Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə199/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   191   192   193   194   195   196   197   198   199

[427] 

 

Bundan  əlavə  digər  əhli-sünnə  alimləri  də  zəif  hədisə  əməl  olunmasının 



mümkünlüyündənbəhs  etməkdədirlər.  Belə  ki,  İbn  Hümam  (öl.  861  h.  /  1457  m.) 

deyir:  “Zəif  hədislə  müstəhəblik  sabit  olur.”  Səxavi  isə  demişdir:  “Şərtlər  daxilində 

fəzilətlər haqqında zəif hədislə əməl etmək, cümhurun ittifaqınca caizdir.”

1510


 Əhməd 

bin  Hənbəl  və  Əbu  Davud  əs-Sicistani  də  demişlər:  “Başqa  hədis  olmadığı  təqdirdə 

əhkama aid məsələlərdə zəif hədisə əməl etmək caizdir.”

1511


 

 Əhli-sünnə  məzhəbli  alimlərin  bu  və  ya  digər  görüşləri  onu  göstərir  ki,  bəzi 

ixtilaflı  məqamlar  nəzərə  alınmazsa,  zəif  hədisə  əməl  etmək  caizdir  və  hətta  bəzən 

müstəhəbdir. Bu barədə İsmayıl Lütfü Çakan yazır: “Zəif hədislə əməl etməyi mütləq 

olaraq qadağan edənlərin görüşləri zəifdir.”

1512


 

“Zəif  hədislərə  əməl  olunmaz”  sözü  əhli-sünnənin  məşhur  alimlərindən  olan 

Qazi Əbu Bəkr bin əl-Ərəbi, Şihab əl-Xəfaci və Cəlal əd-Dəvvaniyə məxsusdur. Bu 

alimlərin  görüşü  budur  ki,  zəif  hədislər  istər  əməllərin  fəzilətləri  haqqında  olsun, 

istərsə də halal və haram haqqında onlara əməl etmək caiz deyildir.

1513


 

Burada  qeyd  olunan  mülahizələr  onu  göstərir  ki,  zəif  hədislərə  əməl  etmək 

məsələsi  çox  problemli  və  münaqişəlidir.  Lakin,  məzhəb  alimlərinin  əksəriyyəti  zəif 

hədislər barəsində orta  yol tutmuşlar ki, bu da  ən ədalətli  və ən güclü  yoldur. Bizim 

də  mülahizələrimizə  görə  zəif  hədisə  uydurma  və  yalançı  hökmü  vermək  doğru 

deyildir.  Ona  alimlərimizin  verdikləri  şərtlər  daxilində  əməl  etməyin  heç  bir  ziyanı 

yoxdur. Lakin, onların isbatlı  və dürüst  olmasını da demirik. Həqiqət budur ki, zəif 

hədislərə  ehtiyat  üzündən  əməl  olunar.  Bu  ehtiyat  da  ondan  üz  çevirməyin  və  zəif 

hədisin  tərk  edilməsinin  qarşısını  alır  və  ona  əməl  edilməsinin  əslində  qanuni 

olmasına  zəmanət  verir.  Bunun  bariz  nümunəsini  saqqal  haqqında  nəql  olunan 

hədislərdə  görməkdəyik.  Belə  ki,  saqqal  saxlamaq  haqqında  varid  olan  hədislər  zəif 

hədislər  cərgəsində  yer  tutur.  Bu  barədə  əsrimizin  tanınmış  müctəhidlərindən 

mərhum  Ayətullahül-üzma  Seyid  Məhəmməd  Fəzlullah  saqqal  saxlamaq  haqqında 

varid olan hədisləri zəif bilmişdir.

1514

Həmçinin dövrünün nəhəng azərbaycanlı fəqihi 



və“ustadül-müctəhidin”  ləqəbli  Seyid  Əbülqasim  Xoi  də  bu  barədə  əldə  tutarlı  dəlil 

olmadığından  bu  barədə  nəql  olunan  hədisləri  zəif  bilmiş,  lakin  ehtiyat  edərək 

saqqalın  tamamilə  qırxılmasına  icazə  verməmişdir.

1515


 Bəlkə  də  bu  və  ya  digər 

səbəblərdəndir  ki,  alimlər,  xüsusən  də  əhli-sünnə  alimləri  zəif  hədisə  əməl  etməyi 

müstəhəbb  və  məqbul  bilmişlər.  Həmçinin,  şiə  məzhəbli  alimlərin  də  bir  qrupu  bu 

görüşü qəbul etməkdədir. Zəif hədisə əməl etməyin əleyhinə olan alimlər deyirlər ki, 

əməllərin fəzilətləri haqqında zəif hədislərə əməl etmək dində Allahın izn vermədiyi 

ibadət  və  qanunu  ixtira  etməkdir.  Amma,  əvvəldə  də  qeyd  etdiyimiz  kimi  zəif 

hədislərə  əməl  etməyin  lehinə  olan  alimlər  demişlər  ki,  bu  müstəhəblik  şəriətin 

qaydalarına  məlumdur  və  dini  işlərdə  ehtiyat  etməyə  bir  dəlildir.  Zəif  hədislərə  də 

                                                 

1510


 İ. L. Çakan, Hədis üsulu, səh. 147 

1511


 A. Nəim, Təcrid tərcüməsi, səh. 343 

1512


 adı keçən əsər, səh. 147 

1513


 Prof. Dr. Nuriddin İtər, Mənhəcün-nəqd, səh. 294 

1514


 Əhli-beyt (ə) məzhəbində namaz və oruc, səh. 338-340, Bakı, 2007, mütərcim: X. Qurbanzadə 

1515


 həmin mənbə, səh. 338-340 


[428] 

 

əməl etmək bu qəbildəndir, yoxsa ki, zəif hədisə əməl etmək şəriətin isbatı üçün dəlil 



deyildir. 

Həmçinin  zəif  hədisə  əməl  etmək  fikrimizcə  müəyyən  şərtlər  daxilində  olmalı, 

şəriət üçün bidətə səbəb olmamalı, güclü dəlilə qarşı olmamalıdır. Bundan başqa zəif 

hədislərə  əməl  etmək  etiqadi  məsələlərdə  dəlil  göstərilməməli,  üsuliddinin  və  üsuli-

şəriətin  isbatında  ondan  yararlanmamalıdır.  Amma  bunlardan  başqa  əməli 

məsələlərdə bəzi alimlərin dedikləri kimi ona əməl etmək caizdir. Buna misal olaraq 

aşağıdakı bir hədisi göstərək. Belə ki, İbn Macə “Sünən” əsərində rəvayət edir: “Əbu 

Əhməd  əl-Mərrar-bin  Həmmuyə-Məhəmməd  bin  əl-Musəffa-Bəqiyyə  bin  əl-Vələd-

Sovr bin Yəzid-Xalid bin Mədan-Əbi Umamə-Peyğəmbərdən (s) nəql edir: “Hər kəs 

iki  bayram  gecəsi  oyaq  qalıb  ibadətlə  məşğul  olarsa,  savabını  Allah  verəcək  və 

qəlblərin  öldüyü  gün,  onun  qəlbi  ölməyəcəkdir.”

1516


 Bu  hədisi  təhlil  edən  Prof. 

Nuriddin İtər yazır: “Bu hədisin isnadındakı şəxslər güvəniləndirlər, yalnız Sovr bin 

Yəziddən  başqa.  O,  bəzən  Qədəri  olmasında  günahlandırılır,  ancaq  burada  o, 

bidətçiliyi üzündən rəvayət etməyib və onun dəlili də tərk edilməyibdir. Məhəmməd 

bin Musəffa da doğruculdur, çox hədis rəvayət  edəndir, hətta  İbn Həcər onu  “hafiz” 

deyə  adlandırıb.  Zəhəbi  isə  onun  haqqında  demişdir:  Güvəniləndir  və  məşhurdur. 

Ancaq  onun  rəvayətləri  içərisində  münkərlər  də  vardır.  Həmçinin  hədisin  sənədində 

Bəqiyyə bin əl-Vələd vardır və o, hafizlərin rəhbərlərindəndir, doğruculdur. Lakin, o, 

çox tədlis edəndir. O, burada öz hədisini eşitdiyini sübut etməmişdir və bu baxımdan 

hədis zəifdir.”

1517

 Alimlər bu hədisi Allahın zikr  edilməsi üçün iki bayram gecəsi  və 



digər gecələrdə oyaq qalmağın müstəhəbb olduğunu qeyd etmişlər. Bu hədis zəif olsa 

da belə əməllərin fəzilətləri haqqında olduğundan ona əməl edilir demişlər və bu ən-

Nurinin  qərarıdır.”

1518


 Biz  bilirik  ki,  gecə  qalxmaq  və  ibadət  etmək  Quranda  və 

mütavatir sünnədə təşviq edilmişdir. Allaha yaxınlaşmaq, zikr və dua etmək, sevimli 

əməldir. Bu bütün vaxtlarda və hallarda belədir.  

Bu və ya digər hədislər onu göstərir ki, zəif hədis dində yeni bir qayda qoymur, 

əksinə  insanları  yaxşı  əməllərə  təşviq  etməkdir.  Deməli,  bura  qədər  mənbələr 

əsasında araşdırdığımız mülahizələr onu göstərir ki, bütün məzhəblərdə zəif hədislərə 

əməl  etmək  mümkündür.  Bu  mövzunu  Polad  Səlahəddinin  aşağıdakı  fikri  ilə 

qüvvətləndiririk:  “Alimlərin  əksəriyyəti  zəif  hədisə  əməl  etməyin  mümkünlüyü 

haqqında  fikir  birliyindədirlər.  Bunların  hədisin  səhih  olması  şərtini  əsas  qəbul 

etməzlər.”

1519

 

Buraya  qədər  incələdiyimiz  zəif  hədislər  mövzusu  onu  göstərir  ki,  bu  qrup 



hədislərin ən aşağı dərəcəsi mövzu hədislərdir ki, bunlar da hədislər içərisində ən şər 

hədislərdir. Bu uydurulmuş hədislər elmi həqiqətləri inkar edir, insanların əqidələrini 

korlayır  və  parçalayır.  Bunun  bariz  nümunəsini,  biz  ğulat  firqəsinin  İmam  Əli  (ə) 

haqqında  uydurduqları  hədislərdə  görməkdəyik.  Deməli,  mövzu  hədislər  zəif 

hədislərdən ayrı bir şeydir və onlar tamamilə uydurmadır. Lakin, zəif hədislər isə belə 

                                                 

1516

 bab əs-siyam, səh. 1782 



1517

 Mənhəcün-nəqd, səh. 295, əs-Səlavatil-xassə, səh. 102-103 

1518

 adı çəkilən əsəri 



1519

 Hədis araşdırmaları, İstanbul, səh. 120 




[429] 

 

deyildir. Ona bütün İslam məzhəblərinin, o cümlədən Hənəfi, Şafei, Maliki, Hənbəli 



və Cəfəri məzhəblərinə görə əməllərin fəzilətləri mövzusunda əməl edilir. Əlbəttə ki, 

bunlar da müəyyən şərtlər daxilində olmalıdır. 

Zəif hədislər əldə mövcud olan bütün hədis məcmuələrində vardır. Şübhəsiz ki, 

bu qrup hədislər səhih və bu kimi mötəbər hədis növlərindən alimlər və tədqiqatçılar 

tərəfindən  fərqləndirilmiş  və  lazım  bilinən  yerində  ələ  alınmışdı.  Belə  olan  təqdirdə 

bəzi məzhəb alimlərinin bir qrup hədis əsərləri haqqında mütləq səhihdir fikrinin heç 

bir  elmi  və  dini  əsası  yoxdur.  Deməli,  Quran  istisna  tutularsa,  yerdə  qalan  hər  bir 

əsərdə kifayət qədər zəif görüşlər, zəif müddəa və fikirlər vardır. 

Beləliklə,  hədis  elmində  meydana  gələn  zəif  və  uydurma  hədislərin  əsl 

səbəblərindən bir, bəlkə də birincisi hədislərin Peyğəmbərdən (s) sonra  yazılmasının 

və rəvayət edilməsinin qadağan olamsı idi. Bu incə nöqtəyə işarə edən imam Əli bin 

Əbi Talib (ə) necə də gözəl buyurmuşdur: 

“Əlində (hədislə əlaqədar) bir kitab olan hər kəs ondan döndü və onu yox etdi. 

İnsanlar alimlərin sözlərinə  etina  edib Rəbblərinin kitabını  tərk  etdikləri üçün həlak 

oldular.”

1520


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

NƏTİCƏ 

 

                                                 



1520

İbn Əbdülbirr, Cameu bəyanil-elm, c. I, səh. 63 




[430] 

 

Biz bu kitabda hədis tarixinin və hədis üsulunun ümumi mənzərəsini yaratmağa, 



İslamın ilkin dövrlərindən başlayaraq bu günə qədər hər iki məzhəbin hədisşünaslıq 

sahəsində  yazdıqları  əsərlərin,  əsər  müəlliflərinin  elmi  şəxsiyyətlərinin  və 

yaradıcılıqlarının  təhlilini  verməyə  çalışdıq.  Bunlar  bizim  ilahiyyatçıları,  ali  məktəb 

tələbələrini,  magistrləri,  dissertantları,  doktorantları,  bir  sözlə  hədisşünaslıqla 

maraqlananların  hamısını  bu  elmlə  tanış  etmək,  onların  dini  təfəkkürünü  daha  da 

zənginləşdirmək  istəyimizdən  irəli  gəlmişdir.  Əlbəttə  burada  ilkin  məqsədimiz 

Allahın razılığını qazanmaq olmuşdur. 

Şübhəsiz  ki,  məqsədimiz  tək  bundan  ibarət  deyildir.  Ölkəmiz  müstəqillik  əldə 

etdikdən  sonra  Azərbaycanda  ilahiyyat  elmlərinin,  o  cümlədən  hədisşünaslığın 

inkişafı  ilə  əlaqədar  olaraq  yeni-yeni  əsərlərə  böyük  ehtiyac  duyulur.  Təbiidir  ki, 

buna uyğun  olaraq biz dini təhsilmizə  yenidən baxmalı, əldə  mövcud  olan hədisləri 

var gücümüzlə saf-çürük etməli, dinə və bəşəri dəyərlərə zidd olan hədislərdən imtina 

etməli və daha doğru olanları ələ gətirməliyik. 

Ümid edirik ki, oxuculara təqdim etdiyimiz bu əsər ilahiyyatşünaslarla yanaşı bu 

sahə  ilə  maraqlananları  dini  baxışlarının  formalaşması  və  inkişafına  mühüm  təsir 

göstərəcəkdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 



 

 

 




[431] 

 

MƏNBƏLƏR VƏ İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI 



 

I.

 

Ərəbcə mənbələr 

 

1.Ayətullah Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu fi ilmid-dirayə, Beşinci nəşri, 



Qum, 1420 h/q.  

2.Bəhaəddin əl-Amili, əl-Vəcizə fid-dirayə, Tehran, 1321 h/q. 

3.Cəlaləddin əs-Süyuti, Tədribür-ravi, Beyrut, 1409 h/q. 

4.Dr. Əbdülhadi əl-Fəzli,  Üsulul-hədis, (3-cü nəşri), Beyrut, 1421 h/q. 

5.Əbu Zəkəriyya Mühyiddin ən-Nəvəvi, ət-Təqrib vət-təysir, darül-kitab, 1405/1985. 

6.Əllamə Məhəmməd bin Yaqub əl-Küleyni, Üsuli-kafi, Tehran, 1388 h/q. 

7.Əllamə İbn Mənzur, Lisanül-ərəb, Beyrut, 1417 h/q, ikinci nəşri. 

8.Əllamə  Məhəmməd  Bağır  əl-Məclisi,  Biharül-ənvaril-camiati  li  dürəri-əxbaril 

əimmətil-əthar, Beyrut, 1412 h/q, yeni nəşri. 

9.Əllamə  Əmini,  əl-Qədir  fil-Kitab  vəs-Sünnə  vəl-Adab,  darül-kitabil-ərəbi,  Beyrut, 

1387 h/q. 

10.Əli Əkbər əl-Qiffari, Dirasat fi ülumil-hədis, (1-ci nəşri), 1329 h/ş. 

11.Haris  Süleyman  əd-Dari, Muhadarat fi ülumil-hədis, İordaniya çapı.       

12.Haşim  Məruf  əl-Hüseyni,  Dirasat  fil-hədis  vəl-mühəddisin,  (2-ci  nəşri), 

1398/1978. 

13.Hüseyn Əbdüssəməd əl-Amili, Vüsulul-əxyar ilə üsulil-əxbar, Qum, 1401 h/q. 

14.İbn Əsir əl-Cəzəri, Cameül-üsul, Beyrut, 1403 h/q. 

15.Məhəmməd  bin  Həsən  Hürr  əl-Amili,  Əməlül-amal,  mətbəətül-adab,  Nəcəfül-

əşrəf, tarixsiz.   

16.Mürtəza  Mütəhhəri,  Mədxəl  fi  ülumil-İslamiyyə,  əl-Üsul,  darül-vəfa,  Beyrut, 

2011. 

17.Prof.  Dr.  Nuriddin  İtər,  Mənhəcün-nəqdi  fi  ülumil-hədis,  Dəməşq,  1981,  (2-ci 



nəşri).  

18.Seyid Həsən əs-Sədr, Təsisüş-şiətil-kiram li ülumil-İslam, Bağdad, tarixsiz. 

19.Seyid Həsən əs-Sədr, Nihayətüd-dirayə, təhqiq: Macid əl-Qərbi, nəşri ili yoxdur.  

20.Seyid Möhsin əl-Əmin, Əyanuş-şiə, Beyrut, 1403 h/q. 

21.Seyid Əbülqasim Xoyi, Möcəmu ricalil-hədis, Qum, 1410 h/q. (4-cü nəşri). 

22.Seyid Əbdülhüseyn Şərafəddin, Əbu Hüreyrə, mətbəətül-Bəhmən, Qum, tarixsiz. 

23.Seyid Mühyiddin əl-Musəvi əl-Qərifi, Qəvaidül-hədis, Qum çapı, tarixsiz. 

24.Şeyx Səduq, Mən la yəhduruhül-fəqih, Tehran, 1405 h/q. 

25.Şeyx Tusi, Təhzibül-əhkam, Nəcəf, 1378 h/q. 

26.Şeyx Səduq, əl-Xisal, Qum, 1403 h/q. 

27.Şeyx Mustafa əl-Etimadi Təbrizi, Şərhu məalim əd-din, Qum, 1311 h. (4-cü nəşri).  

28.Şeyx Tusi, əl-Üddə fil-üsul, Qum, 1417 h/q, (1-ci nəşri).  

29.Şeyx Ağa Müctəba əl-İraqi, Əhsəmiyyətül-hədis indəş-şiə, (1-ci nəşri), 1421 h/q. 

30.Şeyx Əli İsa əz-Zavad, Risalə fi xəbəriz-zəif, darüs-Sədiqətiş-Şəhidə (ə), çap ili və 

yeri yoxdur. 

31.Zeynüddin əl-Amili (Şəhid Sani), ər-Riayə fi ilmid-dirayə, Qum, 1408 h/q. 




[432] 

 

II. Azərbaycanca və Türkcə mənbələr 

 

32.Celal Yıldırım, Kaynaklarıyla Ahkam Hadisleri, uysal kitab, Konya-1993. 



33.DİA İslam Ansiklopedisi, XXVIII cild, Meclisi maddəsi. 

34.Diyanet İslam Ansiklopedisi, I cild, İstanbul-1988, 559 səh.   

35.Diyanet İslam Ansiklopedisi, II cild, İstanbul-1989, 563 səh.    

36.Diyanet İslam Ansiklopedisi, XII cild, İstanbul-1995, 559 səh. 

37.Diyanet İslam Ansiklopedisi, VI cild, İstanbul-1992, 559 səh. 

38.Diyanet Vakfı Yayınları, II baskı, Ankara-2000. 

39.Dr. Mücteba Uğur, Ansiklopedik Hadis Terimleri Sözlügü, Türkiye Diyanet Vakfı 

Yayınları, Ankara-1992.  

40.Dr. Emin Aşukkutlu, Hadiste Rical Tenkidi, Emre matbaaçılık, İstanbul-1997.  

41.Dr.  Ali  Osman  Koçquzu,  Hadis  İlimleri  ve  Hadis  Tarihi,  (Nəşr  ili  yoxdur).  

42.Dr.  Ahmet  Yucel,  Hadis  İstilahlarının  Doğuşu  ve  Gelişimi  (hicri  ilk  üç  əsr), 

İstanbul, 1996.  

43.Dr.  Ahmet  Yucel,  Hadis  İlminde  Tehkit  Terimleri  ve  İlgili  Çalışmalar,  İstanbul, 

1998.  


44.Doç.  Dr.  Mehmet  Erdoğan,  Vahy-Akıl  Dengesi  Acısından  Sünnet,  özener 

matbaaçılık, İstanbul-1996.  

45.Elmalili Hamdi Yazar, Hak Dini Kuran Dili, Akçak yayınları, tarixsiz.  

46.Ekrem Ziya Umeri, Hadis Tarihi, Esra yayınları, tarixsiz. 

47.Əbul Ala Mevdudi, Tefhimul-Kuran, insan yayınları, İstanbul-1996.  

48.Fikri Yavuz, Kırk Kudsi Hadis, İstanbul-1997 (IV baskı). 

49.Hacı Sabir Həsənli, Peyğəmbərlər tarixi, Bakı,  

50.Hasan Cirit, Halkın İslam anlayışının kaynakları, çamlıca yayınları.  

51.Hasan Cirit, Hadise giriş, rağbet yayınları, (Tarihçe, Literatür ve Seçme Hadisler), 

birinci basım, İstanbul-2011. 

52.Heyət, İslam Ansiklopedisi, Türkiye Diyanet Vakfi, İstanbul, 1997. 

53.Heyət, İslam Ansiklopedisi, Türkiye Diyanet Vakfi, İstanbul-1997. 

54.Höccətul-İslam 

Seyid 


Səid 

Rəşadi, 


Hədis 

Elmi, 


Baki, 

2003.  


55.İbn Kesir, Hadislerle Kurani-Kerim Tefsiri, Çağrı yayınları, İstanbul-1993. 

56.İbn  Kesir,  Böyük  İslam  Tarihi  (el-Bidaye  ven-Nihaye),  çağrı  yayınları,  İstanbul-

1995.  

57.Muhammed Ali es-Sabuni, Sefvetüt-Tefasir, Yeni şafak, İstanbul-1995. 



58.Muhammed bin Hamid el-Ğazzali, İhyai- Ulumid-Din, Arslan yayınçılık, tercüme: 

Ali Arslan, İstanbul, tarixsiz. 

59.Muhammed  bin  Muhammaed  er-Rudani,  Böyük  Hadis  Külliyyatı,  kaynak 

yayınçılık, Ankara, tarixsiz.  

60.Misfir  B.  Gurmullah  Ed-Dümeyni,  Hadiste  Metin  Tankidi  Metodları,  Kitabevi 

Yayınları,Çeviren: Prof. Dr. İlyas Çelebi - Yard.Doç.Dr. Adil Bebek - A.Yücel. 

61.Mehmet  Görmez,  Sünnet  ve  Hadisin  Anlaşılması  ve  Yorumlanmasında 

Metodoloji Sorunu, Türkiye.  




[433] 

 

62.Nuserttin  Bolelli,  Kadınların  Hadis  İlimindeki  Yeri,  Emrel  matbaası,  İstanbul-



1998. 

63.Prof. Dr. İbrahim Canan, Kütubu-Sitte Tercüme ve Şerhi, Ankara, 1995.  

64.Prof. Dr. İsmayıl Lütfi Çakan, Anahatlarıyla Hadis, (Nəşr ili yoxdur).  

65.Prof.  Dr.  Yaşar  Kandemir,  Mevzu  Hadisler  (menşeyi  tanıma  yolları,  tenkidi),  III 

baskı. İstanbul, 2002.  

66.Prof.  Dr.  Yaşar  Kandemir,  Hadis  İstilahları  (ikinci  baskı),  Ankara,  1995.  

67.Prof.  Dr.  Sübhi  əs-Salih,  tərcümə  edən:  Prof.  Dr.  M.  Yaşar  Kandemir, 

Hadisİlimleri ve Hadis İstilahları, İstanbul, 1997, (6-cı basım). 

68.Prof.  Dr.  İsmayıl  Lütfi  Çakan,  Hadis  Usulü,  İstanbul,  1993,  (III  baskı).  

69.Prof. Dr. Talat Koçyigit, Hadis Usulü, Ankara, 2003.  

70.Prof. Dr.  Muhammed  Hamidullah,  İslam  Peyğamberi,  irfan  yayımçılık  ve  ticaret, 

İstanbul-1993/1413. Çevireni: Prof. Dr. Salih Tuğ. 

71.Prof.  Dr.  Fahrettin  Atar,  Fıkıh  Usulü,  Yıldızlar  matbaaçılık,  III  baskı,  İstanbul-

1996. 


72.Peyğamberler Tarihi, Türkiye qazetesi, tarixsiz. 

73.Seyyit Kutub, fi zilalil-Kuran, İstanbul, tarixsiz.  

74.Süleyman Ateş, Yüce Kuranın Çağdaş Tefsiri, yeni ufuklar neşriyyatı, tarixsiz. 

75.Şamil İslam Ansiklopedisi, Şamil Yayınevi, İstanbul-1990. 

76.Temel Britanika, Hürriyyet, İstanbul-1992. 

77.Vehbe Zuhaylı, İslam Tarihi Ansiklopedisi, zaman neşriyyatı, İstanbul-1994.   

78.Zeynüddin  Ahmed  ez-Zebidi,  Sahihi-Buhari  muhtasari  Tecridi  Sarih  tercemesi, 

VII baskı, Ankara-1984. 



 

İnternet ünvanı 

 

1.http://www.al-shia.org/html/tur/olama/alimler/04.htm 



2.http://haqqyolu.com 

 

Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə