Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə39/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   35   36   37   38   39   40   41   42   ...   199

[84] 

 

tələb etmişlər. Bunun bariz nümunəsini biz xəlifə Ömərin bəzi insanların çox rəvayət 



etməsini  yasaqlamasında  və  hətta  belə  şəxslərin  şallaqlanıb  həbsə  atılmasında 

görməkdəyik. Deməli, buradan belə anlaşılır ki, üsula aid prinsiplər səhabə dövründə 

meydana çıxmışdır. 

Bütün  bunlara  baxmayaraq  hədisşünaslar  hədis  üsuluna  aid  bəhslərin  sonradan 

meydana gəlməsini və üsul elminə aid istilahların dördüncü və daha sonrakı əsərlərdə 

meydana çıxdığını qeyd etməkdədirlər. 

Bir  qrup  alimlərə  görə  dirayə  elminə  aid  ilk  əsəri  Əbu  Məhəmməd  bin 

Əbdürrəhman  bin  Həllad  ər-Rəmahürmüzü  (öl.360/970)  olmuşdur.  Onun  yazdığı 

kitabın adı “əl-Mühəddisül-fasil beynər-ravi vəl-vai”dir.

398


Lakin digər alimlər dirayə 

elminə aid ilk əsərin meydana kim tərəfindən gətirilməsində başqa alimlərin adlarını 

qeyd etmişlər. Belə ki, məşhur alim Cəfər Sübhani “Üsulul-hədis və əhkamuhu” adlı 

əsərinin müqəddiməsində yazır:“Həqiqətən əshabımızdan dirayə elminə aid ilk əsəri 

Cəmaləddin Əhməd bin Musa bin  Cəfər bin Tavus (öl. 673 h/q)  yazmışdır.”

399


 Alim 

sözünün  ardınca  yazır:“O,  Əbdülkərim  bin  Əhməd  bin  Musa  bin  Tavusun  (öl.693 

h/q)  atasıdır.  Həmçinin  o,  Əllamə  Hillinin  (öl.726  h/q)  və  İbn  Davud  əl-Hillinin 

(öl.707  h/q)  ustadır.  O,  imamiyyə  məzhəbində  hədislərin  bölgüsünə  aid  istilahları 

(terminləri) qoymuşdur.” 

Digər  məşhur  alim  Seyid  Həsən  əs-Sədr  “Təsisüş-şiə”  adlı  əsərində  isə  dirayə 

elminə  aid  ilk  əsərin  Hakim  ən-Nişapuri  (öl.405  h/q)  tərəfindən  yazıldığını  qeyd 

edərək  belə  yazır:“Həqiqətən  dirayətül-hədisə  aid  ilk  əsəri  şiələrdən  olan  Əbu 

Abdullah  Hakim  ən-Nişapuri  əl-İmami  əş-Şii  olmuşdur.  O,  ilk  dəfə  olaraq  bu  elmə 

aid “Mərifətu ülumil- hədis” əsərini yazmışdı. Onun bu əsəri beş cilddən ibarətdir və 

əlli növ hədisdən bəhs etməkdədir. Onu İbn əs-Salah təqlid etmiş və altımış beş növ 

hədis qeyd etmişdir.”

400

 

Mənbələrin  verdikləri  məlumatlar  müxtəlif  olsa  da,  hər  halda  dirayə  elminin 



qədimliyindən  xəbər  verir.  Əgər  bu  elm  haqqında  ilk  əsərin  hicri  dördüncü  əsrdə 

yazıldığını  qəbul  etsək  belə,  bu  işin  sonrakı  əsrlərdə  daha  da  təkamül  həddinə 

çatdığını  görməkdəyik.  Ümumiyyətlə  üsul  elminə  aid  yazılan  əsərlər  içərisində  ən 

məşhur olanları qeyd etmək əlbəttə faydalı olardı. 

I. Əli bin Əbdülhəmid əl-Hüseyninin (öl.786 h/q), “Şərhu üsuli dirayətil-hədis” 

əsəri. Bu əsər haqqında görkəmli hədisşünas Seyid Həsən əs-Sədr “Təsisüş-şiə” adlı 

əsərində məlumat vermişdi. 

II. Şeyxüş- Şəhid Zeynüddin əl-Amilinin (911-966 h/q) üç mühüm əsəri: 

a) əl-Bidayəfielmid-dirayə 

b)  Şərhül-bidayə.  Alim  bu  əsərini  hicri  959-cu  ildə  tamamlamışdır.  Bu  əsər 

İslam  aləmində  ən  məşhur  əsər  olduğundan  dəfələrlə  təkrar  çap  edilmişdi.  Bu  əsər 

sonuncu dəfə “ər-Riayə fi elmid- dirayə” adı altında çap edilmişdi. 

c)  Ğəniyyətül-qasidinə  fi  mərifəti  istilahatil-mühəddisin.  Alim  bu  əsərinə 

“Şərhül-bidayə”nin  xatimə  hissəsində  diqqət  yetirərək  demişdir:  “Hər  kəs  aydın 

                                                 

398


İ. Çakan, Hədis üsulu və Hədis tarixi, səh. 406 

399


səh. 9 

400


səh. 294 


[85] 

 

məsələlər ilə öz istəklərini təmin etmək istəyirsə, ona “Ğəniyyətül-qasidinə fi mərifəti 



istilahatil-mühəddisin” kitabımızı məsləhət edirik. 

III.  Şeyx  Həsən  bin  Zeynüddinin  (öl.1010  h/q)  “ət-Təhrirüt-Tavusi”  əsəri  ilə 

“Müntəqəl-cəman” əsəri. Bu iki kitabda dirayə  elminin əsaslarına aid çox məsələlər 

vardır. 


IV. Şeyx Hüseyn bin Əbdüssəməd əl-Amilinin (öl.918-984 h/q) “Vüsulul-əxyari 

ilə üsulil-əxbar” əsəri. 

V. Bəhaədin əl-Amilinin (953-1030 h/q) “əl-Vəcizə” əsəri. Bu dirayə elminə aid 

çox qiymətli bir əsərdir. Bu əsəri Seyid Həsən əs-Sədr şərh etmiş və ona “Nihayətüd 

dirayə” adını vermişdir. Bu əsər çap edilmişdi. 

VI.  əs-SeyidMühəqqiq  Mirdamədin  (öl.1041  h/q)  “ər-Ravaşihüs-səmaviyyə” 

əsəri. Bu əsərdə dirayə elminə aid çox məsələlər öz həllini tapmışdır. 

Bu  adı  çəkilən  kitablar  dirayə  elminə  məxsus  kitablardır,  hansı  ki,  bunların 

hamısı hicri onuncu  əsrdə və  ya ondan bir az sonrakı dövrdə  yazılmışdı. Bu  əsərlər 

haqqında geniş məlumat almaq üçün Ağa Bozorg Tehraninin “əz-Zəriə ila təsanifiş-

şiə” əsərinin VIII cildinə müraciət etmək lazımdır. 

Şübhəsiz  ki,  dirayə  elminə  aid  əsərlər  yuxarıda  adı  çəkilən  kitablarla  bitmir. 

Bunlardan  başqa  da  bu  elm  sahəsində  çox  qiymətli  və  irihəcmli  əsərlər  yazılmışdı. 

Yuxarıda  adı  çəkilən  əsərlər  şiə  məzhəbli  alimlər  tərəfindən  meydana  gətirilmişdi. 

Əlbəttə ki, sünniməzhəbli alimlər də bu sahədə çox böyük işlər görmüş və bu elmin 

inkişafında müstəsna xidmətlər göstərmişlər. Həmin məzhəb alimlərinin yazdıqları ən 

məşhur əsərlərdən aşağıdakıları qeyd etmək olar. 

1) Tahir əl-Cəzairi (öl.1338/1919) “Təvcihün-nəzər” adlı əsərini yazmışdı. O, bu 

əsərini Hakim ən-Nişapurinin adı çəkilən əsərində əskik buraxdığı və tərtibcə qüsurlu 

olan bəzi məqamlarını  tamamlamaq üçün yazmışdı. 

2)  Xətib  əl-Bağdadinin  (öl.463/1071)  “əl-Kifayə  fi  ilmir-rivayə”  əsəri.  Bu  əsər 

üsul elminə aid olan əsərlər içərisində irihəcmli olması ilə məşhurdur. 

3)  İbn  Salahın  (v.643/1245)  “Ülumul-hədis”  əsəri.  O,  bu  əsərini  Şamdakı 

Əşrəfiyyə  darül-hədisindəki  müəllimlik  etdiyi  zaman  yazmışdı.  Bu  kitabda  hədis 

elminin altmış beş növündən bəhs edilir. 

4)  Yəhya  bin  Şərəfuddin  ən-Nəvəvinin  (öl.676/1277)  “ət-Təqrib  vət-təysir 

liəhadisil-bəşirin-nəzir”  əsəri.  Bu  əsər  “Təqrubün-Nəvəvi”  adı  ilə  daha  məşhurdur. 

Bu əsərini o, “Ülumul-hədis”in ixtisarı olaraq meydana gətirmişdi. 

5) Əbülfida İmadəddin İsmayıl bin Kəsirin (v.774/1372) “İxtisaru ülumil-hədis” 

əsəri. 


6)  Cəlaləddin  əs-Süyutinin  (v.911/1505)  “Təqribür-ravi  fi  şərhi  təqribir-ravi” 

əsəri. 


7)  Şeyx  Cəmaləddin  əl-Qasiminin  (v.1332/1914)  “Qəvaidüt-təhdis  min  fünuni 

müstəlahil-hədis” əsəri. Bu əsər 1925-ci ildə Dəməşqdə çap edilmişdir. 

Hədis  elmləri  başlıca olaraq  iki  böyük  elmə  bölünməsinə  baxmayaraq  şübhəsiz 

ki,  bunlar  bir-birləri  ilə  sıx  bağlı  olan  elmlərdir.  Hədis  elmləri  içərisində  ən  mühüm 

elmlərdən olan dirayə elminin özü də bir neçə elmə ayrılmaqdadır. Bu elmin hər biri 



Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə