Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə8/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   4   5   6   7   8   9   10   11   ...   199

[18] 

 

Ümumiyyətlə, tərifdən də göründüyü kimi sənəd və isnad bir-birlərinin yerində 



işlədilir.  Həmçinin  son  zamanlar  kütlə  üçün  nəzərdə  tutulan  hədis  kitablarında 

hədislərin  sənədləri  qeyd  olunmur.  Amma  hədisin  səhih  və  ya  zəif  olduğunu  bilmək 

üçün  şübhəsiz  ki,  onun  isnadını  (və  ya  sənədini)  bilmək  zəruridir  və  bu  da  yalnız 

hədisşünaslara məxsusdur.  

 

Mətn 

Mətn lüğətdə “arxa, bel, kürək” və həmçinin hər bir şeyin onunla dik durduğu və 

onunla qüvvətləndiyi şey mənasındadır. Necə ki, insan kürəyinin gücü ilə ayaq üstə 

durur.  İstilahi  mənasına  gəldikdə  isə,Cəfər  Sübhani  ona  belə  bir  tərif  verir.  “Mətn 

hədisin  sözüdür  ki,  hədis  onun  mənası  ilə  qüvvə  tapıb.  Bu  da  Nəbi  (s)  və  məsum 

imamların  (ə)  dedikləridir.”

62

 Həmçinin  mətnə  “Bir  hədisdə  mövcud  sözlərdir  ki, 



məna  bunlardan  sadir  olur”  kimi  də  tərif  verilmişdir.

63

Deməli,  təriflərdən  belə  başa 



düşülür ki, mətn hədisin əslini təşkil edir. Yəni hədis mətndən ibarətdir, sənəd isə o 

mətni rəvayətedən şəxslərin zənciridir. 

 

1.3.QAYNAĞINA GÖRƏ HƏDİSİN NÖVLƏRİ 

 

Bəzi hədis alimləri hədisləri qaynağına və yaxud da  varıb dayandığı sonluğuna 

görə aşağıdakı qruplara bölüblər: 

 

Mərfu hədis 

Mərfu  lüğətdə  “ucaldılmış”,  “yüksəldilmiş”  mənalarındadır.  Hədis  elmində  isə 

Peyğəmbərdən  (s)  gələn  söz,  feli,  təqriri,  vəsfi  olan  hər  hansı  bir  hədisə  deyilir.

64

 

Həmçinin  mərfu  hədisi  “Qaynağı  Peyğəmbər  (s)  olan  sənədi  müttəsil  və  ya  münqəti 



olsun- bir sənədlə rəvayətedilmiş bütün söz, fel və təqrirlər”-dir deyə tərif etmişlər.

65

 



Mərfu hədisləri bəzən ikiqismə-hökmən mərfu və sərahətən mərfu-bölmüşlər. 

a) Sərahətən mərfu hədis–söz, fel, təqrir, fikri və ya əxlaqı olaraq Peyğəmbərə 

(s)  aid  olan  hədisdir.  Bu  növ  hədisləri  rəvayətedəni  səhabə:“bunu  etməyə  əmr 



olunduq” və ya “bunu etməkbizə qadağan olundu” ifadələri ilə də rəvayətedə bilər. 

b)  Hökmən  mərfu  hədis–hər  hansı  bir  səhabənin,  keçmiş  peyğəmbərlər  və  ya 

gələcəkdə  baş  verəcək  hadisələr,  yaxudda  icra  edilən  əməlin  savabı  ya  günahı 

olacağını  öz  şəxsi  görüşünə  və  qənaətinə  dayanması  mümkün  olmayan  mövzulara 

dair  verdiyi  xəbərlərə  deyilir.  Verdiyi  məlumatları  Peyğəmbərdən(s)  eşitdiyini 

açıqlamasa belə, mövzuların xüsusiyyəti baxımından onları Peyğəmbərdən (s) eşitmiş 

olduğu,  yaxudda  ən  azından  Peyğəmbərdən  (s)  öyrənmiş  olan  başqa  bir  səhabədən 

eşitmiş  olduğu  düşünülür.  Buna  misal  olaraq  Abdullah  bin  Məsudun  aşağıdakı 

hədisini qeyd etmək olar: 

                                                 

62

 Şəhid əs-Sani, ər-Riayə fi elmid-dirayə, səh. 52, Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 18 



63

 Təhanəvi, Yeni hədis üsulu, səh. 30 

64

 İ. Çakan, Hədis üsulu, səh. 115 



65

 Ali Yardım, Hədis I-II, səh. 38 




[19] 

 

“Hər  kəs  bir  sehrbazın  və  yaxud  qeybdən  xəbər  verənin  yanına  gedərsə, 



Məhəmmədə (s) nazil edilənə küfr etmiş olur.”

66

 



 

Məvquf hədis 

Məvquf  lüğətdə  “dayanmış”  deməkdir.Səhabənin  qəvli,  feli  və  oxşar 

vəziyyətlərinə dair rəvayətedilən hədisə məvquf deyilir.

67

Ümumiyyətlə məvquf hədis 



dedikdə,sünnialimləri səhabəyə aid edilən söz və felləri nəzərdə tutular. 

Məvquf  hədisin  hökmü  barədə  sünnialimləri  ixtilaf  etmişlər.  Hənəfilərdən  Razi 

və  digərləri,  Malik  bin  Ənəs  və  Əhməd  bin  Hənbələ  görə  məvquf  hədis  höccətdir 

(dində  dəlildir).Lakin  bəzi  hənəfilər,  o  cümlədənMəhəmməd  bin  İdris  əş-Şafei  isə 

məvquf hədisi höccət saymamışlar.

68

 



 

Məqtu hədis 

Məqtu lüğətdə “kəsilmiş” deməkdir. Hədis elmində isə hər hansı bir tabeuna aid 

olunan  söz,  fel  və  ya  təqrirə  deyilir.  Həmçinin  ətbaüt-tabeunun  da  söz,  fel  və  ya 

təqririnə  məqtu  hədis  deyilir.

69

Ümumiyyətlə  məvquf  hədis  dedikdə,sünni 



alimlərisəhabəyə aid edilən söz və felləri,məqtu hədis dedikdə isə tabeuna aid söz və 

təqrirləri nəzərdə tuturlar. 

Məvquf  və  məqtu  hədislərin  höccət  olması  hədisşünaslar  arasında  ixtilaflı 

məsələlərdəndir.  Ümumiyyətlə  yuxarıda  qeyd  edilən  bölgülər  sünniməzhəbinin 

alimlərinə  məxsusdur.  Şübhəsiz  ki,  şiə  məzhəbli  alimlər  yalnız  Məsumlardan  (ə) 

gələn hər hansı bir sözə hədis demiş, səhabə və tabeundan gələn sözlərə isə əsər adını 

vermişlər.

70

Lakin  səhabədən  gələn  sözlərə  də  məvquf  hədis  deyilməsi  bəzi  şiə 



kitablarında da qeyd edilmişdir. 

Əbu Hənifə hər üç qrupa aid hədis haqqında demişdir: 

“Peyğəmbərdən  (s)  gələn  hədislərin  başımız  və  gözümüz  üstündə  yeri  vardır. 

Səhabələrdən  gələnləri  də  seçirik.  Tabeundan  gələnlərə  gəldikdə  isə,  onlar  da 

ravidirlər, biz də raviyik”.  

 

Qüdsi hədis 

Qüds  lüğətdə  “paklıq”,  “təmizlik”,  “müqəddəslik”  mənalarındadır.  Hədis 

elmində  isə  “Mənaları  Allaha  məxsus  olan,  Allahın  Peyğəmbərinə(s)  ilham  və  ya 

yuxu  vasitəsilə  xəbər  verdiyi  hədislərdir.”

71

 Həmçinin  hədisi-qüdsini  “Allahın 



peyğəmbərlərindən (s) və ya övsiyalarından (ə) birinə ecazkar şəkildə olmadan nazil 

etdiyi söz” kimi də tərif etmişlər.

72

 Digər qrup alimlər də qüdsi hədisi “Ayə olmamaq 



şərtilə  Peyğəmbərin  (s)  “Allah  taala  belə  buyurmuşdur”  deyərək,  Allaha  nisbət 

                                                 

66

 Səhihi-Müslim, Salam-125 



67

 İbn əs-Salah, Ülumul-hədis, səh. 41-42, Ali Yardım, Hədis I-II,  səh. 39 

68

 İ. Çakan, Hədis üsulu, səh. 119-120 



69

 İbn əs-Salah, Ülumul-hədis, səh. 41-42, Ali Yardım, Hədis I-II, səh. 39 

70

 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 19 



71

 əl-Əhadisül-qüdsiyyə, c. I, səh. 5 

72

 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 20 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə