Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə191/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   187   188   189   190   191   192   193   194   ...   199

[411] 

 

Ümumiyyətlə  hədis  uydurmağın  müxtəlif  səbəbləri  arasında  olsa  da,  bunun 



içərisində  olan  ən  mühümü  bəlkə  də  siyasi  məsələlərdir.  Həmçinin  saxta  hədislərin 

çoxunun  tədqiqi  onu  göstərir  ki,  dövrü  hakimlər  insanları  Əhli-beytdən  (ə) 

uzaqlaşdırmaq  və  onları  xalqın  gözündən  salmaq  üçün  onların  əleyhinə  daha  çox 

hədis uydurmağa vadar etmişdir. Deməli, hədis uydurma fəaliyyətinin əsasında Əhli-

beytə  (ə),  xüsusən  də  həzrət  Əlinin  (ə)  ilahi  fəzilətlərinin  heçə  endirilməsi  dayanır. 

Bunu kiçik bir misalla təhlil edək: Belə ki, “Səhih” əsərin müəllifi Buxari öz əsərində 

yazır:  “...  İbn  Müsəyyib  dedi:  Peyğəmbərin  əmisi  Əbu  Talib  dünyadan  müsəlman 

olmadan  getdi.”  Buxarinin  ən  məşhur  şərhçilərindən  olan  Əllamə  Eyni  yazır: 

“Müsəyyibin hədisi zəifdir. Çünki o, İslamı Məkkənin fəthi ərəfəsində qəbul etmişdir 

və  Əbu  Talibin  ölümü  ilə  onun  arasında  on  il  fərq  vardır.”  Belə  olan  halda  o,  Əbu 

Talibin vəfatını necə görə bilərdi?”

1474


 

Təəssüflər  olsun  ki,  hədis  uydurma  fəaliyyətinin  ilk  rüşeymləri  elə  məhz  bəzi 

səhabələrə  məxsusdur.  Onlar  siyasi  nüfuzlarını  artırmaq  və  var-dövlət  sahibi  olmaq 

eşqinə  özlərindən  hədislər  uydurmuş  və  uydurduqları  hədisləri  xalq  içərində  təbliğ 

edərkən  öz  havadarlarından  bəxşişlər  almışlar.  Buna  misal  Əbu  Hüreyrə,  Ənəs  bin 

Malik  və  digərlərini  göstərmək  olar.  Bu  barədə  İmam  Sadiq  (ə)  buyurub: 

“Peyğəmbərin  adına  ən  çox  hədis  uyduran  üçdür:  Əbu  Hüreyrə,  Ənəs  və  bir 

qadın.”


1475

 

Bunlardan  başqa  bəzi  məzhəb  mənsubları  da  öz  məzhəblərinin  haq  və  doğru 



olduğunu  xalqa  tanıtmaq  və  onu  xalq  içərisində  möhkəmlətmək  üçün  hədis 

uydurmuşlar. Buna misal aşağıdakı hədisləri göstərmək mümkündür: “Ümmətimdən 

Məhəmməd bin İdris adında birisi çıxacaq. Onun ümmətimə zərəri, iblisdən daha çox 

olacaqdır.”

1476

 Həmçinin məzhəb imamı Əbu Hənifə haqqında olan hədis də uydurma 



hesab  olunur.  Həmin  hədis  belədir:  “Ümmətimdən  Əbu  Hənifə  deyilən  biri  daha 

çıxacaq. O, ümmətimin lampasıdır, ümmətimin lampasıdır.”

1477

 

Bundan  başqa  şiə  qaynaqlarında  da  zəif  və  uydurma  hədislərə  rast  gəlmək 



mümkündür.  Xüsusilə  Küleyninin  “Üsuli-kafi”,  Əllamə  Məclisinin  “Biharül-ənvar” 

və  digər  şiə  mənbələrində  bir  çox  zəif  və  uydurma  hədislər  vardır  ki,  bunlar 

araşdırılmalı  və  onların  zərərli  tərəfləri  xalqa  çatdırılmalıdır.  Bu  hədislər  içərisində 

məzhəbi  təəssübkeşlik  yaradan  hədislər  tamamilə  müasir  cəmiyyətimizə  yararlı 

olmadığı  üçün  onların  rəvayət  və  təbliğ  olunması  yolverilməz  hal  kimi 

qiymətləndirilməlidir.  



B.

 

İslam düşmənçiliyi 

Hədislərin  uydurulması  səbəblərindən  biri  də  heç  şübhəsiz  ki,  İslam 

düşmənçiliyidir.  Hədis  tədqiqatçıları  haqlı  olaraq  bir  qrup  şəxslərin  gizli  və 

aşkarşəkildə  İslamı  yox  etmək  və  yaxud  da  aradan  aparmaq  üçün  planlı  şəkildə 

hədislər uyduraraq insanlar arasında təbliğatlar aparmalarını qeyd edirlər. 

                                                 

1474

 Əllamə Eyni, Ümdətül-qari, c. VII, səh. 202, c. XVII, səh. 18, c. XIX, səh. 104-105 



1475

 Əllamə Məclisi, Biharül-ənvar, c. XX, səh. 420   

1476

 Prof. Dr. İ.  L. Canan, Kütubu-Sittə Tərcüməsi və Şərhi, c. II, səh. 142 



1477

 həmin mənbə 




[412] 

 

İslam  dininin  və  onun  təbliğatçısı  olan  Məhəmməd  peyğəmbərin  (s)  əleyhinə 



yönəldilmiş  hədis  uydurma  fəaliyyətinin  başında  yəhudilər,  xristianlar  və  bir  qrup 

münafiq  müsəlmanlar  dayanırlar.  Bu  qrupların  məqsədləri  heç  şübhəsiz  ki,  dini 

yıxmaq  və  onu  yox  etmək  olmuşdur.  Hətta  mənbələrə  görə  Həmmad  bin  Zeyd 

demişdir:“Zındıqlar  on  dörd  min  hədis  uydurmuşlar.  Onların  içərisində  ən 

məşhurlarından  biri,  Əbdülkərim  bin  Əbüləvca  olmuşdur.  O,  Abbasi  xəlifəsi 

Mehdinin  (775-785)  zamanında  edam  cəzasına  layiq  görülmüş  və  son  sözündə  tək 

başına dörd min hədis uydurduğunu etiraf etmişdir.

1478


 

İslamın  əleyhinə  yönələn  bu  qruplar  içərisində  bəlkə  də  ən  təhlükəlisi 

münafiqlərdir.  Çünki  onlar  özlərini  zahirdə  həqiqi  müsəlman  kimi  göstərsələr  də 

əslində  İslamın  düşməni  kimi  hərəkət  etmiş  və  müsəlmanların  nəzərində  İslamı 

gözdən  salıb,  onun  tərəfdarlarını  azaltmaq  üçün  özlərindən  və  yaxud  da  yəhudi  və 

xristian  havadarlarından  aldıqları  dəstək  və  yardım  hesabına  çoxlu  sayda  hədislər 

uydurmuşlar. Həmçinin imanca zəif müsəlmanlar, cahiliyyət təəssübü altında yaşayan 

bəzi səhabələrin, o cümlədən Əbu Süfyan, Müaviyə bin Əbu Süfyan, Əmr bin As və 

digərlərinin təsiri altına düşərək onların əlaltılarına çevrilmiş və hədis uydurub təbliğ 

etmək üçün müxtəlif bölgələri dolaşmışlar. 

Bütün  bu  deyilənlərdən  əlavə  müsəlman  mədəniyyətinin  genişlənməsi 

nəticəsində öz hörmət və izzətlərini, mal və mülklərini itirmiş bəzi “müsəlmanlar”, öz 

keçmiş  etibarlarını  geri  qaytarmağın  qeyri-mümkünlüyünü  görüb,  İslam  əleyhinə 

uydurmaçılığa başlamışlar. 

 

C.

 

Milliyyətçilik duyğusu 

Hədis  tədqiqatçıları  hədis  uydurmağın  səbəblərindən  birini  milliyyətçilik 

duyğusunun  olmasında  görürlər.  Belə ki, Əməvilər dövründə  (661-750) işğal  edilən 

bir  çox  müsəlman  olmayan  ölkələr  ərəblərin  milliyyətçi  ruhlarını  görüb  onların 

əleyhinə  hədis  uydurmağa  başlamışlar.  Məlumdur  ki,  xəlifə  Müaviyə  (661-680) 

zamanından  başlayaraq  ərəb  şovnizmi  özünün  ən  yüksək  zirvəsinə  çatmış  və  hətta 

ərəb olmayanlara “əl-məvali” adı verilərək onların hüquqları ərəblərin hüquqlarından 

daha  aşağı  səviyyədə  qorunurdu.  Hətta  mənbələr  Əməvilər  dövründə  ərəb 

milliyyətçiliyinin doğurduğu zülm və istibdadlardan çox danışmış və xilafət yeritdiyi 

siyasətin  sırf  İslami  deyil,  ərəb  təəssübkeşliyi  ruhunda  olduğunu  xəbər  verirlər. 

Türkiyəli  alim  Fuad  Köpürlü  yazır:  “Əməvilər  bu  mövzuda  təqib  etdikləri  yalnış 

siyasət,  iranlılarda  olduğu  qədər,  İslamı  yeni  qəbul  etmiş  olan  digər  bəzi  millətlərdə 

də  millətçilik  duyğusunun  ortaya  çıxmasına  səbəb  olmuşdur.  Çünki  Əməvilər 

müəzzəm  imperatorluğu  meydana  gətirən  digər  ünsürləri  İslamın  qəti  surətdə 

qadağan  etməsinə  baxmayaraq-ərəblərlə  bərabər  saymırdılar.”

1479


 Bundan  başqa 

Əməviləri  devirib  onun  yerini  tutan  Abbasilər  xilafəti  (750-1258)  də  heç  də 

Əməvilərdən geri qalmayan millətçilik ideyalarını daha da qabardaraq onlardan irəli 

getmişlər. Abbasilərin bu davranışı “Əməvilər dövründəki ərəblik təəssübkeşliyini və 

ərəblərin  siyasi  görüşlərini  yox  etmişdi.  Bu  sərbəst  hava  içərisində  başqa  ünsürlərə 

                                                 

1478

 bax: Prof. Dr. İ. Canan, Kütubu-sittə tərcümə və şərhi, c. II, səh. 141 



1479

 Fuad Köpürlü, İslam mədəniyyəti tarixi, Ankara, 1993, səh. 99 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə