Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə37/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   33   34   35   36   37   38   39   40   ...   199

[80] 

 

Hədis  alimləri  hədis  elmini  iki  böyük  qrupa  bölmüşlər.  Bunlardan  birincisi 



“Rəvayətyönündən”  hədis  elmi,  ikincisi  isə  “Dirayət  yönündən”  hədis  elmi  adlanır. 

Bu  elmlərin  hər  birinin  tərifi  vardır  və  şübhəsiz  ki,  bu  elmlərin  hüdudları  alimlərin 

tərəfindən göstərilmişdir. 

 

A).Rəvayətyönündən hədis elmi 

Hədis  elmlərinin  ilki  və  mühüm  hissəsi  olan  rəvayətbaxımından  hədis  elminə 

hədisşünaslar aşağıdakı tərifi vermişlər: 

“Peyğəmbərə(s)  aid  edilən  söz,  fel,  onların  rəvayətinə,  zabtına  və  sözlərinin 

yazılıb  qeyd  edilməsinə  şamil  olan  bir  elmdir.”

375

 Həmçinin 



digər 

hədisşünaslarrəvayətbaxımından  hədis  elmini:  “Peyğəmbərin(s)  sözləri,  felləri, 

təqrirləri və sifətlərini öyrənən bir elmdir” kimi tərif etmişlər.”

376


 

Görkəmli  hədis  alimi  Sübhi  əs-Saleh  isə  rəvayətyönündən  hədis  elminə 

aşağıdakı tərifi vermişdir: 

“Həzrət Peyğəmbərə (s), səhabəyə və tabeuna nisbət edilən qəvl (söz), fel, təqrir 

və sifətlərdən ibarət olan yazılı nəqlini həssas və diqqətli bir şəkildə nəql edildiyi bir 

elmdir.”


377

 

Yuxarıdakı  təriflərdən  belə  başa  düşülür  ki,  hədis  elmi  rəvayətbaxımından  bu 



elm sahəsində yazılan əsərləri, onların müəlliflərini, yazılan əsərlərin hansı ad altında 

qələmə alındığın və s. xüsusiyyətləri öyrənir. Həmçinin bu gün əlimizdə olan mötəbər 

hədis  kitablarını,  orada  yer  alan  hədislərin  hansı  mənbədən  gəldiyini  öyrənən 

elmə“rəvayətül-hədis” elmi də demək mümkündür. 

 

Rəvayətül-hədis kitabları və dərəcələri 

Rəvayətül-hədis kitabları müxtəlif bölgülər adı altında  yazılaraq müsəlmanların 

ixtiyarına verilmişdi. Rəvayətül-hədis kitabları aşağıdakı adlar altında yazılmızdı: 

Səhifələr,  Cüzlər,  Risalə  (və  ya  Kitablar),  Müsənnəflər,  Müsnədlər,  Camilər, 

Sünənlər, Müstədrəklər, Müstəxrəclər, Ərbəunlar, Möcəmlər. 

1).  Səhifələr-  Peyğəmbərin  (s)  həyatında  bəzi  səhabələr  tərəfindən,  Həzrətdən 

(s)  eşitdikləri  hədisləri  yazmaları  ilə  və  ya  tabeun  təbəqəsindən  bəzi  ravilərin 

səhabələrdən  öyrəndikləri  hədisləri  yazdıqları  və  sonrakı  nəsillərə  ötürdükləri  kiçik 

həcimli  vəsiqələrə  deyilir.

378

Şübhəsiz  ki,  səhifələr  içərisində  ən  məşhur  olanlar 



səhabələrin yazdıqları səhifələrdir ki, biz onlarla tanış olmuşuq.

379


 

 

2).  Cüzlər-  səhabədən  və  yaxud  ondan  sonra  gələn  birindən  rəvayətedilən 

hədislərin bir araya toplanması ilə  meydana gələn kitablara deyilir. Əbu Bəkrin cüzi 

kimi.  Hər  hansı  bir  məsələ  haqqındakı  hədislərin  bir  araya  toplanması  ilə  meydana 

gələn  əsərlərə  də  bu  ad  verilməkdədir:  əl-Mərvəzinin  gecə  namazı,  Süyutinin  sübh 

                                                 

375


H. S. əd- Dari, Muhadarat fi ülumil-hədis, səh. 13 

376


Ali Özek, Hədis Ricalı, səh. 4 

377


Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 87 

378


İ. Çakan, Hədis üsulu, səh. 69 

379


bax: bu kitabın “Hədislərin yazılması” fəslinə 


[81] 

 

(duha)  namazı  haqqındakı  cüzləri  belədir.



380

Həmçinin  bir  ravi  tərəfindən 

rəvayətedilən hədis məcmuələrinə “Cüz” deyildiyi kimi qəbir əzabı, niyyət və s. kimi 

mövzularda yazılan hədis məcmuələrinə də cüz  deyilməkdədir. 

Məşhur  alimlərdən  biri  olan  ən-Nəvəvi  yazır:  “Hədis  təsnif  edən  alimlərin  iki 

yolu  vardır:  birincisi,  bablara  görə  təsnif  edilir,  hər  babda  ehtiva  edilən  mövzu  zikr 

edilir. İkinci isə, müsnədlər üzərinə təsnif edilir, burada yer alan mövzular ya hərflərə 

görə  (əlifba  sırası  ilə)  və  yaxudda  qəbilələrə  görə  yerləşdirilir.  Müsnədlərdə 

səhabələrin  tərcümeyi-halları,  onlardan  gələn  səhih  və  ya  zəif  hədislər  yer  alır. 

Müsnədlər  Bəni  Haşim,  sonra  Peyğəmbərin(s)  ən  yaxın  qohumları,  sonra  cənnətlə 

müjdələnmiş  on  şəxs,sonra  Peyğəmbərin  (s)  xanımları  başda  olmaqla  qadın 

səhabələr,sonra  Bədr  əhli,  sonra  Hüdeybiyyə  iştirakçıları,  sonra  Muhacirlər,sonra  da 

onunla fəth arasında olanlar yer almaqdadır.

381


 

 

3). Risalə- cami adı verilən kitabların iman, təharət, zöhd, məşrubat, təfsir, tarix, 

fitən  və  mənaqib  kimi  bölümlərindən  sadəcə  bir  dənəsini  ehtiva  edən  kitablara 

deyilir

382




 

4).Müsənnəf- ibadət, müaməlat və digər fiqhi bablar əsasında tərtib edilən hədis 

əsərləridir.

383

 Həmçinin  bu  növ  hədis  əsərləri  “Sünən”  adlı  əsərlərin  mühtəvasına 



məvquf və məqtu hədislərin əlavəsi ilə meydana gətirilən kitablardır.

384


 

 

5). Müsnəd- səhabə adlarına və ya nəsəblərinə görə və bəzən də İslama girən ilk 

şəxslərin  adlarına  görə  və  yaxud  da  nəsəblərinə  görə  hədislərin  qeyd  edildiyi 

kitablardır.  Əbu Davud  ət-Təyalisinin  (öl.204  h/q)  “Müsnəd”i  bu  qrupa  daxildir.  O, 

ilk olaraq müsnəd tərtib edən hədisşünasdır.

385

 

 



6). Camilər- səkkiz dənə olduğu qəbul edilən bütün hədis bablarını ehtiva edən 

hədis kitablarına deyilir. Bu bablar bunlardır: babül-əqaid, babül-əhkam, babür-ritaq, 

babu  adabüt-təam  vəş-şərab,  babüt-təfsir  vət-tarix  vəs-siyər,  babüs-səfər  vəl-qiyam 

vəl-quud (buna babüş-şəmail də deyilir), babül-fitən və sonuncusu babül-mənaqib və 

məsalib.  Bu  səkkiz  babı  (fəsli)  ehtiva  edən  hədis  əsərinə“Cami”  deyilir.

386


Bura 

Buxari və Tirmizinin əsərlərini misal göstərmək olar.

387

 

 



                                                 

380


Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 233 

381


 həmin mənbə, səh. 233 

382


Ali Özək, Hədis Ricalı, səh. 5 

383


Talat Köçyigit, Hədis istilahları, səh. 306 

384


İsmayıl Çakan, adı keçən əsəri, səh. 72 

385


Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 232, Sübhi əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 99 

386


 həmin mənbə, səh. 231 

387


 həmin mənbə, səh. 231 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə