Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə20/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   16   17   18   19   20   21   22   23   ...   199

[43] 

 

ehtiva  edən  bir  kitab  buraxacağam,  amma  doğrusu  bu  hədislər  mənə  rəvayətedildiyi 



şəkildə olmayacaq və bunları rəvayətetmiş olacağam, bu isə doğru deyildir.”

186


 

 

19). Ömər bin Xəttab 

Qaynaqların  verdiyi  məlumata  görəÖmər  bin  Xəttab  Həzrət  Peyğəmbərin  (s) 

hədislərinin  bir  yerə  toplamaq  üçün  rəsmi  tədbirlər  düşünmüşdür.  Bunun  üçün 

səhabələrin  ən  böyükləri  ilə  məşvərət  etmiş,  məşvərət  etdiyi  insanların  hamısı 

hədislərin  tədvininin  zəruri  olduğunu  desələrdə,  Ömər  bunlarla  razılaşmayıb 

fikrindən dönmüşdür.

187


 

Bu  mövzuda  mühəddis  Mömər  bin  Raşid  (öl.153)  Zöhri  təriqi  ilə  Ürvədən  bu 

xəbəri  nəql  etmişdir:  “Ömər  hədisləri  bir  kitab  halında  yazmağı  niyyət  etmişdi.  Bu 

xüsusda Peyğəmbərin (s) əshabi ilə məşvərət etdi. Səhabə hədislərin yazılması fikrini 

qəbul edirdi. Ömər bir aylıq istixarəyə çəkildi. Bir gün necə qərar verəcəyi xüsusunda 

Allahın  ilhamı  ilə  ortaya  çıxdı.  Ömər  dedi:  sizdən  öncə  yaşayan  və  kitablar  yazan 

millətlər bu yazdıqları kitablarla o qədər çox məşğul oldular ki, Allahın kitabını tərk 

etdilər. Allaha and içirəm ki,mən Quranla heç bir şeyi qarışdırmayacağam.”

188

 

 



20).Əsbəğ bin Nübatə əl-Məcaşi 

Onu  İmam  Əlinin  (ə)  xüsusi  dostlarından  və  tabeunun  görkəmli 

şəxsiyyətlərindəndir.  O,  Əlidən  sonra  da  uzun  müddət  yaşamışdır.  Əsbəğ  İmamdan 

(ə) onun “Əhd lil-Əştər” əsərini rəvayət etmişdir.

189

 

Şeyx  Tusinin  verdiyi  məlumata  görə  Əsbəğ  bin  Nübatənin  “Məqtəlül-Hüseyn 



bin  İmam  Əli  (ə)”  adlı  bir  əsəri  olmuşdur.  Bu  əsəri  ondan  əd-Duri  adlı  şəxs  nəql 

etmişdir


190



 



21).Səlim bin Qeys əl-Hilali 

O,  İmam  Əlinin  (ə)  ən  yaxın  səhabələrindən  biri  olmuşdur.  Əlidən  (ə)  çoxlu 

rəvayətlər  edən  Hilali  “Cəlilün  Əzim”  adlı  bir  əsər  də  qələmə  almışdır.

191


 Əsərdə 

müəllif  imamətin  Allah  tərfindən  təyin  olunması  məsələsinə  toxunmuş  və  burada 

imamətin isbatına çalışmışdır. Bu əsər İslam dünyasında ən qədim əsər hesab olunur. 

Əsər doğma dilimizə tərcümə olunmuşdur. 

Səlim bin Qeys Həccac bin Yusif Kufədə vali olduğu vaxt öldürülmüşdür. 

 

22).Meysəm ət-Təmmar 

                                                 

186


Təzkirətül-hüffaz, c. I, Həmmam  bin Münəbbihin səhifəsi, səh. 39, Ali Yardım, Hədis I-II, səh. 30, Sübhi  əs-Saleh, 

Hədis elmləri və Hədis istilahları, səh. 26 

187

Ali Yardım, Hədis I-II, səh. 30 



188

Həmmam bin Münəbbihin səhifəsi, səh. 39, Xətib əl-Bağdadi, Təqyidül-elm, c. I, səh. 49 və s. mənbələr 

189

 Şeyx Tusi, əl-Fihrist, səh. 85, Seyid Həsən əs-Sədr, əş-Şiə və fünunil-islamiyyə, səh. 161 



190

 Şeyx Tusi, əl-Fihrist, səh. 85 

191

 həmin mənbə, səh. 114, rəqəm-1136 




[44] 

 

Meysəm bin Yəhya Əbu Saleh Təmmar İmam Əlinin (ə) ən yaxın dostlarından 



və  sirdaşlarından  olmuşdur.  Onun  “Kitab  fil-hədis”  adlı  məşhur  bir  əsəri  olmuşdur. 

Onun bu əsərindən Şeyx Tusi, Şeyx Əbu Amr əl-Küşşivə Təbəri rəvayət etmişlər.

192

 

 



23.Məhəmməd bin Qeys əl-Cəbəli 

Onun İmam Əlidən (ə) nəql etdiyi bir kitabı olmuşdur.

193

 Şeyx Tusi onun kitabı 



haqqında məlumat vermiş və ondan rəvayət etmişdir. 

 

24.Abdullah bin Hürr əl-Cəfi 

O, tabeunun böyük alimlərindən və məşhur hədisşünaslarındandır. Onun İmam 

Əlidən  (ə)  çoxlu  sayda  rəvayətləri  vardır  ki,  şiə  alimləri  də  bu  rəvayətlərin  bir 

hissəsini öz əsərlərində nəql etmişlər. əl-Cəfi həm də öz dövrünün tanınmış ədib və 

şairlərindən olmuşdur. 

Muxtar  Səqəfinin  zamanında  (680-cı  ilin  ortalarında)  ölən  əl-Cəfini  Nəcaşi 

birinci təbəqədən olan şiə müsənniflərdən saymışdır.

194

 

 



25.Rəbiə bin Səmi 

Onun  “Zəkatün-niəm”  adlı  məşhur  bir  əsəri  olmuşdur.  O,  tabeunun  böyük 

şəxslərindəndir.

195


 

Həzrət  Peyğəmbərin  (s)  dövründə  yazılan  səhifələr  bizə  bir  daha  əsas  verir  ki, 

hədislərin yazılması heç vaxt Peyğəmbər (s) tərəfindən qadağan edilməmiş, bəlkə bir 

qrup qərəzli insanlar tərəfindən ortalığa atımış bir siyasi manevr olmuşdur. Şübhəsiz 

ki,  hədislərin  yazılması  yasaq  edilsəydi,  bu  qədər  səhabə,  xüsusilə  də  o  Həzrətin  (s) 

Əhli-beyti (ə) bu qədər hədis toplamazdılar. 

Hədislərin  Qurani-kərimlə  qarışması  isə,  əvvəldə  qeyd  etdiyimiz  kimi 

mümkünsüzdür.  Çünki  Qurani-kərimin  özünəməxsus  ecazkarlığı  vardır  ki,  bunu  biz 

hədislərdə  görmürük.  Deməli,  Qurani-kərimin  hədislərlə  qarışması  mümkün  bir  iş 

deyil. 


 

2.3.PEYĞƏMBƏRİN (S) ƏMRİ İLƏ YAZILAN RƏSMİ VƏ QEYRİ-

RƏSMİ VƏSİQƏLƏR 

 

Hədistarixindənbizəməlumdurki, 



HəzrətPeyğəmbərin 

(s) 


elməvəmaarifətəşviqinəticəsindəonunsağlığındabirçoxsəhabələrondaneşidib-

dinlədikləri 

hədisləriyazmışdılar. 

Onlarınminbirəziyyətləyazıbtədvinetdikləribuçalışmaları“Səhifə”adıaltındatanınmaqd

adır. Artıqbizsəhifəsahibiolanbirneçəsəhabənitanıdıq. 

İndiisəHəzrətPeyğəmbərin  (s)  əmriiləyazılanvəsiqələrənəzəryetirməklazımdır. 

MəşhurİslamalimProf. 

Dr. 


                                                 

192


 Şeyx Tusi, əl-Amal, səh. 148, əl-Kəşşi, İxtiyari mərifətir-rical, c. I, səh. 292, Təbəri, Bəşarətül-Mustafa, səh. 143 

193


 Ağa Bozorg Tehrani, əz-Zəriə ilə təsanifiş-şiə, c. XVII, səh. 153 

194


 Nəcaşi, Rical, c. I, səh. 71 

195


 Ağa Bozorg Tehrani, əz-Zəriə ilə təsanifiş-şiə, c. XII, səh. 42 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə