Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə192/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   188   189   190   191   192   193   194   195   ...   199

[413] 

 

mənsub adamlar ərəblərə qarşı öz qövmi ənənələrini, tarixi şərəflərini, dillərini açıqca 



müdafiyəyə  qalxdılar  və  münaqişələr  iki  tərəfin  bir-birini  təhqir  və  zəiflətmələrini 

ortaya  çıxardı.  Hər  iki  tərəf  də  iddialarını  isbat  etmək  üçün,  bir  çox  hədislər 

uydurdular.”

1480


 

Məlumdur  ki,  hədislər  içərisində  milli  təəssübkeşliyə  aid  kifayət  qədər 

uydurulmuş hədislər vardır. Bu hədislərin tədqiqi onu göstərir ki, bunların çoxu məhz 

Əməvilər dövründə uydurulmuş və ərəb şovnizmin əsasını təşkil edir. Hədis alimləri 

buna aid aşağıdakı bəzi hədisləri uydurma hesab edir və bu qəbildən olan hədislərin 

bir  qismini  zəif  bilirlər.  Məsələn:  “Ərəblər  insanların  ən  xeyirlisidir”,  və  yaxud  da, 

“Allah dillər içərisində ən çox fars dilinə nifrət edən, şeytanlar xuzistanlıların diliylə, 

cəhənnəmliklər  buxaralıların  diliylə,  cənnətliklər  də  ərəblərin  dili  ilə  danışırlar.” 

Təbiidir ki, ərəblərin bu mövqeyinə digər millətin nümayəndələri göz yuma bilməzdi 

və  bu  kimi  “hədislərin”  müqabilində  onları  batil  edən  “hədislər”  deməliydilər  və 

dedilər  də!  Belə  ki,  fars  təəssübkeşlərinin  dilindən  bu  hədis  uyduruldu:  “Ərşin 

ətrafındakı  mələklər  farsca  danışarlar.  Allah  içində  yumşaqlıq  olan  bir  şey  vəhy 

edəcəyi  vaxt, onu farsca olaraq vəhy  edər, içində şiddət olunan bir şey vəhy edəcəyi 

zaman da onu ərəbcə olaraq vəhy edər.”

1481

 

Milli təəssübkeşlik ucbatından uydurulmuş  hədislər içərisində diqqəti cəlb edən 



xüsusiyyətlərdən  də  biri,  bəzi  şəhərlər  haqqında  mədh,  digərləri  haqqında  isə 

təhqiramiz  səpgidə  deyilən  hədislərdir.  Hədis  tədqiqatçıları  da  şəhərlər  və  bölgələr 

haqqında  deyilmiş  bəzi  hədisləri  uydurma  adlandırmışlar.Əlbəttə  ki,  şəhərlər 

haqqında  varid  olan  hədislərin  hamısı  zəif  deyil  və  bunu  heç  bir  hədis  alimi  iddia 

etməmişdir.Burada  yalnız  bəzi  uydurma  hədislər  tədqiq  edilir  və  onlar  haqqında 

Peyğəmbərin (s) və ya məsum imamın (ə) mədh və ya məzəmmət dediyi araşdırılır. 

Hətta bəzi “hədislər” vardır ki, onlar heç Peyğəmbərin (s) dövründə olmamışdır, lakin 

biz hədis kitablarında o şəhərlər haqqında hədislər görürük. 

Ümumiyyətlə şəhərlər haqqında uydurulmuş bəzi hədislərdən aşağıdakıları qeyd 

etmək olar: 

“Dörd şəhər, cənət şəhərlərindədir: bunlar Məkkə, Mədinə, Qüds və Dəməşqdir. 

Dörd  şəhər  də,  Cəhənnəm  şəhərlərindəndir:  Konstantinopol,  Tuvanə,  Antakiya  və 

Səna.”

1482


 

Bundan başqa Xorasan, Mərv və bu kimi digər şəhərlər haqqında bəzi hədislər 

vardır  ki,  onların  da  bir  qrupu  zəif  hədis  kimi  dəyərləndirilir.  Buna  misal  aşağıdakı 

hədisi göstərmək olar: 

“Allahın  Xorasan  diyarında  Mərv  deyilən  bir  şəhər  vardır  ki,  oranı  qardaşım 

Zülqərneyn  (ə)  qurmuş  və  Üzeyr  (ə)  də  orada  namaz  qılmışdır.  Oranın  gurul-gurul 

axan nəhrləri və çox geniş əraziləri vardır. Qapılarının hər birində qılıncını çəkmiş bir 

mələk vardır ki, Qiyamətə qədər Mərv əhalisini bəlalardan muhafizə edərlər.”

1483

 

                                                 



1480

 həmin mənbə, səh. 100 

1481

 Süyuti, əl-Ləalül-məsnua, c. I, səh. 11, Yaşar Kandemir, Mövzu hədislər, səh. 49 



1482

 İbn Arrak, Tənzihüş-şəriət, c. II, səh. 48, Zəhəbi, Mizanül-etidal, c. III, səh. 75, Y. Kandemir, Mövzu hədislər, səh. 

50 

1483


 Süyuti, əl-Ləalül-məsnua, c. I, səh. 466, İbn Arrak, Tənzihüş-şəriət, c. II, səh. 47, Yaşar Kandemir, Mövzu hədislər, 

səh. 50 



[414] 

 

Bu  və  ya  digər  uydurma  hədislər  onu  göstərir  ki,  İslam  ərazilərinin 



genişlənməsi, müxtəlif millətlərin və dinlərin İslam dininin təsiri altına düşməsi, heç 

də həmişə müsbət nəticə verməmiş, əksinə bəzən həmin millətlərin və dinlərin İslam 

ideologiyasına  təsir  və  nüfuzu  özünü  göstərmişdir.  Əlbəttə  ki,  bunun  başlıca 

səbəblərindən  biri  dövrü  xəlifələrin,  xüsusilə  də  Əməvi  və  Abbasi  xəlifələrinin 

yürütdükləri  anti-İslam  siyasəti  olmuşdur.  Onların  guya  İslam  ərazilərini 

genişləndirmək adı altında apardıqları müharibələr yalnız işğalçı müharibələri olmuş 

və işğal etdikləri ərazilərdəİslamı öz bildikləri kimi yaymışlar. 

 

Ç. İslam dininə xidmət etmək arzusu və ya xalqi yaxşi işlərə sövq etmək istəyi 

Zəif hədislər içərisində diqqəti cəlb edən məqamlardan biri də guya dinə xidmət 

etmək,  yaxud  da  camaatı  yaxşı  işlərə  sövq  etmək  arzusu  olmuşdur.  Uydurulmuş 

hədislərin  bu  səbəbi  daha  çox  minbər  əhlinin,  sufilərin  və  zahidlərin  üzərinə  düşür. 

Çünki  onlar,  guya  dinə  xidmət  göstərmək  məqsədiylə  məsumların  (ə)  adlarından 

danışıb  və  onların  adlarına  onların  demədiklərini  deyiblər.  Mövzu  hədislərin 

uydurulmasının bu səbəbinin əsasında dayanan ən mühüm amil bəlkə də nadanlıq və 

cəhalətdir. Çünki bu qrupa məxsus  olan bəzi insanlarcamaatın savab əməllərə təşviq 

edilməsi,  günah  işlərdən  isə  uzaq  tutulmaları  üçün  məsumların  (ə)  adlarına  onların 

demədiklərini  demiş,  yaxud  da,  onların  dediklərinə  nələrisə  əlavə  etmişlər. 

Məhəmməd  əl-Qəzali  (öl.  1111)  yazır:  “Bunlar  əməllərin  fəzilətləri  və  camaatı 

pisliklərdən  çəkindirməyə  görə  hədis  uydurmağın  dini  baxımdan  heç  bir  qəbahət 

olmadığını, üstəlik çox faydalı bir iş olduğu düşüncəsi ilə hərəkət etməkdəydilər.”

1484

 

Hədis tədqiqatçıları “dinə xidmət” məqsədilə uydurulmuş ən məşhur hədislərdən 



biri olan aşağıdakı hədisi misal çəkirlər: 

“Hər  kəs  bazar  ertəsi  günü  dörd  rəkət  namaz  qılar  və  hər  rəkətdə  “Fatihə”, 

“Ayətəl-kürsi”, “İxlas”, “Fələq”, “Nas” surələrini oxuyarsa və salam verdikdə də, on 

dəfə  istiğfar  deyərsə  və  on  dəfə  də  salavat  deyərsə,  bütün  günahları  əfv  olunar  və 

Allah  ona  cənnətdə  ağ  incidən  hazırlanmış  on  otaqlı  bir  köşk  verər.  Hər  otağın 

uzunluğu və genişliyi min arşındır. Birinci otaq ağ gümüşdən, ikinci qızıldan, üçüncü 

incidən,  dördüncü  zümrüddən,  beşinci  zəbərcəddən,  altıncısı  iri  incilərdən,  yeddinci 

parıldayan  bir  nurdan  hazırlanmışdır.  Otaqların  qapıları  ənbərdən  düzəldilib,  hər 

qapının üzərində zəfərandan bir dənə örtük vardır. Hər otaqda kafurdan düzəldilmiş 

bir  taxt  və  hər  taxtın  da  üzərində  min  yataq  və  hər  yataqda  Allah  ən  gözəl  iylərdən 

yaratdığı  hurilər  vardır.  Hurilərin  ayaqlarında  diz  qapağına  qədər  olan  hissələri  yaş 

zəfərandan,  diz  qapaqlarından  kökslərinə  qədər  olan  yerləri  əla  müşkdən, 

kökslərindən  boyunlarına  qədər  iri  ənbərdən,  gərdani  ağ  kafurdan  xəlq  edilmişdir. 

Hər bir hurinin də üzərində cənnət paltarlarından yetmiş paltar vardır.”

1485

 

Bu  və  həmçinin  bu  qəbildən  olan  digər  hədislərdən  göründüyü  kimi  burada 



hədis uyduran ravilərin sanki məsumların (ə) sözlərinə mübaliğə vermək, İslamın az 

əmələ  belə  çox  mukafat  verdiyini  göstərmək  kimi  xüsusiyyətləri  ortalığa  çıxır. 

Ümumiyyətlə “dinə xidmət” səbəbilə uydurulan hədislərin böyük əksəriyyəti İslamın 

                                                 

1484

 İmam Qəzzali, İhyayi-ülumid-din, c. III  



1485

 Y. Kandemir, Mövzu hədislər, səh. 57, İbn Arrak, Tənzihüş-şəriət, c. II, səh. 86 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə