Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə6/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   2   3   4   5   6   7   8   9   ...   199

[14] 

 

3)



 

Təşri: Quranın hər hansı bir mövzuda hökm gətirmədiyi halda hədis (sünnə) 

bir hökm ortaya qoyar.

28

 

Əvvəldə  qeyd  etdiyimiz  kimi  hazırki  İslam  ümməti  içərisində  hədisi  (sünnəni) 



inkar  edən  olmayıb.  Lakin  tarixə  nəzər  salsaq  orada  Peyğəmbərin(s)  sünnəsinə 

(hədislərinə)  qarşı  etiraz  edənləri  az  da  olsa  görməkdəyik.  Məsələn,  səhabələrdən 

İmran bin Heysəm Peyğəmbrin (s) hədislərindən bəhs edərkən, məclis əhlindən biri: 

-

 



Ey Əbu Müseyd, bizə Qurandan bəhs et! demişdir. 

Buna cavab olaraq İmran: 

-

 

Sən  və  sənin  kimilər  Quran  oxuyursunuz.  Mənə  namazdan,  namazın  içindəki  



davranışlardan bəhs edə bilərsənmi?.. 

Daha  sonra  İmran  həmin  şəxsə  Peyğəmbərin  (s)  zəkat  haqqındakı  hədislərini 

izah etdi. Belə olan halda həmin adam: 

-Məni diriltdin, Allah da səni diriltsin! dedi.

29

 

Deməli,sünnəni  (hədisi)  inkar  etmək  insanın  küfrə  düşməsinə  səbəb  olur.Bu 



haqda İman Sadiq (ə) buyurub: 

“Hər kəs Məhəmmədin (s) sünnəsinə müxalif olsa, küfr etmişdir.”

30

 

 



1.2.HƏDİS ELMİNDƏ İŞLƏNƏN BƏZİ TERMİNLƏRİN İZAHI 

 

Hədis  elmində  bəzi  terminlər  işlədilir  ki,  bunlar  bu  elmin  təməl  prinsiplərini 

təşkil  edirlər.  Bu  terminlərinhər  birinin  lüğəti  mənalarından  başqa  hədis  elmində 

işlənən xüsusi mənaları da vardır. Həmin terminlər aşağıdakılardır: 

 

Hədis 

Hədis  lüğətdə  “yeni”,  “söhbət”  və  ya  “xəbər”  mənalarındadır.  Hədis  elmindəki 

mənası isə “Məsumun sözünü, hərəkətini və ya təqririni izah edən kəlməyə deyilir.”

31

 



Həmçinin “Hədis Peyğəmbərin (s) sözü, feli, təqriri,  yaradılışı və əxlaqi ilə əlaqədar 

olan hər türlü bilgi” deməkdir.

32

Bəzi alimlərdə hədisi belə tərif etmişlər: “Hədis söz, 



fel, təqrir,  yaradılış  və əxlaqla əlaqədar bir sifət olaraq  Peyğəmbərə (s),səhabəyə və 

ya  tabeuna  aid  edilən  hər  şeydir.”

33

 Digər  qrup  alimlər  isə  hədisi:  “Hədis 



Peyğəmbərdən  (s)  sadir  olan  fel  və  təqrirlərə  deyil,  sadəcə  onun  sözlərinə  xas  olan 

şeylərə deyilir” kimi tərif etmişlər.

34

 

Hədis  kəlməsi  bir  termin  olaraq  Qurani-kərimdə  bir  neçə  yerdə  müxtəlif 



mənalarda işlədilmişdir. Məsələn: 

1)

 

“Əgər  doğru  deyirlərsə,  qoy  onlar  Quran  kimi  bir  kəlam  (söz) 

gətirsinlər.”

35

 

                                                 

28

 geniş məlumat üçün bax: Riyazüs-salehin, c. I, səh. 21-22, Prof. Dr. İ. Çakan, Hədis, səh. 199, Şafei, Risalə, səh. 91-



92 

29

 bax: həmin mənbələrə 



30

 Biharül-ənvar, c. II, səh. 509 

31

 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 19 



32

 Riyazüs-salehin, c. I, səh. 13-14 

33

 Prof. Dr. İsmayıl Çakan, Hədis üsulu,  səh. 25 



34

 əl-Bani, Hədis üzərinə, Konya-1992, səh. 30  

35

 Tur-7 



[15] 

 

Bu ayədə söz və ya kəlam mənasında işlədilmişdir. 



2)

 

“Musanın xəbəri sənə çatmışdı?”

36

. Bu ayədə xəbər mənasındadır. 

3)

 

“Rəbbinin  sənə  olan  nemətlərindən  söhbət  aç  (təbliğ  et)”. Bu ayədə 

isətəbliğ etmək mənasındadır. 

Göründüyü kimi, hədis kəlməsi “təhdis” məsdərindən əmlə gəlib, ən çox “xəbər 

vermək” mənasındadır.  

Bəzi  alimlərin  hədis  sözünə  “yenilik”  mənasını  verməkdə  məqsədləri  bu  sözün  

“qədim”  sözünün  ontonimi  olduğunu  bildirmək  olmuşdur.  Bunlar  qədim 

dedikdəQurani-kərimi,  hədis  (yeni)  dedikdə  isə  Rəsulu-əkrəmə  (s)  aid  edilən  şeyləri 

nəzərdə  tutmuşlar.

37

Peyğəmbər  (s)  öz  sözü  haqqında  danışarkən  hədis  kəlməsindən 



istifadə etmişdir. Buradan belə bir nəticə çıxarmaq olar ki, hədis sözünü sonralar bir 

termin  olaraq  Peyğəmbər  (s)  və  Əhli-beytinə  (ə)  məxsus  olması  prinsipi  elə  məhz 

Peyğəmbərin  (s)  özünə  məxsusdur.  Məsələn,o,  öz  kəlmələrinin  əzbərlənməsini 

müsəlmanlara danışarkən buyurmuşdur:“Ümmətimdən hər kəs dini işlərində ehtiyac 

duyduğu qırx hədis əzbərləsə, Allah onu qiyamət günü fəqihvə alim kimi dirildər.”

38

 



Həmçinin  biz  bu  prinsipi  digər  məsum  imamların  (ə)  kəlmələrində  də  görürük. 

Məsələn,  İmam  Sadiq  (ə)  buyurur:  “Hər  bir  şey  Allah  kitabına  və  (Peyğəmbərin) 



sünnəsinə  isnad  edilə  bilər  və  hər  bir  hədis  Allahın  kitabına  müvafiq  deyilsə, 

uydurmadır (dəyərsizdir).”

39

 

 



Sünnə 

Sünnə  sözü  lüğətdə  “pis  və  yaxud  bəyənilmiş  yol”  deməkdir.  Hədis  elmindəki 

mənası isə “Məsumun sözü, feli və ya təqriri” mənasındadır.

40

 Bəzi alimlər də sünnə 



sözünü “Peyğəmbərin(s) yaşayış tərzi” kimi tərif ediblər.

41

 



Sünnə kəlməsi lüğəti mənada hədis sözündən fərqlənsə də, istilah baxımından və 

yaxud  da  hədis  elmindəki  mənasına  görə  hədis  sözünün  sinonimidir.

42

 Ümumiyyətlə 



bəzi alimlər bəzi yerlərdə hədislə sünnəni bir-birindən fərqləndirsələr də, çox vaxt bu 

ikitermini eynimənalı bilmiş və birini digərinin yerində işlətmişlər. Amma sünnə sözü 

hədis sözünə nisbətən bəzən çox geniş anlam daşıyır, Məsumun (ə) həm əməlini, həm 

sözünü, həm də təqririni bildirir. Həmçinin sünnə Məsumların (ə) davranış üslublarını 

da ehtiva edir. 

Hədisşünas  alimlər  hədis  və  ya  sünnənin  ünsürlərini  aşağıdakı  kimi 

göstərmişlər: 

 

   



 

 

 



 

Hədis (sünnə) 

 

   


                                                 

36

 Taha-9 



37

 Sübhi əs- Saleh, Hədis elmləri və Hədis istilahları, İstanbul, 1996, səh. 4  

38

 Şeyx Abbas əl-Qumi, Zübdətül-əhadis, c. I, səh. 4 



39

 Əllamə Məclisi, Biharül-ənvar, c. II, səh. 478 

40

 Cəfər Sübhani, Üsulu hədis və əhkamuhu, səh. 19 



41

 Prof. Dr. İsmayıl Çakan, Hədis, səh. 19 

42

 Prof. Dr. İsmayıl Çakan, Hədis üsulu, səh. 26 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə