“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   70   71   72   73   74   75   76   77   ...   114

 
 
227 
lisani-ərəbi kimi qəbul etmişlər. Bu sürətlə beş yüz sənədən bəri 
şahlıq taxtında bir türk xanı otururdusa da gərək bu xanlar, görərsə 
də türk əhalisi iranlaşmış, yəni frslar tərəfindən təmsil olunmuşdur” 
[311,s.17,18]. 
      Daha sonra müəllif iranlaşmanın da səbəblərinə toxunaraq 
fikrini  belə  açıqlayır:  “Şiəlik  İran  türklərini  o  qədər  farslaş-
dırmışdır  ki,  indi  onlar  kəndlərini  türkləşmiş  fars,  yəni  əsasən 
iranlı hesab edirlər” [311,s.18]. 
     Əslində  məsələ  göründüyü  qədər  də  sadə  deyil.  M.  Ə. 
Rəsulzadənin də qeyd etdiyi kimi “türklərin farslara mənəvi məğ-
lubiyyətlərinin” kökü [331,s.18] “ 500 illik” türk hakimiyyəti za-
manında qoyulmuşdur. Bu vaxt ərzində İranda siyasi hakimiyyət 
türklərin  olsa  da,  mədəni  və  lisani-ədəbi  hakimiyyət  farslara 
məxsus idi. Və türklər zaman-zaman mənən məğlub olur, farsla-
rının siyasi hakimiyyətə də sahib olmalarına  zəmin yaranırdı. 
     Hazırkı  dövrə  İran  türklərinin  dünyada  hüquqları  tapda-
lanan ən böyük çoxluqlardan biri olması məhz bu cür tarixi prose-
sin, yürüdülən məqsədyönlü siyasətin məntiqi  yekunudur. 
     “İran  Türklərin”ndə  M.  Ə.  Rəsulzadə  İran  və  Qafqaz, 
bütövlükdə isə bütün türklərin tarix, mədəniyyət və ictimai həyat-
larında mövcud olan oxşar, ümumi xüsusiyyətləri təhlil etməklə 
yanaşı,  Şimali  və  Cənubi  azərbaycanlıların  arasında  bir  sıra 
psixoloji və mədəni fərqlərin olduğunu da unutmamışdı. 
     Əsər  “Türk  Yurdu”nda  dərc  edildikcə  geniş  oxucu  kütlə-
sinin marağına səbəb olurdu. Ə. Y. Akpınar yazır: “M. Ə. Rəsul-
zadənin  bu  yazıları  Türkiyədə    İran  türklərinə  qarşı    artmış  bu-
lunan ilginin ehtiyac duyduğu bilgini oxuculara  ulaşdırır,  Iranın 
gerçək üzüylə tanımasını sağlıyırdı” [311, s.2]. 
     Türkiyə ictimaiyyətini maraqlandıran məsələlərdən biri də 
əsərdə  imperializmə  qarşı  İran  və  Türkiyə  arasında  iş  birliyinin 
zəruriliyi ideyasının irəli sürülməsi idi. 
     (Azərbaycan  mühacirlərindən  Məmməd  Sadıx  Aran  da 
Cənubi  Azərbaycanın  ictimai-siyasi  vəziyyəti,  tarixi,  görkəmli 


 
 
228 
şəxsiyyətləri  barədə  “İran  türkləri”  adlı  maraqlı  əsər  dərc  etdir-
mişdi). 
     “Çağdaş Azərbaycan tarixi” əsəri məzmun və qarşıya qo-
yulan problem baxımından “Azərbaycan Cümhuriyyəti” həm də 
“Qafqasya  Türkləri”ndə  ən  böyük  bölmə  olan  eyni  adlı  bölmə 
(Azərbaycan Cümhuriyyəti) ilə eyniyyət təşkil edir. Hər üç əsərdə 
Azərbaycan  Demokratik  Cümhuriyyətinin  meydana  gəldiyi 
ictimai-siyasi,  tarixi  şərait,  XX  əsrin  əvvəllərində  yaranmış  
beynəlxalq  şəraitin  Azərbaycan  daxili  proseslərə  təsiri,  nəhayət 
ADR-in  yaranması,  iki  illik  fəaliyyəti,  məğlubiyyəti  və  bu 
məğlubiyyətin obyektiv-subyektiv səbəbləri araşdırılmışdır. 
     M. Ə. Rəsulzadənin XIX əsrin sonu, XX əsrin əvvəllərini 
əhatə edən Azərbaycan tarixinə bir neçə dəfə qayıdışı  hər şeydən 
əvvəl, Azərbaycan probleminə beynəlxalq ictimaiyyətin diqqətini 
cəlb  etmək,  yaxın  tarixi  keçmişdə  bölgədə  baş  verən  hadisələr 
barədə obyektiv rəy yaratmaq istəyindən irəli gəlirdi. 
     Lakin  əsərlərin  yazılmasında  məqsəd  oxşar  olsa  da, 
hədəflər fərqli idi. Belə ki, 1923-cü ildə nəşr olunan “Azərbaycan 
Cümhuryyəti”nin əsas ünvanı Türkiyə ictimaiyyəti idisə, 1951-ci 
ildə  Avropada  çapdan  çıxan  “Çağdaş  Azərbaycan  tarixi”  Qərb 
ictimaiyyətini  hədəf  götürmüşdü.  1928-ci  ildə  Yusif  Akçuranın 
rəhbərlik  etdiyi  “Türk  yurdu”nda  hissə-hissə  dərc  edilən  “Qaf-
qasya  türkləri”  isə  Türkiyə  ictimaiyyətini  ümumi  Qafqaz  türk-
lərinin  tarixi  və  çağdaş  problemləri  ilə  tanış  etmək  məqsədi  ilə 
yanaşı, bu ölkədə məskunlaşan Qafqaz  mühacirləri  arasında iş 
birliyi,  Müştərək  təşkilatlar  yaratmaq  üçün  həmin  mühacirət 
kontingentinə də ünvanlanmışdı. 
     Məqsədlərin  nə  qədər  maraqlı  və  əhəmiyyətli,  hədəflərin 
çeşidli olmasına baxmayaraq, tədqiq olunan Azərbaycan tarixi idi 
ki, son nəticədə elm daha çox qazanırdı. 
     Qeyd  edək  ki,  mühacirlərimizin  araşdırdığı  problemlərin 
əksəriyyəti  80-ci  illərin  sonlarından  başlayaraq  formalaşmaqda 
olan yeni baxışdan aktual və əhəmiyyətli görünür. Nümunə kimi, 
son  illər  albanşünaslıqda  türklərin  tarixi  yeri  barədə  meydana 


 
 
229 
gələn  mülahizələrin  (II  əsrdən  başlayaraq  Cənubi  Qafqaza  axıb 
gələn türk tayfalarının  Albaniyada məskunlaşaraq  ərəb istilasına 
qədər  hakim  etnosa  çevrilməsi),  M.  B.  Məmmədzadənin  “Azər-
baycan tarixində türk Albanya”  əsərində irəli sürdüyü ideyalarla 
səsləşməsini göstərmək olar. 
     Əsərin məntiqindən aydın olur ki, Albaniyada türk etnosu 
hakim  olmasaydı,  qonşu  xristian  məmləkətləri  kimi  albanlar  da 
islamı qəbul etməzdilər. Əslində Azərbaycanın cənubunda islam 
qəbul  edildiyindən  şimaldakı  türklər  də  bu  dinin  yayılmasına 
nəinki müqavimət, əksinə yardım göstərirdilər. 
     “Ermənilər və İran”da təsvir olunan İran ermənilərinin və-
ziyyəti,  fars-erməni  münasibətləri  isə  bu  günün  özündə  də  məz-
mun  baxımından  dəyişmədiyindən,  əsrin  əvvəllərində  aparılan 
təhlillər öz aktuallığını saxlayır. 
     Azərbaycan  tarixi  ilə  bağlı  araşdırmalar  sırasında  başqırd 
mühaciri, prof. Ə. Zəki Vəlidinin iki tədqiqatı da xüsusi yer tutur. 
Bunlar,  uyğun  sahələr  üzrə  Azərbaycan  tarixşünaslığında  ilk 
sistemli  araşdırma  sayılan,  “Azərbaycanın  tarixi  coğrafiyası”  və 
“Azərbaycan türk etnoqrafisinə dair” əsərləridir. Müəllif. “Azər-
baycan tarixi coğrafiyası” əsərinin giriş hissəsində qarşısına qoy-
duğu məqsəd barədə yazır: “Azərbaycanın tarixi coğrafiyasına aid 
məxəzlərdə  mövcud  bütün  quyudatı  (rəsmi  qeydləri-X.  İ.)  bir 
araya  toplamaq...  tarixi  əsərlərdə  keçən  coğrafi  isimlərin  yerini 
mümkün olduğu qədər doğru təyinə çalışmaq” [192, N-1, 1932]. 
     Doğrudan da Ə. Zəki Vəlidi qədim ərəb, fars, yunan, roma 
müəlliflərinin, eyni zamanda müasir tədqiqatçıların Azərbaycanla 
bağlı araşdırmalarını saf-çürük edərək vətənimizin çayları, karvan 
yolları, şəhərləri barədə hərtərəfli və dəqiq məlumat verə bilmişdı . 
“Azərbaycanın  tarixi  coğrafiyası”nda  Dərbənd,  Bərdə,  Abxaz-
Quba, Şabran, Şamaxı, Bərzənk, Bakı, Ərəş, Şəki, Zaqatala və b. 
şəhərlərin tarixi haqqında çox qiymətli bilgilər var. 
     “Azərbaycan  Etnoqrafisinə  dair”  əsərində  isə  müəllif, 
Azərbaycana  türk  tayfalarının  gəlməsinin  aşağıdakı  xronologi-
yasını  verir: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə