Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə30/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   26   27   28   29   30   31   32   33   ...   199

[65] 

 

yanında  yalnız  iki  il  bir  neçə  ay  olan  Əbu  Hüreyrə  əd-Dusinin  rəvayətlərindən  az 



olmasının səbəbi nədir? Biz bunu bilmirik, amma oxucu bunu bilir!!!”.

300


 

Muqillun səhabələrdən bir neçəsini sadalamaq  faydalı olardı. 

1). İmam Əli (ə) 536 hədis 

2). Ömər bin əl-Xəttab 537 hədis  

3). Osman bin Əffan 146 hədis  

4). Əbu Bəkr 142 hədis  

5). Əbu Zərr əl-Qəffari281 hədis  

6). Peyğəmbərin(s) xanımı Ümmu Sələmə 378 hədis 

7) Üsamə bin Zeyd 128 hədis  

8). Abdullah bin Məsud 848 hədis 

9). Əbu Musa əl-Əşəri 360 hədis 

10). Səd bin əbi Vəqqas 271 hədis 

11). Əbu Dərda 179 hədis 

12). Übeyy bin Kəb 164 hədis 

13) Müaviyə bin Əbi Süfyan 163 hədis  

14). Muaz bin Cəbəl 157 hədis  

15) Əbu Əyyub əl-Ənsari 155 hədis  

16).  Abdullah  bin  Amr    bin    Asın  Peyğəmbərdən  (s)  700  hədis  nəql  etməsi 

rəvayətedilir.  Lakin  o,  “əs-Səhifətüs-sədiqa”sında  1000  hədis  olduğunu  demişdir. 

Abdullah  bin  Asın  həmin  səhifəsi  əldə  olmadığına  görə  alimlər  bu  barədə  dəqiq 

məlumat vermirlər. Amma onun rəvayətetdiyi hədislərin əldə mövcud olan kitablarda 

700 ədəd olduğu göstərililr. 

301

 

Bildiyimiz  kimi  Abdullah  bin  Amr  bin  As  bin  Vail  Peyğəmbərin  (s) 



səhabələrindəndir.  Onun  künyəsi  Əbu  Məhəmməddir.  Bəzən  künyəsinin  Əbu 

Əbdürrəhman  olduğuda  deyilir.

302

Onun  anasının  adını  Rəbiə  bint  Münəbbih  kimi 



qeyd etmişlər. 

303


 

Abdullah  bin  Amr  Peyğəmbərlərdən  (s)  eşitdiyi  bütün  hədislərini  yazmışdır. 

Əbu  Hüreyrə  bu  xüsusda  deyir:  “Rəsulullahın  (s)  hədisi-şəriflərini  məndən  çox 

əzbərləyən və rəvayət edən olmamışdır. Amma Abdullah bin Amr məndən daha çox 

əzbərləmişdi. Çünki o yazırdı, mən isə yazmırdım”.O, Süffeyn müharibəsində İmam 

Əliyə  (ə)  qarşı  vuruşanlardan  olmuşdur.  O,  bu  hadisəni  belə  nəql  edir:  “Süffeyn 

günündə  atam  Allah  adına  and  verərək  savaşmağım  üçün  israr  etdi.  Mən  də 

Rəsulullaha  (s)  verdiyim  bu  sözünü  xatırlayaraq  meydana  çıxdım.  Amma  vallahi 

qılıncı qınından çıxarmadım, mizraq çalmadım, bir dənə də olsun ox atmadım.” 

304


 

Abbdullahın  Peyğəmbərin  (s)  bu  sözünü  xatırladım  deməsi,  Peyğəmbərin  (s) 

ona:  “Ey Abdullah! Həm Namaz qıl, həm  yat, həm  oruc tut, həm də  atana itaət  et” 

                                                 

300

Üsulul-hədis və əhkamuhu, səh. 126 



301

Ali Özək, Hədis Ricalı, səh. 60-61 

302

İ. Canan, Hədis Üsulu və Hədis tarixi, səh. 84   



303

Mustafa Eriş, Səadət çağınadan simalar, c. II, səh. 147 

304

İ. Canan, Hədis üsulu və Hədis tarixi, səh. 87 




[66] 

 

vəsiyyətidir.  Amma  çox  təəccüblüdür.  Məgər  Peyğəmbər  (s)  “Haqq  Əli  ilə,  Əli  də 



haqq ilədir”

305


 deyə buyurmamışdırmı!? 

Abdullah  bin  Amrin  ölüm  və  tarixi  ixtilaflıdır.  Onun  ölüm  ilini  hicri  63,65,69-

cuilləri  göstərmişlər.  Onun  Məkkədə,  Misirdə,  Taifdə  və  Şamda  ölməsi  barədə 

müxtəlif  fikirlər  var.  Lakin  bəzi  alimlər  onun  miladi  684-cü  ildə  Şamda  öldüyünü 

qeyd edirlər.

306


 

 

Səhabələrin sayı 

Səhabələrin  sayına  gəldikdə  bu  qəti  şəkildə  bilinmir.  Hədis  alimləri  bunların 

sayını dəqiq olmasa da, bəzi təxminlər irəli sürmüşlər. Belə ki, Əbu Zurrə ər-Raziyə 

görə onların sayı 114.000olmuşdur.

307

Əbu Zurraya görə 114.000 səhabə təkcə Məkkə 



və ya Mədinədə deyil, bütün bölgələrdə olan səhabəni nəzərdə tutmuşdur. 

Əli bin Mədini isə səhabələrin dəqiq sayını göstərməsə də, onların 100.000-dən 

artıq olduğunu deyir. 

Ər-Rafeyə  görə  isə  səhabələrin  sayı  30.000  Mədinədə,  30.000  isə  ərəb 

qəbilələrində olmaqla 60.000 səhabə olmuşdur.

308


 

Səhabələrin    sayını  bəzi  alimlər  dəqiq  göstərməsələr  də  40.000-120.000  arası 

olduğunu da qeyd etmişlər. 

Səhabələrin  bioqrafiyası  haqqında  külli  miqdarda  əsər  yazılsa  da  burada  yalnız 

10.000-12.000 səhabənin olmasından bəhs edilmişdir.  

 

Səhabələr haqqında yazılan əsərlər 

Tarixi  qaynaqların  verdikləri  məlumatlara  görə  səhabələr  haqqında  yazılan 

əsərlər  Sədrül-İslamın  əvvəlki  dövrlərinə  təsadüf  edir.  Çünki  Peyğəmbər  (s)  vəfat 

etdikdən  sonra  ondan  hədis  rəvayət  edən  təbəqənin  tanınması  üçün  Rical  elminə 

böyük ehtiyac yaranmışdır. Müsəlmanlar  bu elmin  vasitəsi ilə nəql olunan hədislərin 

sənədinin  səhih  və  ya  zəif  olmasını  bu  elmin  köməkliyi  ilə  əldə  etmişlər.  Rical  elmi 

səhabələrin  və  həmçinin  onlardan  sonra  gələn  təbəqələrin  əhvalını  dəqiq  şəkildə 

araşdırır, onların tanınmasını təmin edir. 

Ümumiyyətlə  Peyğəmbərin  (s)  hədislərini  bizə  çatdıran  təbəqənin  əhvalı  ilə 

əlaqədar yazılan əsərlərin tarixi çox qədimdir. Rical elmi barədə ilk əsəri hicri birinci 

əsrdə  İmam  Əlinin  (s)  səhabəsi  Ubeydullah  bin  Rafe  yazmışdır.  Onun  əsəri  “ət-

Tabaqat”  adlanır.  Bundan  sonra  Abdullah  əl-Kənani  (öl.219  h/q)  “Rical”  kitabını, 

Həsən  bin  Fəzl  (öl.  224  h/q),  Əli  bin  Həsən  bin  Fəzl  (doğulub.206h/q)  və  digərləri 

kitablar yazmışdır.

309


 

Hicri  dördüncü  və  beşinci  əsrlərdə  də  səhabələr  haqqında  kitab  yazmaq  işi 

davam  etmişdir.  Bu  iki  əsrdə  Şeyx  Əhməd  bin  Əli  ən-Nəcaşi  (öl.450  h/q)  və  Şeyx 

Məhəmməd bin Həsən ət-Tusi (öl.460 h/q) də əsər yazmışlar. 

310

 

                                                 



305

 Səhihi-Buxari, kitabül-fədail, babu fədaili-Əli (ə) 

306

bax: adı keçən mənbələrə 



307

C. Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 126 

308

İ. Canan, Hədis üsulu və Hədis  tarixi, səh. 455 



309

Ayətullah Seyid Əli Xamnei, əl-Üsulul-ərbəə fi ilmir-rical, səh. 6 

310

həmin mənbə 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə