Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə27/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   23   24   25   26   27   28   29   30   ...   199

[59] 

 

Ənəsi  Peyğəmbərin  (s)  xidmətinə  verən  anası  Peyğəmbərdən  (s)  ona  dua 



etməsini rica etmiş, bunun da müqabilində Peyğəmdər (s): 

“Allahım  onun  malını  və  övladını  artır  və  verdiklərini  onu  üçün  bərəkətli  et!” 

demişdir.

255


 

Qaynaqların məlumatına görə Ənəs bin Malik kiçik olduğundan Bədr qəzvəsinə 

qatılmamış, amma sonrakı bir çox qəzvələrdə iştirak etimşdir.

256


 

İslam  elmlərini  mükəməl  bilən  Ənəs  səhabələr  içərisində  böyük  alim  kimi 

tanınmışdır. O, bir çox yerlərdə, o cümlədən Məkkə, Mədinə, Bəsrə, Kufə və Şamda 

dərs həlqələri təşkil etmiş, orada təfsir, hədis və fiqh elmlərini tədris etmişdir. 

Tarixi  məlumatlara  görə  I  xəlifə  Əbu  Bəkr  onu  Bəhreynə  vali  təyin  etmək 

istəmiş  və  bunla  əlaqədar  Ömər  bin  Xəttaba  məsləhət  etmişdir.  Ömər  də  bu  təklifi 

bəyənmiş və “Göndər o, ağıllı adamdır, oxumağı-yazmağı bilir” demişdir.

257


 

Peyğəmbər (s) Ənəs bin Malikə: “-ey iki qulaq sahibi” deyə müraciət etmiş və 

ona  çoxlunəsihətlər  etmişdir.  Həmin  nəsihətlərdən  biri  budur:  “Bacardığın  qədər 

dəstəmazlı ol! Çünki dəstəmazlı ölən şəhid kimi ölər.” 

Səhabələr içərisində böyük nüfuz sahib olan Ənəs haqqında məşhur səhabə Əbu 

Hüreyrə deyir: “Namazı Peyğəmbərin (s) namazına  ən çox bənzəyən kimsə Ümmu 

Süleymin oğuludur.”

258


Görkəmli İslam alimlərindən olan İbn Əsir deyir: “Həccac əz-

Zalım  tərəfindən  onun  boynuna  damğa  vurulmuşdur.  Bunu  camaat  onlardan  hədis 

rəvayət  etməsin  deyə  etmişdir.  Zalım  onu,  Cabir  bin  Abdullahı  və  Səhl  bin  Sədi 

damğalamışdır.”

259

 

Var-dövlətinin çox olmasına baxmayaraq Ənəs həmişə sadə həyat keçirmiş, 103 



və  yaxudda 107 il yaşadıqdan sonra Bəsrədə vəfat etmişdir. O, Bəsrədə vəfat edən ən 

son səhabədir. Onun vəfat etdiyi il hicri 90 və ya 93 (m.712)-cü illər göstərilir.

260

 

Ənəs  bin  Malik  Peyğəmbərin  (s)  hədislərini  ən  yaxşı  bilən  və  bildiklərini 



yaşayan bir səhabə kimi tanımışdır. Bu səbəbdəndir ki, ondan bütün məzhəb alimləri 

hədis  rəvyət  etmişlər.  Lakin  bütün  bu  deyilənlərə  rəğmən  bəzi  rical  alimləri  onun 

rəvayət  etdiyi  hədislərin  bir  qismini  şübhə  altına  almış,  hətta  uydurma  olduğunu 

demişlər. Həmçini Ənəs Əlinin (ə) haqqında olan Qədir-xum hədisini Peyğəmbərdən 

(s) rəvayət etsə də, onun məzmununa məhəl qoymamışdır. 

4.Aişə bint Əbu Bəkr 

Müslmanların  I  xəlifəsi  olan  Əbu  Bəkrin  qızı  Aişə  Peyğəmbərin  (s)  yeganə 

bakirə  zövcəsidir.  Onun  anası  Amir  binÜveymirin  qızı  Ümu  Ruman  əl-

Kinaniyyədir.

261

 

Aişə bint Əbu Bəkr Peyğəmbərdən (s) 2.210 hədis rəvayət etmişdir.



262

 

                                                 



255

Biharül-ənvar 

256

Sübhü əs-Saleh, HədiselmlərivəHədisisistilahları,səh. 304 



257

 həmin mənbə, səh. 304 

258

İ. Canan, Kütubus-sittətərcüməsivəşərhi, c. I 



259

Üsdul-qabə, adı keçən səhabənin həyatı bölümü 

260

 İ.Canan, Kütubus-sittə tərcümə və sərhi, c. I, səh. 75 



261

Ali Özək, HədisRicalı, səh. 53 

262

Cəfər Sübhani,Üsulul-hədisvəəhkamuhu, səh. 125, H. S. əd-Dari,  Muhadaratfiülumil-hədis, səh. 169 




[60] 

 

Peyğəmbərin (s) ən yaxın həyat yoldaşı Xədicə bint Xüveylid vəfat etdikdən 3 il 



sonra Peyğəmbər(s) Əbu Bəkrin təklifi ilə onunla evlənmişdir.

263


 

Kiçik  yaşlarından  İslamı  qəbul  edən  Aişəİslamda  on  doqquzuncu  İslamı  qəbul 

edən şəxs kimi tanınır.

264


Aişə bint Əbu Bəkr besətdən beş il sonra doğulmuşdur. Bəzi 

qaynaqlar  isə  onun  besətdən  dörd  il  sonra  (m.614-cü  ildə)  doğulduğunu  qeyd  edir. 

Onun  Peyğəmbərlə  (s)  neçə  yaşında  evlənməsi  haqqında  bəzi  ixtilaflar  vardır.  Belə 

ki, bəzi qaynaqlarda onun Peyğəmbər (s) ilə evləndiyi zaman on dörd və ya on səkkiz 

yaşının olduğu qeyd edilmiş,

265


digər qaynaqlarda isə bunun tam əksi qeydedilmişdir. 

Peyğəmbərlə (s) evlənməsindən fəxr edən Aişə demişdir: “Mən on sifətlə üstün 

bilindim:Cəbrail  surətimi  gətirdi,  Peyğəmbər  (s)  bakirə  olaraq  yalnız  mənimlə 

evləndi,  anası  və  atası  mühacir  olan  zövcəsi  yalnız  mənəm,  Allah  mənim  günahım 

üzərinə ayə endirdi, Peyğəmbər (s)  mənimlə olan zaman vəhy nazil oldu, Peyğəmbər 

(s)    və  mən  bir  qabdan  qüsl  edərdik,  mən  onun  önündə  uzanmışkən  namaz  qılardı, 

mənim otağımda can verdi və mənim otağımda dəfn edildi.”

266


 

Müstəsna  istedada  malik  olan  Aişə  ənsab,  şeir,  tarix,  hədis  və  fiqh  elmlərini 

mükəmməl öyrənmişdi. “Ürvə bin Zübeyr nəql edir ki: “Tibbi, şeiri və fiqhi Aişədən 

daha  yaxşı  bilən  birini  görmədim.”

267

Aişə  bint  Əbu  Bəkr  Peyğəmbərlə  (s)  çox  vaxt 



səfərlərdə  olmuşdur. Onun iştirak etdiyi ən məşhur səfərlərdən biri hicri beşinci ildə 

(m.627) Bəni Müstəliq qəzvəsidir. Peyğəmbər (s) səfərə çıxan zaman onu da özü ilə 

götürmüş, savaşdan sonra Mədinəyə dönərkən ordunun istirahət etdiyi bir yerdə Aişə 

ehiyacını  ödəmək  üçün  dəvəsindən  enmiş  və  ordudan  uzaqlaşmışdır.  O,  geri 

dönərkən  boyunundakı  boyunbağını  itirdiyini  zənn  edərək  geriyə,  boyunbağını 

axtarmağa qayıtmışdır. Onun dəvədə olduğunu zənn  edənlər  orduya hərəkət əmirini 

vermiş  və  oradan  uzaqlaşmışlar.  Aişə  geri  dönən  zaman  kimsəni  görmədi  və  onu 

axtaracaq  deyə  yerində  dayanıb  gözləmişdir.  Ordunun  ardınca  gələn  Səfvan 

binMüəttəl  Aişəni    gördükdə  onu  dəvəsinin  arxasına  mindirmiş  və  orduya 

yetişdirmişdir. Burada olan Abdullah bin Übey bin Səlul Aişə əleyhinə iftira demiş və 

dedi-qodu  yaratmışdı.  Bu  iftiraya  etiraz  olaraq  Allah  “Nur”  surəsinin  11-21-ci 

ayələrini  göndərmiş  və  bu  böyük  iftiranın  kökünü  kəsmişdi.

268

 Aişənin  özünün  də 



rəvayət  etdiyi  kimi  Allah  Qurani-kərimdə  Peyğəmbərin  (s)  xanımı  haqqında  bundan 

başqa  heç  bir  ayə  nazil  etməmişdir.  Bunu  Buxari  “Səhih”  əsərində

269

,  ondan  da  bir 



çox alimlər nəql etmişlər. 

Səhabə  qabınlar  içərisində  böyük  nüfuz  sahibi  olan  Aişənin  haqqında  görkəmli 

ərəb şairi və məşhur səhabə Həssan bin Sabit demişdir: 

“İffətlidir, namusludur, bir şübhə üzərinə ittiham edilə bilməz, Mədəsində təmiz 

kişilərin əti yoxdur (kiminsə qeybətin etməz).”

270


 

                                                 

263

İ. Canan, Kütubus-sittətərcüməsivəşərhi 



264

 Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 304 

265

SüleymanNədvi, c. V, səh. 12-25 



266

İ. Canan, Kütubusittətərcüməsivəşərhi,c. I,səh. 78 

267

Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 305 



268

bax: İslamEnsiklopediyası, c. I, səh. 201-202 

269

 Səhihi-Buxari, hədis № 4827, İbn Həcər, Fəthül-bari, c. VIII, səh. 443, İbn Kəsir, əl-bidayə, c. VIII, səh. 96 



270

 Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 306 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə