Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə198/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   191   192   193   194   195   196   197   198   199

[425] 

 

 Bu və ya digər mülahizələrdən aydın olur ki, zəif və ya mövzu hədislər İslama 



ziyandan  başqa  bir  şey  gətirməmişdi.  Bu  qrupa  aid  olan  hədislər  vahid  İslam 

ümmətini  parçalamaqla  yanaşı,  müsəlmanların  İslamı  yalnış  anlamasına, 

müsəlmanların  digər  din  ardıcılları  müqabilində  aciz,  düşüncəsiz  və  mədəniyyətsiz 

görünməsinə  səbəb  olmuşdur.  Təsəlliverici  hal  yalnız  budur  ki,  ta  qədimdən  bu 

günədəkİslam  alimləri  çox  böyük  zəhmət  sərf  edərək  hədisləri  bir-birindən 

fərqləndirmiş,  onları  saf-çürük  edərək  insanları  doğru  Quran  maarifinə  tərəf 

yönəltmişlər.  Hər  iki  məzhəbin  böyük  alimləri,  fəqihləri  və  hədisşünasları  hədisləri 

nə qədər saf-çürük etsələr də, nə qədər bu yolda vaxt və zəhmət sərf etsələr də, yenə 

hər  iki  məzhəbdə  uydurma  və  zəif  hədislər  vardır.  Təəssüfləndirici  hal  budur  ki, 

müsəlman  mənbələrində  yer  alan  bəzi  zəif  hədislərİslam  düşmənlərinin  əlində  bir 

fürsət  olmuş  və  onlar  ta  qədimdən  indiyənədək  bu  hədislərdən  sui-istifadə  edərək 

İslamın və müsəlmanların əleyhinə təbliğat aparmışlar. 

 

8.2.ZƏİF HƏDİSƏ ƏMƏL EDİLƏRMİ? 

 

Zəif  hədislər  bildiyimiz  kimi  ya  isnadına,  yaxud  da  mətninə  görə  zəif  olur. 

Hədisin  isnadına  görə  zəif  olması  da  əsasən  ya  isnaddan  bir  və  ya  bir  neçə  ravinin 

düşməsinə,  yaxud  da  isnadda  yer  alan  ravilərin  birinin  ya  bir  neçəsinin  “mətainu-

aşara”ya (on pis söz) məruz qalmasına görədir. Mətninə görə isə hədisin zəif olması 

da  hədisin  mətninin  Qurana  uyğun  gəlməməsi  və  yaxud  da  ağıl  tərəfindən  qəbul 

edilməməsinə görədir. Həmçinin hədisin mətninə ravinin müdaxilə etməsi də hədisin 

zəif  olmasına  səbəb  ola  bilər.  Belə  olan  halda  zəif  hədisə  əməl  etməyin  doğru  olub-

olmaması məsələsi ortaya çıxır. Əlbəttə ki, bu məsələ hədis alimləri vəİslam fəqihləri 

arasında  ciddi  problemlərdəndir.  Bütün  İslam  məzhəbləri  bu  mövzu  ətrafında 

ciddiyyətlə  məşğul  olmuş  və  bəzən  ixtilaflı,  bir-birinə  zidd  olan  fikirlər 

səsləndirmişlər.  Biz  də  bu  fəsildə  bütün  İslam  məzhəbləri,  yəni,  Hənəfi,  Şafei, 

Hənbəli,  Maliki  və  Şiə-imamiyyə  məzhəbləri  üzrə  zəif  hədislərə  əməl  edilib-

edilməməsini araşdıracağıq. 

Əvvəlki  fəsillərimizdə  qeyd  etdiyimiz  kimi,  zəif  hədislər  mövzu  (uydurma) 

hədislərdən  fərqlidir.  Onları  bir-birinə  qarışdırmaq,  birinin  hökmünü  digərinin 

hökmünə  qarışdırmaq  qətiyyən  yolverilməzdir.  Mövzu  hədislər  mütləq  mənada 

uydurulmuş  məsuma  (ə)  aidiyyatı  olmayan  hədislər  hesab  olunur.  Amma,  zəif 

hədislər  heç  də  belə  deyildir.  Biz  ötən  bəhslərimizdə  hədisin  zəif  olma  səbəblərini 

aydınlaşdırdıq.  Deməli,  zəif  hədislər  mövzu  hədislərdən  tamamilə  fərqlənməkdədir. 

Bu  barədə  Ustad  Sübhani  yazır:  “Əgər  isnadına  görə  bir  zəif  hədis  görsən,  gərək 

deyəsən: bu hədis zəifdir  ya sənəd,  yaxud da, mətn baxımından. Sənə  icazə  verilmir 

ki,  zəif  hədisə  mövzu  hədis  deyəsən  və  onu  belə  adla  sifətləndirəsən.  Çünki  mütləq 

zəiflə  mövzu  hədis  arasında  fərq  vardır  və  mövzu  hədisi  zəif  hədisin  əksinə  nəql 

etmək  caiz  deyildir.  Həqiqətən  də  zəif  xəbərlər  bəzən  səhihləri  anlamaq  və  başa 

düşmək  üçün  əlamət  ola  bilər,  necə  ki,  bəzən  onların  bir  yerə  toplanması  etimadlı 

olmalarına  zəmanət  verir...  bundan  başqa  öz  yerinə  görə  faydaları  da 



[426] 

 

vardır.”



1504

Deməli,  zəif  hədis  mütləq  mənada  uydurma  olmadığından  ona  əməl 

etməyin  mümkünlüyü  ortaya  çıxır  və  bu,  alimlərə  görə  mümkündür.  Əhli-sünnə 

alimlərinin  əksəriyyətinin  rəyinə  görə  zəif  hədisə  əməl  etmək  caizdir.  Əhli-sünnənin 

məzhəb  imamlarının  hamısı  zəif  hədislərə  əməl 

etməyin 


caiz  olduğu 

görüşündədirlər.

1505

 Bu  mövzunu  açıqlayan  Səxavi  yazır:  “Zəif  hədislərə  əməl 



ediləcəyini müctəhidlərdən üç imam Əbu Hənifə, İmam Malik və Əhməd bin Hənbəl 

də müdafiə etmişlər. Hətta İmam Şafei bir məsələdə başqa hədis olmadığı zamanda-

mürsəl  hədisin  zəif  olduğunu  qəbul  etdiyi  zamanlarda-mürsəl  hədisə  əməl  edərdi.” 

Həmçinin, Əhməd bin Hənbəl demişdi: “Zəif hədis, qiyasdan üstündür.”

1506

 

Şiə məzhəbli alimlər də zəif hədisə əməl edilər deyə fikir söyləmişlər. Belə ki, 



istər  qədim,  istərsə  də  yeni  dövrün  üsul  alimləri  və  fəqihləri  əməllərin  fəzilətləri 

haqqında  varid  olan,  lakin  Quranla  və  səhih  hədislə  müxalif  olmayan  zəif  hədislərə 

əməl etməyin heç bir qəbahəti olmadığını demişlər. 

Zəif  hədislərə  əməl  edilib-edilməməsi  məsələsini  diqqətlə  incələyən  müasir 

hədis tədqiqatçılarından olan Prof. Dr. İsmayıl Lütfü Çakan yazır: “Zəif hədisə əməl 

etmək məsələsində üç ayrı görüş vardır:  



1. Zəif hədisə əsla əməl olunmaz. 

2. Zəif hədisə hər hansı bir mövzuda olursa olsun, əməl olunar. 

3. Əməllərin fəzilətləri mövzusunda xüsusi şərtlər daxilində əməl olunar. 

İbn Həcər (öl. 852 h. / 1448 m.) üçüncü görüşün şərtləri haqqında belə məlumat 

verir: 

-Yalançı  birinin  təkbaşına  rəvayət  etmiş  olması  kimi  şiddətli  bir  zəiflik 



daşımamalı.  

-Özü ilə əməl olunan ümumi və əsli bir hökmün əhatəsi altına girməli. 

-Əməl  edilərkən  o  hədisin  sabit  olduğuna  inanılmamalı,  əksinə  ehtiyatən  əməl 

edildiyi bilinməlidir.

1507

 

Həmçinin  məşhur  hədis  tədqiqatçılarından  olan  Prof.  Dr.  Nuriddin  İtər  yazır: 



“Müstəhəbb  əməllərin  fəzilətlərinə  aid  olan  zəif  hədislərə  əməl  etmək  müstəhəbdir, 

bu  hədisşünasların,  fəqihlərin  və  digər  qrup  alimlərin  görüşüdür.  Bu  barədə  alimlər 

içərisində  Nuri,  Şeyx  Əli  əl-Qari  və  İbn  Həcər  əl-Heytəmi  müttəfiqdirlər.  Bunun 

şərtlərini İbn Həcər izah etmişdir.”

1508

 

İbn Həcər zəif hədislərə əməl etməyi caiz bilmiş və bunun əməllərin fəzilətləri 



haqqında mümkün olduğunu irəli sürmüşdür. O, deyir: “Əməllərin fəzilətləri barədə 

olan  zəif  hədislərə  əməl  etmək  alimlərin  müttəfiq  fikrinə  görə  caizdir.  Çünki  əgər, 

zəif  hədis  əməl  haqqında  səhih  olarsa,  doğrudan  da  ona  əməl  etmək  onun 

doğruluğudur.  Əgər  ona  əməl  etmək  fəsadlı  olsa  da  belə,  halaldır,  haram  deyildir. 

Həmçinin belə olduqda başqasının haqqını tapdamaq (puç etmək) deyil.”

1509


 

                                                 

1504

 Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 124 



1505

 Səxavi, Fəthül-müğis, c. I, səh. 80 

1506

 İbn Hazm, əl-Mühəlla, c. I, səh. 68 



1507

 Prof. Dr. İ.  L. Çakan, Hədis üsulu, səh. 146, Prof. Dr. Nuriddin İtər, Mənhəcün-nəqd fi ülumil-hədis, ikinci nəşri, 

Dəməşq, 1981, səh. 293 

1508


 Mənhəcün-nəqd fi ülumil-hədis, səh. 292-293 

1509


 Nuriddin İtər, Mənhəcün-nəqd, səh. 293, əl-Əcvibətül-fazilə, səh. 42 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə