Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə42/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   38   39   40   41   42   43   44   45   ...   199

[91] 

 

əl-Həsən bin Fəddal (öl.224 h/q), Əli bin Həsən bin Fəddal (doğ. 206 h/q), əl-Bərqi 



(öl.280 h/q) və digərləri əsərlər yazmışlar.

417


 

Şübhəsiz  ki,  rical  elminə  aid  əsəri  hicri  birinci  əsrdə  Əbu  Rafe  yazsa  da  bu 

sonrakı dövrlərdə də davam etdirilmişdir. 

Hicri dördüncü və beşinci (miladi X-XI) əsrlərdə bu sahədə əsərlər yazılmışdır. 

Buna  misal  Şeyx  Əhməd  bin  Əli  ən-Nəvazi  (öl.450  h/q)  və  Şeyx  Məhəmməd  bin 

Həsən  ət-Tusi  (öl.  460  h/q)  göstərilə  bilər.  Bu  iki  şəxsiyyət  rical  elminə  aid  dörd 

başlıca əsər yazmışlar ki, bunların üçü Tusinin, biri isə Nəcaşinindir. Tusinin qələmə 

aldığı əsərlərin adları “İxtiyaru mərifətir-rical”, “əl-Fihrist” və “ər-Rical”, Nəcaşinin 

əsəri isə “əl-Fihrist”dir ki, bu da “Ricalün-Nəcaşi” adı ilə məşhurdur.

418


Rical elminə 

aid  əsərlər  müxtəlif  dövrlərdə  müxtəlif  şəkildə  yazılmışdır.  İmam  Əlinin  (ə) 

katiblərindən  olan  Übeydullah  bin  Əbi  Rafe  (öl.40  h/q)  Peyğəmbərin(s)  səhabələri 

haqqında  ilk  kitab  yazmışdı.  Ondan  sonra  bu  iş  günümüzədək  davam  etmiş  və  bu 

sahədə  çoxlu  əsərlər  meydana  gətirilmişdir.  Sonrakı  dövrlərdə  yazılan  əsərlər  isə 

təkcə  səhabələr  haqqında  deyil,  həmçinin  tabeunların  və  digər  məsum  imamların  (ə) 

səhabələri haqqında da məlumatlar verməkdədir. 

Ümumiyyətlə  şiə  məzhəbinə  aid  rical  kitablarından  yuxarıda  adı  keçənlərdən 

başqa aşağıdakıları da qeyd etmək faydalı olardı. 

1) Həsən bin Məhbubun (öl.224 h/q) “Mərifətu rüvvatil- əxbar” əsəri. 

2) İbrahim bin Məhəmməd bin Səid əs-Səqəfinin (öl.283 h/q) “Rical” kitabı. 

3)  Hafiz  Əbi  Məhəmməd  Əbdürrəhman  bin  Yusif    bin  Xəraş  əl-Mərvəzi  əl- 

Bağdadinin (öl.283 h/q) “Rical” kitabı. 

4) Əbül Abbas Əhməd bin Məhəmməd bin Səid bin Üqdənin (öl.332 və ya 333 

h/q)  İmam  Sadiqin  (ə)  səhabələrini  ehtiva  edən  kitabı.  O,  burada  dörd  min  ravidən 

bəhs etmişdir. 

5)  Əbdüləziz  bin  Yəhya  əl-Cəludinin  (öl.332  h/q)  Peyğəmbərin  (s) 

səhabələrindən və İmam Əlidən (ə) rəvayət edən şəxslərdən bəhs edən kitabı. 

6) Qazı Əbu Bəkr Məhəmməd bin Ömər əl-Cəani əl-Bağdadinin (öl.355 h.) “əş- 

Şiə  min  əshabil-hədis  və  təbəqatihim”  əsəri.  Bu  əsər  şiə  ravilərinin  təbəqələri 

haqqındadır. 

7) İbnDavudəl-Quminin (öl.368 h/q) “Rical”əsəri. 

8) MəhəmmədbinƏlibinBabaveyhəs-Səduqun (öl.381 h/q) “Rical”əsəri. 

9)  HəsənbinMəhəmmədbinVəlidəl-Quminin  (öl.343  h/q)  “Fihrist”əsəri.  O, 

ŞeyxSəduqunustadıdır. 

10) Məhəmməd bin Yəqub əl-Küleyninin (öl.328 və ya 329 h/q) “Rical” əsəri. 

11) Şeyx Əbi Ömər Məhəmməd bin Amr bin Əbdüləziz əl-Kuşşinin (öl. IV əsrin 

ortlararı) “Mərifətün- naqilinə ənil-əimmətis-sadiqin (ə)” əsəri. 

12) Seyid Əbülqasim əl-Xoinin (1899-1992m.) “Möcəmu ricalil- hədis” əsəri. 

13) Cəfər Sübhani Təbrizinin (doğ. 1928m.) “Kulliyatür-rical” əsəri. 

14) Hafiz əz-Zəhəbinin “Təcridi əsmais-səhabə” əsəri  

15və 16.İbn Həcər əl-Əsqəlaninin“Təhzibüt-təhzib” və “Lisanül-mizan” əsərləri. 

                                                 

417


S. Ə. Xamneyi, adı çəkilən əsəri, səh. 6 

418


 həmin mənbə, səh. 6 


[92] 

 

17.əl-Məzzinin “Məsdəri-Sadiq” əsəri və s 





III. Müxtəlifül-hədis elmi 

Bu elm də hədis elmləri içərisində qədim və əhəmiyyətli tarixə malikdir. Elmin 

bu  şöbəsində  zahirən  bir-birinə  zidd  olan  hədislər  incələnir  və  mənaları  açıqlanır. 

Nəvəvi bu elm haqqında yazır: 

“Bu  çox  mühüm  bir  elmdir.  Hər  alim  bunu  bilmək  məcburiyyətindədir. 

Müxtəlifül-hədis  elmində  mənası  zahirən  bir-birinə  zidd  görünən  iki  hədisin  araları 

tapılır  və  ya  biri  digərindən  üstün  tutulur.  Bu  işi  ən  mükəmməl  bir  şəkildə  edənlər 

hədis  ilə  fiqhi  yaxşı  bilən  şəxslər  və  mənalara  doğrudan-doğruya  vaqif  olan 

üsulçulardır.

419


 

Bu sahədə Məhəmməd bin İdris Əş-Şafei (öl.204 h/q), İbn Qüteybə (öl.276 h/q), 

İbn əl- Cəvzi (öl.597 h/q) və başqaları əsərlər yazmışlar. 

 

IV. İləlül-hədis elmi 

Bu  hədisin  səhhətini  zədələyən  gizli  səbəblərdən  bəhs  edən  bir  elmdir.  Bu 

səbəblər, məsələn münqəti hədisi məvsul, məvquf hədisi mərfu göstərmək, bir hədisi 

digər hədislə qarışdırmaq kimi qüsurlardır. 

Bu sahədə Müslim bin Həccac (öl.261 h/q), İbn əl-Mədini (öl.234 h/q), Əli bin 

Ömər  əd-Dəraqutni  (öl.375  h/q),  İbn  əl-Cəvzi  (öl.597  h/q)  və  başqaları  əsərlər 

meydana gətirmişlər. 

 

V. Qəribül-hədis elmi 

Bu elm hədis mətnlərində olan çox çətin anlaşılan bəzi kəlmələri açıqlamasından 

bəhs  edir.  Bu  elm  sahəsində  ilk  əsəri  Əbu  Übeydə  Mömər  bin  əl-Müsənna  (öl.210 

h/q)  qələmə  almışdır.

420

Müsənnadan  sonra  bu  elm  sahəsində  bir  çox  alimlər,  o 



cümlədən  Əbülhəsən  ən-Nadir  əl-Mazini  (öl.204  h/q),  Əbu  Übeyd  əl-Qasim  bin 

Səllam (öl.223 h/q), Zəməxşəri (öl.538 h/q), İbn əl-Əsir (öl.606 h/q) və başqaları əsər 

yazmışlar. 

 

VI. Nasix və Mənsux elmi 

Bir-birinə  zidd  olan  hədisələr  bu  elmin  vasitəsi  ilə  öyrənilərək  birinin  hökmü  o 

birinə  uyğun  gəlmədikdə  nəsx  (pozulur)  edilir.  Əvvəlcə  deyilən  hədis  mənsux, 

sonradan  deyilən  hədis  isə  nasix  adlanır.  Buna  misal  olaraq  Peyğəmbərin  (s)  bu 

hədisini göstərmək olar: 

“Sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim, indi isə qəbirləri ziyarət edin.” 

Göründüyü  kimi  bu  hədisin  birinci  hissəsi  mənsux  (hökmü  pozulmuş),  ikinci 

hissəsi isə nasix (əvvəlki hökmü pozan) adlanır. 

 

                                                 



419

Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 90 

420

həmin mənbə, səh. 92, İ. Çakan, Hədis, səh. 90 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə