Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə19/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   15   16   17   18   19   20   21   22   ...   199

[41] 

 

rəvayətlər kifayət qədərdir. Amma bununla yanaşı onun səhifəsinin necə qeyb olması 



(itib-batması) məlum deyildir. 

Onun tələbəsi Səid bin Cübeyr rəvayət edir ki, “hədis yazmaq üçün İbn Abbasın 

yanına gəlirdim. Bəzən elə olurdu ki, kağızım tükənir, ayaqqabılarıma, o da dolarsa, 

ovcuma yazardım.”

169

 

 



11). Cabir bin Abdullah 

Cabir  bin  Abdullah  Peyğəmbərin  (s)  sahabələrindən  olub,  o  Həzrətdən  (s) 

eşitdikləri  hədisləri  yzmağa  başlamışdır.  İbn  Səd  “Təbəqat”  adlı  əsərində  Cabir  bin  

Abdullahın da bir səhifəsi olması haqqında məlumat verir.

170

 

Görkəmli hədisşünas Müslim bin  Həccac bu əsərin  “Mənasiku-həcc” haqqında 



olduğundan  bəhs  edir.

171


 Cabir  bin  Abdullah  həccin  əməlləri  ilə  əlaqədar 

Peyğəmbərdən (s) eşitdiyi xütbələri də burada toplamışdır.

172

 

İbn Həcər əl-Əsqəlani “əl-İsabə” adlı əsərində Cabir bin Abdullahın  Mədinədə 



Məscidi-nəbəvidə  bir  dərs  halqası  qurması  və  burada  tələbələrə  hədis  öyrətməsi 

barədə  məlumatlar  verir.

173

 Məşhur  tabeunlardan  olan  Qətadə  bin  Diamə  əs-Sədusi 



(öl.118),  “Cabirin  səhifəsini  Bəqərə  surəsindən  daha  qüvvətli  olaraq  əzbər 

bilməkdəyəm” deməsi bu səhifənin verdiyi dəyəri ifadə etməkdədir.

174

 

Cabir  bin  Abdullahın  səhifəsi  günümüzə  qədər  gəlib  çatmasa  da,  orada  olan 



hədislərin heç olmasa bir qisminin mövcud hədis kitablarında olması danılmazdır. 

Cabir bin Abdullah hicri 78- cildə vəfat etmişdir.

175

 

 



12).  Səmurə bin Cündəb 

Həzrət  Peyğəmbərin  (s)  səhabələrindən  və  həzrətdən  eşitdikləri  hədisləri 

yazanlardan  biri  də  Səmurə  bin  Cündəbdir.  O,  Peyğəbərdən  (s)  eşitdiyi  hədisləri 

böyük  bir  nüsxədə  toplayıb  və  nüsxədə  olan  rəvayətlər  oğlu  Süleyman  tərəfindən 

rəvayətedilmişdir.

176


 

İbn Şirinin dediyinə görə Səmurə tərəfindən oğulları üçün yazılan bu kitab, bir 

çox elmi ehtiva etməkdədir.

177


 

 

13). Abdullah bin Ömər 

Abdullah bin Ömər bin əl-Xəttabın hədis yazması mütləq şəkildə bilinmir. Buna 

görə  də  bəzi  alimlər  Abdullah  bin  Ömərin  hədis  yazmasını  şübhə  altına  almışlar.

178

 

Lakin  İbn  Səd  “Təbəqat”  adlı  əsərində  Salman  bin  Musa  tərəfindən  nəql  edilən  bir 



                                                 

169


Həmmam bin Münəbbihin səhifəsi, səh. 44 

170


 İbn Səd, ət-Təbəqatül-kübra, c. V, səh. 342  

171


Sübhi əs-Saleh, Hədis elmləri və hədis istilahları, səh. 21 

172


Həmmam bin Münəbbihin səhifəsi, səh. 37 

173


 c. I, səh. 246  

174


Sübhi əs-Saleh, Hədis elmləri və hədis istilahları, səh. 21 

175


həmin mənbə, səh. 21 

176


İbn Həcər, Təhzibüt-təhzib, c. IV, Səmurə bin Cündəb maddəsi 

177


Həmmam bin Münəbbihin səhifəsi, səh. 43, Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 20 

178


Həmmam bin Münəbbihin səhifəsi, səh. 43 


[42] 

 

xəbər  vardır  ki,  burada  Salman  Abdulla  bin  Ömərin  azad  köləsi  Nafiyə  hədis 



yazdırarkən gördüyünü söyləyir. 

 

14). Səd bin Übadə əl-Ənsari 

Məşhur  hədisşünaslardan  olan  Tirmizi  Səd  bin  Übadə  əl-Ənsarinin 

Peyğəmbərdən  (s)  bəzi  hədis  və  sünnələrini  topladığı  bir  səhifəsi  olduğunu  nəql 

edir.


179

 Mənbələrin  verdiyi  məlumata  görə  Xəzrəc  qəbiləsindən  olan  Səd  bin  Übadə 

əl-Ənsari cahiliyyə dövründə oxuyub-yazmağı bilirdi.

180


 Həmçinin Səd bin Übadənin 

Həzrət  Peyğəmbərin  (s)  hədislərini  topladığı  bir  səhifəsidə  olmuşdur  ki,  sonradan 

onun oğlu bu səhifəni rəvayətetmişdir.

181


 

 

15). Abdullah bin Əbu Əfva 

Məhəmməd  bin  İsmayıl  bin  İbrahim  əl-Buxariyə  görə  Abdullah  bin  Əbu  Əfva 

adlı bir səhabə məktub vasitəsi ilə dərs  vermişdir.

182


 

 

16) əl-Müğeyrə bin Şöbə 

Mənbələrin  verdiyi  məlumata  görə  İbn  Şöbə  xəlifə  Müaviyyənin  tələbi  ilə 

Həzrət Peyğəmbərin (s) bəzi sözlərini yazmış və bunları mərkəzə göndərmişdir.

183

 

 



17). Abdullah bin Məsud 

Peyğəmbərin  (s)  səhabələrindən  olmuş  Abdullah  bin  Məsud  Həzrətdən  (s) 

eşitdiyi  hədisləri  yazmış  və  bir  araya  toplamışdır.  Onun  yazdığı  bu  səhifə  sonradan 

mülkü arasında tapılmışdır.

184

 

 



18). Əbu Bəkr bin Əbu Qühafə 

Məşhur səhabə Əbu Bəkr də Peyğəmbərdən (s) eşitdiyi hədisləri yazmışdı. Onun 

Həzrətdən  (s)  eşidib  yazdığı  hədislərin  sayı  beş  yüz  (500)  olmuşdur.  Sonralar  Əbu 

Bəkr  topladığı  hədisləri  yandırmışdı.

185

 əz-Zəhəbi  bioqrafik  əsərində  Qasım  bin 



Məhəmməd  təriqi  ilə  Aişədən  bu  rəvayətiedir:  “Atam  Peyğəmbərin500-ə  qədər 

hədisini  toplamışdı.  Ancaq  bir  gecə  yatağında  çox  rahatsız  oldu.  Bu  halda  məndə 

böyük bir üzüntü yaratmışdı. Ona, hər hansı bir rahatsızlıq səbəbiyləmi, yoxsa almış 

olduğu  hər  hansı  bir  xəbər  üzündənmi  bu  halda  olduğunu  soruşdum.  Ertəsi  gün 

məndən kitabı gətirməyimi istədi, mən kitabı gətirdim, onu atəşə atdı və yandırdı. Nə 

üçün  yandırdığını  soruşduğum  zaman,  mənə  bu  cavabı  verdi:  mən  öldükdən  sonra 

geridə  doğru  gördüyüm  və  etimad  etdiyim  kimsələr  tərəfindən  nəql  edilən  hədisləri 

                                                 

179

Əbu İsa ət-Tirmizi, Sünəni-Tirmizi, kitabül-əhkam bölümü 



180

İbn Səd, ət-Təbəqat, c. III, Səd bin Übadə maddəsi 

181

Həmmam bin Münəbbihin səhifəsi, səh. 43 



182

 həmin mənbə, səh. 42 

183

Səhihi-Buxari, kitabül-azan-4 



184

Həmmam bin Münəbbihin səhifəsi, səh. 45 

185

Təzkirətül-hüffaz, c. I, Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 30 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə