PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə21/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   17   18   19   20   21   22   23   24   ...   76

 
82 
Tələbnamə  -  ticarət  müəssisəsinin  malgöndərənə 
ünvanladığı  və  müəssisənin  konkret  dövr  üçün  konkret 
mala  olan  tələbatı  haqqında  məlumatdır.  Ciddi  olaraq 
tələbnamə nə ticarət müəssisəsini, nə də ki, malgöndərəni 
heç bir şeyə edilmir.  
Sifariş  -  tələbnamədən  fərqli  olaraq    ticarət 
müəssisəsinin  malgöndərənə  ünvanladığı  və  onun 
tərəfindən  müəyyən  müddət  ərzində  alınacaq  müəyyən 
malların  siyahısını  özündə  cəmləşdirən  rəsmi  tələbddir. 
Lakin    sifariş  heç  də  malgöndərilməsi  müqaviləsi 
deyildir.  Onu  müqavilədən  qabaq  sənəd  kimi  nəzərdən 
keçirmək  daha  düzgün  olardı.  Sifariş  malgöndərən 
tərəfindən  icraya  qəbul  olunan  kimi,  o  malgöndərilmə 
müqaviləsi hüququnu  alır. 
Tələbnamələr  və  xüsusilə  sifarişlər  yazılı  formada 
verilir  və  uçota  alınmalıdır.  Ayrı-ayrı  hallarda,  məsələn 
sadə  çeşidli  malların  satışı,  telefon  və  teleqraf  üzrə 
sifarişlə yerrinə yetirilə bilər. 
Bütün hallarda alış fəaliyyətinin nəzarəti, uçotu  və 
təhlili  ancaq  o  həcmlərdə  yerinə  yetirilməlidir  ki,  bu, 
kommersiya  fəaliyyətinin  effektivliyinin  artmasına, 
mənfəətin  artmasına  səbəb  olur.  Həddindən  artıq  uçot, 
nəzarət və təhlil çox vaxt zərərlidir. 
2.  Ticarət  müəssisəsi  tərəfindən  malların  alışını 
hərəsi  öz  mal  qrupuna  təhkim  edilmiş  operativ 
əmtəəşünaslar  aparırlar.  Bu  işdə  həm  də  öz  təklif  və 
arzularını  verən  və  malın  satışını  həyata  keçirən  ticarət 
zalının işçiləri də iştirak edir. 
Malların alışı zamanı mal göndərişi, alqı-satqısı və 
yaxud  komissiya  müqaviləsi  bağlanılır.  Müqavilələr 
ölkədə 
fəaliyyət 
göstərən 
qanunvericiliyə 
uyğun 


 
83 
gəlməlidir.  Müqavilələr  o  zaman  bağlanmış  hesab  edilir 
ki,  tərəflər  bütün  əhəmiyyətli  mövqelər  üzrə  razılığa 
gəlmiş olsunlar. 
Müqavilələr, bir qayda olaraq, iştirakçı müəssisənin 
birinci  şəxsləri  və  yaxud  onların  səlahiyyətli  müavinləri 
tərəfindən imzalanır. 
Mal 
göndərişi 
müqaviləsində, 
sahibkarlıq 
fəaliyyətini həyata keçirən malgöndərən, özünün istehsal 
etdiyi  və  yaxud aldığı  malı  müəyyən olunmuş  müddətdə 
sonradan  satış  üçün  və  yaxud  sahibkarlıq  fəaliyyətində 
digər  istifadə  üçün  alıcının  sərəncamına  verməyi  öz 
öhdəsinə götürür. 
Mal  göndərişi  müqaviləsində  aşağıdakı  məsələlər 
öz əksini tapmalıdır: 
-
 
Malların göndərilmə müddəti
-
 
Göndərilməsi qaydası; 
-
 
Göndərişin təşkili; 
-
 
Tam göndərilməmənin yerinin doldurulması; 
-
 
Malın alıcı tərəfindən qəbul olunması; 
-
 
alıcı  tərəfindən  qəbul  olunmayan  malın  məsul 
saxlanılmaya qəbul edilməsi
-
 
tara və qablaşdırma , hesablaşma qaydası; 
-
 
lazımi  keyfiyyətdə  və  tam  dəstləşdirilməmiş 
malların 
göndərişi 
zamanı 
iddiaların 
nizamlanması; 


 
84 
-
 
malların göndərilməsinin  gecikdirilməsi və yaxud 
göndərilməsi zamanı dəbbələmə pulu (cərimə); 
-
 
müqavilənin  yerinə  yetirilməsindən  birtərəfli 
qaydada  imtina  edilməsi  və  bu  zaman  yaranan 
zərərlərin hesablanması qaydası; 
-
 
mübahisələrin yoluna qoyulması qaydaları. 
Kommersiya  təcrübəsində  alqı-satqı  müqaviləsi 
kontrakt  adlandırılır.  Kontraktda  aşağıdakılar  öz  əksini 
tapmalıdır: 
-
 
malın  adı;  bu  ,  alqı-satqı  müqaviləsinin 
predmetini təşkil edir; 
-
 
malın  keyfiyyəti;  onun  müəyyənedilməsi  üsulları 
nəzərdə tutulmalıdır; 
-
 
malın qiyməti; həm malın vahidinin qiyməti, həm 
də onun ümumi dəyəri göstərilməlidir
-
 
göndəriş  şərtləri;  bu,  başqa  sözlə,göndərilmənin 
bazis şərtləri adlanır; 
-
 
kontraktın ümumi dəyəri
-
 
ödəniş  şərtləri;  ödəniş  formaları  və  bunun  üçün 
tələb olunan sənədlər göstərilir
-
 
göndəriş müddəti; 
-
 
qablaşdırma və markalanma; 
-
 
malın  qəbul  edilib  təhvil  verilməsi;  malın 
qəbuledilmə proseduru təsvir olunur. 


 
85 
Alqı-satqı 
müqaviləsini 
öyrənən 
zaman 
kommersiya  işçisi  xüsusi  diqqət  göndərişin  “bazis 
şərtləri”  nə  yetirməlidir.  Bu  şərtlər  satıcı  və  alıcının 
malların  çatdırılması  öhdəliklərini  və  ən  vacib,  malın 
məhv  olması  və  yaxud  zədələnməsi  riskinin  satıcıdan 
alıcıya keçməsi anını müəyyən edir. 
 
Bazis  şərtləri  malın  daşınması  üzrə  xərclərin 
kimin  daşıdığını  müəyyən  edirlər  ki,  bunlar  da  bəzi 
hallarda  malın  dəyərinin  40-50%-ni  təşkil  edir.  Bu 
xərclərə: 
malın  daşınmağa  hazırlanması  xərcləri, 
yüklənmənin 
haqqının 
ödənilməsi, 
həmçinin 
sığortalanma  və  malların  yolda  saxlanılma  xərcləri  aid 
edilir.  Bundan  başqa,  dövlət  sərhədini  keçmə  zamanı 
gömrük  rüsumlarının,  vergilərinin  və  yığımlarının 
haqqının ödənilməsi də nəzərə alına bilər. 
Kontrakt  satıccı  kimi  hazırlayarkən  sahibkar  öz 
üzərinə  bir  sıra  öhdəlikləri  götürməli  və  bunları  bu 
sənəddə əks etdirməlidir: 
-
 
mal,  müqavilənin  bütün    şərtlərinə  ciddi  surətdə 
uyğun olaraq göndərilməli
-
 
alıcı  malın  göndərilməsinə  hazır  olması  barədə 
vaxtında məlumatlandırılmalı; 
-
 
malın  vəzifəli  şəxslər  tərəfindən  yoxlanılması 
üzrə xərcləri öz hesabına ödəməli; 
-
 
malın  qablaşdırılmasını,  həmçinin  gömrük 
rüsumlarını və vergilərini öz hesabına ödəməli; 
-
 
alıcıya,  “təmiz  sənəd”  deyilən,  yəni  malın 
razılaşdırılmış  şərtlərdə  göndərişini  təsdiq  edən 
təqdim  etməli  (“təmiz  “–  tara  və  qablaşdırmanın 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə