Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə33/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   29   30   31   32   33   34   35   36   ...   199

[71] 

 

qələndir.”



335

Həmçinin  Hakimə  görə  tabeun  təbəqəsinin  sonuncusu,  ən  son  ölən 

səhabəni görənlərdir. 

Hicri  180  (və  ya  181)  tarixində  ölən  Xələf  bin  Xəlifə  ən  son  vəfat  edən  tabeun 

sayılır.  Çünki  o,  Məkkədə  ən  son  vəfat  edən  səhabə  Əbu  Tüfeyl  Amir  bin  Vasiləni 

görmüşdür.

336

 

Şiə məzhəbli alimlərə görə tabeunlar təbəqəsi yuxarıdakı təriflərlə yanaşı İmam 



Əlini  (ə),  İmam  Zeynülabidini  (ə)  və  İmam  MəhəmmədBaqiri  (ə)  görən  və  onların 

zamanında meydana  gələn təbəqələrdir. Buradan belə məlum olur ki, Həzrət Əlinin 

(ə)  dövründədoğulanlar  tabeunların  birinci    təbəqəsini,  İmam  Zeynülabidin  (ə) 

dövründəkilər  ikinci,  İmam  Baqirin  (ə)  dövründə  olanlar  isə  üçüncü  təbəqəni  təşkil 

edirlər.

337


 

Səhabələr  təbəqəsi  kimi  tabeunlar  da  İslamda  böyük  önəm  daşıyan  və 

hədisşünaslar  tərəfindən  tam  tədqiq  edilən  nəsildir.  Bu  təbəqənin  neçə  təbəqəyə 

bölünməsindən,  kimin  hansı  təbəqədə  yer  almasından  asılı  olmayaraq  hədis 

rəvayətində  və  İslam  elmlərinin  sonrakı  nəsillərə  öyrədilməsində  böyük  xidmətləri 

olmuşdur. 

 

Bəzi məşhur tabeunlar 

Tabeunlar  təbəqəsi  İslam  alimləri  tərəfindən  tam  öyrənilsə  də,  onların  dəqiq 

sayını göstərmək mümükün olmamışdır. Çünki müxtəlif bölgələrə yayılmış səhabələr 

şübhəsiz  ki,  yaşadıqları  cəmiyyətdə  saysız-hesabsız  insanlarla  görüşüb,  həmsöhbət 

olmuşlar. Əlbəttə ki, onların görüşüb təmas qurduqları bütün insanları siyahıya almaq 

və onlar haqqında geniş məlumat vermək mümkün olmayan bir işdir. 

Lakin bunlara baxmayaraq ən məşhur və elmdə qüvvətli olan bir çox  tabeunlar 

rical kitablarında yer tutmuş və onlar haqqında geniş məlumatlar verilmişdir. Məşhur 

tabeunlar  içərisində  ən  çox  tanınan  “füqəhau  səba”  deyilən  Mədinənin  yeddi 

fəqihidir. Bu fəqih tabeunlar aşağıdakılardır: 

I.

 

Übeydullah bin Abdullah bin Ütbə bin Məsud 



II.

 

Ürvə bin əz-Zübeyr  bin əl-Əvvam 



III.

 

Qasim bin Məhəmməd bin Əbu Bəkr əs-Siddiq 



IV.

 

Səid bin Müsəyyib bin Həzən 



V.

 

Süleyman bin Yəsar 



VI.

 

Əbu Bəkr bin Əbdürrəhman bin əl-Haris bin Hişam 



VII.

 

Xaricə bin Zeyd bin Sabit (katibül-vəhy). 



Bu  və  ya  digər  bəzi  tabeunlarin  tərcümeyi-halları  ilə  tanış  olmaq  əlbəttə  ki, 

faydalı olardı.  

 

                                                 



335

İ. Canan, Hədis üsulu və hədis tarixi, səh. 456 

336

Sübhi Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 298 



337

S. S. Rəşadi, Hədis elmi, səh. 21-22 




[72] 

 

Səid bin əl-Müsəyyib 

Səid  bin  Müsəyyib  İmam  Zeynülabidinin  (ə)  xidmətində  olmuş  ən  məşhur 

tabeunlardan sayılır. Onun nəsəbi Səid bin Müsəyyib bin Həzndir. Əhməd bin Hənbəl 

onun haqqında tabeunun ən dəyərli simasıdır demişdir.

338


 

Səid bin Müsəyyibin atası və babası səhabə olmuşdur. O, ikinci xəlifə Ömər bin 

Xəttabın  xilafətinin  ikinci  ilində  dünyaya  gəlmişdir.

339


O,  Mədinədəki  füqəhau-

səbadan  biri  sayılmışdır.  Əhli-beytə  (ə)  böyük  məhəbbəti  ilə  tanınan  Səid  dövrünün  

tanınmış alimlərindən olmuş və heç vaxt Əməvilər xilafətinə beyət etməmişdir. Tarixi 

məlumatlara görə Əməvi xəlifəsi Əbdülməlik oğlu Vəlid üçün xalqdan beyət istəmiş, 

İbn  Müsəyyib  isə  bu  beyətə  razı  olmamışdı.  Hətta  səhih  mənbələrə  görə 

Əbdülməlikin  Mədinədəki  valisi  Hişam  bin  İsmayıl  Səid  bin  Müsəyyibi  beyətdən 

boyun  qaçırtdığı  üçün  döymüş  və  onu  ölümlə  hədələmişdi.  Bütün  bu  təhdidlərə  və 

əziyyətlərə baxmayaraq heç vaxt beyətə  boyun qoymamışdı.

340

 

Dövrünün  nəhəng  fəqihlərindən  olan  Səid  hicri  93  (vəya  94)-cü  ildə  (m.711) 



vəfat etmişdir. 

 

Nafi Əbu-Əbdullah əl-Mədəni 

Nafi Abdullah bin Ömərin köləsi olmuşdur. Tarixi məlumatlara görə İbn Ömər 

onu müharibələrin birində əsir tutmuşdur. 

341

 

Nafi  də  dövrünün  məşhur  alimlərindən  biri  olmuş  və  Əhli-beytə  (ə)  məhəbbəti 



ilə  tanınmışdır.  O,  İmam  Zeynülabidinin  (ə)  dövründə  doğulmuş  və  İmamla  (ə) 

təmasda  olmuş  tabeunlardandir.  Nafi  hədisrəvayət  edən  şəxslər  içərisində  ən  siqə 

(güvənilən) ravilərdən hesab edilmişdir. 

Məşhur  alim  İbn  Səd  onun  haqqında:  “O,  çox  hədis  bilən  və  güvənilən  bir 

kimsədir” demişdir.

342


 

  Əsl  adı  Hürmüz  olan  Nafi  məşhur  alim  və  malikilik  məzhəbinin  banisi  Malik 

bin  Ənəsin  ustadı  olmuşdur.  Malik  onun  haqqında  deyir:  “Nafinin  İbn  Ömərdən 

rəvayətini  eşitdikdə  onu  başqasından  eşitməyə  ehtiyac  duymazdım.”

343

 Tarixi 


məlumatlara görə xəlifə Ömər bin Əbdüləziz Nafini Peyğəmbərin (s) sünnəsini xalqa 

öyrətmək üçün Misirə göndərmişdi.  

  Nafi hicri 117 (m.735)-ci ildə vəfat etmişdi.

344


 

 

İbn Şihab əz-Zühri 

O, Məhəmməd bin Müslim bin Übeydullah əz-Zühridir. Məhəmməd bin Müslim 

hicri 50-ci ildə doğulmuşdur. Dövrünün məşhur hədisşünaslarından və  fəqihlərindən 

                                                 

338


Sübhi Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 315 

339


 həmin mənbə, səh. 315 

340


bax: İbn Səd, ət-Təbəqat, c. V, Sübhi Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 316 

341


Ali Özək, Hadis Ricalı, səh. 65 

342


 həmin mənbə, səh. 66 

343


S. əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 316 

344


İbrahim Canan, Hədis üsulu və hədis tarixi, səh. 457 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə