“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   19   20   21   22   23   24   25   26   ...   114

 
 
69 
     Lakin aprel-may-iyun aylarında Müsavatın leqal fəaliyyəti 
qadağan  edilmədiyindən  partiya  hələ  bütövlükdə  gizli  şəraitə 
keçməmişdi. 
     “Azərbaycan  SSR  Xalq  Komissarları  Şurası  ilə  bağlanan 
müqaviləyə görə Müsavat açıq sürətdə fəaliyyət göstərirdi” [111, 
s.39-40]. 
     Açıq  fəaliyyət  göstərən  müsavatçılar  özlərini  “solçu” 
adlandırıb, partiyadan ayrıldıqlarını elan etmişdilər. Bu məsələ ilə 
bağlı  ziddiyyətli  məqamlara  aydınlıq  gətirmək  üçün  bir  neçə 
nümunəyə müraciət edək. M. Ə. Rəsulzadə “Azərbaycan Cümhu-
riyyəti”ndə  yazır:  “Müsavatçılardan  bir  qismi  dəxi  “sol”  müsa-
vatçı  adıyla  vəziyyətə,  bir  dərəcə  olsun,  icrai  təsir  etmək  istə-
dilərsə də kəndilərinə “ilanın ağına da, qarasına da lənət” dedilər” 
[161, s.69]. 
     Müsavatda  “solçuluq”,  1923-cü  il  həbsləri  zamanı  ələ 
keçən  müsavatçıların  işi  ilə  məşğul  olan  Xatipovun  (BDSİ-də 
hərbi şöbə müvəkkili) rəhbərlik üçün tərtib etdiyi məlumatda belə 
ifadə olunur: “İndi özlərini sol qrup adlandıran məhkumlar (Ə. V. 
Məmmədzadə, Q. V. Mikayılzadə, Ə. Babayev və b.-X. İ.) əslində 
“solçu” olmamışlar. Ümumiyyətlə, “müsavat” partiyasında nə sol, 
nə də sağ qrup yoxdur” [111, s.48]. 
    Belə görünür ki, özünü “solçu” adlandırmaq müsavatçıların 
leqal  fəaliyyət  göstərmək  və  hakimiyyət  dairələrini  çaşdırmaq 
cəhdi idi. 
     Az.  DSİ-nin  istintaq  materiallarında  göstərilir  ki,  “sol 
müsavatçılar  çevrilişin  ikinci  günü  Suleyman  Abdullayevin 
Voroşilov  küçəsindəki  mənzilində  toplaşaraq  partiyanın  ümumi 
yığıncağını çağırmaq məsələsini müzakirə elədilər. Ümumi yığın-
cagı  çağırmaqda  əsas  məqsəd  partiyanın  leqal  fəaliyyəti  üçün 
sovet hökuməti ilə danışıqlar aparmaq və bu danışıqları aparacaq 
nümayəndə  heyəti  seçmək  idi”  [140,  N-2(6),  1994].  Sənəddə, 
həmçinin S. Abdullayevin mənzilindəki  yığıncağın M. B. Məm-
mədzadə, M. S. Quluzadə, Qasım Qasımov, Seyid Zərgər və sayı 
25-ə çatan digər fəal müsavatçıların təşəbbüsü ilə toplantısından 


 
 
70 
sonra axşam M. B. Məmmədzadə, Ə. V. Məmmədzadə, Suleyman 
Abdullayev,  Seyid  Zərgər,  Qasım  Qasımov,  M.  S.  Quluzadədən 
ibarət gizli Müsavat MK-sının formalaşdırıldığı göstərilir. 
     M. B. Məmmədzadə isə yazır: “Bolşeviklər “Müsavat”dan 
xaric  edilmiş  iki  şəxs  vasitəsiylə  (Suleyman  Abdullayev,  Xəlil 
İbrahim)  1920-ci  il  aprelin  29-da  Bakıda  Fövqəladə  “Müsavat” 
konqresi çağırdılar. Burada “Müsavat” firqəsinin də bolşevik plat-
formasını  qəbul  edərək  fəaliyyətini  dayandırmaq  təklifi  müza-
kirəyə verildi. 
     Gətirilən  dəlillərin  məntiqi  belə  bir  fikrə  əsas  verir  ki, 
bolşeviklər  başqa  partiyalar  kimi  Müsavatın  könüllü  surətdə 
özünü buraxıb Kommunist Partiyasının platformasına keçəcəyinə 
inanmadıqlarından, məqsədlərinə çatmaq üçün öz təbiətinə uyğun 
metoda-saxtakarlığa əl atmışlar. 
     M. B. Məmmədzadənin bildirdiyi kimi Az. DSİ-nin sənəd-
lərində  S.  Abdullayevin  Müsavat  MK-sının  üzvü  kimi  göstəril-
məsi həqiqətəuyğun deyil. Sonralar həbs olunanlar, güllələnənlər, 
sürgünə  göndərilənlər,  mühacirətə  gedənlər  arasında  da  S. 
Abdullayev  ad  və  soyadına  təsadüf  olunmur.  Beləliklə,  gizli 
Müsavatın Ι MK tərkibi barədə Ə. V. Yurdsevərin verdiyi bilginin 
daha dəqiq olması qənaətinə gəlmək mümkündür. 
     1920-ci  ilin  iyun  ayında  Müsavatın  gizli  şəraitdə  ümumi 
toplantısı oldu. Toplantıda partiyanın yaxın gələcəkdə qarşısında 
dayanan vəzifələr və onun leqal fəaliyyətinin təminatı üçün sovet 
höküməti ilə danışıqlar  aparılmasının zəruriliyi  müzakirə edildi. 
Lakin  danışıqlar  nəticəsində  məlum  oldu  ki,  partiyanın  açıq 
fəaliyyətinə  icazə  verilmir.  Bununla  da  Azərbaycanda  fəaliyyəti 
yasaqlanan Müsavat tam şəkildə bütün strukturlarını gizli şəraitə 
keçirmək məcburiyyətində qaldı. 
     Müsavatın  Azərbaycanda  gizli  fəaliyyət  dövrünü  xarak-
terinə görə dörd mərhələyə bölmək olar: 
     Birinci  –  1920-1923-cü  illər.  Ikinci  –  1923-1927-ci  illər. 
Üçüncü – 1927-1931-ci illər. Dördüncü – 1931-ci ildən ΙΙ Dünya 
müharibəsinə qədərki mərhələ. 


 
 
71 
     Birinci  mərhələdə  müsavatçılar  özlərini  gəncləşmiş, 
nisbətən yeniləşmiş və sovet hökuməti ilə dil tapmağa meyli olan 
bir  partiyanın  nümayəndələri  kimi  təqdim  etməyə  çalışırdı.  Əs-
lində  parlamentdə  və  hökumətdə  təmsil  olunan  nüfuzlu,  həm  də 
təcrübəli müsavatçıların, eyni zamanda bolşeviklərlə sərt rəftarın, 
tərəfdarları  hesab  edilən  Ş.  Rüstəmbəyli,  N.  Şeyxzamanlı  kimi 
radikalların böyük əksəriyyətinin Azərbaycandan mühacirət etmə-
ləri  fonunda  çoxu  gənclər  olan  yeni  rəhbərlik  bu  cür  təəssürat 
yaradırdı.  Bu bucaqdan  baxanda  yeni  MK-nın  özünü solçu elan 
etməsi aydın olur. Çox güman ki, aprelin 27-i gecəsi Ə. V. Yurd-
sevərin xatırlatdığı məlum görüşdə bu taktika M. Ə. Rəsulzadənin 
iştirakı ilə müəyyənləşdirilmişdi. 
     Söylənilən  mülahizələrdən  və  gətirilən  dəlillərdən  belə 
qənaətə gəlmək olar ki, Müsavat leqal fəaliyyətə təminat almağa 
cəhd  etməklə  Azərbaycanda  normal  müxalifətçilik  ənənəsinin 
mühafizəsi üçün xeyli çalışmışdı. 
     Digər  tərəfdən  hələ  Azərbaycanda  öz  mahiyyətini  tam 
açmamış  bolşevik  rejimi  ilə  normal  münasibət  yaratmağa  çalış-
maqda partiyanın məqsədi öz qüvvəsini qorumaq və yeni şəraitə 
adaptasiya  olunmaq  üçün  vaxt  udmaq  idi.  Yuxarıda  qeyd  etdi-
yimiz kimi görkəmli müsavatçıların qətli, ən  yaxşı halda müha-
cirətə  getmələri,  partiya  Başqanının  isə  həbs  edilib  Moskvaya 
aparılaraq Stalinin ciddi nəzarəti altında saxlanıldığı bir şəraitdə 
Azərbaycanda  Müsavatın  fərqli  yol  seçməsi  çətin  idi.  Bolşe-
viklərin, M.  Ə. Rəsulzadənin  Stalinlə  əməkdaşlığı,  ondan vəzifə 
alması  barədə  yaydığı  söz-söhbətlər  də  partiyanın  yeni  dövrə 
adaptasiyasını çətinləşdirən amillərdən sayıla bilər. Stalinin lideri 
ram etməklə partiyanı dağıtmaq taktikasını və onun Azərbaycanda 
yaratdığı  psixoloji ovqatı  çox gözəl  dərk edən M. Ə. Rəsulzadə 
imkan  yaranan  kimi  xəlvəti  Peterburqa  gedib,  oradan  da 
Finlandiyaya  keçə  bildi  (1922-ci  il).  Onun  Finlandiyadan  İstan-
bula gəlişi ilə Müsavatın mühacirətdə Xarici Bürosu yaradıldı və 
Azərbaycandakı  gizli  Müsavatla  əlaqə  quruldu.  Bu  partiyanın, 
xarakter  və  keyfiyyətcə  əvvəlki  mərhələdən  (1921-1923)  fərqli 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə