Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə12/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   8   9   10   11   12   13   14   15   ...   199

[27] 

 

2).  Həzrət  Peyğəmbər  (s)  və  digər  Məsumlardan  (ə)  gələn  mütəvatir  hədislər 

hədislərin  yazılmasının  Peyğəmbər  (s)  tərəfindən  əmr  edilməsini  gəstərir.  Həmin 

hədislərdən bir neçəsinə diqqət yetirsək, bu əmrin müsəlmanlar üçün necə də önəmli 

olduğunun  şahidi  olacağıq.  Belə  ki,  Peyğəmbər  (s)  hədislərinin  hifz  olunması 

haqqında və yazılıb gələcək nəsillərə ötürülməsi xüsusunda buyurmuşdur: 

“Mömin  ölən  zaman  üzərində  elm  olan  bircə  vərəqə  qoyub  gedərsə,  həmin 

vərəqə  qiyamət  günü  onunla  cəhənnəm  odu  arasında  bir  pərdə  olacaqdır.  Allah 

təbarəkə  və  taala  o  vərəqədəyazılan  hər  bir  hərf  üçün  həmin  şəxsə  (cənnətdə) 

dunyadan yeddi dəfə geniş olan şəhər verəcəkdir.”

95

 

“Peyğəmbər(s)  üç  dəfə  Allahım  mənim  xəlifələrimə  (ardıcıllarıma)  rəhm  et 



dedikdə,  səhabələr:  Ey  Allahın  Rəsulu!  Sənin  xəlifələrin  (ardıcılların)  kimlərdir  - 

dedilər.  Həzrət  buyurdu:  Mənim  hədis  və  sünnəmə  tabe  olub,  onu  ümmətimə 

öyrədənlər.”

96

 



“Elmi möhkəmləndirin. Soruşdular: onun möhkəmləndirilməsi nə ilədir? Həzrət 

buyurdu: yazılması ilə.”

97

 Həmçinin  bu  hədis  azca  dəyişik  şəkldə  bir  çox  əhli-sünnə 



mənbələrində, o cümlədən İbn Əbdülbirrin “Cameu bəyanil-elm”

98

, Xətib Bağdadinin 



“Təqyidül-elm”

99

,  Sübhi  əs-Salehin  “Hədis  elmləri  və  Hədis  istilahları”



100

və  digər 

əsərlərdə qeyd olunmuşdur. 

Bu  mövzuda  Əli  (ə)  buyurur:  “Allah  bizdən  bir  hədis  eşidib  onu  olduğu  kimi 

nəql  edənin  üzünü  ağartsın.  Az  mübəlliğlər  vardır  ki,  onlar  eşidilənlərdən  daha 

diqqətlidirlər.”

101

 

Həmmad  bin  Səlmə  Məhəmməd  bin  İshaqdan,  o,  Amr  bin  Şüeybdən,  o, 



atasından, atası da onun babasından rəvayətedir: 

“Ey Allahın Rəsulu! Səndən eşitdiklərimin hamısını yazımmı? dedim.  

Həzrət buyurdu: Bəli.  

Dedim: qəzəbli və sakit olduğunuz halda yaza bilirəmmi?  

Həzrət  buyurdu:  Bəli,  mən  heç  bir  vaxt  həqiqətdən  başqa  bir  şey 

söyləmərəm.”

102

 

Həmçinin  bu  hədis  Abdullah  bin  Amr  vasitəsiylə  HakimNişapurinin  “əl-



Müstədrək”

103


,  İbn  Qüteybənin  “Təvilu  müxtəlifil-hədis”

104


,  Əhməd  bin  Hənbəlin 

“Müsnəd”


105

,  İbn  Salahın  “Hədis  elmləri  və  Hədis  istilahları”

106

 və  digər  alimlərin 



əsərlərdə də qeyd olunmuşdur. 

                                                 

95

Əllamə Məclisi, Biharül-ənvar, Beyrut çapı, c. II, səh. 532 



96

 həmin mənbə, c. II, səh. 431 

97

həmin mənbə c. II, səh. 432 



98

c. I, səh. 72 

99

səh. 69 


100

səh. 17 


101

Biharül-ənvar, c. II, səh. 441 

102

 həmin mənbə, c. II, səh. 433  



103

c. I, səh. 105 

104

səh. 365 



105

 cild III, səh. 207 

106

səh. 22 



[28] 

 

Həmçinin  hədislərin  yazılıb  qorunması  məsum  imamlar  (ə)  tərəfindən  də  təkid 



edilmişdir. Əli (ə) buyurub: 

“Bir hədisi nəql etdiyiniz zaman onun sənədini də zikr edin. Əgər o hədis doğru 

olsa (savabı) sizin, yalan olsa (günahı) onu nəql edənin üzərindədir.”

107


 

İmam  Sadiq  (ə)  buyurub:  “Ey  Cabir!  Halal  və  haram  haqqında  sənə  yetişən 

doğru bir hədis sənin üçün Günəş çıxandan batanadək üzərinə şüa saldığı hər şeydən 

xeyirlidir.”

108

 

İbn Təğlib İmam Sadiqdən (ə) nəql edir: 



“Bizə olunan zülm üçün kədərlənmək təsbihdir, nəfsin bizim üçün kədərlənməsi 

ibadətdir, bizim sirrmizi gizlətmək Allah yolunda cihaddır. Sonra Əbu Abdullah dedi: 

“Bu hədisi qızıl su ilə yazmaq gərəkdir.” 

“İnsanların  dərəcələrini  onların  bizdən  nəql  etdikləri  hədislərin  miqdarı  ilə 

tanıyın.”

109


 

“Bizim  sözlərimizi erab edin (açıqlayın). Çünki biz ən fəsih camaatıq.”

110

 

“Yazın! əgər əzbərlədiklərinizi yazmasanız unudacaqsınız.” 



“Qəlb yazı ilə danışır.”

111


 

Rəvayət  edilir  ki,  Ənsardan  bir  kişi  Peyğəmbərin  (s)  məclisində  oturub  o 

Həzrətdən  (s)  hədis  dinlyərdi.  Hədislər  onun  xoşuna  gəlsədə,  onları  əzbərləyə 

bilmirdi.  Bu  halı  Peyğəmbərə  (s)  şikayət  etdikdə,  Həzrət  (s)  buyurdu:  “Sağ  əlindən 

kömək al!”

112


 

Peyğəmbər  (s)  buyurub:  “Hər  kəs  məndən  bir  hədis  rəvayətetsə  və  bilsə  ki,  o 

hədis yalandır, həmin şəxs də yalançılardan biri hesab olunur.”

113


 

Bu  və  ya  digər  hədislərdən  göründüyü  kimi  bütün  Məsumlar  (ə)  hədislərin 

yazılıb qorunmasını təkid etmişlər. 

3).Qurani-kərimlə hədislərin bir-birinə qarışması qeyri-mümkün bir işdir. Çünki 

Qurani-kərim  ecazkar  bir  kalam  olub  vəhy  yolu  ilə  və  vasitə  əsasında  nazil 

edilmişdir.  Hədislər  isə  bəşər  övladı  olan  bir  Peyğəmbərin(s)  kalamıdır  və  Quranla 

onun  dediklərinihər  baxımdan  bir-birindən  seçmək  çətin  bir  iş  deyil.  Həmçinin  artıq 

Peyğəmbərin (s) dövründə Quran cəm olmuşdu, hər ayə və surə öz yerini tutmuşdu. 

Belə olan halda hədis və Quranın bir-birinə qarışması mümkün deyil.  



4).  Peyğəmbər  (s)  zamanında  yazılan  səhifələr  də  Əbu  Səid  əl-Xudridən  gələn 

hədisin  əsassız  olduğunu  sübut  edir.  Belə  ki,  o  Həzrətin  (s)  dönəmində  Əli  bin  Əbu 

Talib (ə), Salmani-Farsı, Həzrət  Fatimə (ə) və digər şəxslər hədis yazmışlar. 

Yuxarıda göstərilən bu və ya digər sadə dəlillərdən məlum oldu ki, Peyğəmbərin 

(s) sağlığında heç bir şeyin yazılmamış olduğu xüsusunda irəli sürülən hər hansı bir 

                                                 

107

Biharül-ənvar, c. II, səh. 531 



108

 həmin mənbə, c. II, səh. 532 

109

 həmin mənbə, c. II, səh. 435 



110

həmin mənbə, c. II, səh. 436 

111

 həmin mənbə, c. II, səh. 435 



112

 həmin mənbə, c. II, səh. 436. Həmçinin bu hədis Xətib Bağdadinin Təqyidül-elm, səh. 67, Sünəni-Tirmizi, c. II, səh. 

111, Xəttabinin  Məalimüs-sünən c. IV, səh. 184, İbn Salahın Hədis elmləri  və  Hədis  istilahları, səh. 18 kimi  mötəbər 

hədis qaynaqlarında da qeyd edilmişdir. 

113

Biharül-ənvar, c. II, səh. 440 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə