydınlaşdırılmasından gedir. 
Birinci  dövrə:  əməliyyatdan  qabaq  fəaliyyət 
dövrüdür;  o, aşağıdakı addımlardan ibarətdir: 
-
 
ixracatçı  bazarı  tədqiq  edir  və  satış  haqqında  təklif 
verir; 
-
 
idxalatçı  bazarı  tədqiq  edir  və  sifariş  və  yaxud 
tələbnamə verir; 
-
 
ixracatçı  idxalatçıdan  tələbnamələrin  və  yaxud 
sifarişlərin alınmasını təsdiq edir və onların şərtlərini 
təhlil edir


 
114 
-
 
idxalatçı  ixracatçıdan  təkliflərin  alınmasını  təsdiq 
edir və onların şərtlərini təhlil edir; 
İkinci  dövrə:  kontraktın  bağlanması;  bu  aşağıdakı 
addımlardan ibarətdir: 
-
 
ixracatçı  sifarişi  təsdiq  edir  və  kontraktın  layihəsini 
hazırlayır; 
-
 
idxalatçı kontraktın layihəsini hazırlayır; 
-
 
idxalatçı  və  ixracatçı  danışıqlar  zamanı  kontraktı 
razılaşdırırlar; 
Üçüncü    dövrə:  kontraktın  yerinə  yetirilməsinin  təmin 
edilməsi; bu aşağıdakı addımlardan ibarətdir: 
-
 
ixracatçı  lazım  olan  hallarda    idxalat  lisenziyasını 
rəsmiləşdirir; 
-
 
idxalatçı malın daşınması üzrə ixraçatçıya təlimatlar 
verir; 
-
 
ixracatçı malı hazırlayır və yükləyib göndərir
-
 
ixracatçı və idxalatçı yükü sığortalayırlar; 
-
 
 ixracatçı  və  idxalatçı  yükün  sərhəddən  keçirilməsi 
üçün lazımi sənədləri təmin edirlər
-
 
idxalatçının  bankı  pulu  ixracatçının  bank  hesabına 
köçürür. 
Dördüncü 
dövrə: 
malların 
yüklənməsi  və 
daşınması; bu, aşağıdakı addımlardan ibarətdir: 
-
 
ixracatçı  malı  daşınmaya  hazırlayır  və  hazır  olma 
barədə idxalatçıya məlumat göndərir; 


 
115 
-
 
ixracatçı  yükün  təyinat  məntəqəsinədək  daşınmasını 
təmin edir; 
-
 
idxalatçı  nəqliyyatın  təyinat  məntəqəsində  vaxtında 
verilməsini təmin edir; 
-
 
ixracatçı  ölkənin  gömrük  orqanı  malın  yoxlanışını 
yerinə yetirir; 
-
 
ixracatçı  və  idxalatçı  yükün  sərhəddən  keçməsi 
haqqında məlumat alırlar; 
-
 
 idxalatçı  ölkənin  gömrük  orqanı  malın  yoxlanışını 
aparır,  rüsum  və  yığımları  həyata  keçirir  və  malın 
alınmasına  razılıq  verir  (bu  yükün  gömrük 
tənzimlənməsi adlanır). 
-
 
Beşinci  dövrə:  hesablaşma  əməliyyatlarının  yerinə 
yetirilməsi; bu aşağıdakı addımlardan ibarətdir: 
-
 
idxalatçı ixracatçıya yükün  alınmasını təsdiqləyir; 
-
 
ixracatçı idxalatçı kommersiya hesabını göndərir; 
-
 
idxalatçı yükün pulunu ödəyir; 
Altıncı  dövrə:  son  əməliyyatlar;  bu  aşağıdakı    
addımlardan ibarətdir: 
-
 
ixracatçı  və  idxalatçı  kontraktın  yerinə  yetirilməsi 
barədə hesabat hazırlayır; 
-
 
hesabatların  nəticələrinin  təhlili  üzrə  danışıqlar 
aparılır; 
-
 
həyata  keçirilən  təhlilə  uyğun  olaraq  kommersiya 
fəaliyyətinin 
təkmilləşdirilməsi 
üzrə 
tədbirlər 
nəzərdə tutulur. 


 
116 
Xarici  sərmayələrlə  müəssisələrin  yaradılması 
yolu  ilə  həyata  keçirilən  beynəlxalq  kommersiya 
fəaliyyəti,  yerli  iqtisadiyyata    xarici  maddi  və  maliyyə 
resurslarının, 
mükəməl 
xarici 
texnika 
və 
texnologiyaların, 
həmçinin 
qabaqcıl 
idarəetmə 
təcrübəsinin  cəlb  edilməsi  əsasında  mənfəətin  əldə 
olunması məqsədini daşıyır. 
Xarici sərmayələr kimi xarici investorlar tərəfindən 
sahibkarlıq və digər fəaliyyət növlərinə qoyulan əmlak və 
əqli dəyərlərin bütün növləri istifadə oluna bilər: 
-
 
məqsədli pul qoyluşları; 
-
 
qiymətli kağızlar; 
-
 
yeni  və  yeniləşdirilən  əsas  fondlar  və  dövriyyə 
vəsaitləri; 
-
 
elmi-texniki məhsullar; 
-
 
əmlak hüquqları; 
-
 
əqli mülkiyyət. 
Xarici investorlar kimi çıxış edə bilərlər: 
-  xarici  hüquqi  şəxslər  (şirkətlər,  firmalar, 
müəssisələr); 
-  xarici  vətəndaşlar,  xaricidə  daimi  yaşayan 
Azərbaycan vətəndaşları; 
- xarici dövlətlər
- beynəlxalq təşkilatlar. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə