Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə34/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   30   31   32   33   34   35   36   37   ...   199

[73] 

 

olan Zühri İmam Zeynülabidinin (ə) dövründə yaşamışdır. Bəzi mənbələrin  görə O, 



İmamdan (ə) hədis nəql etmişdi.

345


 

İbn  Şihab  əz-Zühri  dövrünün  yeddi  fəqihinin  dərslərində  iştirak  etmiş  və 

təxminən on səhabənin xidmətində olub, onlarla həmsöhbət olmuşdur. 

346


 

Dövrünün nəhəng alimlərindən biri olan Zühri yaşadığı zamanında böyük şöhrət 

qazanmış, məşhur alimlərin tərfili ifadələri ilə yadda qalmışdır. Onun haqqında Amr 

bin  Dinari  deyir:  “Hədisləri  tam  mətnləri  ilə  Zühri  kimi  rəvayət  edən  birini  daha 

görmədim.”

347


İbn  Səd  yazır:  “Zühri,  elmi  çox,  rəvayət  və  hədisi  bol,  siqə,  alim  və 

geniş mədəniyyətli bir kimsə idi.”

348

 

Şübhəsiz  ki,  Zührinin  böyük  alim  kimi  yetişməsində  İmam  Zeynülabidinin  (ə) 



də  böyük  rolu  olmuşdur.  O,  həmişə  İmamın(ə)  məclislərində  iştirak  etmiş  və  o 

həzrətin  elmindən  istifadə  etmişdir.  Zühri  İmamın(ə)  haqqında  deyir:  “Qüreyşdə  Əli 

bin  Hüseyndən  (ə)  təqvalı  və  üstün  bir  şəxs  görmədim”,  “Haşimilər  arasında 

gördüyüm ən bilikli şəxs Əli bin Hüseyndir(ə).”

349

 

Tarixi  qaynaqlar  onun  Əməvilər  xilafətində  yüksək  mənsəb  tutması  haqqında 



məlmatlar  verir.  Belə  ki,  bir  gün  vilayətlərin  birində  hakim  olan  Zühri  bir  nəfəri 

cəzalandırmış və bunun da nəticəsində həmin şəxs vəfat etmişdir. Zühri bu hadisədən 

möhkəm narahat olmuş və vəzifəsini buraxaraq səhraya üz tutmuşdur. 

Bir  gün  İmam  Əli  bin  Hüseyn(ə)  onunla  rastlaşıb  buyurdu:  “Sənin  Allahın 

rəhmətindən  ümidini  kəsməyin    etdiyin  gunahdan  daha  pisdir.  Allahdan  qorx  və 

tövbə  et!  Ölən  şəxsin  qan  bahasını  onun  varislərinə  göndər,  özün  də  ailənə  dön.” 

İmamın(ə)  buyruğuna  əməl  edən  Zühri  sonradan  demişdir:  “Əli  bin  Hüseynə(ə) 

hamıdan çox mən borcluyam.”

350

Məhşur  mühəddis  Buxarı:  “Zührinin  təqribən  2000 



hədisi vardır” demişdi. 

Əbu  Davud  isə  onun  hədislərinin  2.200  oldugunu  qeyd  edir.

351

Şiə  məzhəbli 



alimlər  Zührinin  həm  etiqadı,  həm  də  hədisləri  barədə  bir-birləri  ilə  ixtilaf  ediblər. 

Belə  ki,  bəzilərinin  fikrincə  o  Əməvi  xilafətinə  qulluq  etməklə  Əhli-beytin  (ə) 

düşmənlərindən  olmuş,  xəlifələrin  göstərişinə  uygun  olaraq  hətta  hədis  belə 

saxtalaşdırmaqdan çəkinməmişdir. 

352

 

 



IV.Səid bin Cubeyr 

Səid  bin  Cubeyr  bin  Hişam  əl-Əsədi  məşhur  tabeunlardan  olub  İmam 

Zeynülabidinin(ə)  məclislərində  iştirak  etmiş  şəxslərdəndir.  Onun  künyəsi  Əbu 

Abdullah  əl-Kufidir.  O,  dövrünün  böyük  alimlərindən  olmuş  və  hədis  rəvayətində 

özünəməxsus yer qazanmışdı. 

                                                 

345

Əllamə Məclisi, Biharül-ənvar, 46-cı cild 



346

Səfinətül-bihar, c. I, səh. 573 

347

Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 318 



348

 Ali Özək, Hədis Ricalı, səh. 70 

349

 Mənaqibu Ali Əbi-Talib, c. IV, səh. 159 



350

 geniş məlumat üçün bax:  əl-Bidayə vən-Nihayə, c. IX,  Mənaqibu Ali-Əbi-Talıb, c. IV və s. mənbələrə 

351

 Ali Özək,  Hədis Ricalı, səh. 70 



352

 bax: Mehdi Pişvayi, Məsum imamların həyatı, səh. 189-201 




[74] 

 

Səid  bin  Cubeyrin  haqqında  alimlər  müxtəlif  dəyərli  sözlər  işlətmişlər.  Onun 



haqqında Süfyan  əs-Səvri deyir:  “Təfsiri bu dörd kişidən öyrənin: Səid bin Cubeyr, 

Mücahid,  İkrimə  və  əd-Dəhhakdan.”

353

Əvvəldə  qeyd  etdyimiz  kimi  tabeunlar 



təbəqəsinin  sayı  bəlli  olmasa  da,  onların  ən  məşhurlarının  bəziləri  bölgələrə  görə 

aşağıdakı kimi sıralanır: 

Məkkədə:  İkrimə  (v.105/723),  Əta  bin  Əbi  Rabah  (v.115,  733),  Əbu  Zübeyr 

Məhəmməd bin Müslim (v.128/745).  

Mədinədə:  Səid  bin  Müsəyyib  (v.93/711),  Urvə  bin  Zübeyr  (v.94/712),  Salim 

bin Abdullah bin Ömər (v.106/724), Süleyman bin Yasər (v.93/711), Əbülqasım bin 

Məhəmməd  bin  Əbu  Bəkr  (v.112/730),  Nafi  (v.117/735),  Məhəmməd  bin  Şihab  əz- 

Zühri (v.124/741, Əbu Zinad (v. 130/747). 

Kufədə:  Əlqəmə  bin  Qeys  (v.62/681),  İbrahim  əl-Nəhai  (v.96/714),  Amir  bin 

Şurahil əş-Şabi (v.104/722). 

Bəsrədə: Həsən əl-Bəsri (v.110/728),  Məhəmməd bin Şirin (v.110/728), Qətadə 

bin Diamə (v.117/735).  

Şamda:  Ömər  bin  Əbdüləziz  (v.101/719),  Qəbisə  (v.  86/704),  Məkhul 

(v.118/736). 

Yəməndə: Tavus bin Keysan (v.106/724), Vəhəb bin Münəbbih (v.110/728)

354


 

Ç)Ətbaüt-tabeunlar təbəqəsi 

Ətbaüt-tabeunlartabeunlardan sonra gələn təbəqəyə deyilir. Bu təbəqənin də ən 

dürüst tərifi tabeunlardan birini və ya bir neçəsini görən, onların məclislərində iştirak 

edən  şəxslərdir.  Bu  təbəqə  ravilər  təbəqəsinin  üçüncü  pilləsini  təşkil  edirlər.  Bu 

təbəqə içərisində də bir çox məşhur alimlər və böyük şəxsiyyətlər yetişmişdir. 

Ətbaüt-tabeun dövründə yetişən ən məşhur alimlərdən Malik bin Ənəs (93-179), 

Məhəmməd  bin  İdris  əş-Şafei  (150-204),  Süfyan  əs-Səvri  (öl.161/777),  Süfyan  bin 

Üyeynə (öl.198/813), Zeyd bin Səd (öl. 175/792) və digərlərini qeyd etmək olar. 

Qeyd  etdiyimiz  bütün  təbəqələr  hədislərin  gələcək  nəsillərə  ötürülməsində  çox 

böyük  zəhmətlər  göstərmiş  və  Peyğəmbərin  (s)sünnəsinin  yayılmasında  böyük  işlər 

görmüşlər. 

Əlbəttə ki, ravilər təbəqəsini üsul elmi öyrənir. Lakin biz bəzi məsələri aydınlıq  

gətirmək  üçün  hədis  raviləri  təbəqəsinin  birinci  və  ikinci  təbəqəsinə  nisbətən  geniş 

yer  verdik.  Bu  təbəqələr  haqqında  daha  geniş  məlumat  almaq  üçün  “Təbəqat”, 

“Mənaqib”, “Vəfayat”, “Təzkirə”, “Rical” və s. əsərlərə müraciət etmək lazımdır. 

 

 

 



 

IV FƏSİL 

 

HƏDİS ÖYRƏNMƏK ÜÇÜN SƏYAHƏT ETMƏK 

                                                 

353


 Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 319 

354


İbrahim Canan, Hədis üsulu və Hədis tarixi, səh. 456-457 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə