Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə7/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   2   3   4   5   6   7   8   9   10   ...   199

[16] 

 

     Qəvli 



 

    Feli 

 

     Təqriri                           Vəsfi 



   

 

 



 

 

 



 

 

   



 

 

 



 

 

 



   

 

 



 

 

    Sarih 



    Zimni 

 

 



   

 

 



 

 

 



 

 

 



   Xulqi           Xilqi 

 

1).Qəvli  hədis  (sözlü  sünnə)-Məsuma  (ə)  aid  kəlamdır.  Məsələn,  “Ey  insanlar! 

Məndən sonra hec bir peyğəmbər yoxdur. Mənim sünnəmdən sonra da heç bir sünnə 

yoxdur.  Hər  kəs  bunu  iddia  etsə,  onun  iddiası  bidətdir  və  o  cəhənnəmlikdir.  Onu 

öldürün.”

43

 

2).Feli  sünnə  (feli  hədis)-Məsuma  (ə)  aid  davranış  və  hərəkətləri  bildirir. 



Məsələn, “Peyğəmbər (s) bir işi etdiyi zaman onu sağlam edərdi.”

44

 



3).Təqriri hədis (sünnə)-Məsumun (ə) hüzurunda başqaları tərəfindən söylənən 

sözləri, edilən hərəkətləri və ya ona çatan xəbərləri sükut ilə qarşılamasına deyilir. Bu 

qrup iki qismə - Sarih və Zimni- bölünür: 

a)Sarih  (açıq)  təqrir-Məsumun  (ə)  eşitdiyi  hər  hansı  bir  xəbəri  və  yaxudda 

səhabələrə aid hər hansı bir hərəkəti təsdiq və ya  tənbeh etməsini açıq-aşkar şəkildə 

bildirməsinə deyilir.  

b)Zimni təqrir-Məsumun (ə) hər hansı bir hadisə qarşısında sükut etməsidir.  

4).Vəsfi hədis-Məsumun (ə) daxili və xarici aləmini vəsf edən hədislərə deyilir.  

Bu qrupa aid olan hədislər də iki qismə - Xulqi vəXilqi – bölünür: 



a)  Xulqi  hədis-Məsumun  (ə)  əxlaqına  aid  olan  hədislərdir.  Məsələn, 

“Peyğəmbər  (s)  insanların  ən  comərdi  idi  və  onun  comərdliyi  ramazanda  daha  çox 

olardı.”

45

 



b)Xilqi  hədis-Məsumun  (ə)  yaradılışına  aid  olan  hədislərə  deyilir.  Məsələn, 

“Peyğəmbər  (s)  simaca  insanların  ən  gözəli,  yaradılış  olaraq  da  ən  mükəmməli,  ən 

mütənasibi idi. O, nə çox uzun, nə də ki, çox qısa (gödək) idi.”

46

 



Şübhəsiz  ki,  adı  çəkilən  bütün  qrupa  aid  olan  hədislərin  özünəməxsus  rəvayət 

formulları vardır. Məsələn,qəvli hədisin rəvayətformulu:“qalə Rəsulullah (s)qalən-



Nəbi(s)”və yaxud, “qalə Əli (ə)qaləs-Sadiq (ə)” kimidir. 

Feli hədisin rəvayətformulları “kanən-Nəbi (s)raeytun-Nəbiyyə (s)”-dir. 

Təqriri  hədisin  rəvayətformulları  isə  “fətəbəssəmən-Nəbi  (s),  fədahikən-Nəbi 

(s)”  və  yaxudda  Məsumun  (ə)  səhabəsinin  sözünü  təsdiq  edərsə,  məsələn,“sadaqa 

Salman” (Salman doğru demişdi) təbirindən də istifadə edir.

47

 



 

Xəbər 

Xəbər  lüğətdə  hər  hansı  bir  şey  və  ya  bir  məsələ  ilə  əlaqədar  nəql  edilən  bilgi 

mənasındadır  və  hədis  elmində  hədis  sözünün  sinonimidir.

48

Həmçinin  xəbər  sözünü 



                                                 

43

 Hürr əl-Amili, Vəsailüş-şiə, c. XVII, VII bab 



44

 Səhihi-Müslim, müsafirin-141 

45

 Səhihi-Buxari, etisam-4 



46

 Səhihi-Müslim, fədail-113 

47

 geniş məlumat üçün bax: Ali Yardım, Hədis I-II, səh. 32-33 




[17] 

 

“hədisşünasların istilahında hədisin sinonimi” kimi



49

 və  “Nəbidən  sadir  olan  söz, fel 

və təqdirlərə aid edilməsi, xəbərin də həm Peyğəmbər və həm də başqalarından sadir 

olan şeylərin mənalarını bildirir”

50

 şəklində tərif etmişlər. 



Bəzi  alimlər  tarix  elmi  ilə  məşğul  olanlarla  hədis  (sünnə)  elmi  ilə  məşğul 

olanları  bir  birindən  ayırmaq  üçün  birincilərə  “Əxbari”,  ikincilərə  isə  “Mühəddis” 

(hədisşünas)  adını  vermişlər.

51

 Bəzi  hədisşünaslar  da  “Xəbər  ilə  hədis  arasında 



mütləq bir ümumilik və xüsusilik vardır, belə ki, hər hədis xəbərdir, amma hər xəbər 

hədis deyildir” demişlər.

52

 

Verilən  bütün  təriflərdən  belə  nəticəyə  gəlmək  olur  ki,  hədis,sünnə  və  xəbər 



lüğətdə az da olsa bir-birlərindən fərqlənsələr də, hədis elmindəki mənaları eynidir. 

 

Əsər 

Əsər  lüğətdə  “iz”  deməkdir,  istilahda  isə  xəbər  sözünün  sinonimidir.

53

 Bəzi 



alimlər  isə  əsəri  “Məsumlardan  başqa  səhabə  və  tabeundan  gələn  hədis”  kimi  tərif 

etmişlər.

54

 Bəzi  alimlər  də  əsəri  hədisin,  xəbərin  və  sünnənin  sinonimi  bilmiş,  əsərə 



nisbət edərək hədisşünasa “əsəri” adını da vermək olar demişlər.

55

 



Məşhur  hədisşünas  alim  Nəvəviyə  görə  isə  xəbər  istər  Peyğəmbərin  (s),  istər 

səhabənin, istərsə də tabeunun sözü olsun hamısı əsərdir.

56

 

 



Sənəd 

Sənəd  lüğətdə  “dəstək,  dayanaq”  mənasındadır.

57

 Hədis  elmindəki  mənası  isə 



“mətnin yoludur, yəni bir ravinin digər bir ravidən səhabəyə qədər rəvayətetməsidir” 

kimi  tərif  edilmişdir.

58

 Həmçinin  sənədi  “mətnə  götürən  yol  və  ya  rəvayətedənlərin 



isimləridir”  kimi  də  tərif  etmişlər.

59

 Digər  bir  qrup  alimlər  də  sənədə  belə  tərif 



vermişlər:  “Biri  digərindən  almaq  və  nəql  etmək  surətiylə  hədisi  rəvayətedən 

şəxslərin – Peyğəmbərə (s) qədər – sıralandığı qismdir. Bir anlamda bu qisim o hədisi 

nəql  edən  ravilərin  isim  zənciridir  o  hədisin  bizə  kimlər  vasitəsiylə  gəlib  çıxdığını 

göstərən  termindir.  Hədisin  qaynağı  deməkdir.”

60

 Təriflərdən  də  göründüyü  kimi 



sənəd ravilər zincirini qeyd etməkdir. 

İsnad  termini  sənədi  qeyd  etməkdir.  Həmçinin  hədis  alimləri  “İsnad  sənədə 

şamil edilir və bu hədisin isnadı səhihdir və ya zəifdir deyilir” kimi işlədirlər.

61

 

                                                                                                                                                                  

48

 həmin mənbə, səh. 36 



49

 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 19 

50

 əl-Bani, Hədis üzərinə, səh. 30 



51

 Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 8 

52

 Süyuti, Tədribür-ravi, səh. 4 



53

 Ali Yardım, Hədis I-II, səh. 37 

54

 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 20 



55

 əs-Süyuti, Tədribür-ravi, səh. 4 

56

 Ali Yardım, Hədis I-II, səh. 37 



57

 Arapça-türkce sözlük, “sənəd” maddəsi 

58

 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 18 



59

 Təhanəvi, Yeni üsulu hədis, səh. 30 

60

 Prof. Dr. İsmayıl Çakan, Hədis, səh. 24 



61

 Cəfər Sübhani Üsulul-hədis və əhkamuhu, səh. 18, Hüseyn bin Əbdüssəməd əl-Amili, Vusulül-əxyar ilə üsulil-əxbar, 

səh. 90 



Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə