“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   67   68   69   70   71   72   73   74   ...   114

 
 
218 
     Bir az əvvəl isə rus mühacirət hökumətinin başçısı Kerens-
kinin  rəhbərlik  etdiyi  “Dni”(N59)  məcmuəsində  Xondkaryan 
imzası ilə bir erməni “Türkiyənin xidmətində” adlı məqalə dərc 
etdirərək Qafqaz Federasiyası yaratmaq istəyənləri separatçılıqda, 
panturançılıqda suçlayırdı. 
     Türkiyəyə qarşı qeyri-ixtiyari düşmənçilik hissinə qapılan 
Kerenski, Xondkaryan və Zarevendı M. Ə. Rəsulzadə kəskinliklə 
tənqid edərək, Z. Göyalpın təftiş olunan ideyalarının yeni interpre-
tasiyasını verdi, cəsarətlə demək olar ki, türkçülük və turançılıq 
barədə modern baxışın təkmilləşməsində əhəmiyyətli iş gördü. O, 
problemə  klassik  baxışı  müdafiə  edərək  pantürkizm  və  pan-
turanizmə müasir yanaşmanın SSRİ daxili türklərin vəziyyəti ilə 
də bağlı olduğunu açıqladı. Müəllif “Panturanizmin deyil, heç biri 
müstəqil  olmayan  türk  cümhuriyyətlərinə  qarşı  daxildə  “pan-
turanizm”  kimi  təqdim  olunan  türk  ellərinin  öz milli  azadlıqları 
üçün  yaratdıqları  iş  birliyinin  (əsasən  mühacirlərin  fəaliyyəti 
nəzərdə tutulur) türkçülük olduğunu gizlətmirdi. 
     (Daxildə kommunistlər də “panturanizm” adı altında “əks-
inqilabçıları” kütləvi terror, həbs və sürgünlərə məhkum etmişdi. 
Bu  məqamda  ağ  və  qırmızı  ruslar  eyni  platformadan  çıxış  edir-
dilər). 
     Mühacirətdə  müsavatçılar  partiyanı  ideoloji-siyasi  cəhət-
dən təkmilləşdirən qiymətli əsərlər ortaya qoydular (M. Ə. Rəsul-
zadənin  “Milli  Təsanüd”,  M.  B.  Məmmədzadənin  “Milli 
Azərbaycan hərəkatı”, “Milli birlik baxımından əski və yeni proq-
ramlarımız,  “K.Odərin  “Müsavat  ideolojisində  solidarizm”,  Ə. 
Azətəkinin  “Müsavatlıq  fikir  və  hərəkatının  dünəni,  bu  günü  və 
yarını”, M. Kəngərlinin “Müsavatın çöhrəsi” və s.). 
     Partiyanın  yaradılan  zəngin  irsinə  və  Yeni  Proqram  əsas-
larına  görə  məramını  indi  daha  aydın  ifadə  edən  müsavatçılıq 
aşağıdakı prinsiplərə dayanırdı: 
     1. İstiqlalçılıq. Azərbaycan milli azadlıq hərəkatı: 
     a)  milli-mədəni  muxtariyyət  (1905-1917);  b)milli-inzibati 
muxtariyyət (1917-1918); 


 
 
219 
     b)  tam  milli  istiqlaliyyət  (1918-1920)  mərhələlərini  keç-
mişdir.  Müsavat,  istiqlalçılığa  sadiq  bir  partiya  kimi  milli  müs-
təqillik itirildikdən sonra da silahı yerə qoymamış, əsas məqsədinə 
(milli  istiqlaliyyətə)  çatmaq  üçün  mühacirətdə  belə  öz  gücünü 
səfərbər  edərək  mübarizəyə  girmişdir.  Mühacirətdə  milli  istiq-
laliyyətin yenidən bərpasının taktikası müəyyənləşdirilmişdir. 
     Əgər birinci  proqramda  (1917)  “Milli istiqlal və  ya mux-
tariyyətə malik olmayan bir millət hürriyyət və mədəniyyətini hifz 
etməz”  deyilirdisə,  ikinci  proqramda  (1936)  bu  fikir  “Müstəqil 
Azərbaycan  Xalq  Cümhuriyyəti  rus  istilasından  qurtulacaq, 
qeydsiz-şərtsiz müstəqil bir dövlət halında yaşayacaqdır” şəklində 
qəti, konkret ifadə olunmuşdur. 
     2. Millərçilik. Millət və millətçilik Müsavatın Azərbaycan 
ictimai  fikrinə  verdiyi  əsas  töhfələrdəndir.  Müsavat  liderlərinə 
görə millətçilik, heç kimi təhdid etməyən öz istiqlaliyyatı uğrunda 
döyüşən  Azərbaycan  vətənsevərliyi  kimi  qəbul  edilmişdir. 
Müsavat millətçiliyi özünümüdafiə-kənar təzyiq, müstəmləkəçilik 
siyasəti, şovinizm müqabilində zəruri özünüqorumadır. 
     M. B. Məmmədzadə yazırdı: “Müsavatçılıq milli bir ideo-
logiyadır...  O,  artıq  firqənin  ideologiyası  şəklindən  çıxmış,  bir 
millətin  milli  imanı,  milli  dini  şəklini  almışdır  [145,  s.9].  Buna 
görə  1936-cı  il  konfransı  Müsavatı  “Milli  Azərbaycan  Müsavat 
Xalq Partiyası” elan etdi. 
     3.  Dövlətçilik  (Cümhuriyyətçilik).  Bu  əvvəlki  iki  təməl 
prinsipini tamamlayır, yəni dövləti olmayan millət öz istiqlalını da 
mühafizə edə bilməz. 
     “Müsavat  görə  fərd  dövlətə  deyil  millətə  bağlıdır.  Bunun 
üçün ən təbii olan dövlət milli olan dövlətdir” [45, s.238]. 
     Birinci proqramda Rusiya daxilində Federativ dövlət quru-
luşundan danışılırsa, ikinci  proqramda artıq demokratik prinsip-
lərə dayanan müstəqil Azərbaycan dövlətindən söhbət gedir. Milli 
dövləti  kültür  yaradıcılığının  ən  yüksək  şəkli  hesab  edən  M.  B. 
Məmmədzadə,  milli  dövlət  xaricində  milli  tərəqqiyə  imkan 
olmadığını bildirirdi. 


 
 
220 
     4.  Hürriyyətçilik.  Müsavatçılıqda  bu  prinsip  çox  dina-
mikdir, o zaman keçdikcə təkmilləşmişdir. “İnsanlara hürriyyət, 
millətlərə istiqlal!” Müsavatın dəyişməyən şüarlarındandır. 
     İkinci proqramda deyilir: “Müsavat fərdi hürriyyət və şəxsi 
mülkiyyət əsasını siyasət və iqtisad prinsipi olaraq alır” [40, N-1, 
1936]. 
     5.  Türkçülük.  Müsavatçılıq  böyük  türk  mədəniyyətinə 
bağlı bir ideologiyadır. Öz növbəsində türkçülük müsavatçılıqda 
istiqlaliyyətın əldə olunmasının əsas şərti kimi milli özünüdərk və 
digər türk elləri ilə mədəni bağlılıqdır. 
     Ikinci  proqramda  deyilir:  “Böyük  türklüyə  mənsub  bir 
məmləkət olması hesabilə, Azərbaycan digər türk elləri ilə kültürəl 
sürətdə bağlıdır. Bu bağlılığın əvvəl olduğu kimi bundan sonra da 
qorunmasını  müsavatçılıq  ciddiyyətlə  müdafiə  edər”  [40,  N-
1,1936]. 
     6.  Azərbaycançılıq  (vətənçilik).  Azərbaycanın  istiqlal 
davası  mühacirətdə  bütün  dünyaya  bəyan  edilən  beynəlxalq  bir 
məsələ olub. 
     Yeni  proqram  əsaslarında  türkçülüklə  Azərbaycançılıq 
ideal bir sürətdə birləşdirildi: “Müsavatçılıq böyük türk kültürünə 
bağlı,  milli  mədəni  və  insani  dəyərləri  mənimsəyən,  hürriyyət, 
cümhuriyyət,  və  istiqlal  idealına  sadiq  Azərbaycan  vətənsevər-
liyidir” [40, N-1,  1936]. 
     Azərbaycançılığın tarixi missiyası olduğunu göstərərək M. 
B.  Məmmədzadə  yazırdı:  “Azərbaycan  qədim  zamanlardan  bəri 
tarixən  müxtəlif  dövrlərdə  özünəməxsus  siyasi  varlıq  göstərərək 
müstəqil dövlət halında yaşamışdır. Bu ideala tərcüman olan Milli 
Azərbaycan Müsavat Xalq Firqəsi 1918-ci ildə milli Azərbaycan 
cümhuriyyəti  istiqlalının  elanındakı  təşəbbüsü,  bu  təşəbbüsün 
fikirdən  işə 
keçirilməsi  yolundakı  fəaliyyəti  ilə...bütün 
azərbaycanlıların siyasi təşəkkülüdür” [145, s.211]. 
     7. Milli Təsanüd. Fərdlə ümumun mənafelərinin uzlaşdırıl-
ması,  hər  cür  sinif  və  zümrə  hakimiyyətinin  rədd  edilməsi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə