Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə5/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   2   3   4   5   6   7   8   9   ...   199

[12] 

 



 

“Həqiqətən bizim hədislərimiz qəlbləri dirildir.”

20

 

Deməli,  bu  və  ya  digər  hədislərdən    də  məlum  olur  ki,  Peyğəmbər  (s)  və  onun 



Əhli-beytinin  (ə)  hədislərini  əzbərləməkvə  onları  qoruyub  saxlamaq  dinimiz  üçün 

böyük əhəmiyyət kəsb edir. Çünki hədislərdəQurani-kərimi izah edən və hətta orada 

olamayan,  lakin  icra  edilməsi  müsəlmanlara  vacib  olan  bəzi  hökmlərinyerinə 

yetirilməsini  göstərən  ayinlər  vardır.  Şübhəsiz  ki,  hədis  və  ya  sünnənin  qorunub 

saxlanması  və  təbliğ  edilməsi  dinin  zəruri  məsələlərindən  olmasaydı,  nə  Allah 

Qurani-kərimdə Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) tabe olmağı vacib buyurar, 

nə də Məsumlardan (ə) bu qədər hədislər nəql  olunardı. Deməli,  yuxarıda  göstərilən 

ayə  və  hədislər  bizə  Allahın  hökmü  ilə  Peyğəmbərin  (s)  hökmünün  eyni  olduğunu, 

Peyğəmbərə  (s)  itaət  etməyin  Allaha  itaət  etmək  olduğunu,  Peyğəmbərdən  (s)  üz 

çevirməyin insanın kafirliyə dəlalət etdiyinə, bir sözlə Peyğəmbərin (s) sünnəsi  ona 

nazil olan Qurani-kərimin açıqlanması olduğunu aydın edir.  

Hədislərin Qurani-kərimlə bərabər olması və onu izləməsi, həmçinin şəriətin bir 

qisminin  Qurani-kərimin  gətirdiklərindən,  digər  bir  qisminin  isə  Peyğəmbərin  (s) 

qoymuş olduğu sünnədən ibarət olduğu inkaredilməz bir həqiqətdir.  

Əbəs  deyildir  ki,  hədislər  Qurani-kərimi  izah  etdiyi  üçün  İslam  alimləri  ona 

“vəhyi-qeyri-mətluvv”  (oxunmayan  vəhy),  Qurana  isə  “vəhyi-mətluvv”(oxunan 

vəhy) demişlər.

21

 



Qurani-kərim bizə Peyğəmbərin (s) sözlərinin vəhy altinda olduğunu, bütün xəta 

və  nöqsandan  uzaq  olduğunu  bəyan  etməkdədir.  Əgər  Peygəmbərin  (s)  haqqında 

nazil  olan  ayələrə  bir  daha  baxsaq,  o  Həzrətin  “Aləmlərə  rəhmət”,  “Hidayət 

rəhbəri”,  “Son  Peyğəmbər”,  “Böyük  bir  əxlaq  sahibi”  adları  altında  qeyd 

edildiyinin şahidi olacağıq. 

Məlumdur  ki,  Məhəmməd  peyğəmbər  (s)  özündən  əvvəl  göndərilən 

peyğəmbərlərdən (ə) fərqli məziyyətlərə malikdir. Bu məziyyət və üstünlüklərdən biri 

də o Həzrətin qoyduğu sünnənin qiyamətə qədər yaşayacağıdır. Deməli,İslam ümməti 

inanc  və  hökmlərdə  hədislərə  tabe  olmalıdırlar,  əks  təqdirdə  İslam  dini  məhv  olub 

aradan gedər, insanlar isə dünya və axirətdə zəlil və rüsvayedici əzaba düçar olarlar. 

Hətta  İslam  alimlərinin  bəziləri,  o  cümlədən  Əvzai  “Sünnənin  Kitaba 

olduğundan  çox,  Kitabın  sünnəyə  ehtiyacı  vardır”  demişdir.

22

 Sözün  əsl  mənasında 



bəzi  İsam  alimlərinin  belə  söz  deməsi  əbəs  deyildir.  Çünki  hədis  və  ya  sünnə    hər 

mövzuda şəriətin əsas vasitəsidir. Həmçinin məlumdur ki, Qurani-kərimdə keçən bəzi 

ayələr mütəşabeh (idrakdan kənar) ayələrdir. Bu barədəQurani-kərim belə bəyan edir: 

“Sənə  Quranı  nazil  edən  odur.  Onun  bir  hissəsi  Quranın  əslini,  əsasını 

təşkil  edən  möhkəm  [mənası  aydın,  hökmü  bəlli],  digər  qismi  isə 

mütəşabeh[mənası  bir-birinə  oxşar,  məğzi  bəlli  olmayan]  ayələrdir...  halbuki 

onların  həqiqi  izahını  Allahdan  başqa  heç  kəs  bilməz.”

23

 Digər  qisim  ayələr  isə 

şəri hökmləri formul şəkildə bəyan edir. Məsələn, Qurani-kərim belə bəyan edir: 

                                                                                                                                                                  

19

 əl-Xisal, səh. 116 



20

 Əllamə Məclisi, Biharül-ənvar, c. XX, səh. 213 

21

 Nəvəvi, Riyazüs-salehin, c. I, səh. 15-16 



22

 Cameu bəyanil-elm, c. II, səh. 101 

23

 Ali-İmran-7 




[13] 

 

“...Gücü  çatan  hər  bir  kəsin  həccə  gedib  o  evi  ziyarət  etməsi  insanların 



Allah qarşısında borcudur.”

24

 

Qurani-kərim  ayələrinin  açiqlayıcı  olması,  hər  şeyi  bəyan  etməsi  inkaredilməz 

bir  həqiqətdir.  Amma  onu  daim  oxuyan  və  dinləyən  insanların  anlayış  səviyyələri 

fərqli olduğu üçün onu təkbaşına oxuyub dürüst  şəkildə başa düşmək qeyri-mümkün 

bir işdir. Belə olan halda onu insanlara başa salan bir qüvvəyə ehtiyac vardır ki, bu da 

heç şübhəsiz ki, Peyğəmbər (s) və onun Əhli-beytidir (ə). Əlbəttə ki, Peyğəmbərin(s) 

və  digər  Məsumların  (ə)  Qurani-kərimi  açıqlayıb  izah  etməsi  Qurana  əksiklik  və 

qüsur  gətirməz,  əksinə  bu  izahlar  sayəsində  bəndələrin  o  uca  Allaha  necə  ibadət 

edəcəkləri  öyrənilmiş  olacaqdır.  Buna  görə  də  alimlər:  “Sünnəsiz  müsəlmanlıq 

mümkün deyildir” demişlər.

25

 

Yuxarıda qeyd etdiyimiz ayələrin birində İslam şəriətinin ən vacib əməllərindən 



biri  olan,  böyük  ictimai-siyasi  mahiyyət  kəsb  edən  həcc  ziyarəti  haqqında 

müsəlmanlara  xüsusi  göstəriş  vardır.  Göründüyü  kimi  burada  həccin  necə  ziyarət 

edilcəyi,  ziyarət  zamani  zəvvarların  hansı  əməlləri  icra  edəcəyi  haqqında  heç  bir 

məlumat  verilmir.  Halbuki  bu  böyük  dini  ayinin  içərisində  elə  əməllər  vardır  ki, 

insanın  onların birini belə  yerinə  yetirməməsi onun ziyarətinin batil  olmasına səbəb 

olar. Bəs bu icrası vacib olan əməlləri hansı yolla əldə etməliyik sualına Məsumların 

(ə) hədisləriylə deyə cavab verəcəyik. 

Əvvəldə  də  qeyd  etdiyimiz  kimi,müsəlman  fəqihləri  (hüquqşünasları)sünnənin 

(hədisin)  qoyduğu  qaydaya  əməl  etməkelə  Qurani-kərimin  qoyduğu  qaydaya  əməl 

etməkdir  deyirlər.  Çünki  sünnə  ilə  (hədislə)  əməl  etmənin  vacib  olduğunu  göstərən 

Qurani-kərimdir.  Qurani-kərim  daha  ümumi,  hədisi-şərif  isə  daha  xüsusidir.  Burası 

da  bir  həqiqətdir  ki,  Allahona  və  axirət  gününə  iman  gətirən,  onu  çox  zikr  edənlər 

üçün  Peyğəmbərini(s)  öndər,  sünnəsinə  əməl  etməyi  vacib  və  mənəvi  hidayətini  də 

bir örnək etmişdir.

26

 

Burada bir daha işarə edirik ki, bütün  müsəlmanlar hədisin (sünnənin) Qurani-



kərimdən  sonra  ikinci  dəlil  olduğu  barədə  icma  etmişlər.  Görkəmli  İslam  alimi, 

məşhur hədisşünas Məhəmməd bin İdris əş-Şafei (öl.820) yazır: “Sünnələrin Qurani-

kərimdə mütləq bir əsli vardır.”

27

 



Yuxarıda  göstərilən  bütün  ayə  və  hədislərdən  belə  nəticəyə  gəlmək  olur  ki, 

sünnənin  (hədisin)  Qurani-kərim  qarşısında  üç  vəzifədə  olduğu  inkaredilməz 

həqiqətdir: 

1)

 

Təkid:  hədis  (sünnə)  hər  hansı  bir  hökmə  Quran  kimi  dəlalət  edər,  yəni  hər 

yönü ilə Quranın hökmünə uyğun bəyanat verər. 



2)

 

Təfsir  və  bəyan:  hədis  Quranda  keçən  hər  hansı  bir  hökmü  hər  hansı  bir 

yöndən  açıqlayar,  yəni  orada  olan  mücməl  (mənası  gizli)  və  müşkül  (mənası 

dərkedilməz) mənaları izah edər. 

                                                 

24

 Ali-İmran-9 



25

 Riyazüs-salehin, c. I, səh. 17 

26

 Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 251 



27

 həmin mənbə, səh. 252 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə