Q. Y. Abbasova Sosial proseslərin modelləri. Dərslik. Rus dilindən tərcümə. B.: 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/81
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#8108
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   81

kompensasiya  olunacaqdır  və  sistemin  davranışı  stabilləşəcəkdir.  Üç  faktor  –  R,  U,  Q  – 
sapmağa  əks  təsir  göstərən  kontur  yaradırlar.  U,  C,  F  konturunda  bütün  qövslər  <<  +  >> 
nişan  altındadırlar  və  asanlıqla  görmək  olur  ki,  bu  konturda  hər  hansı  bir  dəyişənin 
böyüməsi (kiçilməsi) şiddətlənəcəkdir.  
  Koqnitiv xəritədəki konturlar əks-əlaqə konturlarına uyğun gəlir (bax Paraqraf 1.2). 
sapmanı gücləndirən kontur müsbət  əks-əlaqə konturudur, sapmaya qarşı çıxan kontur isə 
mənfi  əks-əlaqə  konturudur.  Yapon  alimi  M.Maruyama  bu  konturları  uyğun  olaraq 
morfogenetik və homeostatik (49) adlandırmışdır. Elə bu əsərində Maruyama sübut etmişdir 
ki,  kontur  ancaq  tərkibində  cüt  sayda  mənfi  qövs  olanda  və  ya  heç  olmayanda  sapmanı 
şiddətləndirir,  əks  halda  isə  bu  kontur  sapmaya  qarşı  əks-təsir  göstərir.  Həqiqətən  də,  cüt 
saylı  mənfi  qövslərin  olduğu  halda  sapmaya  qarşı  əks-təsirin  özünə  qarşı  əks-təsirlə 
qarşılaşacaqdır. Əgər mənfi qövslərin sayı təkdirsə, onda sapmaya qarşı son əks-təsirlər heç 
bir əks-təsirlə qarşılaşmır.  
  Verilmiş analiz sxemi səbəbiyyət haqqında intuitiv təsəvvürlərə əsasən uyğun gəlir. 
Aydındr ki, A və B kimi iki faktorun qarşılıqlı təsiri daha mürəkkəb qanunauyuğunluqlara 
tabe olur. Amma bu halda tədqiq olunan prosessin təsviri üçün funksional qarşılıqlı əlaqə 
dillərindən istifadə etmək lazımdır.  
  Koqnitiv  xəritələrdən  istifadə  təcrübəsi  göstərir  ki,  tədqiqatçı  koqnitiv  imkanların 
məhdudluğu,  çox  sayda  faktorların  eyni  zamanda  uçotunun  çətinlikləri,  onların  dinamik 
qarşılıqlı  təsiri  üzündən  çox  vaxt  situasiyanı  həddindən  çox  sadələşdirir.  M.Vertheymer 
yazırdı (4) ki, bir neçə alt problem problemli mürəkkəb situasiyalarda tədqiqatçı çox vaxt 
hər  şeyi  geniş  şəkildə  əhatə  edə  bilmir,  məsələni  tam  şəkildə  anlanması  əldən  gedir, 
problemə məhdud baxış öz-özünə beyinə girir.  
  Riyazi  dildə  koqnitiv  xəritə  işarəli  istiqamətverici  qrafa  adlanır.  Qrafada  kontur 
dedikdə bütün zirvələri müxtəlif olan qapalı istiqamətverici yol başa düşülür. 
  D.Xeysin səbəbiyyət analizinə həsr olunmuş monoqrafiyasında (33) qeyd olunur ki, 
ictimai  elmlərdə  maraqsız  hadisələrin  çox  az  hissəsi  təkcə  bir  səbəbdən  asılıdır.  Ictimai 
hadisələrin tərkibində adətən bir neçə faktor (həm də bu faktorlardan hər biri öz növbəsində 
bir  miqdar  digər  faktorlara  təsir  göstərir)  tərəfindən  müəyyən  olunan  çoxlu  müxtəlif 
hadisələr,  tendensiyalar  olur.  Səbəbiyyət  münasibətlərindən  ibarət  şəbəkə  yaranır,  yəni 
səbəbiyyət  sistemli  xarakter  daşıyır,  səbəbiyyətlə  şərtlənmə  sosial  hadisələrin  modelini 
törədir,  modellərin  öyrənilməsi  isə  onları  törədən  səbəbiyyət  münasibətlərinin  dərindən 
başa düşülməsini təmin edir.  
  Tədqiqatçı  özünün  və  özgələrinin  koqnitiv  xəritələrini  analiz  edərək  problemin 
anlanmasını  sürətlə  dərinləşdirə  bilər,  qəbul  edilən  qərarların  keyfiyyətini  və  əsaslığını 
yaxşılaşdıra  bilər.  Bundan  başqa,  koqnitiv  xəritə  artıq  möhkəmlənmiş  stereotiplərin 
dəyişməsi üçün rahat vasitədir, yeni nöqteyi-nəzərlərin əmələ gəlməsinə səbəb olur. Belə ki, 
M.Mariyamanın əsərində (49) səhv yəqinlik (koqnitiv klişe) haqqında misal gətirilir ki, iki 
ölkənin arasındakı ticarət sıfır məbləği oyundan ibarətdir.  
  Əgər bir partnyor udursa, onda digəri bir o qədər uduzmuş olur. Bu səhv fikir ölkəyə 
xarici  malların  (idxal)  gətirilməsinə  qarşı  məhdudiyyət  müharibəsi  üçün  əsl  psixoloji 
səbəbdir. 
  Başqa bir ölkə ilə ticarətlə defisit olan ölkə üçün ticarət balansını  yaxşılaşdırmağın 
ilk  baxışda  iki  bərabər  üsulu  vardır:  idxalı  azaltmaq  və  ixracı  artırmaq.  Amma, 
məhdudiyyətlər müharibəsi ümumi mənfi effektlə nəticələnir: iki dövlətin arasında kapital 
dövriyyəsinin  azalması  üzündən,  işsizliyin  artması  üzündən  hər  iki  tərəf  itirir.  Əksinə, 
qarşılıqlı  idxal  ekspansiyası  kapitalın  dövr  etməsini  sürətləndirir  və  hər  iki  döblət  üçün 
müsbət effekt verir. 
  Koqnitiv xəritə çətin formalaşdırılan faktorların  – hansıların ki,  ölçülməsi çox vaxt 
mürəkkəb  problemə  çevrilir  –  fəaliyyətinin  analizi  üçün  xüsusilə  faydalıdır.  Belə  ki, 
R.Akselrodun  əsərində  (58)  Şərq  işləri  üzrə  Britaniya  komitəsi  ekspertlərinin  koqnitiv 


xəritələri  tədqiq  olunur,  bu  zaman  aşağıdakı  faktorlar  nəzərə  alınır:  cəmiyyətdəki 
həmrəylik,  Britaniya  müdaxiləsinin  səviyyəsi,  proqressiv  rəhbərlin  aradan  qaldırılması, 
iğtişaşların  səviyyəsi,  tayfa  münasibətlərinin  təsiri  və  s.  Belə  bir  xəritəyə  nümunə  (şəkil 
3.4.) F.S.Robertsin monoqrafiyasında gətirilib (26). 
Şəkil 3.4. 
 Həmçinin 
bu 
kitabda 
20-yə 
yaxın 
koqnitiv  xəritə  nəzərdən 
keçirilir,  onlar  əsasən 
ekologiya  və  enerjinin 
istehlakı  problemi  ilə 
bağlıdırlar. 
