Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə43/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   39   40   41   42   43   44   45   46   ...   199

[93] 

 

VII. Hədis şərhi elmi 

Hədis  elminin  bu  şöbəsi  də  çox  mühüm  elmlərdən  hesab  edilmişdir.Çünki  bu 

elm vasitəsilə Məsumun (ə) dediyi hədisdə məqsədin nə olduğu açıqlanır. Hədisi şərh 

edən  müəllif  ərəb  dili  qaydaları  və  şəri  üsulları  mükəmməl  bilməlidir  ki,  hədisi 

bunların çərçivəsində gücü yetdiyi qədər şərh etsin. 

Hədis  şərhi  elmi  dirayə  elmləri  içərisində  bəlkə  də  ən  çox  müraciət  olunan 

elmdir.  Bu  elm  sahəsində  İslam  alimləri  böyük  işlər  görmüş,  ən  mötəbər  hədis 

kitablarını şərh edərək müsəlmanların ixtiyarına vermişlər. 

Ən böyük hədis məcmuələri üzərinə yazılan şərhlərdən aşağıdakıları qeyd etmək 

faydalı olardı. Küleyninin “Üsulu kafi”sinə yazılan şərhlərdən bəziləri  bunlardır: 

1) Şeyx Qasim ibn Məhəmməd bin Cavad bin Vəndinin (öl.1100 h/q) “Cameul- 

əhadisi vəl-əqval” əsəri. 

2) Şeyx Əbu Əli bin Məhəmməd bin Həsən bin Zeynüddin əl-Amilinin (öl.1104 

h/q) “Dürrul-mənzum min kəlami məsum” əsəri. 

3) Əllamə MəhəmmədBağır Məclisinin (öl.1100 h/q) “Miratül-üqul fi şərhi Alir-

Rəsul” əsəri. 

4) Feyz əl- Kaşaninin “əl-Vafi” əsəri və s. 

Buxarinin “Səhih” əsərinə yazılan bəzi şərhlər: 

1)  Əbu  Süleyman  Həmd  bin  Məhəmməd  əl-Xəttabinin  (öl.388  h/q)  “İlamüs- 

sünən” əsəri. Bu Buxarinin əsərinə yazılan ilk şərhdir. 

2)  Bəhruddin  Əbu  Məhəmməd  Mahmud  bin  Əhməd  əl-Eyninin  (öl.855 

h/q)“Ümdətül-qari şərhu səhihil-Buxari” əsəri. 

3) İbn Həcər əl-Əsqəlainin (öl.882 h/q) “Fəthül-bari bi şərhil-Buxari” əsəri və s.    

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

VII  FƏSİL 

 

HƏDİSLƏRİ TOPLAMAQ VƏ RƏVAYƏT ETMƏK 



 


[94] 

 

7.1.HƏDİS TOPLAMA VƏ RƏVAYƏT ETMƏ METODLARI 

 

Hədisi  rəvayət  edən,  yəni  başqa  birisinə  öyrədən  şəxsə  “Şeyx”,  hədisi  alan  və 



öyrənən    kimsəyə  isə  “tələbə”  deyilir.  Şeyxin  tələbəsinə  hədis  rəvayət  etməsinə 

(öyrətməsinə) “əda” deyildiyi kimi, tələbənin də şeyxdən  hədis almasına “təhəmmül” 

deyilmişdir.

421


Deməli,təhəmmül şeyxdən hansı yolla olursa olsun hədis almaqdır. 

Hədis alimləri hədis öyrənən şəxsin hansı  yaşda  olması barədə  ixtilaf etmişlər. 

Şam hədisşünasları otuz yaşdan sonra hədis dinləməyin müstəhəbb olduğunu desələr 

də,  Kufə  hədisşünasları  isə  uşaqlarına  iyirmi  yaşı  hələ  tamam  olmamış  hədis 

öyrətmişlər.  Süfyan  əs-Səvriyə  görə  hədis  öyrənmək  istəyən  bir  kimsə,  bu  işə 

başlamadan  öncə  iyirmi  il  ibadətlə  məşğul  olmalıdır.

422

Lakin  digər  hədis  alimləri 



haqlı  olaraq  hədis  öyrənmək  üçün  heç  bir  yaşın  olmadığını  demişlər.  Bunu  bəzi 

hədisşünasların bioqrafiyasına nəzər yetirdikdə daha aydın şəkildə görməkdəyik.  

Ümumyyətlə  əldə  etdiyimiz  məlumatlardan belə məlum  olur ki, hədisi öyrənib 

başqalarına  öyrətməyin  (təhəmmül  və  ədanı)  böyük  savabı  olduğu  qədər  ağır 

məsuliyyəti  və  yolları  vardır.  Məşhur  hədis  alimləri  hədis  öyrənmək  və  öyrətmək 

yollarını qədimdən bəri sistemləşdirmiş və bunun səkkiz yolunun olduğunu demişlər. 

Həmin yollar (metodlar) aşağıdakılardır: 

 

I.əs-Səma (Şeyxdən eşitmək metodu) 

Şeyxin  əzbərindən  və  ya  yazılı  bir  mətndən  oxuyaraq  rəvayət  etməsi,  hədis 

öyrənənin də bir-başa şeyxindən  eşidərək bu rəvayəti almasına  “səma” deyilmişdir. 

Bu  metod  hədis  təhəmmülünün  ən  yüksək  şəklini  təşkil  edir.  Çünki  bu  metodda 

tələbə ilə şeyx qarşı-qarşıya dayanır və aralarında heç bir vasitə olmur. 

 

II.əl-Qiraət aləş-şeyx (Tələbənin öncədən əldə etdiyi hədisləri şeyxə oxuması) 

Buna bəzi hədisşünaslar “Ərəz” də demişlər. Bu metodda tələbə əzbərindən və 

ya əlindəki kitabından şeyxinə hədis oxuyur. Bu zaman şeyx tələbəni dinləyir və əgər 

onun  səhvi  varsa  ona  düzəlişlər  edir.  Bu  metodda  iki  qayənin  olduğunu  demişlər: 

birincisi  budur  ki,  tələbə  bu  metod  vasitəsi  ilə  başqalarına  hədis  rəvayətedə  bilməsi 

üçün  şeyxini  xəbərdar  etməsi,  ondan  icazə  alması,  ikincisi  isə  əzbərində  və  yaxud 

əlindəki kitabında yanlışlıq varsa, şeyxin onu düzəltməsidir. 

Bu  yolla  öyrənilən  hədis,  “Qiraətu  aleyhi  fülan”və  yaxudda  “əxbərəna, 



həddəsəna”təbiri ilə ifadə olunur. 

III.əl-İcazə (Şeyxin tələbəsinə hədis rəvayətetməyə izn verməsi) 

Bu  metod  təhəmmül  yollarının  üçüncüsüdür.  Bu  metod  bəzi  hədisşünaslar 

tərəfindən qeyri-məqbul hesab  edilmişdir. Belə ki, İbn Həzm bu metoda etiraz olaraq 

demişdir: “Bu caiz olmayan bir bidətdir.”

423

 

Lakin  digər  qrup  əksər  alimlər  bu  metodun  caiz  olduğunu  demişlər.  Amma 



bunun müxtəlif çeşidləri vardır: 

                                                 

421

Ali Yardım, Hədis I-II, səh. 166 



422

Süyuti, Tədribür-ravi, səh. 237, Talat Koçyigit, Hədis istilahları, səh. 415 

423

Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 73 




[95] 

 

a) Şeyx məlum kimsəyə məlum hədislərinin və ya kitablarının rəvayətüçün icazə 

verir.  Məsələn,  tələbəyə  deyə:  “əcəztükə  kitabül-Kafi-sənə-  kafi  kitabını 

rəvayətetməyə izn verdim.” 

b)  Şeyx  məlum  kimsəyə  qeyri-məlum  hədis  və  ya  kitablarının  rəvayətləri  üçün 

verir.  Məsələn,  tələbəsinə  deyir:  “əcəztükə  məsmuati-sənə  eşitdiyim  bütün 



hədisləri rəvayət etməyinə icazə verdim.” 

c)  Şeyx  məlum  olmayan  kimsələrə  ümumi  icazə  (izazətül-ammə)  verməsi. 

Məsələn,  deyə:  “əcəztu  rivayətə  həzəl-hədis  li  əhli  zəmani-bu  hədisi 



zamanımıncamatına rəvayətetmənə izn verdim.” 

 

IV.əl-Münavələ(Şeyxin hədislərini ehtiva edən bir kitabı rəvayət etməsi üçün hər 

hansı bir tələbəsinə verməsi) 

Bu metod iki formada həyata keçirilir: 



a)

 

əl-Münavələtül-məqrunə bil-icazə-icazə ilə birlikdə münavələ 

Bu icazənin ən yüksək şəkilidir. Şeyx öz əlyazması olan əsil nüsxəni tələbəsinə 

verir və ona “bu  mənim  eşitdiklərimdir” və ya “bu  mənim  filankəsdən  eşitdiyim 

rəvayətimdir, bunu rəvayət et” deyir. Buradan belə məlum olur ki, şeyx öz kitabını 

tələbəsinə verən zaman onun rəvayətedilməsinə də icazə verir. 



b)

 

əl-Münavələtül-mücərrədə anil-icazə- icazəsiz münavələ 

Şeyx öz kitabını tələbəyə verir və “bu mənim eşitdiyim rəvayətdir”, və ya “bu 



mənim hədislərimdir” deyir. Burada şeyx tələbəsinə kitabını verən zaman ona icazə 

verməsini  söyləmir.  Bu  cür  metoda  bəzialimlər  ixtilafla  yanaşmışlar.  Bəziləri  bunu 

qəbul  etmiş,  digərləri  isə  bi  cür  münavələyə  əks  olmuşlar.  Lakin  hədislər  əsasında 

alimlərin  çoxu  bunu  caiz  bilmişlər.  Buna  misal  olaraq  aşağıdakı  hədisi  demək  olar: 

Əhməd bin Ömər əl-Xəllal belə rəvayət edir: “Əbülhəsən ər-Rzaya (ə) dedim: “Bizim 

dostlarımızdan  bir  adam  mənə  bir  kitab  verir  və  bu  kitabdakı  sözləri  məndən 

rəvayətet  demir.  Bu  kitabı  rəvayətetməyim  caizdirmi?  İmam  (ə)  buyurdu:  “Kitabın 

ona aid olduğunu bilirsənsə, ondan rəvayət et.”

424

 

 



V.əl-Mükatəbəvə  ya  əl-Katibə(Şeyx  rəvayətedilməsini  istədiyi  hədislərini 

uzaqda olan bir kimsəyə yazaraq göndərməsi) 

Bu metod da münavələdə olduğu kimi, ya icazə ilə(məqrunə  bil-icazə), yaxud 

da icazəsiz (mücərrəd anil-icazə)olur. Əgər şeyxrəvayətedilməsini istətdiyi hədisləri 

rəvayət  etməsi  üçün  icazə  verirsə,  “əcəztükə  ileykə  ma  kətəbtü-sənə  yazdıqlarımı 

rəvayətetməyinə icazə verdim” deyir. İcazəsiz mükatəbəyə gəldikdə, isə şeyx yalnız 

hədisləri yazmaqla yetirir. 

 

VI.əl-Elam(Şeyxin tələbəsinə göstərdiyi hədis və ya kitabı haqqında “bu mənim 

filankəsdən eşitdiklərimdir” deyib, amma ona bunu rəvayət etməsi üçün heç bir şey 

söyləməməsi) 

Hədisşünasların çoxu bunu tələbənin rəvayətedə biləcəyini demişlər. 

                                                 

424


 Küleyni, Üsuli-kafi, c. I, səh. 52 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə