Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə197/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   191   192   193   194   195   196   197   198   199

[423] 

 

2.  Hədis  əzbərləmə  və  nəql  etmə  xüsusunda  ifrat  bir  görüş  içində  olmaq, 

hədisləri  tanımalarını,  onların  üzərində  düşünmələrini,  özəlliklə  onları  Quranla 

tutuşdurmalarını  əngəlləyirdi.  Halbuki  Quran  dinin  dayandığı  bir  təməldir.  Necə  ki, 

Peyğəmbər (s) də səhih bir rəvayətdə bildirdiyi kimi onlara bunu tövsiyə etdi: “Yaxın 

bir zamanda mənim adıma danışanlar çoxalacaq” və s. 

Beləcə,müsəlmanlar  arasında  Allahın  sfətləri,  isimləri  və  felləri  ilə  əlaqədar 

uydurma  hədislərin  yayılması  fürsəti  yarandı.  Peyğəmbərləri  alçaldacaq  fikirlər 

onlara  nisbət  verildi.  Yaradılış  və  mövcudluqla  əlaqəli  əsilsiz  xurafatlar  uyduruldu. 

Keçmiş  millətlərə  aid  hekayələr  hər  yerdə  axtarıldı.  Quranın  təhrif  olunmasına  aid 

hədislər  uyduruldu.  Bu  baxımdan  Tövrat  və  İncilin  ehtiva  etdiklərinə  hardasa  Quran 

məruz qaldı. 

Belə  olduğu  halda  ilk  olaraq  uyğunluq  baxımından  Quranla  sünnə  arasında  bir 

ayrılma  baş  verdi.  Forma  Qurana  aid  edilərkən,  əməldə  hədis  əsas  götürüldü.  Çox 

keçmədən  Quran  əməl  bazasında  tərk  edildi.  Hədisin  Quranla  zidd  gəlməsi  dövrü 

sözdə rədd edilsə də, bu gün hələ də davam etməkdədir... 



3.Peyğəmbərdən 

(s) 


sonra 

xilafətlə 

əlaqəli 

olaraq 


yaşanan 

problemlərmüsəlmanların  əksəriyyətinin  Peyğəmbərin  (s)  əhli-beyti  (ə)  haqqında 

fərqli  görüşlərinə  sahib  olmalarına  yol  açdı.  Bir  qism  müsəlmanlar  onlara  möhkəm 

sarıldı,  onlara  yönəldilər.  Digər  bir  qism  Əhli-beyti  (ə)  görməməzliyə  vurdu,  onları 

və Qurani bilgilər bazasındakı seçkin sözlərini mənimsəmədilər. Bəziləri onlara nifrət 

edib,  onları  söyməyi  şüar  etdi.  Halbuki  Peyğəmbər  (s)  heç  bir  müsəlmanın 

səhhətindən  və  sənədindən  şübhə  etməyəcəyi  bir  hədisdə  əhli-beytini  (ə)  tövsiyə 

etmiş,  onlardan  öyrənmələrini,  onlara  bir  şey  öyrətməyə  qalxmamalarını,  onların 

Allahın kitabını başqalarından daha yaxşı bildiklərini vurğulamışdı. 

Həzrət  Peyğəmbər  (s)  Əhli-beytin  (ə)  Quranı  təfsir  edərkən  yanlışlığa  yol 

vermədiklərini,  onu  anlamada  yanılmadıqlarını  da  dilə  gətirmişdi.  Buna  misal 

“Səqəleyn” hədisidir... 

Xəlifələr  zamanında  hədis  elminin  gördüyü  etibari,  sayğınlığı,  məşhurluğu 

bunun yanında xalqın hədis öyrənmə xüsusundakı həvəsini, istəklərini, bir də Əlidən 

(ə),  Həsəndən  (ə)  və  Hüseyndən  (ə),  özəlliklə  təfsir  mövzusunda  edilən  rəvayətləri 

göz önünə gətirdikdə çaşmamağımız mümkün deyildir. 

Örnək səhabələr həzrət Əlidən (ə) qeyd etməyə layiq hədis rəvayət etməmişlər. 

Tabeunların  isə  Quranın  mövzuları  ilə  əlaqədar  olaraq  onlardan  nəql  etdikləri 

rəvayətlərin  sayıyüzü  keçməz.  Həzrət  Həsəndən  (ə)  nəql  edilən  rəvayətlərin  sayı  on 

belə  deyildir.  Həzrət  Hüseyndən  (ə)  nəql  olunan  rəvayətlər  o  qədər  azdır  ki,  burada 

danışmağa belə dəyməz. Halbuki bəziləri sırf sünni kanalı ilə gələn hədislərin təfsirlə 

əlaqəli olanlarının yetmiş min olduğu bildirilir.

1502

Eyni hal fiqh ilə də əlaqəlidir. Bəzi 



tədqiqatçılar  Hüseyndən  (ə)  rəvayət  edilən  fiqhlə  əlaqəli  iki  hədisin  olduğunu 

deyirlər... 

Həzrət  Əlinin  (ə)  sözlərini  görməməzliyə  vurmaq,  hədislərini  inkar  etmək 

xüsusu  o  yerə  çatmışdı  ki,  şərhlər  istəyən  gözqamaşdırıcı  xütbələrindən  və  dərin 

                                                 

1502


 Süyuti, əl-İtqan 


[424] 

 

mənaya  sahib  olan  sözlərindən  ibarət  “Nəhcül-bəlağə”nin  onun  sözü  olmasını  da 



inkar etdilər. Buna baxmayaraq Ziyad bin Əbihin “əl-Xütbətül-bətra”sını və Yezidin 

şərabı  tərifləyən  şerlərini  tərəddüdsüz  alıb  rəvayət  etdilər.  İki  kişinin  bu  mövzuda 

ixtilaf etdiyini görməzsiniz. 

Təəssüflər  olsun  ki,  atalarının,  oğullarının  və  sair  əhli-beyt  (ə)  imamlarının 

hədisləri  də  kənar  müdaxilələrdən  qurtara  bilmədi,  Peyğəmbər  (s)  hədisləri  kimi 

onların sözlərinin arasına uydurma sözlər, pis niyyətli qatqılar daxil edildi. Adı keçən 

hər iki İmam (ə) bu məqamlara açıqca diqqət çəkmişlər və Müğirə bin Səd, İbn Əbu 

Hatib və digər uydurmaçıların adlarını vermişlər. 

Əhli-beyt (ə) imamları həm özlərindən, həm də Peyğəmbərdən (s) rəvayət edilən 

bir  çox  hədisləri  rədd  etmişlər  və  əshabına,  tərəfdarlarına  onlardan  nəql  olunan 

rəvayətləri  Quranla  tutuşdurmalarını,  Quranla  düz  gəlməyəni  tərk  etmələrini  əmr 

etmişlər. 

Nə var ki,-çox az müstəsna-şiələr bu oyandırıcı sözləri diqqətə almamış, xüsusən 

fiqhin  xaricindəki  xüsuslarda  bu  doğru  şeyləri  praktiki  olaraq  həyata  keçirməmişlər. 

Sünnilər  Peyğəmbərin  (s)  hədisləri  mövzusunda  necə  duyğusuz  və  laqeyd 

davranmışlarsa,  onlar  da  əhli-beyt  (ə)  hədisləri  xüsusunda  bənzəri  bir  duyğusuzluq, 

laqeydlik içərisində olmuşlar... 

...Bu  ölçüsüzlüyün  digər  örnəyi  bəzi  şiələrin  “Quranın  açıq  anlamına  müxalif 

olsa  belə,  hədis  Quranı  təfsir  edər”  demələridir.  Bu,  bəzi  sünni  qrupların  “Hədis 

kitabı  nəsx  edər”  demələrinin  şiə  dünyasındakı  yamsılamasından  başqa  bir  şey 

deyildir...”

1503


 

Mövzumuza aid problemləri çox böyük məna  və məntiqi dəlillər əsasında şərh 

edən  Təbətəbai  hədis  uydurmanın,  hədislərin  yazılmasının  qadağan  olunmasının 

İslama  nə  qədər  də  ağır  ziyan  və  zərər  verməsini  təəssüf  hissi  ilə  qeyd  etmişdir. 

Müəllifin bu mülahizələrindən belə məlum olur ki, hədis uydurmanın başlıca səbəbi 

hədislərin yazılmasının qadağan olması olmuşdur və bunun da İslama aşağıdakı zərər 

və ziyanları olmuşdur. Bunu biz belə sıralaya bilərik: 

1. Ərəb-cahiliyyə mədəniyyətinin yenidən baş qaldırması. 

2.  Nəbəvi  tərbiyənin  arxa  plana  keçməsi.  Təkəbbürçülük  və  qəbiləbazlığın 

yenidən baş qaldırması. 

3. İslam ümmətinin ikiyə-ərəblər və məvalilər- parçalanması. 

4.  Peyğəmbərin  (s)  minbərində  oturan  xəlifələrin  krallar  və  imperatorlara 

məxsus dəbdəbələri. 

5. Yəhudi və xristian ideologiyasınınİslam təlimlərinə qarışması. 

6. Hədislərin və Quranın mənasınadək varan incəliklərin təhrif olması. 

7. Əhli-beyti (ə) tərk edibsəhabələrin əsas tutlması. 

8. Quranla hədisin bəzən qarşı-qarşıyan qoyulması. 

9.  Xilafət  kürsüsünün  şərabxorlara,  pozğunlara  verilməsinə  dini  donun 

geyindirilməsi. 

10. Etiqadi mənbələrin ortalığa çıxması və s. 

                                                 

1503


 Təfsirül-mizan, c. V, səh. 416-422 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə