PüSTƏ oruc qizi fərhadi



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə56/76
tarix29.03.2018
ölçüsü2,83 Kb.
#35458
1   ...   52   53   54   55   56   57   58   59   ...   76

 
221 
-
 
yarmarkanın  iş  rejimini  və  qaydalarını  müəyyən 
edir; 
-
 
yarmarkanın  təşkili  və  keçirilməsi  ilə  bağlı  olan 
digər məsələləri həll edir. 
Yarmarka komitəsinin qərarı protokolda əks olunur 
və  protokol  yarmarka  komitəsinin  sədri  və  ya  onun 
müavini tərəfindən imzalanır. 
Yarmarkanın direktorluğu: 
-
 
müqavilələrin  uçotu  üzrə  qrupa  rəhbərliyi  həyata 
keçirir, yarmarkaya hazırlıq və onun keçirilməsi ilə bağlı 
olan təşkilati, reklam və kommersiya fəaliyyətini aparır; 
-
 
yarmarkaya təqdim olunmuş əmtəə nümunələrinin 
və  modellərinin  qəbulunu  və  saxlanmasını  təmin  edir, 
müqavilələrin  bağlanmasında  yarmarka  iştirakçılarına 
texniki yardım göstərir,  lazımi hesabatları aparır. 
Müqavilələrin uçotu üzrə qrup: 
-
 
zəruri  uçot  sənədləşdirməsini  aparır  və 
yarmarkada 
bağlanmış 
müqavilələri 
qeydiyyata alır; 
-
 
müqavilələrin  bağlanması  gedişatını  təhlil 
edir,  yarmarka  komitəsinin  və  ya  yarmarka 
direktorluğunun  tapşırığı  ilə  müvafiq  analitik 
arayışlar, qeydlər, təkliflər hazırlayır. 
Yarmatka komitəsinin arbitrajı: 
-
 
Yarmarkaya hüquqi xidməti təmin edir
-
 
Yarmarka  iştirakçılarına  hüquqi  məsələlər 
üzrə məsləhətlər verir; 
-
 
Yarmarkada  yaranmış  müqavilələrqabağı 
mübahisələri nəzərdən keçirir. 


 
222 
Yarmarka 
ticarətinin 
təşkili 
zamanı  onun 
keçirilməsinin  3  əsas  mərhələsini  ayırırlar:  başlanğıc, 
təşkilati və yekun. 
Başlanğıc  mərhələyə  topdan  yarmarkanın  və  ya 
sərgi-satışın  keçirilməsi  barədə  qərarın  qəbul  edilməsi 
daxildir.  Bu  mərhələdə  yarmarka  komitəsi  yaradılır  və 
işçi  qrupu  formalaşdırılır  və  onlar  yarmarkanın 
keçirilməsi  qaydasını  işləyib  hazırlayırlar  və  potensial 
iştirakçılara  yarmarkada  iştirakın  şərtləri  barədə  tam 
məlumatlı  məktublar  göndərirlər.  İşçi  qrupu  həmçinin 
yarmarkanın  təşkili  və  keçirilməsi  haqqında  reklam 
materiallarını  da  işləyib  hazırlayırlar.  Yarmarkada 
iştirakın  şərtləri  barədə  tam  informasiyalı  reklam 
broşurası  nəşr  olunur,  burada  eksponatlarla  və  onlarsız 
iştirakın  dəyəri,  pavilyonların  icarə  qiyməti,  reklam 
materiallarının yerləşdirilməsi qiymətləri və s. göstərilir. 
Alıcıların əvvəl müəyyən müddət ərzində yarmarka 
iştirakçıları  qeydiyyat  haqqını  keçirir  və  iştirak  ərizəsini 
tərtib  edirlər  və  burada  özləri  və  öz  rekvizitləri  barədə, 
ekspozisiyaların  yerləşdirilməsi  tələbləri  və  s  barədə 
məlumatlar  verirlər.  Yarmarkanın  keçirilməsindən  əldə 
olunan  əsas  gəlir  mənbələri:  iştirak  haqqı,  ekspozisiya 
üçün  sahənin  icazə  haqqı,  nəlliyyat  və  anbar  sahələrinin 
icarə  haqqı.  yükləmə  boşaltma  haqqı,  texniki  və 
informasiya-kommersiya  məsləhətlərinin  aparılması  və 
əlavə  xidmətlərin  göstərilməsindən  əldə  edilən  gəlirdən 
ibarətdir. 
Təşkilati 
mərhələ 
reklam 
kataloqunun 
hazırlanmasından  ibarətdir,  bura  malgöndərənlərin, 
onların əmtəələrinin, xidmətlərin xarakteristikası və digər 
reklam informasiyası daxil edilir. Bu mərhələyə həmçinin 
iştirakçıların  yerləşdirilməsi,  onların  istirahət  vaxtının 


 
223 
təşkili,  hərrac  ticarətinin,  prezentasiyaların  və  digər 
tədbirlərin keçirilməsi üzrə operativ işlər də daxildir. 
Yekun  mərhələdə  yarmarkanın  işindəki  müsbət  və 
mənfi 
cəhətlər  qeyd  olunmaqla  onun  nəticələri 
yekunlaşdırılır.Yarmarkanın  əmtəə  çeşidlərindən  ibarət 
ticarət  konyukturunun  təhlilinin  yekun  nəticələri,  əmtəə 
istehsalı üzrə təkliflər və s. istehlak tələbinin daha dolğun 
ödənilməsi  məqsədilə  tədbirlər  görmək  üçün  maraqlı  və 
aidiyyatı  olan  təşkilatlara  və  ticarətin  idarəetmə 
orqanlarına təqdim olunur. 
3.Ərzaq  məhsullarının  dövlət  mərkəzləşdirilmiş 
topdan ticarətinin ləğvi, topdan və pərakəndə satış ticarət 
müəssislərinin  özəlləşdirilməsi,  kənd təsərrüfatı və  ərzaq 
məhsullarının  istehlakçılara  doğru  irəlilədilməsinin 
mövcud sisteminin dağıdılmasına gətirib çıxartdı. Bir çox 
ərzaq  və  meyvə-tərəvəz  bazarları  sənaye  məhsullarının 
satışı  ilə  məşğul  olmağa  başladılar,  kənd  təsərrüfatı 
istehsalçıları  öz  məhsullarının  reallaşdırılması  problemi 
ilə  üzləşdilər.  Ərzaq  məhsulları    ticarətinin  dövlət 
tənzimlənməsinin 
olmadığı  bir  vaxtda  emaledici 
sənayenin  və  pərakəndə  ticarətin  lokal  inhisarçılığı 
güclənməyə  başladı,  bu  isə  ərzaq  məhsullarının 
pərakəndə  qiymətlərinin  artmasına,  adambaşına  düşən 
mühüm  ərzaq  məhsullarının  pərakəndə  qiymətlərinin 
artmasına, 
adambaşına 
düşən 
mühüm 
ərzaq 
məhsullarının  istehlakının  kəskin  azalmasına  səbəb 
olmuşdu. 
Bazar  iqtisadiyyatı  şərtlərinə  uyğun  gələn  yeni 
bölgü sisteminin olmamsı, bu sahədə müasir marketinqin 
tətbiq 
edilməməsi 
qeyri-sivil 
bazar 
mühitinin 
formalaşmasına  səbəb  oldu,  bu  da  özünü  maklerlərin, 
brokerlərin 
komissionerlərin, 
küçə 
ticarətçilərinin 


 
224 
sistemsiz fəaliyyətlərində büruzə vermişdi və bu da ərzaq 
məhsullarının  topdan  satışının  və  əmtəə  hərəkətinin 
təşkilində  neqativ  fəsadlara  gətirib  çıxarmışdır.  Ölkənin 
ərzaq  təminatı  problemi  ərzaq  məhsullarının  və  kənd 
təsərrüfatı  xammalının  topdan  ticarətinin  və  əmtəə 
hərəkətinin  təşkilinin  yeni  yollarının  tapılmasını  tələb 
edirdi. 
Təşkilin  ən  optimal  forması  kimi  topdan  ərzaq 
bazarı müəyyən edildi. 
Topdan  ərzaq  bazarları-  topdan  və  pərakəndə 
ticarət müəssisələri və fərdi ticarətçilər tərəfindən rəqabət 
qabiliyyətli  kənd  təsərrüfatı  xammalının  və  ərzaq 
məhsullarının alqı-satqı yeridir. 
Bazar  iqtisadiyyatı  bir  çox  ölkələrdə  topdan 
yarmarka və əmtəə-xammal birjaları arasında orta mövqe 
tutan  topdan  bazarlar  mühüm  rol  oynayırlar.  Lakin  bu 
ikisindən  fərqli  olaraq  topdan  ərzaq  bazarı  öz  xüsusi 
anbar təsərrüfatına malik olur. 
Topdan  ərzaq  bazarlarının  əsas  funksiyaları 
aşağıdakılardır: 
-
 
ilboyu  əhalinin  keyfiyyətli  ərzaq  məhsulları  ilə 
təchizatının  təmin  olunması,  kənd  təsərrüfatı 
məhsullarının itgisinin azaldılması; 
-
 
kənd 
təsərrüfatı 
məhsulları  üzrə  bütün 
malgöndərənlərə  rəqabətli  bazara  sabit  çıxmaq 
imkanlarının təşviq edilməsi
-
 
kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  alqı-
satqısı  üzrə  sövdələşmələrin  həyata  keçirilməsi 
üçün  vahid  abadlaşdırılmış  yerin  təmin 
olunması;  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə