Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə2/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   2   3   4   5   6   7   8   9   ...   199

[5] 

 

ÖN SÖZ 

Məlum  olduğu  kimi,  hədisi-şəriflər  İslam  dininin  Qurani-kərimdən  sonra  ikinci 

əsas  qaynağıdır.  Buna  görə  də  hədislərə  istinad  edilən  zaman  son  dərəcə  diqqətli 

olmalı,  səhih  olanını  zəif  olanından  seçməli  və  Qurani-kərimlə  uyğun  gəlməyəni 

kənara  qoyulmalıdır.  Bunun  üçün  isə  mütləq  şəkildə  mütəxəssislərə  müraciət  etmək 

və  sahə  üzrə  yazılmış  mənbələrə  istinad  etmək  lazımdır.  Belə  olduğu  halda 

ümumbəşəri  mənəvi  dəyərlərə  malik  olan  dinimizin  doğru-düzgün  şəkildə  tədris 

ediliməsi  və  öyrənilməsi  müasir  Azərbaycan  ilahiyyatçılarının  qarşısında  duran  ən 

mühüm  vəzifələrdən  biridir.  Bu  baxımdan  müasir  Azərbaycan  ilahiyyatşünaslığının 

formalaşmasına  dair  elmi,  tədris-metodiki  ədəbiyyata  olan  ciddi  ehtiyac  daha  da 

artmaqdadır.  İlahiyyat  elmlərinin  tərkib  və  əsas  hissəsi  olan  hədisşünaslığın  inkişaf 

etdirilməsi isə bu ehtiyacların başında gəlməkdədir. 

Bildiyimiz  kimi,  ilahiyyat  fakültələrində  tədris  olunan  hər  bir  fənnin  öyrətdiyi, 

araşdırdığı konkret bilik sahələri vardır. Belə fənlərdən biri də hədisşünaslıq fənnidir. 

Ölkəmizin bəzi ali məktəblərində, o cümlədən ilahiyyat fakültələrində tədris  olunan 

bu fənnin də bilavasitə özünəməxsus predmeti vardır. Haqqında danışdığımız fənnin 

Qurani-kərimin  təfsiri,  fiqh,  İslam  tarixi,  əqaid  və  ərəb  dilçiliyi  ilə  birbaşa  əlaqəsi 

danılmazdır.Hətta cəsarətlə demək olar ki, adı çəkilən elmlərin hamısı məhz hədisi-

şəriflərlə  bağlıdır.  Başqa  sözlə  desək,  hədisşünaslıq  adı  çəkilən  elmlərin  mühüm  və 

ayrılmaz tərkib hissəsidir. 

Bakı  İslam  Universitetinin  müəllimi  İbrahim  Zöhrab  oğlu  Quliyevin 

hədisşünaslığın  əsaslarına  dair  hazırladığı  kitab  təqdirəlayiqdir.  İ.  Z.  Quliyev 

hədisşünaslığın  əsaslarının  öyrənilməsinə  gərgin  əmək  sərf  etmiş  və  ən  mötəbər 

mənbələr  əsasında  qarşısına  qoyduğu  məqsədə  nail  ola  bilmişdir.  Müəllif    on  ildən 

artıqdır ki, hədisşünaslığın əsasları fənnindən dərs deyir. Bütün bunların nəticəsində 

İ.  Z.  Quliyev  ilk  dəfə  olaraq  respublikamızda  Azərbaycan  dilində  iri  həcmli 

“Hədisşünaslığın əsasları” kitabını yazmağa müvəffəq olmuşdur. 

Mən  bütövlükdə  bu  tədqiqat  işini  yüksək  qiymətləndirir  və  onu  geniş  oxucu 

kütləsi üçün tövsiyə edirəm. 



 

Hacı Sabir Həsənli 

Bakı İslam Universitetinin rektoru 

 

 

 



 

 

 



 

 

 



 


[6] 

 

GİRİŞ 

 

Hədisşünaslıqmüsəlmanların  dini  əqidələrinin  qaynağı  və  inkişafı  haqqında 



elmdir. Bu elm bilavasitə Qurani-kərimlə bağlı olub, orada olan ana prinsipləri bütün 

təfərrüatı ilə müsəlmanlara aydınlaşdıran bir elmdir. 

Tarix  boyunca  İslam  alimləri  hədisşünaslıqsahəsində  müxtəlif  tədqiqatlar 

aparmış  və  bu  elmin  inkişafında  müstəsna  xidmətlər  göstərmişlər.  Xüsusilə  də  orta 

əsrlərdə  yaşayıb-yaratmış  müsəlman  alimləri  bu  elmin  bütün  sahələrinə  aid  dəyərli 

fikirlər söyləmiş və demək olar ki, onlar bu günkü alimlərə bu elm sahəsində orjinal 

əsər meydana gətirməyə və yaxudda yeni bir fikir söylməyə yol qoymamışlar. 

İslam  mədəniyyətinin  mühüm  tərkib  hissəsi  olan  hədisşünaslıq  şübhəsiz  ki, 

Qurani-kərimin nazil olmasından sonra meydana çıxmışdır. 

Məlumdur ki, İslam dini miladın VII əsrində Ərəbistan yarımadasında meydana 

gəlmişən  kamil  səmavi  bir  dindir.  Bu  dinin  ortaya  çıxışı  ilə  əlaqədar  insanların 

ictimai,  mədəni  və  digər  sahələrində  böyük  dönüş  yarandı.  Bu  dönüşün  əsas  səbəbi 

şübhəsiz  ki, Qurani-kərim və Peyğəmbərin (s) hədisi-şərifləridir. Vəhşi şəkildə ayrı-

ayrı  qəbilələrdə  yaşayan  ərəblər  Peyğəmbərin  (s)  səyi  və  təbliği  nəticəsində  yavaş-

yavaş insanlıq forması alıb ictimai mədəniyyətə malik oldular. ArtıqPeyğəmbərin (ə) 

nübüvvətə  yetişməsi  ilə  əlaqədar  olaraq  ona  tabe  olan  insanlar  müsəlman  adını 

aldılar.  Bu  adı  daşıyan  hər  bir  şəxs  üzərində  daha  böyük  məsuliyyət  hiss  edərək 

Peyğəmbərin  (s)  bütün  etdiklərini  və  dediklərini  mənimsəməkdə  böyük  əmək  və 

zəhmət  sərf  edirdi.  Belə  insanlar  Həzrətdən  (s)  eşitdikləri  hədisləri  ağır  bir 

məsuliyyətlə qoruyaraq nəsildən-nəsilə  ötürmüşlər.  

Şübhəsiz  ki,  nəsildən-nəsilə  ötürülən  hədislər  ciddi  bir  şəkildə  qorunaraq  elm 

kimi  sistemli  bir  şəkildə  müxtəlif  inkişaf  mərhələləri  keçmişdir.  İstər  qədim 

dövrlərdə,  istərsə  də  müasir  dövrümüzdə  hədisşünaslıqİslam  elmləri  içərisində  ən 

şərəfli,  ən  faydalı  və  ən  geniş  elm  hesab  edilmişdir.  Çünki  istər  hədisi-şərifləri, 

istərsədə  onun  tarixini  və  metodologiyasını  öyrənənlər  İslam  mədəniyyətilə  daha  da 

dərindən  tanış  olmuş,  əqidəvi  və  şəri  (dini-hüquqi)  məsələləri  bu  elmin  vasitəsilə 

doğru-düzgün  şəkildəəldə  etmişlər.  Həmçinin,  bu  elmin  ən  ümdə  faydalarından  biri 

dəQurani-kərimə  daha  da  dərindən  vaqif  olmağa  nail  olmaqdır.  Əvvəldə  qeyd 

etdiyimiz  kimi  Qurani-kərim  insanlara  çatdırılacaqlarını  ümumi  şəkildə  bəyan 

etmişdir.  

Peyğəmbər (s) və digər məsum imamlar (ə) Allahın nazil etdiyi müqəddəs kitaba 

tabe  olaraq  orada  keçən  dərin  mətləbləri,  mütəşabeh  (çətin  anlaşılan)  mənaları  çox 

sadə,  lakin  elmi  şəkildə  müsəlmanlara  aydınlaşdırmışlar.  Qurani-kərim  belə  bəyan 

edir: 


“Biz  hər  bir  peyğəmbəri  yalnız  onların  öz  qövmlərinin  dilində    göndərdik 

ki, (Allahın hökmlərini) onlar üçün açıqlayıb  izah etsin”.

1

 



Müstəqil  elm hüququnu qazanmış  hədisşünaslığın da özünəməxsus predmetləri 

vardır.  Hədisşünaslıq  hədis  tarixi  və  hədis  üsulu  deyə  iki  qismə  bölünür.  Hədis 

                                                 

1

İbrahim-4 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə