Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə13/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   9   10   11   12   13   14   15   16   ...   199

[29] 

 

ifadə mənasızdır.



114

 Deməli, Peyğəmbərdən (s)  eşidilən hədislər səhabələr tərəfindən 

həm  əzbərlənib,  həm  də  yazılmışdır.

115


Hətta  qaynaqlar  Peyğəmbərin  (s)  zamanında 

ilk hədis toplayan şəxsin Əli bin Əbu Talib (ə) olduğunu qeyd edirlər.

116

 

Ümumiyyətlə,  yuxarıda  qeyd  edilənlər  Peyğəmbərin  (s)  zamanında  hədislərin 



yazılmasını  təsdiq  edən  dəlillərdəndir.  Bundan  əlavə  hədislərin  nəql  olunması 

qadağan olunsaydı,Əhli-beyt (ə) imamları heç vaxt hədis rəvayət etməzdilər. Halbuki 

Cabir bin Yezid əl-Cəfi İmam Baqir (ə) və onun ata-babası kanalı ilə Peyğəmbərdən 

(s) yetmiş min hədis nəql etmişdir. O, deyir: “Məndə əlli min hədis vardır ki, bunun 

da hamısı Əhli-beyt (ə) kanalı vasitəsilə Peyğəmbərdəndir (s).”

117


 

Bundan əlavə Əbu Həmzə əs-Sümali, Zürürə bin Əyən, Məhəmməd bin Müslim 

ət-Taifi,  Əbu  Bəsir  Yəhya  bin  Qasım  əl-Əsədi,  Əbdülmömin  Qasım  bin  Qeys  bin 

Məhəmməd  əl-Ənsari,  Bəsam  bin  Abdullah  əs-Sürəfi,  Əbu  Übeydə  əl-Həzza  Ziyad 

bin İsa Əbürrəca əl-Kufi, Zəkəriyya bin Abdullah əl-Fəyyaz Əbu Yəhya və başqaları 

çoxlu sayda Əhli-beyt imamlarından (ə) hədislər nəql etmişlər. Burada adı çəkilən bu 

və  ya  digər  ravilərin  hamısı  hədis  elmində  güvənilən  və  etimad  göstərilən 

şəxslərdir.

118

 

 



2.2.HƏZRƏT PEYĞƏMBƏR (S) DÖVRÜNDƏ YAZILAN SƏHİFƏLƏR 

 

Əvvəldə  qeyd  olundu  ki,  Peyğəmbərin  (s)  hələ  sağlığında  bir  çox  səhabələr  o 

Həzrətdən (s) eşitdikləri hədisləri yazmışdılar. Hədisşünaslar Həzrətin (s) zamanında 

yazılan  səhifələrə  böyük  önəm  vermiş  və  onları  bir  neçə  qrupa  bölmüşlər. 

Ümumiyyətlə  “Hədis  ədəbiyyatının  başlanğıcını,  İslam  peyğəmbəri  (s)  tərəfindən 

yazdırılmış  və  öz  zamanında  mühafizə  edilmiş  olan  məktub,  qanun  və 

risalələrə,səhabə  vətabeun  tərəfindən  yazılan  səhifələrə  qədər  götürmək  təbiidir” 

deyənlər necə də doğru demişlər.

119

 Görkəmli tarix alimi əz-Zəhəbi “Mizanül-etidal” 



adlı  məşhur  əsərində  yazır:  “Əgər  səhabələrin  səyi  olmasaydı,  Peyğəmbərin(s) 

hədislərinin  hamısı  aradan  gedərdi  və  İslam  aləmində  böyük  bir  fəsad    meydana 

çıxardı.” 

Peyğəmbərin  (s)  göstərişi  ilə  və  yaxudda  onun  zamanında  yazılan  vəsiqələr 

aşağıdakı kimi qruplaşdırılır

I.

 

Səhifələr 

II.

 

Siyasi vəsiqələr 

III.

 

Qeyri-rəsmi vəsiqələr 

Səhifələr 

Səhifə 


sözününü  cəmi  suhufdur.  Səhifə  dedikdə,səhabələrin  Həzrət 

Peyğəmbərdən    (s)  eşidib  yazdıqları  bir  neçə  səhifəlik  hədislər  nəzərdə  tutulur. 

Məlumdur  ki,  o  Həzrətin  (s)  sağlığında  bir  çox  səhabələr,  o  cümlədən  Əli  bin  Əbu 

                                                 

114

bax: Məhəmməd Həmdullah, Həmman bin Münəbbin səhifəsi, səh. 26 



115

bax: Əhməd bin Hənbəl, Müsnəd, c. II, səh. 403  

116

 Seyid Həsən əs-Sədr, əş-Şiə və fünunil-islam, müəssisə sibteyn, səh. 151 



117

 həmin mənbə, səh. 174, İxtiyaru mərifətir-rical, c. II, səh. 440 

118

 geniş məlumat üçün bax: Seyid Həsən əs-Sədr, əş-Şiə və fünunil-islam, səh. 165-186 



119

Hədis ədəbiyyatı, səh. 13 




[30] 

 

Talib  (ə),  Fatimə  bintMəhəmməd  (s),  Salmani-Farsi,  Əbu  Zər  əl-Qəffari,  Abdullah  



bin Amr bin As, Ənəs bin Malik, Əbu Hüreyrə, Muaz bin Cəbəl, Abdullah bin Abbas, 

İbn  Übadə,  Səmurə  bin  Cündəb,  Cabir  bin  Abdullah,  Amr  bin    Hazm  əl-Ənsari, 

Abdullah bin Əbu Əfva və digərləri hədis yazmışlar. 

 

1). Əli bin Əbu Talibin (ə) əsərləri 

Əli bin Əbu Talib (ə) besətdən təxminən on (və ya on iki) il qabaq (m.598-ci il) 

rəcəb  ayının  on  üçündə  Kəbə  evinin  içərisində  doğulmuşdur.

120

Peyğəmbərin  (s) 



evində  və  onun  təlim-tərbiyəsi  altında  boya-başa  çatan  Əli  (ə)  bütün  ömrü  boyu 

İslama  xidmət  göstərmiş,  İslamın  yayılması,  tətbiq  edilməsi  və  təhrif  edilməməsi 

üçün öz canını və malını əsirgəməmişdir.  

Ömrünün  bütün  illərini  İslama  və  təkallahlığa  sərf  edən  İmam  Əli  (ə) 

həmişəPeyğəmbərin(s)  yanında  olmuş  və  Həzrətə  (s)  ilk  iman  edən  şəxs  olmuşdur. 

Ğörkəmli  tarixçi  alim  İbn  Əsir  “əl-Kamil  fit-tarix”  adlı  əsərində  yazır:  “Peyğəmbər 

(s)  peyğəmbərliyə  seçiləndən  dərhal  sonra  Əli  (ə)  onun  peyğəmbərliyini  təsdiq  edib 

onun ardıcılı oldu.” 

Bildiyimiz kimi,İmam Əli (ə)Peyğəmbərin (s) əmisi oğludur və ona iman gətirən 

ilk  şəxsdir.  İmam  Əli  (ə)  bu  barədə  buyurmuşdur:  “...Peyğəmbər  (s)  müqabilində 

necə bir mərtəbəyə yüksəldiyimi, ona nə qədər yaxın olduğumu bilirsiniz. Uşaq ikən 

o  məni  bağrına  basardı,  üzünü  üzümə  sürtər,  məni  qoxulardı...  O  hər  gün 

xasiyyətlərindən  birini  mənə  öyrədir  və  ona  qulaq  asmağımı  istəyirdi.  Hər  il  Həra 

dağına  çəkilir,  qulluğa  başlıyardı.  Başqası  görməsə  də,  onu  mən  görürdüm.  O  gün 

İslam  peyğəmbəri  (s)  Xədicədən  başqasının  evində  yox  idi.  Mən  onların  üçüncüsü 

idim.  Vəhy  və  peyğəmbərlik  nurunu  görürdüm,  peyğəmbərlik  qoxusunu  duyurdum. 

Ona vəhy gələrkən şeytanın fəryadını eşidirdim və: - Ya Rəsulallah bu fəryad nədir? 

–  deyə  soruşdum.  Buyurdu  ki:  -  bu  fəryad  edən  şeytandır.  Sən  mənim  eşitdiyimi 

eşidir, gördüyümü görürsən. Ancaq sən peyğəmbər deyilsən.”

121


 

Peyğəmbərin (s) yanında boya-başa çatan, onun  əxlaqi ilə əxlaqlanan İmam Əli 

(ə)  şübhəsiz  ki,  hamıdan  çox  hədis  toplamağa  və  nəql  etməyə  layiqdir.  Əvvəldə  də 

qeyd  etdiyimiz  kimi  şiə  məzhəbinə  görə  Peyğəmbər  (s)  heç  vaxt  hədis  yazmağı 

qadağan etməmişdir. Şübhəsiz ki, belə qadağa olsaydı, Peyğəmbərin(s) yuxarıda adı 

çəkilən səhabələri bu qədər hədis yazmağa səy etməzdilər.  

Peyğəmbərdən (s) eşidib duyduqlarını ən mükəmməl şəkildə yazıb ortalığa hədis 

məcmuəsi çıxaran şəxslərdən biri İmam Əli (ə) olmuşdur.  

Əli bin Əbu Talibin (ə) hədis yazdığı səhifəni qılıncının qınından asdığı və daim 

yanında  gəzdirdiyi  haqqında  mənbələrdə  kifayət  qədər  dəlillər  vardır.  İmam  Əlinin 

(ə) səhifəsi barədə “Səhihi-Buxari”də bir neçə hədis vardır. Həmin hədislərdən birini 

qeyd  etmək  həzrət  Əlinin  (ə)  Peyğəmbərdən  (s)  eşitdiyini  yazıb-qorumasına  bir 

dəlildir.  Belə  ki,  adı  keçən  əsərdə  Əbu  Cüheyfərəvayət  etmişdir:  “İmam  Əli  (ə)bizə 

bir  xütbə  oxuyaraq  dedi  ki,  yanımızda  Allahın  kitabından  və  bu  səhifədəkilərdən 

başqa  oxuduğumuz  bir  kitab  yoxdur.  Bu  səhifədəisə  haqsız  əməllə  zərər  vermək, 

                                                 

120

Mehdi Pişvayi, Məsum imamların həyatı, səh. 4 



121

Nəhcül-bəlağə, Tehran çapı,1995, səh. 133  




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə