“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   71   72   73   74   75   76   77   78   ...   114

 
 
230 
 1) Ağ hunlar-451-ci il; 2) “Atilla” dövrü- 466-cı il; 3) “Savir” 
və yaxud “Suvar” tayfaları- 552-ci il; 4) VI-IX əsrlərdə fasilələrlə 
Xəzərlər; 5) 1033-1048-ci ildə indiki dilimizin əsas sahibləri oln 
oğuzlar; 6)1145-1158-ci illərdə qıpçaqlar; 7) XIII əsrdən moqol 
və tatarlar. 
     Qeyd edək ki, bu bölgu Dyakonov, Q. Qeybullayev, L. Qu-
milyov  və  b.  Müəlliflərin  bölgüsü  ilə  üst-üstə  düşür.  Q.  Qey-
bullayev yazır: “568-ci ildə suvarlar Şimali Qafqazda avarlar tərə-
findən  məğlub  edildikdən  sonra,  Azərbaycana  axışaraq  burada 
məskunlaşırlar”[383,s.128]. 
     Ə. Z. Vəlidi sovet albanşünasları kimi udinlərin qafqazdilli 
olmaları  məsələsinə  də  birmənalı  yanaşmır:  “Udinlərin  əvvəlcə 
türk,  yaxud turani  olub  sonradan Arran və  Qafqaz lisanlarından 
birini qəbul etmiş olması ehtimalı yenə açıq qalır” [383, s.52]. 
     1980-ci  illərdə  mühacirlər  Azərbaycan  tarixinin  müxtəlif 
dövrlərini əhatə edən iki əsr də dərc etdirirlər. Müəllifi Əhməd Qa-
raca  olan  “Azərbaycanın  yaxın  tarixinə  qısa  bir  baxış”  əsərində 
Şimali Azərbaycanda XX əsrin I yarısında cərəyan edən hadisə-
lərlə  yanaşı,  Güney  Azərbaycandakı  milli  hərəkat  da  araş-
dırılmışdı. 
     Cəmil Ünalın “Türk və islam aləmində Azərbaycanın yeri” 
əsəri  isə  Azərbaycanın  iki  minlik  tarixini  ehtiva  edən  yığcam 
xülasədir. 
     Mühacirlərimizin son tədqiqatlarından sayılan bu əsərlərdə 
Şimal və Cənub Azərbaycanın tarixi, mədəniyyəti ayrı-ayrılıqda 
deyil,  vahid,  həm  də  bütöv  bir  millətin,  məmləkətin  tarixi  və 
mədəniyyəti kimi araşdırılıb. 
     Qeyd  edək  ki,  M.  Ə.  Rəsulzadə  də  kultoroloji  planda 
ümumtürk və islam mədəniyyətinin tərkib hissəsi olan Azərbay-
can  mədəniyyətini  vahid  mədəniyyət  kimi  ayrıca  araşdırmışdır 
[307,  s.10].  Mövcud  fikri  əsaslandırmaq  üçün  Azərbaycan 
coğrafiyasının təsviri ilə bağlı əsərdən bir parçaya diqqət yetirək: 
“Azərbaycan, tutduğu mövqe etibarilə Yaxın Doğunun pək önəmli 
bir  sahəsidir.  Bir  tərəfdən,  Kaspi  dənizinə,  o  biri  tərəfdən  də 


 
 
231 
Böyük və Kiçik Qafqaziya dağları ilə Savalan ətəklərinə dayanan 
bu sahə Kür, Araz və Qızıl Üzən kimi böyük nəhrlərin bərəkətli 
hövzələrini təmsil edən ovaları içinə alır” [307, s.10]. 
     Əsərdə “kültür” “mədəniyyətə” nisbətən geniş anlayış kimi 
işlənir  və  onun  formalaşmasında  üç  əski  amilin  həlledici  yolu 
göstərilir: “Coğrafi amil-vətən, etnoqrafik amil-millət və mənəvi 
amil-mədəniyyət” [307, s.9]. 
     Bu  bölgüyə  əsasən  M.  Ə.  Rəsulzadə,  Azərbaycan  adlı 
vətənin ümumi türk ailəsinə və daha geniş kontingenti əhatə edən, 
öz ağuşuna daha  çox milləti alan islam  mədəniyyətinə daxil ol-
duğu qənaətinə gəlir. O, XIV əsr ərəb tarixci İbn Xəldunun belə 
bir fikrini də təqdir edir ki,   “... islam mədəniyyəti yalnız ərəblərin 
yaratdığı bir abidə deyil, islam dinini qəbul edən xalqların bərabər 
tikdiyi binadır” [303, s.6]. 
     Digər  tərəfdən  “Qafqasya  türkləri”  və  “İran  Türkləri”ndə 
M. Ə. Rəsulzadə eyni bir millətin coğrafi amillərin təsiri altında 
müxtəlıf mədəniyyətlərə yaxınlığı məsələsinə də toxunur. Belə ki, 
Şimali  Azərbaycan  zaman-zaman  ümumi  Qafqaz,  Rusiya,  Qərb 
mədəniyyəti  ilə,  Cənubi  Azərbaycan  isə  fars  mədəniyyəti  ilə, 
çulğalaşdığından,  “Əsrimizin  Səyavuşu”nda  deyildiyi  kimi  “İki 
mədəniyyətdən bir mədəniyyət” yarana bilmişdi  (Müştərək fars-
türk mədəniyyəti nəzərdə tutulur). 
     Lakin  “Azərbaycan  Kültür  gələnəkləri”ndə  M.  Ə.  Rəsul-
zadə  ayrı-ayrı  qonşuların  mədəniyyəti  ilə  qohumlaşan  Şimali  və 
Cənubi Azərbaycanı birləşdirən başlıca amili-türkçülüyü ön plana 
çəkərək, onun yeni çalarlarını aşkarlayır. “Qafqasya Türklərin”də 
Şimali  Azərbaycan  ayrı,  “İran  Türkləri”ndə  isə  Cənubi 
Azərbaycan İranın tərkibində ayrı tədqiq edilsə də, “Azərbaycan 
Kültür  gələnəkləri”  əsərində  problem  təkcə  mədəni  aspektdən 
deyil, siyasi  aspektdən də  bütöv  şəkildə  araşdırılır. Çünki  əsərin 
giriş  hissəsində  müəllif  “kültür”  anlayışının  təkcə  mədəniyyəti 
deyil, iqtisadiyyatı, sosial sahəni, eyni zamanda siyasəti də əhatə 
etdiyini açıq göstərərək, bütöv Azərbaycan məsələsinə siyasi bir 
məsələ kimi yanaşmışdı. Odur ki, M. Ə. Rəsulzadənin kultoroloji 


 
 
232 
konsepsiyasının  mahiyyətini  “İran  Türkləri”  və  “Qafqasya  türk-
ləri”ni təhlil etmədən başa düşmək çox çətindir. 
     Mühacirətin  tarixi  irsinin  təhlilini  yekunlaşdırmamışdan 
öncə onu da qeyd edək ki, maraqlı tarixi tədqiqatlardan biri də prof. 
Ə.  Cəfəroğlunun  “Tarixdə  Azərbaycan-Rus  münasibəti”dir. 
Müəllif  Rusların  Azərbaycana  IX  əsrdən  başlanan  ilk  hərbi 
yürüşlərini Məsudi, Zahirəddin, Klaprot, Frohen, Sarmoy kimi nü-
fuzlu  mütəxəssislərin  mülahizələri  əsaında  təhlildən  keçirmiş, 
problemə  müəyyən  aydınlıq  gətirə  bilmişdı.  [207,  N-9.1929,  N-
10,11,12.1930]. 
     Mühacirlərimizin  zəngin  və  çoxşaxəli  yarıdıcılığında 
ətraflı araşdırma tələb edən sahələrdən biri də ədəbi-bədii sahədir. 
Xarakterinə  və  məzmununa  görə  bu  sahəni  əhatə  edən  əsərləri 
aşağıdaki şəkildə qruplaşdırmaq olar: 
     1. Klassik irsin tədqiqi: M. Ə. Rəsulzadənin “Azərbaycan 
şairi Nizami” (Ankara 1951), “Şirvanlı Xaqani” (Azərbaycan Yurt 
bilgisi.  1954.  N-37,  s.2-10),  “Azərbaycan  kültür  gələnəkləri” 
(Ankara, 1945), Ə. V. Yurdsevərin “Azərbaycan Dram Ədəbiyyatı” 
(Ankara, 1951), “Mirzə Fətəlı Axundzadənin həyatı və fəaliyyəti” 
(Ankara,  1950),  “Azərbaycan  şairlərindən  Vaqif  və  Vidadinin 
yaradıcıllığı” (Ankara, 1952), Əhməd Cəfəroğlunun “Azərbaycan 
Dil və Ədəbiyyatının dönüm nöqtələri” (Ankara, 1953) və s. 
     2. Çağdaş Azərbaycan ədəbiyyatının təhlili: M. Ə. Rəsul-
zadənin “Çağdaş Azərbaycan ədəbiyyatı” (Ankara, 1950), “Ədəbi 
bir 
hadisə” 
(“Azərbaycan”  Ankara,  1955,  N-4,5,6,7), 
Ə.Cəfəroğlunun  “Modern  Azərbaycan  ədəbiyyatına  toplu  bir 
baxış”  (Azərbaycan  Yurt  Bilgisi.  1954,  N-37,  s.40-48),  Səlim 
Rafiqin “Son devir Azəri ədəbiyyatı” (“Azərbaycan Yurt Bilgisi. 
1932, N-1, s.27-34), Ə. V. Yurdsevərin “Azərbaycan dram ədib-
lərindən Cəfər Cabbarlı” (Azərbaycan, Ankara, 1952, N-1), M. B. 
Məmmədzadənin    “Mirzə  Ələkbər  Sabir”  (“Qurtuluş”.  1936.  N-
23), “Cəfər Cabbarlı” (“Qurtuluş”. 1935, N-4) və s. 
     3.  Azərbaycan  ədəbiyyatşünaslığının  problemləri.  Tənqid 
və  təhlillər,  nəzəri  axtarışlar:  M.  Ə.  Rəsulzadənin  “Azərbaycan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə