Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə4/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   2   3   4   5   6   7   8   9   ...   199

[9] 

 

Göstərilən  bölgülərin  üçüncü  pilləsini  “Təsnifüs-sünnə”  təşkil  edir  ki,  bu  da 



tədvin  edilən  (yazılıb  kitab  halına  salınan)  hədislərin  istifadəsini  sadələşdirmək  və 

asanlaşdırmaq üçün hədisşünasların atdıqları  bir addımdır. Belə ki, tədvin dövründə 

səhhət  durumu  və  ifadə  etdiyi  möhtəvasi  nəzərə  alınmadan  yazıya  keçirilmiş  olan 

hədis  kitablarının  müəyyən  bablara  (fəsillərə)  ayrılması  və  hər  babda  hədislərin 

mövzusuna  görə  yerləşdirilməsi  işi  “Təsnifüs-sünnə”  və  ya  “Təbvibüs-sünnə” 

adlanır. 

Hədislərin    təsnifi  bəzi  istisnalar  nəzərə  alinmasa  demək  olar  ki,  tədvindən 

dərhal  sonra,  hicri  II  əsrin  ortalarından  V  əsrin  sonlarınadək  (miladi  VIII-XI  əsrlər) 

olan dövrü əhatə edir. 

Əlbəttə  ki,  təsnifin  özünəməxsus  çeşidləri  vardır  ki,  bunlar  da  “aləl-əbvab” 

(fəsillərə görə) və “alər-rical”(raviyə görə) olmaqla iki ana başlığa bölünür. 

Fəsillərə  görə  təsnifə  camilər,  sünənlər,  müsənnəflərvə  s.  adları  daşıyan  əsərlər 

daxil  edilir.  Ricala  görə  təsnifə  isə  müsnədlər,  möcəmlərvə  başqaları  daxildir  ki, 

bunların da haqqında kitabın müvafiq fəsillərində məlumat veriləcəkdir. 

Adı çəkilən bölgülərin sonuncusu isə “Təhzibüs-sünnə” adlanır ki, bu da hicri 

V  əsrin  (miladi  XI  əsr)  sonlarından  başlayaraq  günümüzədək  olan  dövrü  əhatə  edir. 

Hicri  V  (miladi  XI)  əsrin  sonlarından  –  bəzi  istisnalar  nəzərə  alınmaqla  –  yazılan 

hədis  əsərləri  orijinallıqdan  uzaqdır  və  daha  əvvəllər  yazılmış  kitabların  üzərinə 

yazılmışdır

3

.  Buna  görə  də  kitabda  hicri  V  əsrədək  olan  dövrü  xronoloji  ardıcıllıqla 



izləmiş,  bundan  sonrakı  dövrlər  isə  yalnız  məşhur  əsərlərinə  görə  araşdırılmışdır. 

Həmçinin  əsərdə  bəzi  görkəmli  azərbaycanlı  hədisşünaslar  və  onların  əsərləri 

haqqında da məlumatlar verilmişdir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                                                 

3

 geniş məlumat üçün bax: İbrahim Canan, Hədis üsulu və Hədis tarixi əsərinə 




[10] 

 

I FƏSİL 

 

HƏDİSİN DİNDƏKİ YERİ, MƏNASI VƏ QAYNAĞINA GÖRƏ HƏDİSİN 

NÖVLƏRİ  

 

1.1.HƏDİSİN DİNDƏKİ YERİ VƏ ONUN ƏHƏMİYYƏTİ 

 

Allah  taala  insanları  doğru  və  düzgün  yola  yönəltmək,  onların  bütün  fərdi  və 

ictimai  problemlərini  həll  etmək  üçün  Qurani-kərimi  göndərdi.  Peyğəmbər  (s)  də 

Allah  tərəfindən  göndərilən  bu  müqəddəs  kitabı  təkcə  insanlara  çatdırmaqla 

kifayətlənməyib  eyni zamanda orada  yer alan ayələri insanlara açıqlayıb izah edirdi. 

Bütün  müsəlmanlarQurani-kərimin  kamil  bir  ilahi  kitab  olması  və  orada  heç  bir 

dəyişikliyin  olmaması  haqqında  müttəfiq  fikirdədirlər.  Lakin  burada  yer  alan  ayələr 

hər  hansi  bir  anlayışı  ümumi  şəkildə  bəyan  edir,  orada  yer  alan  hökmlərin  bütün 

təfərrüatlarını  izah  etmir.  Deməli,  belə  olan  halda  müsəlmanların  qarşısında  Qurani-

kərimin ayələrini doğru-düzgün şəkildə başa düşmək və burada göndərilən hökmlərə 

necə  əməl  etmək  problemi  dayanırdı.  Belə  olan  halda  müsəlmanların  vəzifəsi  nədir 

sualı ortaliğa çıxır. 

Qurani-kərim  biz  müsəlmanlara  belə  problemlərlə  qarşılaşan  zaman 

Peyğəmbərin(s)  hədislərinə  əməl  etməyi  əmr  edir.  Buna  görə  də  müsəlman  alimləri 

səhih  hədislərin  bütün  müsəlmanlara  höccət  (dəlil)  olduğu  qənaətinə  gəlmiş, 

möminlərin    Peyğəmbərə  (s)    boyun  əyib  onun  hökmünə  tabe  olmağı  vacib 

buyurmuşlar. 

AllahQurani-kərimdə  Peyğəmbərə  (s)  boyun  əyəməyin  vacib  olduğu  haqqında 

kifayət  qədər  ayələr  göndərmişdir.  Həmin  ayələrdən  bəzilərini  aşağıdakı  kimi 

sıralamaq olar: 

 

De ki: “Əgər siz Allahi sevirsinizsə, mənim ardimca gəlin ki, Allah da sizi 



sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir!”

4

 

 



Söylə  ki,  “Allaha  və  onun  Peyğəmbərinə  itaət  edin!  Əgər  üz 

döndərirsinizsə, şübhəsiz ki, Allah da kafirləri sevməz!”

5

 

 



...Biz  səni  insanlara  peyğəmbər  göndərdik.  Allahın  buna  şahid  olması 

kifayət  edər.Peyğəmbərə  itaət  edən  şəxs,  şübhəsiz  ki,  Allaha  itaət  etmiş  olur. 

Kim  üz  döndərsə,  [qoy  döndərsin]  biz  ki,  səni  onların  üzərində  gözətçiolmağa 

göndərməmişik

6

 



Ey  iman  gətirənlər!  Allaha,  Peyğəmbərə  və  özünüzdən  olan    ixtiyar 

sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət 

gününə inanırsınızsa, onu Allaha və peyğəmbərə həvalə edin! Bu daha xeyirli və 

nəticə etibarilə daha yaxşıdır

7

                                                 

4

 Ali-İmran-31 



5

 Ali-İmran-32 

6

 Nisa-79-80 



7

 Nisa-59 




[11] 

 



 

Həqiqətən  Allahın  Rəsulu  Allaha,  qiyamət  gününə  ümid  bəsləyənlər  və 

Allahı çoxzikr edənlər üçün gözəl nümunədir

8

.  

 



Allaha  və  onun  Peyğəmbərinə  itaət  edin.  Bir-birinizlə  çəkişməyin,  yoxsa 

qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin çünki Allah səbr edənlərlədir

9

.  

 



Allaha  və  onun  Peyğəbərinə  itaət  edin,  [onlara  qarşı  çıxmaqdan]  çəkinin.  

Əgər [itaətdən]  boyun  qaçırsanız,  bilin  ki,  Peyğəmbərimizin  vəzifəsi  yalnız  açıq 

bir  təbliğidir

10

 



Peyğəmbəri  çağırmağı  öz  aranızda  bir-birinizi  çağırmağınızla  eyni 

tutmayin!..

11

 

 



 Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək [imana, haqqa]  dəvət 

etdiyi zaman Allahın və onun Peyğəmbərinin dəvətini qəbul edin...

12

 

 



Bunlar  Allahın  sərhədləridir  [hökmləridir].  Hər  kəs  Allaha  və 

Peyğəmbərinə  itaət  edərsə,  Allah  onu    ağacları  altından  çaylar  axancənnətlərə 

əbədi  olaraq  daxil  edər  ki,  bu  da  [möminlər  üçün]  böyük  uğur  və 

qurtuluşdur!Hər  kəs  Allaha  və  Peyğəmbərinə  itaət  etməyib  onun  sərhədlərini 

aşarsa,Allah da onu cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir

13

Yuxarıda  göstərilən  ayələr  bir  daha  müsəlman  ümmətinin  Peyğəmbərə  (s)  və 

onun müqəddəs əhli-beytinə tabe olmağı, onların ardınca getməyinzəruriliyini sübut 

edir.  Bütün  bu  ayələrdən  başqa  biz  Peygəmbərin  (s)  hədislərində  də  o  Həzrətə  tabe 

olub,  onun  sünnəsini  yaşatmağın  vacib  olduğunu  görməkədəyik.  Peyğəmbər  (s) 

buyurur: 

 

“Kim mənimsünnəmdən üz çevirərsə, məndən deyildir.”



14

 



 

“Dinin əldən çıxması sünnənin tərk edilməsiylə başlayar.”

15

 



 

“Hər kəs mənə itaət edərsə, cənnətə girəcəkdir. Hər kim də mənə asi olarsa, o 

da cənnətə girə bilməz.”

16

 



 

“Ümmətimdən hər kəs dini işlərində ehtiyac duyduğu qırx hədis əzbərləyərsə, 



qiyamət günü Allah onu alimvə fəqih kimi dirildər.”

17

 

 

 “Həqiqətən bizim hədislərimiz qəlbləri cilalayır.”



18

 

Həmçinin  biz  Əhli-beytdən  (ə)  gələn  hədislərdə  də  hədis  və  sünnənin 



öyrənilməsinin  və  qorunub  saxlanılmasının  zəruri  bir  əməl  olduğunu  görməkdəyik. 

Bu haqda İmam Sadiq (ə) buyurur: 

 

“Hər  kəs,  halal  və  ya  haram  haqqında  bizim  hədislərimizdən  qırx  hədis 



əzbərləyərsə,  qiyamət  günü  Allah  onu  alimvə  fəqih  kimi  dirildər  və  ona  əzab 

verməz.”


19

 

                                                 

8

 Əhzab-21 



9

 Ənfal-46 

10

 Maidə-92 



11

 Nur-63   

12

 Ənfal-24 



13

 Nisa-13-14 

14

 Səhihi-Buxari, nigah-1, Səhihi-Müslim, nigah-5  



15

 Sünəni-Darimi, müqəddimə-16 

16

 Səhihi-Buxari, kitabül-etisam fəsli 



17

 Şeyx Səduq, əl-Xisal, səh. 113 

18

 Küleyni, Üsuli-kafi, c. II, səh. 190 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə