Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə16/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   12   13   14   15   16   17   18   19   ...   199

[35] 

 

dəyərləndirilərsə,  onda  Əlinin  (ə)  əsərlərində,  xüsusilə  də  qılıncının  qınından  asdığı 



səhifənin içində aşağıdakı hökmlərin olduğunu görəcəyik: 

“Fidyə  haqqındakı  hökmlər,  hərbi  əsirlərin  sərbəst  buraxılması  xüsusundakı 

prinsiplər, heç bir  müsəlmanın bir  kafir uğurunda  edam  edilməyəcəyinə dair əhkam, 

yaralama  işlərinə  qarşı  verilən  təzminat,  zəkat  verməyə  əsas  olmaq  üzrə  dəvələrin 

yaşı, Mədinənin hüdudu, birisinin əhdi qardaşının, ağasının izni olmadan bir başqası 

ilə  əhdi  qardaş  olmayacağına  dair  hökmlər,  bir  müsəlman  komandirin  qeyri-

müsəlmanlardan  birinə  verdiyi  zimmətin,  digər  bütün  müsəlmanlar  tərəfindən 

verilmiş  qəbul  ediləcəyinə  və  qanunun  bütün  müsəlmanlara  aid  olacağına”  dair 

hökmlər Əlinin (ə) səhifələrində yer almışdır.”

132


 

Hədisşünas  alimlərin  bir  qrupu  imam  Əlinin  (ə)  səhifəsində  yer  alan  hədislərin 

Əliyə  (ə)  aid  olduğunu  desə  də,  digərlərinin  fikrincə  isə  bu  hədisləri  İmam  Əli  (ə) 

Peyğəmbərdən (s) eşidib yazmışdır.

133

 Həmçinin bir qrup alimlər də imam Əlinin (ə) 



səhifəsini  əslində  həzrət  Peyğəmbərə  (s)  aid  olduğu  və  o  Həzrətin  vəfatından  sonra 

Əliyə  (ə)  keçdiyini  iddia  etmişlər.  Bu  iddianı  təsdiqləyən  prof.  Dr.  M.  Həmdullah 

olmuşdur. 

Buradan məlum olur ki, Həzrət İmam Əli (ə) hələ Peyğəmbər (s) dövründə hədis 

yazmaqla  məşğul  olmuş  və  hədislərin  tədvin  edilməsinə  böyük  əmək  sərf  etmişdir. 

İmam Əlinin (ə) səhifəsi bəzi qaynaqlarda “Kitabu Əli” adı altında zikr edilmişdir.

134

 

 



2) Fatimə bint Məhəmməd (s) və “Müshəf” əsəri 

Fatimə  (ə)  həzrət  Peyğəmbərin  (s)  Xədicəbint  Xüveyliddən  olan  övladıdır. 

Fatimə  (ə)  besətdən  beş  il  sonra  Məkkə  şəhərində  ilahi  vəhyin  nazil  olduğu  və 

müqərrəb  mələklərin  daim  enib-qalxdığı  müqəddəs  bir  evdə  dünyaya  göz  açmışdır. 

Onda əvvəl Peyğəmbərin (s) həzrət Xədicədən (ə) dörd qızı və iki oğlu olmuşdur ki, 

bunlardan ən böyük qızı Zeynəb, digərləri isə Ruqiyyə, Ummu Gülsüm və Fatimədir 

(ə).  Peyğəmbərin(s)  övladları  içərisində  ən  böyüyü  Qasim,  ən  sonuncu  övladı  isə 

İbrahimdir.  Peyğəmbərin  (s)  bu  qədər  övladının  olmasına  baxmayaraq  hamısı  onun 

sağlığında  vəfat  etmiş,  yalnız  həzrət  Fatimə  (ə)  sağ  qalmışdır  ki,  Allah  da  onun 

vasitəsi ilə Peyğəmbərin (s) nəslini davam etdirmişdir. 

Peyğəmbər  (s)  evində  böyüyüb  boya-başa  çatan  Fatimə  (ə)  atasının  sevgi  və 

sayğısı  altında  öz  mənəviyyatını  və  elmini  ilahi  vəhy  əsasında  əldə  etmişdir. 

Həmçinin  onun  doğuşunu    Allah  öz  Peyğəmbərinə(s)  vəhy  yolu  ilə  bildirmiş  və 

“Kövsər”  surəsini  Fatimənin  (ə)  adına  nazil  etmişdir.  Buna  görə  də  əksər  təfsir 

alimləri  adı  keçən  surədə  “Həqiqətən  biz  sənə  kövsəri  əta  etdik”

135

 ayəsindəki 



“Kövsərin”  Fatimə (ə)  olduğunu qeyd  edirdilər. Bu haqda Əllamə Təbatəbai  yazır: 

“Əgər  kövsər  sözü  ilə  Peyğəmbərin  (s)  nəslinin  Fatimə  (ə)  yolu  ilə  davam  etməsi 

nəzərdə  tutulmasaydı,  üçüncü  ayənin  mənası  olmazdı.”

136


 Həmçinin  “Təfsiri-

                                                 

132

Ali Yardım, Hədis-I-II, səh. 31 



133

S. S. Rəşadi, Hədis elmi, səh. 20 

134

Həsən əs-Sədr, Təsisüş-şiə, səh. 35 



135

 Kövsər-1 

136

Təfsirül-mizan, c. XX, Kövsər surəsinin təfsiri 




[36] 

 

müstənəd”  müəllifi  bu  surənin  təfsirindəyazır:  “Kövsər  dedikdə  çoxlu  xeyir  olan 



Fatimə  (ə)  və  onun  övladları  nəzərdətutulmuşdur  ki,  həm  kəmiyyətcə,  həm  də 

keyfiyyətcə  böyük  xeyirdir  və  yer  üzünün  zinətidirlər.  Peyğəmbər  (s)  buyurmuşdur: 

“Allah taalamənim nəslimlə  yer üzünə zinət  vermişdir  və mənim nəslim   İmam Əli 

(ə), Fatimə (ə), Həsən (ə),  Hüseyn (ə) və onların övladlarıdır.” 

Bəlkə  də  elə  bunun  nəticəsidir  ki,  Peyğəmbər  (s)  Fatiməyə  (ə)  yüksək  qayğı 

gödtərmiş və onun haqqında aşağıdakı ifadələri söyləmişdir: 

“Fatimə  məndən  bir  hissədir,  hər  kəs  onu  qəzəbləndirsə,  məni 

qəzəbləndirmişdir.” 

“Fatimə cənnət qadınlarının rəhbəridir.”

137


 

Əvvəlində  də  qeyd  etdiyimiz  kimi  Peyğəmbərin  (s)  dövründə  istər  onun  ailə 

üzvlərindən, istərsə də yaxın səhabələrindən bir qismi  ondan eşitdiklərini yazmış və 

onu  qoruyub  saxlamağa  müvəffəq  olmuşlar.  Şübhəsiz  ki,  belə  şəxslərdən  biri 

dəPeyğəmbərin  (s)  sevimli  qızı  Fatimədir  (ə).  O,  atasından  eşitdiyi  hədislərin  bir 

qismini yazmış və onları özündən sonra övladlarına irs qoymuşdur. Onun yazdığıvə 

imamlar  tərəfindən  qorunaraq  br-birlərinə  ötürdükləri  səhifənin  adı  “Müshəfi-

Fatimə”dir. 

Mənbələrin  verdikləri  məlumata  görə  bir  gün  bir  nəfər  həzrət  Fatimənin  (s) 

yanına gəlib dedi: “Ey Peyğəmbərin (s) qızı! Peyğəmbərin (s) sənə verdiyi və hazırda 

bir yerdə qoruyub saxladığın bir şey varmı? Fatimə (ə) dedi: “Ey cariyə! O ipək bezi 

(yazılı vəsiqəni) gətir”. Cariyə onu axtardı, lakin tapa bilmədi. Fatimə (ə) dedi: “vay  

olsun  sənə!  onu  axtar,  çünki  o  mənim  üçün  Həsən  və  Hüseyn  qədər  qiymətlidir. 

Cariyə onu axtardı və nəhayət süpürüb atdığını yadına saldı. Onu  atdığı yerdən tapdı. 

O  vəsiqənin  üzərində  bunlar  yazılmışdır  Məhəmməd  peyğəmbər  (s)  dedi:  öz  

qonşusunu himayə  etməyən və qonşusu ondan əmin olmayan şəxs mömin sayılmaz. 

Allaha  və  axirət  gününə  inanan  kimsə  qonşusuna  əziyyət  verməz.  Allah  və  axirət 

gününə  inanan  şəxs  ya  xeyir  danışsın,  yaxudda    sussun.  Çünki  Allah  xeyiri  sevir. 

Allah  həlimdir,  çirkinlikdən  uzaqdır.  Həyasızlıqdan,  üzsüzlük  edib  istəməkdən, 

israrla dilənməkdən xoşu gəlməz. Həqiqətən həya imandandır. İman isə cənnətdədir. 

Həyasızlıq isə alçaqlıqdan qaynaqlanır. Alçaqlıq da cəhənnəmdədir.”

138


 

Buradan belə məlum olur ki, Fatimə (ə) öz atasından eşidib dinlədiyi hədislərin 

bir  hissəsini  yazmış  və  onun  qorunub  saxlanması  üçün  böyük  əmək  sərf  etmişdir. 

Hətta rəvayətdən belə başa düşülür ki, bu vəsiqənin Fatimənin (ə) yanında çox böyük 

əhəmiyyəti olmuş və onu atasından qalan müqəddəs kəlmələr hesab etdiyinə görə iki 

əziz oğludan üstün tutmuşdur. 



3) Əbu Rafe əl-Qibtinin “Kitabüs-sünən vəl-əhkam vəl-qəzaya” əsəri 

Həzrət  Peyğəmbərin  (s)  ən  yaxın    səhabələrindən  biri  də  Əbu  Rafe  olmuşdur. 

Onun  adı  haqqında  müsəlman  alimləri  müxtəlif  fikirlər  söyləmişlər.  Bəziləri  onun 

adının İbrahim, bəziləri isə Müslim alduğu qənaətindədirlər.

139

 

                                                 



137

Səhihi-Buxari c. II, fədail fəsli 

138

Küleyni, Üsuli-kafi, c. I, müqəddimə fəsli 



139

 Seyid Həsən əs-Sədr, əş-Şiə və fünunil-islam, səh. 154 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə