Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə14/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   10   11   12   13   14   15   16   17   ...   199

[31] 

 

dəvələrin  yaşları  (zəkat  üçün)...  hökmlər  vardır.”



122

Məşhur  İslam  alimi  Əllamə 

Məhəmməd  Bağır  Məclisi  “Biharül-ənvar”  adlı  əsərində  yazır:  “Peyğəmbərin(s) 

həzrət  Əliyə  (ə)  yazdırdığı  “Camia”  adlı  səhifədə  insanların  möhtac  olduğu  hər  şey, 

qiyamətə qədər baş verəcək hadisələr, bütün halal və haramlar, hətta cənnətdəkilərin 

isimləri  belə  yazılıdır,  çürüməsi  və  aradan  getməsi  mümkün  olmayan  bu  səhifə 

həzrətİmam  Əli  (ə)vasitəsilə  imamlara  intiqal  edilmişdir.  Həzrət  Peyğəmbərə  (s) 

merac gecəsi verilən, ondan da həzrət Əliyə (ə) və imamlara intiqal edilən “Divanüş-

şiə”  adlı  bir  kitabda  da  bu  cür  məlumatlar  mövcuddur.  Cəfər  Sadiqin  (ə)  yanındakı 

“əl-Cufrül-əbyəz”  adlı  əsərdə  Zəbur,  Tövrat,  İncil,  həzrət  İbrahimə  (ə)  verilən 

səhifələr və həzrət Fatimənin (ə) müshəfi vardır.”

123


 

Həmçinin  bəzi  qaynaqların  verdikləri  məlumatlara  görə,  ümumiyyətlə,  Əlinin 

(ə) yazdığı kitablar Peyğəmbərin (s) sağlığında olub və həmin kitablar Peyğəmbər (s) 

tərəfindən imzalanmışdır. 

Artıq buradan belə məlum olur ki, Peyğəmbərin(s) hədislərini ilk toplayan şəxs 

məhz  Əlidir  (ə).  O,  Peyğəmbərdən  (s)  eşitdiklərini  yazıb  kitab  halına  salmışdı.  Bu 

hədis  kitabı  Əlidən  (ə)  sonra  digər  imamlara  ötürülüb  və  bununla  da  qorunub 

saxlanılırdı.  Bir  gün  Həkəm  bin  Üteybə  İmam  Bağırın  (ə)  yanına  gəlib  bir  məsələ 

barədə onunla mübahisə etdi. İmam (ə) həmin intiqal yolu ilə ona gəlib çatmış Həzrət 

Əlinin  (ə)  kitabını  açıb  həmin  məsələyə  aid  olan  hədisi  Həkəmə  göstərib  dedi:  “Bu 

Əlinin (ə) xətti, Peyğəmbərin(s) buyurduğudur.”

124


 

Beləliklə, İmam Əli (ə) aşağıdakı müfəssəl əsərləri yazmışdı. 

 

1.Cameul-Quran  və  təviluhu  (Quranın  toplanması  və  onun  şərhi).  O,  bu 

əsərində  Quranın  ayələrini  nazil  olma  ardıcıllığı  ilə  düzmüş,  onları  bir  araya 

toplayaraq geniş şərhini vermişdir. 

 

2.Ülumul-Quran və ənvauhu (Quran elmləri və onun növləri). 

 

3.əl-Müshəf.İmam  Əli  (ə)  bu  əsərini  oğlu  Həsənin  (ə)  xətti  ilə  yazdırmışdı.  Bu 

əsər məşhur “Rəzəviyyə” kitabxanasında saxlanılır. Əsərdə Qurandan iki cüz vardır. 

 

4.əl-Camiə 

Bu  əsər  həzrət  Əlinin  (ə)  ən  məşhur  əsərlərindən  biridir.  Əsərin  uzunluğu  70  

dirsəkdir ki, Həzrət (ə) bunu  Peyğəmbərin (s) diktəsi əsasında yazmışdır. Sonralar bu 

əsər Əhli-beyt imamları (ə) tərəfindən bir-birlərinə ötürülmüşdür. 

 

5.əl-Cifr 

                                                 

122

 Məhəmməd  Həmdullah,  Həmman  bin  Münəbbihin  səhifəsi,  səh.  40,  M.  Həmdullah  bu  hədisi  Buxarinin  Səhih 



əsərinin kitabül-cihad fəslindən rəvayət etmişdir. Həmçinin mövzu ilə əlaqədar Əhməd bin Hənbəlin Müsnəd əsərinin I 

cildinə, səh. 177, müsnədi-İmam Əli (ə) bölümünə baxmaq olar. 

123

c. XXVI, səh. 509, 511 



124

əl-Kəşşi, Rical, səh. 288 




[32] 

 

Həzrətin  ən  məşhur  əzərlərindən  olan  “əl-Cifr”  ensiklopedik  xarakter  daşıyıb, 



dinin  və  insan  həyatının  bütün  məsələlərini  özündə  ehtiva  etmişdir.  “Məcməül-

bəhreyn”  əsərinin  müəllifinə  görə  “Cifr  və  Camiə”  əsərini  Peyğəmbər  (s)  Əliyə  (ə) 

diktə edərək yazdırmışdır. 

Həzrət  Əlinin  (ə)  bu  məşhur  əsərində  nübuvvətlə  əlaqədar  elmlər,  halal,  haram 

məsələləri,  hökmlər,  insanların    ehtiyac  duyduqları  əsas  vasitələr,  dinin  əsasları, 

dünyada  insanların  sağlam  yaşaması,  və  s.  məsələlərlə  əlaqədar  mövzular  müfəssəl 

şəkildə  işıqlandırılmışdır.  Həmçinin  əsərdə  Quranın  bəzi  mütəşabeh  ayələri  təfsir 

edilmiş, onların doğru-düzgün şərhi göstərilmişdir. Həqiqətən də əsərin ehtiva etdiyi 

mövzuların genişliyinə və mahiyyətinə varanda belə məlum olur ki, bu fundamental 

əsərdə dinin bütün zəruri məsələləri ilə yanaşı, bir çox dünyəvi problemlər və onların 

həlli  yollarından  da  bəhs  edilmişdir.  Əsər  haqqında  Əllamə  Məclisi  yazır:  “Əhli-

beytin (ə) Cifrdə olan elmini görənlər təəccüb etdilər.”

125

 

Əsərin  həzrət  Əliyə  (ə)  aid  olması  və  ondan  da  sonra  digər  Əhli-beyt  (ə) 



imamlarına yadigar qalması haqqında kifayət qədər dəlillər vardır. Belə ki, bu haqda 

İmam  Cəfər  əs-Sadiq  (ə)  çoxlu  sayda  hədislər  söyləmiş  və  yeri  gəldikcə  əqidəvi  və 

şəri məsələlərdə həmin əsərdən istifadə etmişdir. Bu barədə İmam (ə) buyurur: 

“Bizim elmimiz məğlub edən və üstün gələndir, qəlblərdə bir ilhamdır, qulaqları 

deşəndir.  Həqiqətən  bizim  yanımızda  “əl-Cifrül-əhmər”,  “əl-Cifrül-əbyəz”  və 

“Müshəfi-Fatimə”  vardır.  Həmçinin  bizdə  “əl-Camiə”  vardır  ki,  orada  insanların 

ehtiyac  duyduqları  bütün  şeylər  vardır...”.

126


 Həmçinin  həzrət  Əlinin  (ə)  “əl-Camiə” 

adlı  məşhur  əsəri  haqqında    Əbu  Bəsir  İmam  Cəfər  əs-Sadiqdən  (ə)  nəqlən    deyir: 

“Ey  Əbu  Məhəmməd!  Həqiqətən  bizim  yanımızda  “əl-Camiə”  vardır.  Onlar  nə 

bilirlər  ki,  “Camiə”  nədir?”  Əbu  Bəsir  deyir:  dedim  sənə  fəda  olum!  Nədir  Camiə?  

Həzrət  buyurdu:  “Bir  səhifədir,  onun    uzunluğu  Peyğəmbərin  (s)  dirsəyi  ilə  yetmiş 

dirsəkdir.  Onu  Əliyə  (ə)  yazdırmışdır.  Orada  hər  bir  halal  və  haram,  həmçinin 

insanların ehtiyac duyduqları hər bir şey vardır. Hətta diyə və qanbahasınadək”

127


İmam Sadiqin (ə) digər bir səhabəsi Məhəmməd bin Müslim deyir: İmam Sadiq 

(ə) buyurdu:  “Həqiqətən bizim  yanımızda Əlinin (ə)  yazdıqlarından bir səhifə vardır 

ki, onun uzunluğu yetmiş dirsəkdir. Biz ona tabeyik. Orada olanlardan başqa heç nəyi 

tanımırıq.”  Həmçinin  Süleyman  bin  Xalid  deyir:  İmam  Sadiqdən  (ə)  eşitdim  ki, 

deyirdi:  “Bizdə səhifə vardır ki, ona “əl-Camiə” deyərlər. Orada halal, haram, hətta 

qanbahasınadək hər şey vardır. Həmçinin bizdə Fatimənin (ə) müshəfi vardır. Lakin 

orada Qurandan bir şey yoxdur.”

128

 

Artıq  mötəbər  mənbələrin  verdikləri  məlumatlar  yuxarıda  adı  çəkilən  əsərlərin 



Əliyə (ə) aid olmasında heç bir şəkk-şübhəyə yer buraxmır. Həqiqətən də elm əhlinin 

nəzərində  həzrət  Əlinin  (ə)  əsərləri  əvəzedilməz  və  təkrarolunmaz  olmaqla  yanaşı 

orijinaldır. Çünki İslam tarixində ilk dəfə olaraq  İmam Əli (ə) əlinə qələm almış  və 

Allahın öz Peyğəmbərinə (s) nazil etdiyi ayələr və əhkami hökmlər barədə dolğun və 

                                                 

125


 Möhsün əl-Əmin, Əyanüş-şiə, c. II, səh. 97 

126


Biharül-ənvar, c. XXVI, səh. 509 

127


 həmin mənbə, c. XXVI, səh. 512, Bəsairüd-dərəcat, səh. 39 

128


Biharül-ənvar, c. XXVI, səh. 513 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə