Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə195/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   191   192   193   194   195   196   197   198   199

[419] 

 

Bu əsərin müəllifi məşhur şiə alimi Şeyx Məhəmməd Tağı ət-Tusturi olmuşdur. 



13.

 

Ətil-mərfua anil-axbariş-şəni ətil-mövzua. 

Bu əsər Əli bin Məhəmməd bin Əli əl-Hicazi  İbn Arraqə (öl. 963 h. / 1556 m.) 

məxsusdur. 

14.

 

Təzkirətül-mövzuat fil-əhadisil-mərfuat. 

Bu  əsəri  isə  Məhəmməd  bin  Tahir  bin  Əli  əs-Siddiqi  Fəttani  (öl.  986  h.  /  1578 

m.) yazmışdı. 

15.


 

Mövzuat 

Bu əsər Əli bin Sültam Məhəmməd əl-Hərəvi Əli əl-Qariyə  (öl. 1014 h. / 1605 

m.) məxsusdur.

1497


 

Burada  qeyd  edilən  və  həmçinin  qeyd  edilməyən  əsərlər  hədis  ədabiyyatı 

tarixində  adı  çəkilən  mövzu  haqqında  ən  yaxşı  əsərlərdən  olmasına  baxmayaraq, 

bəzən həmin əsərlərdə müəlliflər öz şəxsi ictihadlarına əsaslanıb bəzi səhih hədisləri 

də uydurma adlandırmışlar. Əlbəttə bu yolverilməz olsa da, həmin əsərlərdə biz buna 

rast  gəlirik.  Bəzi  səhih  və  ya  həsən  hədisləri  də  öz  şəxsi  rəyi  əsasında  zəif  hədis 

adlandıranlar içərisində İbn Teymiyyəni və onun tələbəsi İbn Qəyyim əl-Cövziyyəni 

qeyd  etmək  olar.  Bəzən  bu  və  ya  digər  müəlliflər  hədisi  müdafiyə  edirmiş  kimi  öz 

həvavu-həvəsinə  və  tutduğu  ifrat  görüş  və  təəssübkeşliyinə  görə  mötəbər  rəvayətləri 

də  uydurma  adlandırmışlar.  Müasir  hədis  tədqiqatçılarından  olan  Talat  Koçyigit 

yazır:  “Movzu hədislərinİslam dini  yönündən səbəb  ola biləcəyi zərərlər çox böyük 

olduğu  üçün  hədis  alimləri  digər  hədislər  qədər  bunlar  üzərində  də  duraraq 

isnadlarıyla  birlikdə  hamısını  müstəqil  kitablar  halında  bir  araya  gətirməyə 

çalışmışlar.  Bu  kitabların  ən  məşhuru  Əbülfərəc  Əbdürrəhman  İbn  əl-Cövzinin  (öl. 

597) “Kitabül-mövzuat”ıdır. Bu kitabın ehtiva  etdiyi hədislərin çoxu əl-Cüzikaninin 

“Kitabül-əbatil”indən  alınmışdır.Ancaq  əl-Cüzikani  sünnətə  müxalif  bütün  hədislər 

haqqında mövzu (uydurma) hökmünü verdiyi üçün  İbn Cövzi də onun təsiri altında 

qalaraq bir çox həsən, hətta səhih mərtəbəsində olan hədisləri mövzuaat arasında zikr 

etmək xətasına düşmüşdü. İbn Həcərin ifadəsinə görə Müslimin “Səhih”ində yer alan 

bir  hədisin  İbn  Cövzi  tərəfindən  mövzu  olaraq  vəsf  edilməsi,  onun  böyük  bir 

qəflətidir.”

1498


 

Zəif  hədislərin  hamısının  uydurma  olduğuna  alimlər  icazə  verməmişlər.  Çünki 

zəif  hədis  mövzu  hədisdən  fərqlənməkdədir.  Belə  ki,  mövzu  hədis  zəif  hədis  deyə 

başa düşülən hədislərin ən aşağı dərəcəsidir. Halbuki zəif hədisə əməl etmənin bəzi 

məqamlarda caiz olması bütün məzhəblərdə qeyd olunmuşdur. Diqqəti bu istiqamətə 

yönəldən Cəfər Sübhani yazır: “Əgər isnadı zəif olan bir hədis görsən, gərək deyəsən: 

bu hədis sənəd və ya mətn baxımından zəifdir. Sənin belə hədisə “mövzu” deməyinə, 

heç  bir  surətdə  icazə  verilmir.  Mütləq  zəif  ilə  uydurma  hədisin  arasında  açıq-aşkar 

fərq  vardır.  Uydurma  hədisi  zəif  hədisin  əksinə  nəql  etmək  caiz  deyildir.  Həqiqətən 

                                                 

1497

 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 122-123, Geniş məlumat üçün bax: Y. Kandemir, Mövzu hədislər, 



səh. 138-168, T. Koçyigit, Hədis istilahları, səh. 234-236 

1498


 Hədis istilahları, səh. 234, İbn Həcər, əl-Qəvlül-müsəddəd fiz-zəbbi anil-müsnəd, səh. 31 


[420] 

 

də  zəif  hədislər  bəzən  səhih  hədisləri  başa  düşmək  üçün  əlamət  olurlar...  Həmçinin 



onlar yerinə görə digər faydalar da daşımaqdadırlar.”

1499


 

 

7.4.ZƏİF HƏDİSİN BİLİNMƏSİ 



 

İslam  dinində  hədis  çox  mühüm  əhəmiyyət  daşıdığından  və  Qurandan  sonra 

dinin  ikinci  əsas  qaynağı  olduğundan  hər  bir  hədismüsəlman  alimləri  tərəfindən 

incələnmişdir.  Hədisşünaslar  müxtəlif  metodlar  vasitəsiylə  zəif  hədisləri  seçmiş  və 

onların  digər  səhih  və  ya  bu  kimi  mötəbər  olan  hədislər  arasına  girməsinə  imkan 

verməmişlər.  Onlar  uydurma  hədislərdə  olan  əlamətləri  kəşf  edərək  onların 

vasitəsiylə  mövzu  hədisləri  digərlərindən  fərqləndirmişlər.  Mövzuat  ədəbiyyatının 

məşhur nümayəndələrindən olan İbn Qəyyim əl-Cövziyyə demişdir: “Əgər bir hədisi 

ağıla və ya sağlam olaraq bilinən hədislərə və yaxud İslamın əsaslarına zidd tapsan, 

onun uydurma olduğunu bilməlisən deyən kimsənin sözü nə qədər isbatlıdır.”

1500

 

Hədis  tədqiqatçıları,  hədislərin  mövzu  olduğunu  aşağıdakı  əlamətlər  vasitəsiylə 



tanıyırlar: 

 

1.



 

Hədis uyduranların etrafı. 

Mövzu hədisi tanımaq üçün, ən isbatlı və doğru yol budur. Çünki hədis uyduran 

şəxs,  bilavasitə  hədis  uydurduğunu  söyləyərsə,  hədisin  üzərində  heç  bir  araşdırma 

aparılmır və uydurucunun sözü əsas götürülür. 

 

2.

 

Quran və səhih hədislərə müxalif olması. 

Şübhəsiz  ki,  əgər  bir  hədis  Qurana  və  səhih  hədisə  qarşı  müxalif  olarsa,  o 

uydurma hədis adlanır. 

 

3.



 

Ağıla müxalif olması. 

Quran və səhih hədislər insan ağlının onun həyatında çox mühüm rol oynadığını 

vurğulamış  və  hətta  ağılı  olmayanlara  heç  bir  dini  məsuliyyət  tapşırmamaışdı.  Bu 

baxımdan  ağıla  uyğun  gəlməyən  hədis  və  ya  hər  bir  şey  uydurma  hesab  edilmişdir. 

Bunun  bariz  misalı  aşağıdakı  hədisdəözünü  göstərməkdədir:  “Nuhun  gəmisi  Kəbəni 

yeddi  dəfə  təvaf  etdi  və  Məqamın  arxasında  iki  rükət  namaz  qıldı.”  Bu  hədis  ağıla 

uyğun olmadığından “mövzu” adlanmışdı. Həmçinin buna misal, “Allah atı yaratmış, 

sonra onu qaçırtmış, at tərləyəndən sonra, ondan da özünü yaratmışdı.” 

 

4.

 

Məzhəbə ifrat bağlılığı. 

Hədis  alimləri  şəxsin  öz  məzhəbinə  ifrat  dərəcədə  bağlanıb  digər  məzhəblərin 

əleyhinə  hədis  uydurmanı  hədis  uydurmağın  səbəblərindən  bilmişlər.  Buna  misal 

aşağıdakı hədis göstərilir: “Ümmətimdən Məhəmməd bin İdris (əş-Şafei) adında biri 

çıxacaq ki, bu adam ümmətimə iblisdən daha zərərli olacaq.” 

 

                                                 



1499

 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 124 

1500

 Süyuti,  Tədribür-ravi, c. I  




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə