Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə3/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   2   3   4   5   6   7   8   9   ...   199

[7] 

 

elmlərinin  bir  qolu  olan  hədis  tarixi,  hədis  üsulundan  mövzusuna  görə  fərqlənir. 



Əlbəttəki,  bu  elmlərin  mahiyyətini  açmaq  və  sərhədlərini  göztərmək  faydalı  olardı. 

Hədis  tarixi  və  hədis  üsulu  bir  elmin  muxtəlif  sahələridir.  Hədis  tarixi  –  bu  elmin 

tarixini, bu elm sahəsində əsərlər meydana gətirən şəxslərin tərcümeyi-hallarını, hədis 

üsulu isə nəql olunan hədisin doğru olub-olmadığını, həmçinin bu və ya digər hədisi 

nəql  edən    ravininnecəliyini  öyrənən  elmdir.  Deməli,  bu  elmlərin  hər  birinin  öz 

predmeti vardır. 

Həqiqətən,  biz  bu  elmlərin  tarixinə  nəzər  salsaq,  bizə  məlum  olacaqdır  ki, 

hədisşünas  alimlər  hədis  tarixinin  və  hədis  üsulunun  öyrənilməsi  tarixində  xeyli  iş 

görmüşlər. 

Hədisşünaslığın  təfsir,  fiqh,  İslam  tarixi  elmləri  ilə  sıx  bağlılığı  vardır.  Çünki 

yuxarıda  adı  keçən  bəzi  İslami  elmlər  təməl  prinsiplərinin  çoxunu  həzrət 

Peyğəmbərdən  (s)  gələn  hədislərə  söykəmişdir.  Deməli,  biz  hədisşünaslığı 

öyrənməklə  müsəlmanların  əqidələrinə,  müxtəlif  təfəkkür  üsullarına  dərindən  bələd 

oluruq.  Buna  görə  də  hədis  elmlərini  bilmədən  müsəlmanların  əqidələrini,  müxtəlif 

İslam məzhəb və təriqətlərini tanımaq bir o qədər də asan olmayacaqdır. 

Həmçinin, hədisşünaslığı öyrənməklə biz, demək olar ki, məzhəblər və təriqətlər 

arasında  düşmənçilik  toxumunu  məhv  edir,  əqidələrin  yaxınlaşması  üçün  mühüm  iş 

görmüş oluruq. 

Fikrimizcə hədisşünaslığınsünni və şiə məzhəbi üzrə bölünməsi şərtidir, nisbidir. 

Əlbəttə hədislər üzərində olan ixtilaflı məsələlərin öz məntiqi mənası vardır. Hər bir 

məzhəbin  müxtəlif  əqidəyə  malik  olması  müəyyən  dəlillərə  əsaslanmışdır.  Hər  bir 

məzhəbin  hədis  elmləri  müxtəlif  istiqamətlərdə  inkişaf  etmişdir.  Bu  istiqamətləri 

nəzərə  almadan  əqidəvi  əhəmiyyət  kəsb  edən  hədis  tarixini  və  onun  əsaslarını 

öyrənmək mümkün deyildir. 

Hədisşünaslığın  meydana  gəlməsi  və  inkişafında  istər  şiə,  istərsə  də  sünni 

alimlərinin böyük xidmətləri olmuşdur. 

Sünni  və  şiə  hədisşünaslarınin  fikirləri  nə  qədər  müxtəlif  olsada  onların 

məqsədləri  yalnız  İslam  mədəniyyətinə  xidmət  etmək,  bacardıqca  İslam  maarifini 

genişləndirib dünyaya yaymaq olmuşdur. 

Ayrı-ayrı  əsrlərdə  sünni  və  şiə  hədisşünaslarının  tədqiqat  mövzularında 

ümumilik hiss edilir. Belə ki, hər iki məzhəbin alimləri öz dini və əqidəvi ideyalarını 

eyni qaynaqlardan almışlar. 

Təəssüflər  olsun  ki,  bəzi  qərəzli  adamlar  İslam  ümməti  içərisinə  düşmənçilik 

salmaq üçün müxtəlif fikirlər söyləyirlər. Belə qərəzçilər məzhəblərin bir-birinə olan 

təsirlərini  inkar  edir,İslam  alimlərinin  qazandıqları  nailiyyətləri  kiçiltməyə  çalışırlar. 

Bəzi hədisşünaslar şiə məzhəbinə dil uzadaraq deyirlər ki, bu məzhəbin alimləri hədis 

tarixinə  heç  bir  şey  verə  bilməmiş  və  yaxud  da  yazdıqları  əsərlər  təqlidçilik 

prinsipindən kənara çıxa bilməmişdir. 

Bəzən  də  şiə  ünsürlü  alimlər  sünni  məzhəbli  hədisşünasların  əmələ  gətirdikləri 

mühüm  hədis  əsərlərini  tənqid  atəşinə  tutmuş,  hətta  orada  yer  alan  bəzi  hədislərin 

uydurma olduğunu sübut etməyə çalışmışlar. 



[8] 

 

Əlbəttə  bu  fikirləri  mütləq  mənada  başa  düşməkolmaz.  Hədis  tarixinin,  o 



cümlədən  digər  İslam  elmlərinin  inkişafında  hər  bir  məzhəbin  öz  yeri  olsa  da,  istər 

şiə, istərsə də sünni məzhəbli alimlər İslam mədəniyyətinə və elminə böyük töhvələr 

vermişlər. 

Elmə  zidd  qərəzkar  iddialar  heç  də  həmişə  özünü  doğrultmamış,  İslam 

alimlərinin din mədəniyyəti xəzinəsinə verdiyi töhfələri heçə endirə bilməmişdir. 

Məzhəbindən  asılı  olmayaraq  hədisşünasların  yaradıcılığına  düzgün  qiymət 

verilməli,  onların  İslam  mədəniyyəti  tarixinə  bəxş  etdikləri  töhfələrin  əsil  mahiyyəti 

açılıb göstərilməlidir. 

Sünnihədisşünasları hədis tarixini dörd hissəyə bölürlər: 

I. Təsbitüs-sünnə 

II. Tədvinüs-sünnə 

III. Təsnifüs-sünnə 

IV. Təhzibüs-sünnə. 

Dövrlərdən birincisinə  gəldikdə, bu,Peyğəmbər  (s)  ilə səhabələr dövrünü təşkil 

edir  və  müddət  olaraq  hicri  birinci  (miladi  VII)  əsri  əhatə  edir.  Bu  dövrdə 

Peyğəmbərin  (s)  sünnəsi  (hədisləri)  hafizə  və  ya  yazı  yolu  ilə  təsbit  edilirdi.  Çünki 

hakimiyyət başına gələn xəlifələr hədislərin yazılmasını qadağan etmişdilər. 

Şübhəsiz  ki,  Peyğəmbərin  (s)  hədislərinin  əzbərlənməsi  və  yazıya  köçürülməsi 

müəyyən  amillərə  bağlı  idi.  Hədisşünaslar  bu  amillərdən  ən  başlıca  olanlarını 

aşağıdakı kimi sıralamışlar: 



1). Qurani amillər 

Bildiyimiz  kimi  Qurani-kərimdə  Peyğəmbərə  (s)  tabe  olmaq,  onun  ardınca 

getmək  və  onun  önünə  keçməmək,  ümumiyyətlə  o  Həzrətə  itaətkarlıq    göstərmək 

haqqında yüzlərcə ayələr vardır. Məsələn,Qurani-kərimdə Allah belə bəyan edir:  



“Peyğəmbər  sizə  nəyi  verirsə  onu  alın,  sizi  nədən  çəkindirirsə  ondan 

çəkinin.”

2

 

Bu  kimi  ayələr  Peyğəmbərin  (s)  hədislərinin  əzbərlənib  yazılmasına  və  gələcək 

nəsillərə ötürülməsinə ən təsiredici amillərdəndir. 

2). Mənəvi amillər 

Peyğəmbərin  (s)  istər  yaşayışı,  istərsə  də  elmə,  xüsusilə  də  onun  hədislərinin 

əzbərlənib  yazılmasına  dair  verdiyi  göstərişlər  səhabələr  tərəfindən  sünnənin 

(hədislərin) əzbərlənib yazılmasına səbəb olmuşdur. 

Yuxarıdakı bölgülərdən ikincisi isə “Tədvinüs-sünnə” adlanır ki, bu dövrdə də 

Peyğəmbərin (s) sünnəsinin (hədislərinin) rəsmi yazılıb bir araya toplanması hadisəsi 

başlayır. Bu dövrdə artıq əvvəllər hədislərə qoyulan qadağalar aradan qaldırılmış və 

onların toplanıb kitab halına salınması işi rəsmi dövlət tərəfindən həyata keçirilməyə 

başlanmışdı. 

Bu  dövr  zaman  baxımından  hicri  II  əsri  (miladi  VIII  əsri)  ehtiva  etməkdədir. 

Çünki  məhz  bu  dövrdə  əməvi  xəlifəsi  Ömər  bin Əbdüləziz  (717-720)  rəsmi  fərman 

verərək hədislərin tədvin edilməsini əmr etmişdir.  

                                                 

2

 Həşr-7  




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə