63
İttihad partiyasının buraxılması haqqında aktda isə
deyilirdi: “Burjua “azadlığı” çərçivəsində Müsavatla açıq müba-
rizə aparan “İttihad” hesab edir ki, Qırmızı Sovet hissələrinin
Azərbaycana gəlməsi müsavatçılarla mübarizədə müsbət həllini
tapır. Və öz məqsədinə çatmış “İttihad” səhnədən gedir” [111,
s.8].
Lakin 1920-ci ilin yazından İttihad gizli fəaliyyətə keçərək
özünü güclü antisovet bir partiya kimi göstərə bildi. “Vətən ya
ölüm”, “Mərkəzi İttihad”, “Quranın əmin-amanlığı” adlı üç
müstəqil qrupa bölünən partiya Azərbaycanın qəzalarındakı təşki-
latlarını gizli mübarizə şəraitinə keçirmiş, eyni zamanda Dağıstan
və İranla əlaqələr yarada bilmişdi. XΙ ordunun Xüsusi Şöbəsinin
qaldırdığı cinayət işinin materiallarına görə İttihad 1920-ci ilin
axırlarında Azərbaycanda silahlı üsyan yolu ilə hakimiyyəti ələ
almağa çalışırdı. Onlar Dağıstanda İmam Qotsinski və
Əlixanovun başçılıq etdiyi qiyamçıların. Eləcə də Lənkəran və
Zəngəzur üsyançılarının köməyi ilə qarşıya qoyulan məqsədə
çatmağın mümkün olacağı qənaətində idilər.
Üsyan üçün qış mövsümünün seçilməsi, daha çox suların
donması və Həştərxanla rabitənin kəsilməsi üzündən bolşeviklərin
Bakıya əlavə hərbi qüvvələr yeritmək imkanından məhrum
olmaları ilə bağlı idi. Dağıstanda isə yerli əhali təyin olunan vaxt
üsyana qalxıb Vladiqafqaz-Bakı dəmiryol xəttini kəsməyi planlaş-
dırmışdı. Abşeron kəndlərində üsyan Bakıdan verilən siqnalla
qalxmalı idi: “Abşeron üsyançılarının bir hissəsi Zığı... o biri
hissəsi isə Bakı ətrafındakı dəmiryol məntəqələrini tutmalı idi ki,
bu da Həsənovda tapılmış planda təsdiq olunur” [111, s.14].
Üsyanı “qabaqlayan” Xüsusi Şöbə, İttihadın
sədri Qarabəy
İsmayıl oğlu Qarabəyov da daxil olmaqla
partiya rəhbərliyinin və
fəallarının 155 nəfərini həbs etdi.
1921-ci il yanvarın 25-də XΙ Ordunun Xüsusi Şöbəsinin
üçlüyü: XΙ Ordunun Xüsusi Şöbə rəisi Pankratov, Operativ hissə
rəisi Aşukin, baş hərbi müstəntiq Qubin “Silahlı üsyan yolu ilə
Azərbaycanda Sovet hakimiyyətinin devrilməsi və başda “İttihad”