  Şərti 
işarələr: 
<<+>>  nişanı  müsbət 
münasibət,  <<->>  nişanı 
– mənfi münasibət, sıfır – 
münasibət  yoxdur,  © 
işarəsi  –  müsbət  və  ya 
laqeyd 
münasibət, 

işarəsi  –  mənfi  və  ya 
laqeyd 
münasibət 
(Axelrod  (1971);  AA  – 
Böyük  Britaniyanın  İrandan  tam  gedişinə  əsaslanan  siyasət;  AB  –  qoşunların  şimal-qərb 
rayonlarında  ciddi  çaxnaşmaların  olması  ehtimalı;  AD  –  iğtişaşların  dərəcəsi;  AK  – 
Bəxtiyarinin iştirakı; AF – ingilis – iran neft kompaniyasının rolunun qalması; A9 – telefon 
əlaqəsinin  olması;  AN  –  İranın  problemlərində  bolşeviklərin  iştirakı  ehtimalı;  Aİ  –  İran 
əhalisinin bolşeviklərə qarşı rəğbət  bəsləməsi; AJ  – İranda təhlükəsizliyin dərəcəsi; AK  – 
ticarət karnavalarında zorakılıqla xərac qoparmaq; AL – tayfa münasibətlərinin təsiri; AM – 
proqressiv rəhbərlərin ardan qaldırılması; AN  – İran rəhbərlərinin real hakimiyyəti; AO  – 
İran  konstitutsiyasının  yaradılması;  AP  –  şah  ailəsinin  zəifliyi;  AQ  –  İran  hökümətinin 
nizam  –  intizamı  saxlamaq  qabiliyyəti;  AR  –  İran  partiyalarında  proqressiv  elementlərin 
olmaması  (proqressiv  elementlər  yoxdur);  AS  –  proqressiv  elementlərin  yaxın  adamları 
tərəfindən  kontrol  edilməsi  ehtimalı;  AT  –  proqressiv  elementlərin  gücü;  AU  –  İran  ilə 
siyasi  barışıq  ehtimalı;  AV  –  Rusiya  ilə  1907-ci  il  müqaviləsinin  ləğv  edilməsi;  AW  – 
gömrük tariflərinin yenidən gözdən keçirilməsi; AX – cəmiyyətdə əmin-amanlığın olması; 
AY – İranın müstəqil inkişaf yolu ilə getməyə hazır olmasının səviyyəsi; AZ – Britaniyanın 
İranın  işlərinə  qarışmaq  dərəcəsi;  BA  –  İranın  işlərinə  qarışmağın  müasir  siyasəti;  BB  – 
İranlıların aramsız olaraq kiçik subsidiyalar almaq imkanı; BC – İranın Böyük Britaniyaya 
olan borcunun miqdarı; BD – Böyük Britaniyanın İrana təzyiq göstərmək iqtidarı. 
  Sosioloqlar  üçün  sözsüz  ki,  burada  verilmiş  ―Elm  və  ictimaiyyət‖,  ―Səhiyyə 
sistemi‖, ―Dəniz donanmasında kadr siyasəti‖ kimi koqnitiv xəritələr ilə tanış olmaq faydalı 
olacaqdır. 
  Ingilis  alimi  K.İdei  qərarların  kollektiv  şəkildə  hazılanması  və  qəbul  edilməsində 
koqnitiv  xəritələrdən  istifadə  etməyi  təklif  etmişdir  (41).  Ona  bu  nəzəriyyəni  yaratmağa 
təkan verən Kellinin fərdi konstruksiyaların psixologiyası haqqında məşhur əsərini oxuması 
olmuşdur (12). İdei Kellinin hələ bir fikrinin vacibliyini qeyd etmişdir ki, qərarların qəbulu 
ilə məşğul olan şəxslər qrupunda qarşılıqlı təsirin effektivliyi hər bir iştirakçısının qrupun 
digər  üzvləri  ilə  situasiyaların  interpretasiya  üsullarını  nə  dərəcədə  başa  düşməsindən 
asılıdır. 
  Konsensusun  alınmasında  mühüm  rolu  gələcək  hadisələri  qurmaq  üsulunda,  ―başa 
düşülmənin güclənməsi‖ və ―simvolların dəyişməsi‖ proseslərində, yeni nöqteyi-nəzərlərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə