Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə196/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   191   192   193   194   195   196   197   198   199

[421] 

 

5.



 

Tarixi vaxtların uyğun gəlməməsi. 

Mövzu  hədislərin  tanınmasında  ən  aşkar  yollardan  biri  də  tarixi  zamanlara 

uyğun  gəlməyən  hədislərin  mövzu  adlanmasıdır.  Belə  ki,  buna  bariz  şəkildə  təmas 

edən  aşağıdakı  hədisi  göstərmək  olar:  “Üfeyr  bin  Madan  (öl.  VIII  miladi  əsrin 

ortaları) deyir: Ömər bin Musa (öl. 774 m.) Humsa gəldiyi zaman məscidə gedərək 

ətrafına toplaşdıq. O, tez-tez “Saleh şeyxiniz mənə rəvayət etdi” sözünü təkrarlayırdı. 

Mən buna dözə bilməyərək “bu saleh şeyximiz kimdir?” dedim. O, şeyximizin Xalid 

bin  Madan  olduğunu  öyrənincə  “onunla  nə  zaman  görüşdünüz?”  dedim.  O,  dedi: 

“726-cı ildə Erməniyyə qəzasında”. Mən dedim: “Ey şeyx, Allahdan qorx, Xalid bin 

Madan  722-ci  ildə  vəfat  etdi.  Sən  isə  ondan  onun  ölümündən  dörd  il  sonra 

görüşdüyünü iddia edirsən. Üstəlik o, heç bir zaman Erməniyyədə savaşmamışdı.” 

 

6.



 

Mövcud olan mötəbər kitablarda olmaması. 

Hədislərin  mövzu  olduğunu  tanıdan  əlamətlərdən  biri  də  əldə  mövcud  olan 

mötəbər və səhih hədis əsərlərində həmin hədisin mövcud olmamasıdır.

1501


 

 

7.



 

Məsum İmamın (ə) tənqid etməsi. 

Əgər Əhli-beyt  imamları (ə) hər hansı bir hədisi tənqid edib haqqında pis söz 

söyləyərsə, sözsüz ki, bu hədis uydurma hesab ediləcəkdir. Çünki Peyğəmbərdən (s) 

gələn hədislərin doğru olub-olmaması ən yüksək şəkildə onlara bəllidir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

VIII FƏSİL 



 

                                                 

1501

 geniş məlumat üçün bax: Y. Kandemir, Mövzu Hədislər, səh. 176-186, T Koçyigit, Hədis istilahları, səh. 226-228, 



İbn Salah, Ülumul-hədis, Zəhəbi, Mizanül-etidal, c. II, Süyuti, Tədribür-ravi, c. I, Əllamə Əmini, əl-Qədir, c. V və s. 

mənbələrə. 




[422] 

 

ZƏİF HƏDİSİN MƏNFİ TƏSİRLƏRİ VƏ ONA ƏMƏL EDİLİB-



EDİLMƏMƏSİ PROBLEMİ 

 

8.1.ZƏİF HƏDİSLƏRİN İSLAMA VURDUĞU ZİYANLAR 

 

Peyğəmbərin  (s)  vəfatından  (632  miladi)  sonra  ortaya  çıxan  hadislər  içərisində 



ən  dəhşətlilərindən  biri  hədislərin  yazılması  və  nəql  edilməsinin  qadağan  olmasıdır. 

Bu elə bir dəhşətli fitnə oldu ki, vahid İslam dini müxtəlif məzhəblərə və təriqətlərə 

parçalandı, yad mədəniyyətlər, adət-ənənələr İslam mədəniyyətinə, onun təfəkkürünə 

qarışdı və bunların da nəticəsində bir qrupmüsəlmanlar dindən çıxdı və yaxud da tam 

İslama yad olan ideologiya girdabında sərgərdan qaldı. Hədislərin yazılması və nəql 

edilməsi qadağan olduqda təbiidir ki, yad təfəkkürlər İslama qarışacaq və onun təməl 

prisnislərini  sarsıdacaqdır.  Bu  belə  də  oldu.  Müsəlmanların  Əhli-beytdən  (ə) 

uzaqlaşmağı,  onların  hədislərinin  qadağan  olması,  münafiqlər  üçün  bir  bəhanə  oldu 

və onlar bundan sui-istifadə edərək çoxlu sayda hədis uydurdular. Bu fəsilə aid olan 

məqamları diqqətlə incələyən dahi Quran təfsirçisi və məşhur İslam filosofu Əllamə 

Təbatəbai  yazır:  “...Peyğəmbər  (s)  vəfat  etməsinin  ardınca  bilinən  xilafət  hadisəsi 

ortaya çıxdı. Xilafətlə əlaqədar olaraq ortaya çıxan ixtilaf, mövcud ixtilaf qapılarına 

bir daha da əlavə etdi... Dalbadal gələn fəthlər bir xarakter də çıxardı. Nəbəvi tərbiyə 

nəticəsində  məhv  edilmiş  ərəb  cahiliyyə  xarakterini,  yəni  qürur  və  böyüklüyü  üzə 

çıxardı.Artıq  ərəblərdə  də  təkəbbür  və  böyüklük  ruhu  baş  qaldırdı.  Yavaş-yavaş 

onların  xüsusi  xarakterlərinə  çevrildi.  Bunun  ən  bariz  misalınıİslam  ümmətinin 

ərəblər və məvalilər (kölələr) şəkilində ikiyə bölünməsidir. 

Dövrünün  Şam  valisi  Müaviyəmüsəlmanlar  arasında  Bizans  kralı  və  bir 

imperator  kimi  davranırdı.  Bunun  kimi  tarixin  İslam  ordularıyla  əlaqədar  olaraq 

anlatdığı daha bir çox işlər göstərilə bilər... 

...Hədis isə bəlli bir yayğınlıq qazanmışdı. Hədis nəql etmə və əzbərləmə işi bir 

çox kişinin məşğuliyyət halına gəlmişdi. Belə ki, Ömər bin Xəttab çox hədis rəvayət 

edən  bəzi  səhabələrə  bu  işi  qadağan  etmişdi.  Əhli-kitaba  mənsub  bəzi  kimsələr 

dəİslama girmişdilər. Hədisçilər kitablarında keçən bir çox xəbəri peyğəmbərləri (ə) 

və ümumiyyətlə bununla bağlı qissələri onlardan öyrənmişdilər. Bunları əzbərləyir və 

sonra  da  onu  Peyğəmbərin  (s)  hədisləriylə  qatışdırırdılar.  Bu  sırada  hədis 

uydurmaq,rəvayətləri  təhrif  etmə  işi  də  öz  fəaliyyətini  göstərirdi.  Bu  gün  əlimizdə 

olanİslamın  ilk  dönəmində  səhabədən  və  onların  rəvayətlərindən  nəql  edilən  bir  çox 

qəti hədislər içində açıqca Quranla müxalif hədislərə çox rast gəlinir. Bunun səbəbləri 

isə baçlıca üç halda dəyərləndirilə bilər: 



1.  XalqınPeyğəmbərin  (s)  səhabələrinə  və  onlardan  hədis  rəvayət  etməyə 

verdikləri  yüksək  dəyər,  səhabəyə  və  səhabədən  nəql  edənlərə  göstərilən  sayğı  və 

üstünlüksəhabələrdən  hədis  almağa  yönəldi.  Bu  mövzuda  o  qədər  irəli  getdilər  ki, 

əhli-kitabdan müsəlman olanların əski dinlərinin qaynaqlarından tapdıqları hekayələri 

də  alıb  nəql  etdilər.  Bu  orada  hədis  nəql  edənlər  arasında  şiddətli  bir  rəqabət  baş 

qaldırdı, önə keçmə və öyünmə xüsusunda bir-birləriylə yarış halındaydılar. 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə