[18]
Ümumiyyətlə, tərifdən də göründüyü kimi sənəd və isnad bir-birlərinin yerində
işlədilir. Həmçinin son zamanlar kütlə üçün nəzərdə tutulan hədis kitablarında
hədislərin sənədləri qeyd olunmur. Amma hədisin səhih və ya zəif olduğunu bilmək
üçün şübhəsiz ki, onun isnadını (və ya sənədini) bilmək zəruridir və bu da yalnız
hədisşünaslara məxsusdur.
Mətn
Mətn lüğətdə “arxa, bel, kürək” və həmçinin hər bir şeyin onunla dik durduğu və
onunla qüvvətləndiyi şey mənasındadır. Necə ki, insan kürəyinin gücü ilə ayaq üstə
durur. İstilahi mənasına gəldikdə isə,Cəfər Sübhani ona belə bir tərif verir. “Mətn
hədisin sözüdür ki, hədis onun mənası ilə qüvvə tapıb. Bu da Nəbi (s) və məsum
imamların (ə) dedikləridir.”
62
Həmçinin mətnə “Bir hədisdə mövcud sözlərdir ki,
məna bunlardan sadir olur” kimi də tərif verilmişdir.
63
Deməli, təriflərdən belə başa
düşülür ki, mətn hədisin əslini təşkil edir. Yəni hədis mətndən ibarətdir, sənəd isə o
mətni rəvayətedən şəxslərin zənciridir.
1.3.QAYNAĞINA GÖRƏ HƏDİSİN NÖVLƏRİ
Bəzi hədis alimləri hədisləri qaynağına və yaxud da varıb dayandığı sonluğuna
görə aşağıdakı qruplara bölüblər:
Mərfu hədis
Mərfu lüğətdə “ucaldılmış”, “yüksəldilmiş” mənalarındadır. Hədis elmində isə
Peyğəmbərdən (s) gələn söz, feli, təqriri, vəsfi olan hər hansı bir hədisə deyilir.
64
Həmçinin mərfu hədisi “Qaynağı Peyğəmbər (s) olan sənədi müttəsil və ya münqəti
olsun- bir sənədlə rəvayətedilmiş bütün söz, fel və təqrirlər”-dir deyə tərif etmişlər.
65
Mərfu hədisləri bəzən ikiqismə-
hökmən mərfu və
sərahətən mərfu-bölmüşlər.
a) Sərahətən mərfu hədis–söz, fel, təqrir, fikri və ya əxlaqı olaraq Peyğəmbərə
(s) aid olan hədisdir. Bu növ hədisləri rəvayətedəni səhabə:“bunu etməyə əmr
olunduq” və ya
“bunu etməkbizə qadağan olundu” ifadələri ilə də rəvayətedə bilər.
b) Hökmən mərfu hədis–hər hansı bir səhabənin, keçmiş peyğəmbərlər və ya
gələcəkdə baş verəcək hadisələr, yaxudda icra edilən əməlin savabı ya günahı
olacağını öz şəxsi görüşünə və qənaətinə dayanması mümkün olmayan mövzulara
dair verdiyi xəbərlərə deyilir. Verdiyi məlumatları Peyğəmbərdən(s) eşitdiyini
açıqlamasa belə, mövzuların xüsusiyyəti baxımından onları Peyğəmbərdən (s) eşitmiş
olduğu, yaxudda ən azından Peyğəmbərdən (s) öyrənmiş olan başqa bir səhabədən
eşitmiş olduğu düşünülür. Buna misal olaraq Abdullah bin Məsudun aşağıdakı
hədisini qeyd etmək olar:
62
Şəhid əs-Sani, ər-Riayə fi elmid-dirayə, səh. 52, Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 18
63
Təhanəvi, Yeni hədis üsulu, səh. 30
64
İ. Çakan, Hədis üsulu, səh. 115
65
Ali Yardım, Hədis I-II, səh. 38
[19]
“Hər kəs bir sehrbazın və yaxud qeybdən xəbər verənin yanına gedərsə,
Məhəmmədə (s) nazil edilənə küfr etmiş olur.”
66
Məvquf hədis
Məvquf lüğətdə “dayanmış” deməkdir.Səhabənin qəvli, feli və oxşar
vəziyyətlərinə dair rəvayətedilən hədisə məvquf deyilir.
67
Ümumiyyətlə məvquf hədis
dedikdə,sünnialimləri səhabəyə aid edilən söz və felləri nəzərdə tutular.
Məvquf hədisin hökmü barədə sünnialimləri ixtilaf etmişlər. Hənəfilərdən Razi
və digərləri, Malik bin Ənəs və Əhməd bin Hənbələ görə məvquf hədis höccətdir
(dində dəlildir).Lakin bəzi hənəfilər, o cümlədənMəhəmməd bin İdris əş-Şafei isə
məvquf hədisi höccət saymamışlar.
68
Məqtu hədis
Məqtu lüğətdə “kəsilmiş” deməkdir. Hədis elmində isə hər hansı bir tabeuna aid
olunan söz, fel və ya təqrirə deyilir. Həmçinin ətbaüt-tabeunun da söz, fel və ya
təqririnə məqtu hədis deyilir.
69
Ümumiyyətlə məvquf hədis dedikdə,sünni
alimlərisəhabəyə aid edilən söz və felləri,məqtu hədis dedikdə isə tabeuna aid söz və
təqrirləri nəzərdə tuturlar.
Məvquf və məqtu hədislərin höccət olması hədisşünaslar arasında ixtilaflı
məsələlərdəndir. Ümumiyyətlə yuxarıda qeyd edilən bölgülər sünniməzhəbinin
alimlərinə məxsusdur. Şübhəsiz ki, şiə məzhəbli alimlər yalnız Məsumlardan (ə)
gələn hər hansı bir sözə hədis demiş, səhabə və tabeundan gələn sözlərə isə əsər adını
vermişlər.
70
Lakin səhabədən gələn sözlərə də məvquf hədis deyilməsi bəzi şiə
kitablarında da qeyd edilmişdir.
Əbu Hənifə hər üç qrupa aid hədis haqqında demişdir:
“Peyğəmbərdən (s) gələn hədislərin başımız və gözümüz üstündə yeri vardır.
Səhabələrdən gələnləri də seçirik. Tabeundan gələnlərə gəldikdə isə, onlar da
ravidirlər, biz də raviyik”.
Qüdsi hədis
Qüds lüğətdə “paklıq”, “təmizlik”, “müqəddəslik” mənalarındadır. Hədis
elmində isə “Mənaları Allaha məxsus olan, Allahın Peyğəmbərinə(s) ilham və ya
yuxu vasitəsilə xəbər verdiyi hədislərdir.”
71
Həmçinin hədisi-qüdsini “Allahın
peyğəmbərlərindən (s) və ya övsiyalarından (ə) birinə ecazkar şəkildə olmadan nazil
etdiyi söz” kimi də tərif etmişlər.
72
Digər qrup alimlər də qüdsi hədisi “Ayə olmamaq
şərtilə Peyğəmbərin (s)
“Allah taala belə buyurmuşdur” deyərək, Allaha nisbət
66
Səhihi-Müslim, Salam-125
67
İbn əs-Salah, Ülumul-hədis, səh. 41-42, Ali Yardım, Hədis I-II, səh. 39
68
İ. Çakan, Hədis üsulu, səh. 119-120
69
İbn əs-Salah, Ülumul-hədis, səh. 41-42, Ali Yardım, Hədis I-II, səh. 39
70
Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 19
71
əl-Əhadisül-qüdsiyyə, c. I, səh. 5
72
Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 20