Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə10/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   6   7   8   9   10   11   12   13   ...   199

[23] 

 

Əli  bin  Əbi  Talib  (ə),  Ömər  bin  Xəttab,  Osman  bin  Əffan,  Əbu  Übeydə  bin 



Cərrah,  Təlhə,  Yezid  bin  Əbi  Süfyan,  Əbu  Hüzeyfə  bin  Ütbə  bin  Rəbiə,  Hatib  bin 

Əmr, Əbu Sələmə bin Əbdüləsəd əl-Məhzumi,  Əban bin Səid bin As, İbn Ümeyyə, 

Xalid bin Səid, İbn əbi Sərh əl-Amiri, Hüveytib bin Əbdülüzza əl-Amiri, Əbu Süfyan 

bin  Hərb,  Müaviyə  bin  Əbi  Süfyan,  Cüheym  bin  Səlt  və  əl-Ala  bin  

İbnülhədrəmi.

77

Həmçinin Bəlazirinin məlumatına görə adı keçən şəxslərdən başqa bir 



neçə  qadın  da  yazıb-oxumağı  bilirdi.  Bunlardan  Peyğəmbərin  (s)  zövcəsi  Həfsə  və 

Kərimə bint Miqdadi qeyd etmək olar.  

İslamın  ilk  dövrlərində  ərəblər  arasında  yazıb-oxumağı  bilənlərin  sayı  bu 

dərəcədə  az  olmasına  baxmayaraq,  onların  hafizəsi  bu  günkü  insanları  tamamilə 

heyrət  içərisində  buraxmışdır.  Tarixi  məlumatlardanbelə  məlum  olur  ki,  o  dövrdə 

yaşayan ərəblər elə bir iti hafizəyə malik olmuşlar ki, hətta onların yanında uzun bir 

qəsidə oxunsaydı, orada olanlar o qəsidədə heç bir yanlışlığa yol vermədən onu yadda 

saxlayardılar.  Buna  misal  İbn  Abbası  çəkmək  olar.  Belə  ki,  o,  heç  vaxt  eşitmədiyi 

uzun  bir  qəsidəni  Məscidül-haramda  dinləmiş  və  sonra  hec  bir  səhv  etmədən  onu 

başdan  ayağa  söyləmişdir.  Həmçinin  Qətadə  adlı  bir  səhabənin  yanında  Cabir  bin 

Abdullahın Peyğəmbərdən (s) eşidib yazdığı səhifə oxunmuş və həmin səhifədə olan 

bütün hədisləri o, dərhal yadda saxlamışdı.

78

 

Qurani-kərimdə Allahtaala Peyğmbəri (s) “Ümmi” adlandıraraq buyurmuşdur: 



“Sən  bu  Qurandan  əvvəl  və  nə  bir  kitab  oxumusan,  nə  də  onu (sağ) əlinlə 

yazmısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə 

düşərdilər (onu haradansa oxuyub öyrənmişdir, deyərdilər).”

79

 

Bu  ayədən  belə  başa  düşülür  ki,  Qurandan  əvvəl  Peyğəmbər  (s)  “ümmi”  idi. 



Buna görə də Peyğəmbərə (s) nazil olan ayələrin ilki oxuma-yazmağa təşviq idi. 

Allah buyurur: 

  “[Qurani-kərimi bütün məxluqatı] yoxdan yaradan  Rəbbinin  adı  ilə  oxu!  O, 

insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibir. 

O  Rəbbin  ki,  qələmlə  [yazmağı]  öyrətdi.  O  Rəbbin  ki,  insana  bilmədiklərini 

öyrətdi.”

80

 

Məlumdur  ki,İslamı  qəbul  edən  müsəlmanlar  var  qüvvələri  ilə  Qurani-kərimi 



əzbərləyir və onu oxuyurlardı. Şübhəsiz ki, Quranın təkcə əzbərlənməsi onun gələcək 

nəsilə ötürülməsi üçün kifayət deyildir. Çünki hafizə qüvvəsi insanda nə qədər güclü 

olsa  da,  onun  da  unutma  qüvvəsi  ilə  rastlaşması  inkarolunmazdır.  Buna  görə  də 

Peyğəmbər  (s)  səhabələrinəQurani-kərimi  əzbərləməklə  yanaşı  onun  yazılmasını  da 

əmr etmişdi. Bu faktı təsdiq edən dəlillər həm Qurani-kərimdə, həm də məşhur Quran 

tarixçilərinin  əsərlərində  yer  almaqdadır.  Belə  ki,  Allah  taalanınQurani-kərimə 

“Kitab”  adını  verməsi

81

 onun  yazıldığını  göstərməkdədir.  Qurani-kərimin  yazı  ilə 



olmasını  sübut  edən  ayələrədn  biri  də“Xeyr!  Həqiqətən  bu  surə  bir  öyüd 

                                                 

77

əl-Bəlazəri, Fütuhul-büldan, səh. 452 



78

Zəhəbi, Təzkirətül-hüffaz, c. I, səh. 116 

79

Ənkəbut-48 



80

Ələq-1-5 

81

Bəqərə-8, Ali-İmran-3 və digər ayələr 




[24] 

 

nəsihətdir.  Kim  istəsə  ondan  öyüd  alar.  Bu  Quran  çox  möhtərəm  səhifələrdə, 



qədr-qiyməti  yüksək,  şanı  uca,  tərtəmiz  səhifələrdədir.  O,  elçi  mələklərin  əlləri 

ilə köçürülür”ayəsidir.

82

 



Qurani-kərimin  nüzulundan  sonra  ərəblər  arasında  yazıb-oxuyanların  sayı 

çıxaldı.  Artıq  ərəblər  cəhalət  günlərini  geriyə  buraxaraq  öz  dillərini  dünyanın  ən 

zəngin bir dili səviyyəsinə yüksəltdilər. 

Əvvəldə  qeyd  edildiyi  kimi  Məkkəyə  nisbətən  Mədinədə  yazıb-oxumağı 

bilənlərin  sayı  daha  da  az  idi.  Müsəlmanlar  on  üç  ilə  yaxın  bir  müddətdə  Məkkə 

şəhərində  yaşamış,  sonradan  Mədinəyə  hicrət  edərək  orada  ilk  fedarativ  dövlət 

qurmuşdular. Onlar Mədinəyə gəldikdən sonra ilk işləri orada Məscidi-nəbəvi deyilən 

bir  məscidin  tikilməsi  olmuşdur.  Həmin  məscidin  eyvanı  bu  gün  də  İslam  aləmində 

“Süffə” adı altında tanınmaqdadır. Həmin eyvanda yaşayan yoxsul səhabələr gecələri 

orada yatar, gündüzlər isə onlara təyin edilən  müəllimlərdən dərs alardılar. 

İslam  tarixindən  məlumdur  ki,  hicrətin  ikinci  ilində  (miladi  624)  Bədr 

müharibəsi  olmuşdur.  Bu  savaşda  müşriklərin  həm  silah,  həm  də  əsgər  baxımından 

çox  olmasına  baxmayaraq  müsəlmanlara  tam  məğlub  oldular.  Döyüş  əsnasında  əsir 

götürülən  müşriklər  içərisində  yazıb-oxumağı  bilənlər  az  deyildi.  Belə  ki,  əsir 

götürülən savadlılar on müsəlmana yazıb-oxumağı öyrətmək şərtilə azad olunurdular. 

Şübhəsiz  ki,  bu  şərt  Peyğəmbərin(s)  elmə  və  maarifə  necə  qiymət  verməsinin  bariz 

nümunəsidir.

83

 



 

B). Hədislərin yazıya köçrülməsi məsələsi 

Əvvəldə  qeyd  edildi  ki,  İslamın  zuhuru  ərəfəsində  ərəblər  içərisində  yazıb-

oxumağı bilənlər az idi. Lakin İslam dini meydana gəldikdən sonra Peyğəmbərin (s) 

təkidi  və  təbliği  nəticəsində  yazıb-oxumağı  bilənlər  bilməyənlərə  elm  və  maarifi 

öyrədirdi.  Həmçinin  bu  işdə  müharibələrdə  əsir  götürülmüş  ziyalı  müşkirlərin  də 

elmindən istifadə edilirdi. 

Hədislərin  yazıya  köçürülməsi  İslam  alimləri  tərəfindən  ixtilaflıdır.  Belə  ki,  bir 

qrup alimlər hədislərin yazılmasını Peyğəmbər (s) tərəfindən qadağan edildiyini iddia 

etsələr də, digər qrup alimlərbu iddianı əsaslı dəlillərlə rədd etmişlər. 

a).Hədis yazma yasağı 

Bəzi  hədis  alimlərinə  görə  Peyğəmbər  (s)  ilk  dövrlərdə  hədislərin  yazılmasını 

qadağan  etmişdir.  Bu  iddianı  irəli  sürən  alimlər  məşhur  hədisşünas  Müslimin  Əbu 

Səid əl-Xudridən rəvayətetdiyi bu hədisə isnad etmişlər: 

“Məndən  heç  bir  şey  yazmayın.  Hər  kəs  məndən  Qurandan  başqa  bir  şey 

yazmışsa,  onu  pozsun.  Məndən  hədis  rəvayət  edin,  bunun  bir  qəbahəti  yoxdur. 

Hərkəs  mənim  söyləmədiklərimi  mənə  isnad  etsə,  cəhənnəmdəki  yerinə 

hazırlansın.”

84

 

                                                 



82

Əbəsə-11-15 

83

bax:  M.  Həmdullah,  Həmmam  bin  Münəbbihin  səhifəsi,  Ali  Yardım  Hədis-I-II,  İbn  Salah  Ülumul-hədis,  Talat 



Koçyiğit, Hədis Tarixi və s. əsərlərinə 

84

Səhihi-Müslim,  c.  VIII,  səh.    229.  Bu  hədis  İbn  Qüteybənin  Təvili-müxtəlifil-hədis  əsərində,  səh.  286,  Dariminin 



Sünən əsərində c. I, səh. 98-də də qeyd edilmişdir. 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə