Q A N U N 10 (276), 2017
Rüstəmli Vüqar Sahib oğlu,
Azərbaycan Respeblikasmın Prezidenti yanında
Dövlət idarəçilik Akademiyasının "Hüquqşünaslıq
ixtisasının III kurs bakalavrı
G Ə N C H Ü Q U Q Ş Ü N A S I N T R İ B U N A S I
C İ N A Y Ə T H Ü O U O U
UOT34: 341.485
SOYQIRIM CİNAYƏTİNİN ANLAYIŞI
Açar sözlər: soyqırım, Rafael Lemkin,
BMT, beynəlxalq cinayət hüququ.
Ключевые слова: геноцид, Рафаел
Лемкин, ООН, международное уголовное
право.
Keywords: genocide, Rafael Lemkin,
United Nations, International Criminal Law.
S
oyqırım cinayəti insanlığa qarşı
yönələn amansız cinayətdir. Beynəl
xalq cinayət olan soyqınm cinayəti
hüquqi termin kimi ötən əsrdə elmə daxil
edilmişdir.
“ Soyqırım” anlayışını ilk dəfə elmə
gətirən şəxs Rafael Lemkin olmuşdur. O,
“Genosid” adlı məqaləsinin II hissəsində
soyqınm haqqında aşağıdakı fikirlərini qeyd
edir;
“Kütləvi qətl hər hansı bir fenomen üçün
adekvat ola bilərmi? Biz hesab edirik ki,
xeyr. Əgər o, cinayətin motivi ilə uyğunlaş
mırsa, xüsusən də motiv irqi, milli və ya dini
zəmindən irəli gəlirsə, bu, adekvat hesab
oluna bilməz. Bir millətin, habelə onun mə
dəni simasının məhvinə yönələn hərəkətlər
indiyə qədər xüsusiləşdirilərək adlandırılmış
dır. Əgər qeyd edilən hərəkətlər bioloji
məhvlə uyğunlaşmırsa, adekvat görünmür.
Digər mənada bu anlayış, əsasən, vətəndaş
lıqdan məhrum etməni xarakterizə etmək,
onu ifadə etmək üçün istifadə olunur. Bir çox
müəlliflər ümumi anlayışdan istifadə etmək
əvəzinə, irqlərin və millətlərin məhv edilmə
sini onlann yalnız bəzi funksional cəhəti ilə
uyğunlaşan anlayışlarla adlandırmağa üstün
lük verirlər”.
Bu mülahizələr məqalənin müəllifini bu
xüsusi konsepsiyanın zərurətindən irəli gələ
rək yeni termin yaratmağa sövq etdi: genosid.
Bu söz qədim yunan sözü “genos” (irq, tayfa)
və latın dilindəki “cide” (öldürmək) şəkilçi
sindən formalaşdınimışdır” [6, s. 227-228].
Çörçill soyqmmı “adsız cinayət” adlandır
mışdır [5, s. 12]
Rafael Lemkin soyqınmm qısa anlayışını
bu cür verir:
“Genosid milli, irqi və ya dini qrupun
məhv edilməsi cinayətidir” [6, s. 228]
Soyqırıma Ruanda üzrə Beynəlxalq
Cinayət Tribunalının Kambanda işində (16-cı
bənd) “cinayətlərin cinayəti” kimi qiymət
verilmişdir [3, s. 7].
Soyqırım cinayəti haqqında ən əsas
beynəlxalq sənəddə - BMT Baş Məclisinin 9
dekabr 1948-ci ildə qəbul etdiyi “ Soyqınm
cinayətinin qarşısının alınması və cəzalandı
rılması haqqmda” Konvensiyada soyqınma
bu cür anlayış verilir:
“Bu Konvensiyada
“soyqırım”
dedikdə,
hər hansı milli, etnik, irqi, yaxud dini qrupu
tam və ya qismən məhv etmək məqsədilə
törədilən aşağıdakı hərəkətlər başa düşülür;
a) bu cür qrupun üzvlərinin öldürülməsi;
b) bu cür qrupun üzvlərinə ağır bədən
xəsarəti, yaxud əqli xətər yetirilməsi;
c) hər hansı qrup üçün qəsdən onun tam,
yaxud qismən fiziki məhvini nəzərdə tutan
həyat şəraiti yaradılması;
d) bu cür qrupda doğumun qarşısım alma
ğa yönəldilmiş tədbirlərin görülməsi;
e) uşaqların zorla bir insan qrupundan
alınıb başqasına verilməsi” [2, s. 277].
Soyqırım cinayətinin tərkib hissələri olan
əməllərin izahını aşağıdakı kimi vermək olar:
4 B tl-
QAxNUN 10 (276), 201'
1) Qrup üzvlərinin öldürülməsi:
Bu əməldə cinayətkann bir və ya daha çox
şəxsi öldürməsi baş verir. Burada “öldürmək”
sözü “ölümə səbəb olma” ilə də əvəz oluna
bilər. Cinayətkann niyyəti bu əməl də daxil
olmaqla, birlikdə soyqınmı təşkil edən bütün
əməllərdə milli, etnik, irqi və ya dini qrupu
tam və ya qismən məhv etmək olur;
2) Bu cür qrupun üzvlərinə ağır bədən
xəsarəti, yaxud əqli xətər yetirilməsi:
Bu əməldə cinayətkann bir və ya daha çox
şəxsin ağır bədən xəsarəti almasına, yaxud
onlara əqli xətər yetirilməsinə səbəb olması
baş verir. Bir və ya bir neçə şəxsə əzab ver
mə, cinsi təcavüz, qeyri-insani və ya alçaldıcı
rəftar buraya aid edilə bilər;
3) Hər hansı qrup üçün qəsdən onun
tam, yaxud qismən fiziki məhvini nəzərdə
tutan həyat şəraiti yaradılması:
Bu əməldə cinayətkann bir və ya bir neçə
şəxsin həyat şəraitinə zərər vuran tədbirlər
görməsi baş verir. Burada
“həyat şəraitinə
zərər vuran tədbirlər”
dedikdə, qrup üzvlə
rinin qəsdən həyat üçün əvəzolunmaz
mənbələrdən məhrum edilməsi, yəni qida,
tibbi xidmətlərdən məhrum edilmə və ya
evlərdən qovulma başa düşülür.
4) Bu cür qrupda doğumun qarşısını
almağa yönəldilmiş tədbirlərin görülməsi:
Bu əməldə cinayətkann bir və ya bir neçə
şəxs üzərində müəyyən tədbirlər görməsi baş
verir (şəxslərdə nəsilartırma qabiliyyətinin
məhv edilməsi).
5) Uşaqların zorla bir insan qrupundan
alınıb başqasına verilməsi:
Bu əməldə cinayətkann zorla bir və ya bir
neçə şəxsi başqa qrupa keçirməsi baş verir.
Burada “zorakı” anlayışı yalnız fiziki məcbu
riyyəti ifadə etmir, belə ki, bir və ya bir neçə
şəxsə qarşı yönələn güc ilə təhdid etmə,
təzyiq göstərmə, saxljınma, psixoloji iztirab
və ya ağır təhqirlər, şəxs və ya şəxslərdə
yaranan zorakılıq qorxusu da bu anlayışın
məzmununa daxildir. Bu cür hərəkətlərin
yönəldiyi şəxslər zorakı mühitin təsirlərinə
məruz qalırlar. Zərərçəkm iş şəxs və ya
şəxslərin 18 yaşından aşağı olması və cina
yətkann zərərçəkmiş şəxs və ya şəxslərin 18
yaşından aşağı olduğunu bilməsi və ya
bilməli olması bu əməl üçün qeyd edilməli
olan ən mühüm hallardan biridir [4, s. 2-4].
Qeyd etmək lazımdır ki, “Soyqınm cina
yətinin qarşısının alınması və cəzalandırıl
ması haqqında” BMT Konvensiyasında tam
və ya qismən məhv edilməyə məruz qalan
qrupların təsnifatında “sosial” və “siyasi”
ifadələrinin işlədilməməsi beynəkalq cinayət
hüququnda kolliziyalar yaradır. Belə ki,
soyqınm cinayəti törədilərkən cinayətkarlar
tərəfindən aparılan ayrı-seçkilikdə yalnız
milli, etnik, irqi və ya dini xüsusiyyətlər
nəzərə alınmır, burada həm də sosial və ya
siyasi xüsusiyyətlərə görə soyqırım aktının
tərkib hissələrinə yol verilir. Lakin Konvensi
yada soyqınma verilən anlayışda “sosial” və
“siyasi” ifadələri işlədilmədiyi üçün bu
səbəblərdən törədilən cinayətləri soyqınm
cinayəti hesab etmək mümkün deyildir. Tanın
mış hakim A. Kassesi iddia edir ki, Konven
siyada insanlann könülsüz şəkildə və adətən,
doğularkən aid olduqları sosial qruplar
nəzərdə tutulur [1, s. 13]. Kassesini bu iddia
ya sövq edən amil də Konvensiyada qrupların
xüsusiyyətlərinə “sosial” və “siyasi” anlayış-
lannın aid edilməməsi olmuşdur. Fikrimizcə,
sosial və ya siyasi xüsusiyyətinə görə fərqlə
nən qrupun tam və ya qismən məhvinə yönəl
miş hərəkətlər soyqırım cinayətinin tərkib
hissəsi sayılmalıdır. Bu barədə fikrimizi belə
əsaslandıra bilərik ki, soyqırım cinayəti üçün
məhz müəyyən xüsusiyyətinə görə fərqlənən
qrupun tam və ya qismən məhvinə yönələn
hərəkət faktı olmalıdır. Fikrimizi nisbətən
ümumiləş-dirərək qeyd edə bilərik ki,
soyqı
rım - hər hansı bir xüsusiyyətinə görə
fərqlənən qrupun tam və ya qismən məh
vinə yönələn hərəkətlərin toplusudur.
Soyqırıma məruz qalan qrupun üzvləri
müəyyən xüsusiyyətlərinə görə eynilik təşkil
etməlidirlər. Bu da onların məhvinə yönələn
hərəkətlərin soyqırım hesab olunması üçün
əsasdır.
Fikrimizcə, Konvensiyada soyqınm cina
yətini xarakterizə edən hərəkətlər arasında
yanlışlıq vardır. Belə ki, soyqınm cinayəti
üçün qrupun tam və ya qismən məhvinə
Q A N U N 10 (276), 2017
yönələn hərəkətlərin törədilməsi tələb olunur.
Dilçilik nöqteyi-nəzərindən məsələyə yana
şarkən “genocid” ifadəsinin tərcümədə “so
yun, nəslin qınmı, məhvi, öldürülməsi” m ə
nasım verməsi də bunu təsdiqləyir. Qrupun
məhvi üçün ən əsas meyar onun üzvlərinin
ölümü və ya gələcək davamçılarmın (nəsilar-
tırma qabiliyyəti ilə dünyaya gəlmiş olan və
ya övladlığa götürülmüş uşaqlar) ola bilmə
məsidir. Lakin Konvensiyada soyqınm cina
yətini xarakterizə edən hərəkətlərin daxilində
qrupu təşkil edən şəxslərin bioloji məhvi,
yəni ölümü və ya gələcək davamçılanmn ola
bilməməsi faktı ilə nəticələnməyən hissə
qeyd olunmuşdur. Belə ki, Konvensiyanın 2-
ci maddəsinin “b” hissəsində nəzərdə tutulan
“bu cür qrupun üzvlərinə ağır bədən xəsarəti,
yaxud əqli xətər yetirilməsi” ifadəsi qrup
üzvlərinin bioloji məhvini, habelə onlann
gələcək davam çılarının ola bilməməsini
xarakterizə edən hərəkətlərdən sayılmır ki,
fıkrimizcə, bu da soyqınm cinayətinin tərkib
hissəsi hesab oluna bilməz. Doğrudur, şəxslə
rə ağır bədən xəsarəti, yaxud əqli xətər yeti
rilməsi bəzi hallarda onlann ölümünə yol aça
bilər, lakin bu hərəkətlər şəxslərin ölümünü
şərtləndirmədiyindən soyqırım cinayətinin
tərkib hissəsi kimi nəzərə alına bilməz.
Fikrimizi ümumiləşdirərək soyqınm cina
yətinə bu cür anlayış verə bilərik:
“Soyqırım - milli, etnik, irqi, dini, sosial
və yaxud siyasi xüsusiyyətinə görə fərqlənən
qrupun;
- üzvlərinin öldürülməsi;
- üzvlərinin ölümünü şərtləndirən həyat
şəraitinin yaradılması;
- üzvləri daxilində nəsil artımının qarşısı
nın alınması;
- üzvlərinin uşaqlarının qrupdan qəsdən
ayrı salınaraq fərqli qrup daxilində inkişaf
etməsi üçün tədbirlərin görülməsi hərəkətləri
ilə səciyyələnən, bununla da qrupun tam və
ya qismən məhvinə yol açan və bəşəriyyətə
qarşı törədilən cinayət əməlidir”.
Müasir dövrdə soyqınm cinayətinin tərkib
hissəsi olan əməllərin və bu cinayətin yönəl
miş olduğu şəxslərin konkret dairəsinin
müəyyən olunması, bununla da ona düzgün
və dəqiq anlayış verilməsi beynəlxalq cinayət
hüququ üçün öz aktuallığını saxlayan məsə
lələrdən biridir.
Qeyd etməliyik ki, soyqınm cinayətinin
digər cinayətlər kimi anlayışının düzgün və
dəqiq müəyyən olunması bu cinayətin qarşı
sının alınması və cəzalandıniması sahəsində
hüquqa böyük töhfələr verəcəkdir.
İstifadə edilmiş mənbələr:
1. Cassesse A. International Criminal Law. Cambridge, 2004
2. “Convention on the Prevention and Punishment of the Crime of Genocide”, Adopted by Resolution 260
(III) A o f the United Nations General Assembly on 9 December 1948. U.N.T.S. No. 1021, vol. 78, 1951, p. 277
3. ICTR. Kambanda, 4.9.1998
4. International Criminal Court. Elements of Crimes. The Hague, International Criminal Court publication,
2011
5. Leo Kuper. Genocide. Its Political Use in the Twentieth Century. New Haven, Yale University Press, 1981
6. Raphael Lemkin. Genocide //American Scholar, Volume 15, no. 2, April 1946, p. 227-230
QANUN 10 (276), 2017
Рустамлы Вюгарь Сахиб оглу
ПОЯТИЕ ПРЕСТУПЛЕНИЯ ГЕНОЦИДА
РЕЗЮМЕ
В статье отмечено, что престугшение геноцида не удовлетворено только физическим уничтожением
определенной группы людей, более того это также влияет на психологию общества. Спецификация его
концепции, понимая суть этого серьезного преступления очень важна для права.
Rustamii Vugar Sahib
CONCEPT OF GENOCIDE CRIME
SUMMARY
It is stated in the article that genocide is not just a matter of physical assimilation of a certain group of peo
ple, but it also affects the psychology of society. Understanding the specifications of its concept and essence of
this serious crime is of crucial importance in international criminal law.
Rəyçi: h.ii.f.d., dos. A.Qədiməliyev
Təqdim edən: h.ü.e.d., prof. H.S.Qurbanov
Daxil olma tarixi: 18.07.2017
Təkrar işlənmə tarixi: 22.08.2017
Çapa imzalanma tarixi: 03.10.2017
4
® -
Dostları ilə paylaş: |