Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə194/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   191   192   193   194   195   196   197   198   199

[417] 

 

Müəllif  bunları  qeyd  etdikdən  sonra  yazır:  “Bu  saylar  ağılı  çaşdıracaq  sayda 



çoxdur.  Bunlar  hədislər  içərisinə  soxulmuş  kənar  fikirlər,  uydurma  və  yalançı 

hədislərdir  ki,  Peyğəmbərin  (s)  adına  onun  vəfatından  sonra  deyilmişdir.  Həqiqətən 

də  dinin  düşmənləri,  xüsusən  də  yəhudilər,  xristianlar  və  onlardan  olan 

müsəlmanlarİslam şəriətinə, şəriətdən olmayan şeyləri daxil etmişlər. Yəhudilər üçün 

özlərini  zahirən  İslamda  göstərərək  böyük  bir  dövrdə  bu  rəvayətləri  yaymaq  fürsəti 

olmuşdur. 

Həqiqətən  də  hədislərin  yazılmasının  qadağan  olması  əsr  yarıma  yaxın 

olmuşdur,  sonra  İslam  dünyasında  onların  ölçülüb-biçilmədən  yazılması,  yalançılıq 

və  uydurmaçılığa  münbit  şərait  yaratmış,  yəhudi  və  xristian  din  xadimlərinin  hədis 

demələrinə  yer  ayrılmış,  yəhudilik  bidətinin  və  xristianlığın  dəyərsiz  fikirlərinin, 

həmçinin,  məcusi  əfsanələrinin  müsəlmanlardan  olan  sadəlövhlərin  aldadılması  ilə 

yazılmışdı. İddia edilir ki, Əhməd bin Hənbəl bir milyona yaxın hədis əzbərləmişdi. 

Buxarinin beş yüz min hədis əzbərlədiyi xəyal edilir. Kim Peyğəmbərin (s) Məkkə və 

Mədinədəki  həyatında  onunla  birlikdə  peyğəmbərlik  yükünü  öz  çiynində 

daşımışdı.”

1493


 

Cəfər  Sübhaninin  burada  söylədiyi  fikirlər  içərisində  maraqlı  cəhətlərdən  biri 

budur  ki,  Peyğəmbərdən  (s)  sonra  hakimiyyətə  gələn  xəlifələrin  hədislərin 

yazılmasını  qadağan  etmələri,  hədis  uydurmaq  üçün  əlverişli  şərait  yaratmışdı. 

Doğrudan  da  hədislərin  yazılması  yasağımüsəlmanları  həqiqi  Peyğəmbər  (s) 

hədislərindən uzaq salmışdı. Bu boşluqdan lazımınca yararlanan yəhudi və xristianlar 

öz cəfəng ideyalarını İslama bulaşdırdılar. Bu və ya digər məqamları incələyən əhli-

sünnə alimi Süyuti yazır: “Səhih əsərlərin yazılmasından əvvəl kitablar sağlam ruhda 

idi,  orada  səhihlə  birlikdə  digərləri  də  var  idi.  Əsərlərsəhabələrin  və  böyük 

tabeunların  dövründə  tədvin  edilməmişdi  və  tərtib  olunmamışdı.  Çünki  onlara  ilk 

olaraq  hədisləri  yazmaq  qadağan  edilmişdi-  necə  ki,  Müslimin  “Səhih”ində  sübut 

olunmuşdu-Quranla  qarışmağın  qorxusuna  görə  belə  idi.  Çünki  onların  əksəriyyəti 

yazını  yaxşı  bilmirdilər.  Elə  ki,  alimlər  böyük  şəhərlərdə  intişar  tapdılar  bidətlər 

çoxaldı,  səhabələrin  sözləri,  tabeunların  və  digərlərinin  fətvaları  sağlam  şəkildə 

tədvin  olundu.  İlk  olaraq  onları toplayan, Məkkədə İbn Cüreyc, Mədinədə İbn  İshaq 

və Malik olmuşdur...”

1494

 

 Cəfər Sübhani yazır: “Süyuti öz sözündə bəzi şeylərə işarə etmiş, amma yəhudi 



və  xristian  rahiblərinin  müsəlmanların  içərisindəki  mövcudluğuna  işarə  etməmişdi. 

Halbuki  onlar  yalanları  və  çürük  fikirləri  müsəlmanların  içərisində  yaymışlar.  O, 

tədvin  işinin  İbn  Cüreyc  və  ondan  sonrakı  dövrdə  olduğunu  açıqlayır.  İbn  Cüreyc 

ikinci  əsrin  hədisşünaslarındandır  və  Abbasilər  dövründə  hicri  150-ci  ildə  vəfat 

etmişdi. 

Şiə firqəsindən olan qülatlar batil hədislər qeyd etmiş, onları da rical alimləri öz 

əsərlərində qeyd etmişlər. Buna misal Məhəmməd bin Əbu Zeynəbi göstərmək olar. 

                                                 

1493

 Cəfər Sübhani, , səh. 121 



1494

 Əllamə Süyuti, Tədribür-ravi, c. I, səh. 66 




[418] 

 

O, Əbil-Xəttab adıyla məşhurdur. Hətta Əbu Əmr əl-Küşşi demişdi: “Fəzl bin Kaşan 



bəzi kitablarında deyir: o, yalançı məşhurlardandır.”

1495


 

Nə yaxşı ki, Peyğəmbərin (s) sünnəsi uydurmalardan təmizlənmiş, tədqiqatçılar 

mövzu hədislər haqqında kitablar yazmışlar.”

1496


 

 

7.3.MÖVZU HƏDİSLƏR HAQQINDA YAZILMIŞ MƏŞHUR ƏSƏRLƏR 



 

Hədis  ədəbiyyatı  tarixində  məşhur  adlar  altında  yazılmış  əsərlərdən  bir  qrupu 

uydurma  hədislərlə  əlaqədar  yazılmış  kitablardır.  Bu  əsərlərin  adları  “mövzuat” 

adlanır. Bu haqda əsər qələmə alan müəlliflər çoxdur. Onlardan bəzilərini qeyd etmək 

olar. 

1.

 

Təzkirətül-mövzuat 

Bu  əsərin  müəllifi  Məhəmməd  bin  Tahir  bin  Əli  bin  Əhməd  əş-Şeybani  əl-

Məqdisidir (öl. 507 h. / 1113 m.) 

2.

 

əd-Dürrul-mültəqat fi təbyini ğalat və nəfyil-lağat 

Bu əsəri Həsən bin Məhəmməd əs-Səğani yazmışdır. 



3.

 

Kitabül-mövzuat minəl-əhadisil-mərfuat 

Bu kitabın müəllifi Əbdürrəhman bin Əbülhəsən Əli bin Məhəmməd bin Ömər 

Əbülfərəc İbn əl-Cövzidir (öl. 597 h. /1200 m.). 

4.

 

Əl-Müğni anil-hifz vəl-kitab bi qəvlihim ləm yəsihha şeyun fi həzəl-bab 

Bu əsərin müəllifi Ömər bin Bədr bin Səid bin Məhəmməd əl-Hənəf Zi Yəuddin 

Əbülhəfs  Məvsuli  (öl.  622  h.  /1225  m.)  hesab  olunur.  Ümumiyyətlə  əl-Mavsulu  bu 

sahədə  daha  çox  əsər  yazan  müəlliflərdəndir.  Onun  aşağıdakı  iki  əsəri  də  bu  elmin 

qaynaqlarındandır: 

5. Əl-Aqidatüs-səhiha fil-mövzuatis-sariha. 

6. Marifətül-vüquf aləl-məvquf. 

7. Risalə fi əhadisil-mövzua. 

Bu əsərin müəllifi isə Həsən bin Məhəmməd bin Həsən bin Heydər bin Əli bin 

İsmayıl əl-Hindi əs-Səğani (öl. 650 h. / 1252 m.) hesab olunur. 

8.

 

Risalə fi əhadisil-mövzua. 

Bu əsəri, Əhməd bin Əbdülhəlim bin Əbdüssəlam bin Abdullah bin Məhəmməd 

Təqyüddin İbn Teymiyyə (öl. 728 h. / 1328 m.) yazmışdı. 

9.

 

Risalə fi əhadisil-ləti yərvihəl-qəssasin. 

Bu əsəri də, İbn Teymiyyə yazmışdı. 



10.

 

Xatimətu sifris-səadət. 

Bu əsəri Məhəmməd bin Yəqub bin Məhəmməd bin Ömər əş-Şirazi Məcudiddin 

əl-Firuzabadi (öl. 817 h. / 1415 m.) yazmışdı.  

11.

 

əl-Ləalil-məsnua fil-əhadisil-mövzua. 

Bu  əsəri  isə  Əbdürrəhman  bin  Əbi  Bəkr  bin  Məhəmməd  Cəlaləddin  əs-Süyuti 

(öl. 911 h. / 1505 m.) yazmışdı. 

12.

 

əl-Əhadisüd-dəxilə. 

                                                 

1495

 Əbul-Xəttab, Yunus bin Zibyan, Yezid əs-Saiğ və Əbu Sumeyyə, Şəhid əs-Sani, ər-Riayə fi elmid-dirayə, səh. 160 



1496

 Üsulul-hədis və əhkamuhu, səh. 122 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə